Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə52/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   48   49   50   51   52   53   54   55   ...   76

Əlavə 14: İMM-də keçirilən səhiyyə maarifi protokolu  
SM  vərəmlə  mübarizə  proqramının  ayrılmaz  bir  hissəsidir.  SM  əsasən  xəstəliyə 
yoluxma  riskini  azaltmaq  üçün  PS-in  inzibati  əməkdaşlar  və  tibbi  işçilərdə,  habelə 
məhbuslar,  onların  ailə  üzvləri  və  ziyarətçilər  də  daxil  olmaqla  vərəm  sahəsində  bilik 
səviyyəsini artıraraq münasibət və davranışlarına müsbət təsir göstərir. 
Bu  protokol  müəssisənin  həkimlərinin  və  orta  tibb  işçilərinin  səhiyyə  maarifi 
sahəsində müntəzəm olaraq həyata keçirdikləri fəaliyyətləri əks etdirir.  
Səhiyyə Maarifinin məqsədi: 

 
İnfeksiyanın ötürülməsinin qarşısını almağa yardımçı olmaq; 

 
Xəstəlik hallarının erkən aşkarlanmasına kömək etmək;  

 
Xəstələrin müayinədən yayınmasının qarşısını almaq; 

 
Bütün xəstələrin sağalmasına nail olmaq. 
 
SM vərəmə nəzarəti aşağıdakılar vasitəsilə təkmilləşdirir: 

 
Vərəm  xəstəliyinin  simptomları,  diaqnozun  erkən  mərhələlərdə  təsdiq  olunması, 
vərəməleyhi  tam  müalicə  kursu  almanın  səmərəliliyi  barədə  məhbusları  və  işçiləri 
məlumatlandırmaq. 

 
Vərəm infeksiyasından qorunmağın ən yaxşı yolunu: vərəm ehtimal olunan şəxslərin 
erkən aşkarlanması və ehtiyac olduqda müalicəyə cəlb olunmaqları barədə işçiləri və 
məhbusları məlumatlandırmaq. 

 
Vərəm  xəstəliyinin  xüsusiyyətlərı,  onun  nəzarət  altına  alınması  üçün  tədbirlər 
haqqında işçilərin və məhbusların düzgün məlumatlarlandırmaq, bununla  da vərəm 
haqqında səhv anlayışı aradan qaldırmaq. 

 
İnfeksiyanın  ötürülməsi  (öskürmək  etikası),  xəstəliyin  və  dərmana  davamlı 
ştammların  yaranması  (nəzarətsiz,  pərakəndə,  yarımçıq  müalicə)  kimi  risklərin 
azaldılması  məqsədi  ilə  məhbusun  və  işçilərin  davranış  qaydalarına  əməl  etmələri 
üçün ruhlandırmaq.  

 
Proqramın  idarəedilməsi  və  həyata  kecirilməsi  prosedurları  haqqında  işçiləri  tam 
xəbərdar etmək.  

 
Vərəm  diaqnozu  təsdiqlənmiş  xəstələrə  müəyyən  prosedurların  vacibliyinin 
anladılması  və  həkim-pasient  əməkdaşlığının  yaxşılaşdırmaq  məqsədi  ilə  müalicə 
prosedurları  haqqında  məlumatlar  vermək  (məs:  infeksiyaya  görə  təcrid  olunma, 
bəlğəm toplanması, DOT, müalicədən sonrakı müşahidə və s.).  
 
Hədəf qrupları: 
PS-də SM məhbuslarla təmasda olan bütün qruplar üçün zəruri hesab edilməlidir. Bu 
qruplara daxildir: 

 
İMM-nin tibb işçiləri; 

 
İMM-nin inzibati işçiləri; 

 
Mühafizəçilər; 

 
Məhbuslar; 

 
Qəbul bölməsinə gətirilən vərəm ehtimal olunan məhbuslar; 

 
Vərəm əleyhinə müalicədən imtina etmiş xəstə-məhbuslar; 

 
Vərəm əleyhinə müalicənin Intensiv Fazasına başlayan xəstələr; 

 
Vərəm əleyhinə müalicənin Davamedici Fazasına başlayan xəstələr; 

 
Vərəm əleyhinə müalicə kursunu bitirmədən azadlığa buraxılan xəstələr; 

 
Vərəm əleyhinə müalicəni bitirən məhbuslar; 

 
Dispanser şöbəsində vərəm əleyhinə müalicədən sonra reabilitasiya dövrundə 
müşahidədə saxlanılan məhbuslar; 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
121 
 

 
Qrupdaxili maarifləndirici kimi fəaliyyət göstərən məhbuslar; 

 
Məhbus-xəstə ilə görüşə gələn ailə üzvləri və ziyarətçilər. 
 
İMM-də səhiyyə maarifinə dair fəaliyyətlər 
İMM-də  SM-ə  dair  fəaliyyətlər  əsasən  həkim  və  tibb  bacıları  tərəfindən  aparılır. 
Dərmanların paylanması, inyeksiyaların aparılması, bəlğəmin toplanılması kimi prosedurlar 
tibb bacıları tərəfindən tətbiq edildiyindən, məhbuslarla sıx ünsiyyətdə olduqlarından, onlar 
xəstələrin psixologiyası  ilə  yaxından tanışdırlar və  bu da tibb bacılarının  məlumatlandırma 
sessiyalarını  asanlıqla  həyata  keçirməsinə  və  məlumatları  qrupa  aşılamasına  köməklik 
göstərir.  Xəstələr  üçün  məlumatlandırma  sessiyaları  İMM-də  müalicənin  aşağıdakı 
mərhələlərinə əsasən tətbiq edilir: 

 
Qəbul bölməsində, diaqnozun təsdiq olunduğu vaxt; 

 
Vərəm  ehtimal  edilən  bütün  məhbuslar  İMM-nin  qəbul  bölməsində  vərəm  xəstəliyi 
təsdiqlənənə qədər saxlanıldığı və müvafiq müalicəyə qoşulduğu vaxt; 

 
Müalicənin  başlanğıcında: xəstədə vərəm  diaqnozu təsdiqləndikdən sonra, terapiyanın 
Intensiv  Fazasına  başlamaq  üçün  müalicə  bölməsinə  göndəriləndə  xəstə  tibbi 
prosedurlar,  müalicənin  müddəti,  tam  müalicə  üçün  lazım  olan  şərtlər,  dərmanların 
əlavə  təsirlərin  yaranma  ehtimalı,  onların  idarə  olunması,  müalicəyə  əməl  etməmə 
riskləri və s. haqqında məlumatlandırılır; 

 
Davamedici  Fazanın  başlanğıcında:  xəstə  müalicənin  Intensiv  Fazasını  bitirdikdən 
sonra  müalicənin  davam  etdirilməsi  üçün  başqa  bölməyə  göndəriləndə  müalicənin 
nəticələri, müalicəyə davam etmənin əhəmiyyəti haqqında məlumatlandırılır; 

 
Müalicə tamamlandıqda xəstə bəlğəmin müayinəsinin nəticələri, müalicənin uğurlu və 
ya uğursuz olması haqqında məlumatlandırılır; 

 
Əgər müalicənin tibbi baxımdan, könüllü və ya digər səbəblərə görə yarımçıq kəsilməsi 
baş verərsə – səbəbinə uyğun maarifləndirmə; 

 
Əgər  xəstə  müalicə  altında  olarkən  azadlığa  buraxılarsa  və  ya  başqa  müəssisəyə 
köçürülərsə - uğurlu  nəticə əldə  etmək, ailə üzvlərini və digər şəxsləri qorumaq üçün 
müalicəni davam etdirməyin əhəmiyyəti barədə məlumatlandırmaq. 
İMM-nin Təlim mərkəzində bütün PS-in əməkdaşları (əməliyyat işçiləri, nəzarətçilər və 
mühafizəçilər),  tibb  işçilər  üçün  vərəmə  nəzarət  sahəsində  müxtəlif  mövzularda  təlimlər 
keçirilir. 
Səhiyyə maarifçisi kim olmalıdır? 
Düzgün məlumata yiyələnmiş, öyrətməyi, müzakirə etməyi və dinləməyi bacaran hər bir 
kəs səhiyyə maarifçisi ola bilər: 

PS-də  işləyən  və  məhbusların  psixologiyasından  xəbərdar  olan  tibb  işçiləri 
(həkimlər, feldşerlər və tibb bacıları); 

Inzibati işçilər arasında öyrətmə bacarığı olan şəxslər; 

Məhbuslar arasından qrupdaxili maarifləndiricilər;  

Vərəm  xəstəliyindən  sağalmış  və  ya  digər  məhbuslar  arasında  nüfuzu  olan 
məhbuslar. 
Müvəffəqiyyətə nail olmaq üçün maarifçilər ilk olaraq nəzərdə tutulmuş qrupun biliyini, 
münasibətini və davranışını müəyyənləşdirməlidir. 
 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə