Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
46
Kimyaterapiya dövründə xəstələrin müayinəsi
Müalicə
kateqoriyası
Mikroskopiya
Əkmə
DHT
Ağ ciyərlərin
rentgenoqrafiyası
I
2-ci, 4-cü və 6-cı
aylarda
2-ci və 4-cü
aylarda
əkmənin nəticəsi
pozitiv olduqda
3-cü və 6-cı
aylarında
II, IIS
2-ci, 5-ci və 8-ci
aylarda
2-ci və 5-ci
aylarda
əkmənin nəticəsi
pozitiv olduqda
3-cü və 8-ci
aylarında
IIH, IIR, IV,
IVa, IVG
Intensiv fazada
hər ay,
Davamedici
fazada hər iki
aydan bir
Intensiv fazada
hər ay,
Davamedici
fazada hər iki
aydan bir
əkmənin nəticəsi
pozitiv olduqda,
lakin üç aydan
tez olmamaqla
Hər üç aydan bir
ÇDD/GDD vərəmi olan xəstələrin müayinəsi
Müayinə
Tövsiyə olunan tezlik
Həkim tərəfindən müayinə
Müalicəni başlayarkən, konversiya baş verənə qədər hər
ay, və sonra hər 2-3 aydan bir
Bəlğəm
yaxmasının
mikroskopiyası və əkməsi
Müalicənin intensiv fazası müddətində hər ay, sonradan
isə 2 aydan bir. Müalicənin son 12 ayı ərzində əkmə
müayinələrin ümumi sayı 5-dən az olmamalıdır.
Çəki
Müalicənin əvvəlində, sonra isə hər ay
DHT-nin təyini
Müalicənin əvvəlində, sonra isə müalicənin hər 3 ayında
Döş
qəfəsinin
rentgenoqrafiyası
Müalicənin əvvəlində, sonra isə hər 3 aydan bir
Kreatinin
Müalicənin əvvəlində, inyeksion dərman vasitələri təyin
olunduqdan sonra isə hər ay. İİV-müsbət, şəkərli diabet və
böyrək çatışmazlıq riski yüksək olan xəstələrdə -hər 1-3
həftədən bir.
Kalium
İnyeksion dərman vasitələri təyin olunduqda – hər ay.
İİV-müsbət, şəkərli diabet və böyrək çatışmazlıq riski
yüksək olan xəstələrdə -hər 1-3 həftədən bir.
Tireotrop hormonu (ТТH)
Etionamid/protionamid/yaxud PAST qəbulu zamanı hər 6
aydan bir; əlavə olaraq hipotireodizmin simptomlarına
aylıq nəzarət. Hipotireodizmi aşkar etmək üçün ТТH təyin
olunması kifayətdir; digər tireod hormonların səviyyəsini
müəyyən etməyə ehtiyac yoxdur.
Qaraciyər fermentləri
Uzun müddət pirazinamid qəbul edən və yaxud hepatit
riski ya əlamətləri olan xəstələrdə müntəzəm nəzarət (hər
1-3 aydan bir). İİV-müsbət olan pasiyentlərdə aylıq
nəzarət.
İİV (İİV/QİÇS) testi
Müalicənin əvvəlində, və təkrarən kliniki göstəriş zamanı
Hamiləlik testi
Müalicənin əvvəlində fertil yaşda olan qadınlar üçün və
təkrarən göstərişlər zamanı.
Hemoqlobin və leykositlər*
Linezolid qəbulu zamanı əvvəlcə hər həftə ərzində, sonra
isə hər ay yaxud göstəriş zamanı; uzadılmış istifadə üzrə
kliniki təcrübəsi azdır. İİV-müsbət olan və retrovirus
əleyhinə dərman vasitələri (o cümlədən, zidovudin) qəbul
edən pasiyentlərə əvvəlcə aylıq, sonra isə göstərişlərə
əsasən nəzarət olunur.
Lipazalar*
Linezolid və retrovirus əleyhinə dərman vasitələri (D4T,
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
47
ddI, ddc.) qəbul edən xəstələrə pankreatitin yaranmasının
qarşısını almaq məqsədilə abdominal ağrıların aradan
qaldırılması üçün təyin olunur.
Südlü asidoz*
Südlü asidozun qarşısını almaq məqsədi ilə linezolid və
retrovirus əleyhinə dərman vasitələri qəbul edən
pasiyentlərə təyin olunur.
Qlükoza*
Qatifloksasin qəbulu zamanı həftəlik nəzarət. Pasiyentlərə
hipo- və hiperqlikemiya əlamətlərini aşkar etmək
bacarığını aşılamaq.
* Kimyəvi terapiya sxeminə linezolid, retrovirusa qarşı dərman vasitələrinin (ART:
AZT,D4T, ddI, ddc) və yaxud qatifloksasinin daxil olması halda tövsiyə olunur
Vərəmli xəstələrin müalicəsində cərrahiyənin rolu
Cərrahi müalicə yardımçı üsul kimi yalnız kimyəvi terapiya vasitəsi ilə sağalması
mümkün olmayan xəstələr üçün nəzərdə tutulub. Cərrahi müalicə dəqiq göstərişlər əsasında,
dəqiq göstərilən müddət ərzində və əks göstərişləri nəzərə almaq şərti ilə aparılır.
Vərəm xəstələrində cərrahi müalicəyə göstərişlərin əsas istiqamətləri aşağıdakılardır:
Müalicə uğursuzluğunun qarşısının alınması;
Vərəm residivinin qarşısının alınması;
Vərəm nəticəsində ağırlaşmalarının müalicəsi.
Planlı cərrahi müdaxilələr vərəm prosesinin fəallığının mümkün olan maksimal aşağı
səviyyəsində olduğu vaxtda aparılmalıdır. Xəstələrin əksəriyyətində bu müalicənin 2-ci
ayından 6-cı ayına qədər olan müddətidir.
Cərrahi müalicəyə göstərişin müəyyən olması kimyəvi terapiyaya başlamazdan öncə
proqnozlaşdırma yolu ilə aparılır: proqnoz mənfi olduğu halda cərrahi müalicə planlaşdırılır
və vərəm fəallığının mümkün olan maksimal aşağı səviyyəsində olduğu vaxtda aparılır.
Cərrahi müalicəyə əks-göstərişlər əsasən qan-damar sisteminin və ağciyərlərin ehtiyat
funksiyasının vəziyyəti əsasında müəyyən olunur.
Birbaşa müşahidə olunan müalicə (DOT)
DOT PSVNP-nin icbari hissəsi olmaqla vərəmə görə müalicə alan bütün şəxslərə tətbiq
olunur. Bu, müalicədən yayınma və imtina riskini azaldır. DOT müalicəyə sadiqlik ilə
birbaşa bağlıdır.
Müalicəyə riayət sağalma şansını yüksəltmək üçün çox vacibdir. Hissəvi və xaotik qəbul
edilən müalicə labüd olaraq dərmanlara davamlılığa gətirib çıxarır. Həkim-psixoloqun cəlb
olunması, pasiyentlərin stimullaşdırılması və sövqedilməsi (əlavə qida, gigiyenik və s.
vasitələri), daimi aparılan səhiyyə maarifçiliyi işi və xəstələrin qoxumları ilə diqqətli iş daxil
olmaqla bütün heyətin ahəngdar işi hesabına müalicəyə sadiqliyə nail olmaq olar. Müalicə
tamamlanmadan azadlıqdan məhrum etmə yerlərindən çıxandan sonra da xəstələr eyni
həcmdə dəstəkdən bəhrələnirlər.
Tam müalicə kursuna riayət olunmasına təkcə tibbi heyət məsuliyyət daşımır. Inzibati
heyət və təhlükəsizlik xidməti daxil olmaqla azadlıqdan məhrum etmə yerlərinin
əməkdaşları, vəkillər, müstəntiqlər, hakimlər müalicənin fasiləsiz aparılması üçün
cavabdehlik daşıyırlar. Istintaq, məhkəmə və digər tədbirlər keçirildiyi hallarda məhbuslar
təyinatlara müvafiq olaraq tam həcmdə müalicə almaqda davam edirlər.
Palliativ qayğının təmin edilməsi və etik məsələlər
Palliativ dəstək – tibbi və sosial yardımın müxtəlif səviyyələrində həyata keçirilən,
həyat üçün təhlükə təşkil edən xəstəliklə üz-üzə qalmış xəstələrin və onların ailə üzvlərin
həyat keyfiyyətini yaxşılaşdırılması məqsədi daşayan yanaşmadır. Buna psixo-sosial və
mənəvi dəstək göstərilməsi, ağrı və digər ağır fiziki simptomların erkən aşkarlanması,
Dostları ilə paylaş: |