Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
107
Dəri vərəminin müalicəsinə dair tövsiyələr
Dəri vərəmi olan xəstələrə 2HREZ/4HRE rejimi üzrə müalicə təyin olunur;
DHT-si əldə edildikdə empirik müalicə rejimi dərmanlara həssalıq tipi nəzərə alınaraq
dəyişdirilir;
Göstəriş olduğu hallarda yaraların cərrahi işləməsi həyata keçirilir.
Göz vərəmi
Gözlərin vərəm mənşəli zədələnmələri gözün ön və arxa seqmentlərinin zədələnmələrinə
bölünür. Belə bölgünün rasionallığı bu patologiyanın diaqnostikasına olan müxtəlif
yanaşmalarla əlaqədardır. Kliniki formalar arasında ən çox arxa seqment zədələnmələri: arxa
uveitlər (xorioidit, xorioretinit), neyroretinit və optik neyropatiyalar müşahidə edilir. Ön
seqment zədələnmələri arasında ən çox təsadüf edilənləri ön uveitlər (irit, iridosiklit), diffuz və
ya düyünlü (fliktenulyoz) sklerit, keratokonyuktivitlərdir. Eləcə də damarlı qişanın total
zədələnmələri ( panuveitlər) də tez-tez təsadüf edilən zədələnmələrə aiddir.
Ağciyərlərin və ağciyərlərdən kənar orqanların fəal vərəmi olan xəstələrdə gözlərin
zədələnmələri 1,4-18% hallarda müşahidə olunur. Uveit diaqnozu qoyulan xəstələrin 1-6,9%-də
(müxtəlif ölkələrdə müxtəlif tezlikdə rast gəlinir) proses vərəm mənşəli olur. Göz vərəmi olan
xəstələrin əksər hissəsi (97,4%) müraciət əsasında aşkarlanır.
Adətən, xəstələrin 43,7%-də göz vərəmi gecikmiş mərhələlərdə aşkarlanır ki, bu da
xəstəliyin bu forması barədə sayıqlığın aşağı səviyyəsinə dəlalət edir.
Göz vərəmi bütün göz xəstəlikləri arasında müxtəlif müəlliflərin məlumatlarına əsasən 1,3-
5% təşkil edir. Damarlı qişaların iltihabi xəstəlikləri arasında (uveitlər) hadisələrin 6,8-63%-ni
vərəm üveitləri təşkil edir. Cavan yaşlarda, adətən, arxa uveitlər (xorioretinit) erkən mərhələdə,
50 yaşdan sonra ön uveitlər (iritlər, iridosiklitlər) təsadüf edilir və adətən,bu zaman proses
gecikmiş fazada aşkarlanır.
Gözlərin vərəmlə zədələnməsi bilavasitə VM-nin təsirindən, eləcə də vərəm antigenlərinə
qarşı göz strukturlarında əmələ gələn reaktiv iltihab nəticəsində mümkündür. Gözlərin vərəmi
zamanı müşahidə olunan morfoloji dəyişikliklər (skleranın fliktenulyoz iltihabı, konyuktivitlər,
buynuzlu qişanın xoraları və ya interstisial dəyişiklikləri, sinexiyalar, qüzehli qişanın, siliar
cismin və xorionun qranulyomaları, torlu qiaşadakı damar dəyişiklikləri) spesifik olmayıb,
digər göz xəstəliklərində də (sarkoidoz, sifilis, Laym xəstəliyi, İİV-infeksiyası) müşahidə edilir.
Vərəm prosesi adətən gözün daxili strukturlarını (uveitlər, retinitlər) zədələdiyi üçün histoloji
və bakteriolji müayinələrin aparılması məqsədi ilə biopsiyanın aparılması və ya digər patoloji
materialların alınmasının qeyri-mümkün olması səbəbindən göz vərəminin diaqnostikası xeyli
çətinləşir. Gözdən alınan möhtəviyyatın bakterioloji müayinəsi də çox nadir hallarda müsbət
nəticə verir. Tuberkulin sınaqları və İGRA- testlərin tətbiqi də göz vərəmindən latent və ya fəal
formalarını differensə etməyə imkan vermir. Bütün bunlarla əlaqədar olaraq əksər hallarda
klinik əlamətlərə, vizual simptomatikaya, xəstəliyin anamnezinə, ağ ciyərlərdə və ağ
ciyərlərdən kənar orqanlarda fəal vərəm prosesinin olmasına əsasən göz vərəmindən
şübhələnmək olar. Zədələnmənin vərəm mənşəli olması haqqında son qərarı yalnız vərəm
əleyhinə müalicənin müsbət nəticəsinə əsaslanaraq vermək olar.
Son illər VM-ni təyin etmək məqsədilə şüşəyəbənzər cismin maye mühitinin PZR-nin
miqdarına əsaslanan diaqnostika metodu geniş tətbiq olunmaqdadır. Bu müayinə üsulu retinal
vaskuliti (İlz xəstəliyi) olan xəstələr qrupunda, VM-nin DNT-nin səviyyəsi 1,52x10
4
-1,01x10
4
diapazonunda olduqda 50% hallarda müsbət nəticə əldə etməyə imkan verir.
Müalicənin effektivliyi diaqnozun vaxtında qoyulmasından və kimyəvi terapiyaya başlanma
müddətindən asılıdır. Adətən standart kimyəvi terapiyanın təyini tam sağalma ilə
nəticələnir,lakin, bəzi hallarda görmə funksiyasının tam bərpası mümkün olmur.
Göz vərəminin diaqnostikasına dair tövsiyələr
-Vərəmli xəstə ilə təmas, keçmişdə və hazırda latent və ya aktiv vərəm infeksiyasının
mövcud olması haqqında məlumatlar daxil olmaqla xəstəlik tarixinin ətraflı və diqqətlə
öyrənilməsi;
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
108
-Ağciyər və ağciyərdən kənar orqanların vərəmini aşkar etmək məqsədilə kompleks
diaqnostik müayinələrin aparılması vacibdir;
-Göz qapaqlarının xarici müayinəsi daxil olmaqla göz yaşı kisəsinin və göz yaşı
kanallarının, skleranın, konyuktivanın, buynuzlu qişanın oftalmoloji müayinəsi;
-Torlu qişanın flüorosent angioqrafiya (FAQ) metodu ilə müayinəsi daxil olmaqla göz
dibinin müayinəsi;
-Optik kogerent tomoqrafiya və ultrasonoqrafiya;
-Diaqnozu dəqiqləşdirməyə ehtiyac olduqda şüşəyəbənzər cismin punksiyası və VM-nin
PZR kəmiyyətinə əsaslanan müayinəsi.
Göz vərəminin müalicəsinə dair tövsiyələr
-Görmə sinirinə yan təsirləri nəzərə alınaraq göz vərəminin müalicəsində etambutolun
təyini tövsiyə edilmir;
-Əsas müalicə rejimində etambutolun streptomisin ilə əvəz edilməsi tövsiyə olunur,
2HRZS/4HR;
-DHT-i əldə edildikdən sonra empirik müalicə rejimi (etambutol müalicə rejimindən
çıxarılmaq şərti ilə) həssaslıq testinin nəticlərinə əsasən dəyişdirilir;
-Fəsadlar meydana gəldikdə (göz daxili qanaxmalar, torlu qişanın qopması və s.) cərrahi
müdaxilələr tətbiq edilir.
Dostları ilə paylaş: |