Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə48/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   44   45   46   47   48   49   50   51   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
109 
 
Əlavə 10: Müştərək İİV-infeksiyası və vərəmin müalicəsi zamanı preparatların qarşılıqlı təsiri 
İİV-infeksiyasının  və  vərəmin  müalcəsi  zamanı  tətbiq  edilən  dərmanlar  tez-tez  və  bəzən 
təhlükəli  YT-lərin  baş  verməsi  ilə  müşayiət  olunan  məlum  qarşılıqlı  təsirə  malikdir. 
Rifamisinlər – Р-450 sitoxromunun induktorlarıdır. Bu, qanda proteaza inhibitorlarının eləcə də 
əks  transkreptazanın  qeyri-nukleozid  inhibitorlarının  (efavirens,  nevirapin)  qatılığının 
azalmasına  gətirib  çıxarır.  Sonuncuların  daha  yüksək  dozada  istifadəsi  isə  hepatotoksikliyin 
artması ilə müşayiət olunur.  
Xinolonlar  və  didanosin  (didanosin  –  bağırsaqda  həll  olunmayan  qılaflı  preparatdır) 
tərkibində  alüminium  və  ya  maqnezium  əsaslı  antasid  olan  dərmanlardır.  Xinolonlarla  birgə 
qəbul  edildikdə  didanosin  xinolonların  mənimsəməsinin  azalmasına  gətirə  bilər.  Bu  səbəbdən 
də onun qəbulu xinolonların qəbulundan altı saat əvvəl və ya iki saat sonra olmalıdır.  
Klaritromisin  və  ritonavir  əsasında  olan  müalicə  rejimlərində,  klaritromisinin  plazmada 
qatılığı artmış olur. Bununla belə dozanın korreksiyası yalnız kreatinin klirensi 60 ml/dəq-dən 
az olan xəstələrdə zəruridir.   
Klaritromisinin  və  efavirensin  və  ya  nevirapinin  eyni  vaxtda  qəbulu  klaritromisinin 
metabolizminin  induksiyasına  və  plazmada  qatılığının  35-39%  azalmasına  gətirib  çıxarır. 
Müvafiq olaraq bu halda klaritromisinin effektivliyi azalmış ola bilir.  
Rifabutinlə  eyni  zamanda  qəbul  edildikdə  klaritromisinin  plazmada  qatılığı  50%  azala, 
rifabutinin isə qatılığı 77% arta bilər.  
Bütövlükdə İİV-ə yoluxmuş xəstələrdə VƏD və ART preparatların qəbulu nəticəsində YT-lərin 
daha  böyük  tezliklə  baş  verməsi  xarakterikdir.  Belə  ki,  aparılmış  tədqiqatlar  nəticəsində 
müəyyən  edilmişdir  ki,  nəzarət  qrupları  (3-22%)  ilə  müqayisədə  tədqiqat  qrupunda  YT-lərin 
baş vermə tezliyi  26-39% təşkil edir.  
 
VƏD və ART preparatlarının mümkün qarşılıqlı təsirləri və əlavə toksikliyi 
Toksiklik  
ART preparatı  
VƏD 
Şərhlər 
Periferik 
neyropatiya  
D4T, ddI, ddC  
Lzd,  Cs,  H, 
FQ, Eto/Pto, E  
D4T,  ddI  və  ddC  Cs  və  ya  Lzd  ilə 
kombinasiyada 
istifadəsindən 
mümkün gədər qaçmaq. Əgər bunların 
istifadəsi  zəruridirsə,  bu  zaman  ART 
preparat  daha  az  neyrotoksik  olanla 
əvəz edilməlidir.  
Mərkəzi  sinir 
sistemi 
üçün 
toksiklik  
EFV  
Cs, H, Eto/Pto, 
FQ  
Efavirens  müalicənin  ilk  2-3  həftəsi 
zamanı  tez-tez  YT  (dezoriyentasiya, 
düşüncə 
pozuntusu, 
diqqətin 
cəmləşməsi  qabiliyyətinin  itirilməsi, 
depersonalizasiya, 
qavrama 
pozuntuları, 
yuxusuzluq, 
başgicəllənmə)  törədir.  Əgər  bunlar 
keçib 
getmirsə, 
preparatı 
dəyişdirilməsi 
barədə 
düşünmək 
lazımdır.  
EFV  tətbiqi  zamanı  qabarıq  psixoz 
seyrək  hallarda  olur,  lakin  onu  Cs  ilə 
birgə 
qəbul 
edən 
xəstələrin 
vəziyyətinə tez-tez nəzarət edilməlidir.    
Depressiya  
EFV  
Cs, 
FQ, 
Eto/Pto  
Ağır  depressiya  EFV  qəbul  edən 
xəstələrin  2.4%-də  müşahidə  edilir. 
Ağır  depressiyalarda  EFV-in  əvəz 
edilməsi  məsələsinə  baxılmalıdır.  Bir 
çox  xəstələrin  çətin  həyat  şəraiti 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
110 
 
depressiyanın  baş  verməsinə  öz 
tövhəsini verə bilər.  
Başağrıları   
AZT, EFV  
Cs  
Ilk  növbədə  başağrıların  daha  ciddi 
səbəbləri 
istisna 
edilməlidir 
– 
meningit,  beyin  toksoplazmozu  və  s. 
Analgetiklərin (parasetamol, ibuprofen 
və  s.)  istifadəsi  və  sudan  normal 
istifadə  kömək  edə  bilər.  AZT,  EFV 
və  Cs  qəbulu  ilə  bağlı  başağrıları 
adətən keçici olur. 
Ürəkbulanma 
və qusma  
RTV, 
D4T, 
NVP,  və  bir çox 
başqaları 
Eto/Pto,  PAS, 
H,  E,  Z  və 
başqaları  
Bir  çox  preparatlar  üçün  tez-tez  qeyd 
edilən  YT-dir.  Doza  azaldıldıqda 
zəifləyir, 
adətən 
zamanla  keçir. 
Arasıkəsilməz  qusma  və  qarında  ağrı 
asidozun  və  ya  hepatitin  inkişaf 
etdiyinin əlaməti ola bilər.   
Qarında ağrı 
Bütün 
ART 
rejimlərində 
müşahidə 
olunur. 
Cfz, 
Eto/Pto, 
PAST  
Tez-tez  baş  verən  YT-dir  və  əsasən 
xoşxassəlidir.  Ağır  YT-lərin  erkən 
simptomu  ola  bilər  –  pankreatit, 
hepatit, asidoz.  
Pankreatit  
D4T, ddI, ddC  
Lzd  
Imtina  edilməli  kombinasiyadır.  Əgər 
preparat  pankreatit  törədibsə  onu 
sxemdən 
tamamilə 
çıxarmaq  və 
pankreatit  törədən  ART  preparatları 
(D4T, ddI, və ya ddC) tətbiq etməmək 
zəruridir. Yadda saxlamaq lazımdır ki, 
alkohol  və  öd  daşları  pankreatitin 
inkişaf etməsinə təsir edir. 
Diareya  
Bütün  proteaza 
inhibitorları 
(APV, 
ATV, 
IDV, 
NFV, 
LPV/r, 
RTV), 
ddI  
Eto/Pto,  PAS, 
FQ  
Tez-tez rast  gələn YT-dir. Səbəb  kimi 
psevdomembranoz 
kolit 
törədən 
Clostridium  Difficile  daxil  olmaqla, 
bütün 
opportunistik 
infeksiyaları 
nəzərdən qaçırmamaq lazımdır. 
Hepatotoksikli
k  
NVP, 
EFV, 
bütün  proteaza 
inhibitorları 
(APV, 
ATV, 
IDV, 
NFV, 
LPV/r, 
RTV), 
(RTV 
– 
digərlərindən 
çox), 
bütün 
NRTI/НИОТ 
(ABC, ddI, ddC, 
AZT,  3TC,  d4T, 
H,  R,  E,  Z, 
PAS,  Eto/Pto, 
FQ  
Tövsiyələrə  riayət  etməli.  TMP/SMX 
hepatotoksikliyini 
nəzərə 
almaq 
lazımdır.  Virus  mənşəli  hepatitlər  (A, 
B, C və CMV) istisna edilməlidir.  


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə