Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
103
0,02776–0,16665 mq/kq hər 12-24 saatdan bir. Deksametazon ilə müalicə
dozanın tədricən azaldılması ilə kəsilir (müalicənin sonunda bir neçə
kortikotropin inyeksiyası təyin edilir).
Urogenital orqanların vərəmi
AKV-i arasında urogenital orqanların vərəmi 20-30%
təşkil edərək,
vərəm plevriti və vərəm
limfadenitindən sonra 3-cü yeri tutur.
i
Uroloji vərəm və kişilərin tənasül orqanlarının vərəmi.
AKV-nin arasında böyrək vərəmi də tez-tez təsadüf edilən formalardandır. Kişilərdə bu
prosesə prostat vəzi, toxum kisələri, xaya artımlarının və xayaların vərəmi də qoşula bilər.
Qadınlarda böyrək vərəminin gedişatı kişilərdə olduğu kimidir.
Adətən, vərəm zamanı böyrəklərin zədələnməsi bu orqana bilavasitə infeksiyanın təsiri
nəticəsində, bəzi hallarda isə xroniki AV-nin fəsadı olaraq ikincili amiloidoz nəticəsində baş
verir. Bu zaman adi üsullar ilə aparılan müalicəyə tabe olmayan dizurik pozuntular (tez-tez və
ağrılı sidik ifrazı) müşahidə edilir. Bu ağrılar hematuriya, poliuriya, nikturiya ilə müşayiət
olunur. Xəstələrin 10%-dən az hissəsi böyrək sancılarından şikayət edir, 90% hallarda
hematuriya ilə müşayiət edilən steril piuriya (əkmə üsulu ilə bakterial floraya müayinə
nəticəsinin mənfi olması) müşahidə edilir. Bu, urogenital sistemin vərəmi üçün patoqnomonik
simptom sayılır.
Sidiyin 3 səhər porsiyasının kultural müayinəsi VM-ni aşkar etməyə və vərəm diaqnozunu
90% hallarda təsdiqləməyə imkan verir. Sidikdə PZR-nin həssaslığı 25-93%, spesifikliyi 100%-
dir. Venadaxili pieloqrafiya belə xəstələrdə böyrək ləyənciklərinin “güvə yeməsi” və ya
papilyar nekroz tipində zədələnməsini aşkar etməyə imkan verir. Gecikmiş formalarda
sidikçıxarıcı yolların obstruksiyası əlamətləri – böyrək ləyənciklərinin və sidik axarlarının
genişlənməsi müşahidə edilir. Böyrəklərin ikitərəfli xroniki zədələnməsi, xüsusilə proses
obstruktiv dəyişikliklə müşayiət olunduqda, yumaqcıqların filtrasiya qabiliyyətinin pozulması
nəticəsində böyrək çatışmazlığı əlamətlərinin inkişafı ilə nəticələnir. Bu dəyişikliklərin
proqressivləşməsi nəticəsində xroniki böyrək çatışmazlığı formalaşır. Qarın boşluğu
orqanlarının USM-də çox vaxt böyrəklərdə kalsinatlar, daşlar, çapıqlaşma hidronefroz və ya
digər zədələnmələr, məsələn: sidik axarlarının strikturası, büzüşmüş sidik kisəsi, toxumaparıcı
axarlarda, toxum qabarcıqlarında və prostat vəzisində kalsinatlar aşkarlana bilər. Kişilərdə cinsi
orqanların vərəm mənşəli zədələnmələri adətən böyrəklərdə olan ilkin ocaqdan infeksiyanın
enən yolla kontakt və ya limfogen yayılması nəticəsində formalaşır. Bu zaman xayaların
ölçüsünün böyüməsi də müşahidə edilə bilər. Digər simptomlardan oliqospermiya aşkarlana
bilər.
Müalicə aparılmadıqda böyrək vərəmi pionefrozla və sidikçıxarıcı funksiyaların bir və
ya hər iki böyrək tərəfindən itirilməsi ilə nəticələnə bilər. Eyni zamanda sidik kisəsinin
büzüşməsi və sidik axarlarının çapıqlaşması yuxarıda göstərilən fəsadlarla nəticələnə bilər,
buna görə də ağ ciyərdən kənar orqanların vərəminin bu formasının vaxtında başlanmış və
rasional təşkil olunmuş müalicəsi bu xəstəliyin proqnozunu təyin edir.
Qadın cinsiyyət üzvlərinin vərəmi
Qadın cinsiyyət üzvlərinin vərəmi əsasən sonsuzluğa görə aparılan diaqnostik müayinələr
zamanı aşkarlanır. Vərəmin bu formasına 7-15% hallarda təsadüf edilir. Adətən, bu zaman
zədələnmə
prosesi uşaqlıq borularının selikli qişasından başlayaraq müsariqəyə,
endometriyaya, yumurtalıqlara, uşaqlıq boynuna və uşaqlıq yoluna yayılır. Klinik əlamətlərə
gəlincə bu proses həm simptomsuz, həm də kəskin iltihab əlamətləri ilə müşayiət oluna bilər.
Xəstəliyin fəal fazasında çanaq nahiyəsində ağrılar, dismenoreya, vaginal qanaxmalar kimi
əlamətlər müşahidə edilə bilər. Qadınlarda cinsi orqanların vərəminin diaqnostikasında yaranan
problemlər bakterioloji müayinələrin informativliyinin və tuberkulin sınaqlarının spesifikliyinin
aşağı səviyyədə olması ilə əlaqədardır. Eləcə də bu xəstəliyin diaqnostikasında rentgenoloji
(histerosalpinqoqrafiya) və USM də kifayət qədər effektli deyil. Diaqnostik metodlardan ən
informativi uşaqlıq daxilindən götürülmüş nümunələrin PZR müayinəsidir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
104
Adətən, bu klinik formaların müalicəsində kimyəvi terapiya yaxşı effekt verir və cərrahi
müdaxiləyə nadir hallarda ehtiyac olur. Lakin, bir çox hallarda səmərəli terapiya nəticəsində
belə fertil funksiyanı bərpa etmək mümkün olmur. Bu hallarda alternativ müalicə kimi
ekstrakorporal mayalanma tətbiq edilməlidir.
Urogenital orqanların vərəminin diaqnostikasına dair tövsiyələr
VM-nin və onların DHT-nin təyin edilməsi məqsədi daşıyan müayinələr (sidiyin,
uşaqlıq daxilindən götürülmüş nümunələrin)
-Sidik yolların vərəminin diaqnostikası məqsədi ilə sidiyin 3 səhər porsiyasının
mikroskopik və əkmə müayinəsinin aparılması;
-Sidiyin, sidik və cinsi yollardan götürülmüş möhtəviyyatların qeyri-spesifik bakterial
infeksiyalara görə əkmə üsulu ilə müayinəsi tövsiyə olunur.
Bakterioloji müayinələr informativ olmadıqda VM-ni aşkarlamaq məqsədi ilə PZR-
müayinəsi aparılmalıdır.
Piuriya və hematuriyanı aşkarlamaq məqsədi ilə sidikdə leykositlərin və eritrositlərin
təyini;
Urogenital sistemin rentgenoloji müayinəsi (KT, MRT, ekskretor, retroqrad və anteqrad
pieloqrafiya,
retroqrad və enən sistoqrafiya, histerosalpinqoqrafik müayinələr daxil olmaqla);
Urogenital
sistemin USM müayinəsi;
Böyrəklərin ekskretor funksiyasının müayinəsi (biokimyəvi, rentgenoloji, USM-
funksional testlər) ;
Yuxarıda göstərilən müayinələr informativ olmadıqda və diaqnostikada şübhələr
yaranan hallarda böyrəklərin, sidik kisəsinin və cinsi orqanların biopsiyası və alınan materialın
sonraki sitoloji, histoloji və bakterioloji müayinəsini aparmaq məsləhətdir.
Urogenital orqanların müalicəsinə dair tövsiyələr
Urogenital sistemin (kişilərdə genital orqanların vərəmi istisna olmaqla) vərəminin
müalicəsi zamanı I rejim təyin olunur: 2HREZ/4HRE;
Kişilərdə genital sistemin izolə olunmuş vərəminin müalicəsində 8 aylıq kimyəvi
terapiya rejimi: 2 SHREZ/1HRE/5HRE tövsiyə edilir.
VM-nin DHT təyin edildiyi hallarda empirik kimyəvi terapiya rejimi DHT nəzərə
alınmaqla dəyişdirilməlidir.
Cərrahi müdaxiləyə göstəriş olduğu hallarda bu müdaxilələrin spektri (nefrostomiya və
sidik axarlarının stendləşdirilməsindən tutmuş nefrektomiyaya və sidik yollarında, sidik
kisəsində plastik əməliyyatların aparılmasına kimi) zədələnmələrin xarakterindən asılı olaraq
seçilir.
Mədə-bağırsaq traktının vərəmi
Mədə-bağırsaq traktının vərəminə bağırsaqların, müsariqənin və mezenterial limfa
vəzilərinin vərəmi aiddir. Mədə-bağırsaq traktının vərəmi VM ilə yoluxmuş bəlğəm və qidanın
udulması nəticəsində eləcə də hematogen yayılma və qonşu orqanlardan kontakt vasitəsi ilə
yarana bilər. Bu zaman çox hallarda bağırsaqların divarında xoralar, bəzi hallarda isə selikli
qişada induratlar (xorasız düyünlər) əmələ gəlir.
Mədə-bağırsaq traktının vərəmi ən çox ileosekal bucaqda və çənbərəbənzər bağırsağın
başlanğıc hissəsində lokalizə olunur. Kliniki simptomlara gəlincə, bu xəstələr qarında ağrıdan,
diareyadan, arıqlamadan, hərarətin qalxmasından şikayət edirlər. Palpasiya zamanı qarında
ağrının artması, melena, rektal qanaxmalar müşahidə edilir. Palpasiya zamanı 25-50% hallarda
qarının sağ aşağı kvadrantında bərk kütlələr aşkar olunur. Mədə-bağırsaq
vərəmi inkişaf etdikcə
stenoz, bağırsağın perforasiyası, daxili və xarici fistulların əmələ gəlməsi kimi ağırlaşmalar ilə
nəticələnə bilər. Düz bağırsağın spesifik prosesə cəlb olunması nəticəsində anal çatlar,
pararektal abseslər, fistullar formalaşır. Barium ilə aparılan kontrast rentgenoqrafik
müayinələrdə və ya kolonoskopiya zamanı bağırsaqların divarında,xoraların, strikturaların
olması, kor bağırsağın deformasiyası, ileosekal klapan çatmamazlığı və ya fistullar aşkarlamaq