Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə46/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   42   43   44   45   46   47   48   49   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
105 
 
mümkün  olur.  Qarın  boşluğunun  KT  müayinəsi  isə  bağırsaqdan  xaricdə  -  müsariqədə  və 
mezenterial limfa vəzlərində olan zədələnmələri aşkarlamağa imkan verir. 
Bağırsaq  vərəmi  ilə  Kron  xəstəliyini  differensasiya  edərkən  çox  diqqətli  olmaq  lazımdır, 
belə ki, diaqnostikada olan səhvlər nəticəsində immunosupressiv terapiyanın aparılması vərəm 
prosesinin kəskin proqressivləşməsinə və disseminə olunması ilə nəticələnir. Dəqiq diaqnostika 
kolono və ya laporoskopik müayinələr zamanı əldə edilmiş bioptatların histoloji və bakterioloji 
(bakterioskopik  və  əkmə)  müayinələrinə  əsaslanır.  Differensial  diaqnostika  eləcə  də  amöbiaz, 
bədxassəli törəmələr, iersinioz və aktinomikozlarla aparılmalıdır.  
Bəzi hallarda müşaqirənin izolə edilmiş vərəminə – vərəm peritonitinə təsadüf edilir. Bunun 
üçün  tədricən  inkişaf  edən  assit,  qarında  ağrılar  və  hərarətin  qalxması  kimi  əlamətlər 
xarakterikdir. Peritoneal maye ekssudat xarakterli olub, tərkibindəki zülalın qanın plazmasının 
zülalına  olan  nisbət  1,1q/dl-dən  az,  leykositlərin  miqdarı  limfositlər  üstünlük  təşkil  etməklə, 
150-4000/mm
3
 –dir. Peritoneal ekssudatda bakterioskopik müayinə ilə çox nadir hallarda VM-
ni  aşkarlamaq  mümkün  olur,  əkmə  müayinələri  isə  yalnız  30%  hallarda  müsbət  nəticə  verir. 
ADA-nın 33 u/l-dən yuxarı olması vərəm peritoniti üçün xarakterik əlamət sayılır. Müsaqirənin 
laporaskopik  üsulla  alınmış  nümunəsinin  histoloji  müayinəsi  95%  hallarda  müsbət  nəticə 
verdiyi üçün bu müayinə üsulu diaqnozu təsdiqləmək üçün vacib test sayılır. 
Müalicə kombinə edilmiş kimyəvi terapiyaya əsaslanır. Cərrahi müdaxilələr yalnız bağırsaq 
keçməməzliyi, bağırsağın perforasiyası və bağırsaq ilgəkləri arası abseslər kimi fəsadlar əmələ 
gəldiyi hallarda göstərişdir. 
Mədə - bağırsaq traktı vərəminin diaqnostikasına dair tövsiyələr 

 
Qarın  boşluğunun  laporosentezi  və  ya  USM  ilə  istiqamətləndirilən  nazik  iynəli  aspirasion 
biopsiyası. 

 
Biopsiya zamanı əldə edilən materialın vərəm qranulyomalarının və onun komponentlərinin 
aşkarlanmasına yönəldilmiş histoloji müayinəsi. 

 
VM-ni  və  onların  dərmanlara  həssaslıq  testini  təyin  etmək  üçün  əldə  edilən  materialın 
(bioptatın, nəcisin, qarın boşluğundan alınmış bioptatın) bakterioloji müayinəsi. 

 
Qarın boşluğundan alınmış bioptatın sitoloji,  biokimyəvi  müayinəsi,  o cümlədən ADA-nın 
təyini. 

 
Bakterioloji  müayinələr  müsbət  nəticə  vermədikdə  patoloji  materialın  PZR-müayinəsi 
aparılmalıdır 

 
Qarın boşluğunun, KT müayinəsinə üstünlük verilməklə, rentgenoqrafik müayinəsi, eləcə də 
bağırsaqların barium məhlulu ilə kontrast rentgenoqrafik müayinəsi. 

 
Qarın boşluğu orqanlarının USM-si. 

 
Yuxarıda  göstərilən  metodlarla  müayinələrin  nəticələri  şübhə  doğurduğu  hallarda 
bağırsaqlar və digər orqanlardan kolonoskopik və ya laporoskopik yolla əldə edilmiş materialın 
histoloji və bakterioloji müayinəsi göstərişdir. 
Mədə-bağırsaq traktı vərəminin müalicəsinə dair tövsiyələr 

 
Fəsadlaşmamış  mədə-bağırsaq  traktı  vərəminin  müalicəsi  üçün  AKV-min  adi  formalarında 
istifadə olunan müalicə rejimi tövsiyə olunur: 2HREZ/4HRE. 

 
Fəsadlaşmış  mədə-bağırsaq  traktı  (bir  neçə  qrup  limfa  vəzilərinin  vərəm  prosesinə  cəlb 
olunması,  fistulların  əmələ  gəlməsi,  assitlə  fəsadlaşmış  mezadenitlər)  müalicəsində  8  aylıq 
müalicə rejimi: 2SHREZ/1HREZ/5HRE tövsiyə olunur. 

 
Dərmanlara  həssaslıq  testi  məlum  olduqda  kimyəvi  terapiyanın  empirik  rejimi 
dərmanlara həssaslıq tipinə uyğun olaraq tənzimlənir. 
Cərrahi müdaxilələr bağırsaq keçməməzliyi, bağırsağın perforasiyası, bağırsaq 
ilgəkləriarası abseslər kimi fəsadlar olduqda həyati göstərişlər əsasında aparılır. 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
106 
 
 
Dəri vərəmi 
Inkişaf  etməkdə  olan  ölkələrdə  dəri  vərəminə  bütün  dəri  xəstəlikləri  arasında  0,11-0,25% 
hallarda  təsadüf  edilir.  Dəri  vərəmi  VM-nın  həm  ekzogen  yolla  dəri  tamlığının  travmatik 
mənşəli  pozulmasından,  həm  də  orqanizmin  daxilində  olan  ocaqlardan  limfogen  yayılması 
nəticəsində  yaranır.  Dəri  vərəminin  kliniki  təzahürləri  çox  müxtəlif  olub,  VM-nin  orqanizmə 
daxil  olma  yollarından  (ekzogen  və  ya  endogen  yoluxma),  immun  sistemin  vəziyyətindən  və 
dəridəki zədələnmə ocağında VM populyasiyalarının kəmiyyətindən asılıdır. Bu faktorlar eləcə 
də  diaqnostikanın  həssaslığına  təsir  edir.  Dəri  vərəminin  diaqnostikasının  əsasını  klinik 
təzahürlərin və xəstəliyin anamnezinin dəqiq qiymətləndirilməsi, dəridən götürülən bioptatın və 
patoloji möhtəviyyatın bakterioloji, histoloji və PZR müayinəsi təşkil edir. Zədələnmə nahiyəsi 
dəri  səthinin  böyük  hissəsini  əhatə  etdikcə  VM-ni  mövcud  olan  bütün  müayinə  üsulları  ilə 
(mikroskopiya,  əkmə,  histoloji  müayinə,  PZR  müayinə)  aşkarlamaq  mümkün  olur.  Bəzi  dəri 
əlamətləri paraspesifik xarakter daşıyır və hiperhəssaslıq tipində inkişaf edir. Bu hallarda VM-
ni  heç  bir  üsulla  aşkarlamaq  olmur,  diaqnostika  klinik  əlamətlərə  və  xəstəlik  tarixçəsinə 
əsaslanır. 
Dəri  vərəminin  müasir  diaqnostikası  VM-nin  zədələnmə  ocağına  daxil  olma  yollarına  və 
ocaqda infeksiyanın kəmiyyətinə əsaslanır. 
VM-nin zədələnmə ocağına daxil olma yollarına əsaslanan təsnifat: 

 
Ekzogen mənşəli; 
- vərəm şankrı, dərinin ziyilə bənzər vərəmi, ekzogen qurdeşənəyi 

 
Endogen (təmas) mənşəli; 
- skrofuloderma, orifisial vərəm 

 
Hematogen mənşəli; 
- metastatik (qummatoz) vərəm absesi, papulonektotik tuberkulid, hematogen qurdeşənəyi 

 
Limfogen mənşəli 
- endogen limfogen qurdeşənəyi. 
Dəri vərəminin zədələnmə ocağındakı VM-nin kütləviliyinə əsaslanan klassifikasiyası: 

 
Kütləvi zədələnmə ilə; 
- vərəm şankrı, sklofuloderma, orifisial vərəm, metastatik (qummatoz) vərəm absesi; 

 
Oliqobasilyar zədələnmələr; 
- dərinin ziyiləbənzər vərəmi, qurdeşənəyi, papulonekrotik tuberkulid 
Dəri vərəminin diaqnostikasına dair tövsiyələr 

 
Laborator  testlər  yalnız  VM-nin  kütləviliyi  ilə  müşayiət  olunan  zədələnmələr  müşahidə 
edildiyi hallarda müsbət nəticə verdiyindən diaqnostika kliniki əlamətlərin və xəstəlik tarixinin 
ətraflı öyrənilməsinə əsaslanır; 

 
Ümumi  tibb  şəbəkəsi  həkimlərinin  risk  qrupuna  daxil  olan  şəxslərdə  dəri  vərəminin 
olmasına görə şübhələri yüksək olmalıdır; 

 
Dəri  vərəminə  şübhə  olduqda  ağciyər  və  ağciyərdən  kənar  mövcud  ola  biləcək  vərəm 
ocaqlarının aşkarlanması istiqamətində müayinələrin aparılması vacibdir; 

 
İİV –in müayinəsi; 

 
Ağciyərlərin rentgenoqrafik müayinəsi; 

 
Fistulların, xoraların, çatların, irinli ifrazatın müşahidə edildiyi hallarda; 
- bakterioloji müayinələr (mikroskopik və əkmə) 
- PZR müayinə 
- VM-ni və qranulyomatoz iltihab elementlərini aşkarlamaq məqsədi ilə sitoloji müayinə 

 
Dəridə olan patoloji törəmələrin biopsiyası: 
- bakterioloji müayinə (mikroskopiya və əkmə üsulu ilə) 
- PZR müayinə 
- VM-ni və qranulyomatoz iltihab elementlərini aşkarlamaq məqsədi ilə sitoloji müayinə. 
 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə