Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə50/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   46   47   48   49   50   51   52   53   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
114 
 
CS  
С  
Hamilələrin  müalicəsində  tətbiq  təcrübəsi  azdır.  
Heyvanlar 
üzərində 
tətqiqatlar 
toksiklik 
göstərməmişdir. 
PAST  
С  
Əgər  preparatın  istifadəsi  əhəmiyyətli  dərəcədə 
zəruridirsə,  onu  ehtiyatla  təyin  etmək  olar.  Teratogen 
sayılmır. 
А – insanlar üzərində kliniki sınaqların gedişində təhlükəsizliyi təyin edilib;  
В – heyvanlar üzərində tədqiqatların nəticələrinə əsasən preparat ehtimalla təhlükəsiz hesab 
edilir;  
С  –  təhlükəsizlik  dərəcəsi  müəyyən  edilməyib.  Insanlar  üzərində  kliniki  sınaqlar 
aparılmayıb.  Heyvanlar  üzərində  sınaqlar  ya  aparılmayıb  və  ya  heç  bir  xoşagəlməz  təsir 
göstərməyib; 
D –  preparat  təhlükəsiz deyil,  yalnız konkret  kliniki situasiyada özünü doğrulda bilən risk 
mövcuddur. 
Hamilələrin  vəziyyətini  hamiləlik  dövrü  və  vərəmin  ağırlıq  dərəcəsi  nəzərə  alınmaqla 
hərtərəfli  qiymətləndirilməlidir.  Gözlənilən  səmərənin  və  potensial  risklərin  nisbətini  ciddi 
təhlil  etmək  lazımdır.  Doğuşdan  əvvəlki  və  sonrakı  dövrdə  ananın  və  uşağın  sağlamlığını 
qorumaq üçün bəlğəmin neqativləşməsinin əldə edilməsinə üstünlük verilməlidir.  
•  VƏD-lərin  teratogen  təsiri  əsasən  hamiləliyin  birinci  trimestrində  özünü  biruzə 
verdiyindən,  gələcək  ananın  həyatı  üçün  təhlükə  yoxdursa,  müalicəni  ikinci  trimestrə  gədər 
təxirə salmaq məqsədəuyğundur.  
•  Hamiləliyin  üçüncü  trimestrində  VƏD-lərin  teratogen  təsiri  azalmış  olsa  da, 
aminoqlikozidlərin bu dövrdə tətbiqi dölün eşitmə orqanının inkişafına mənfi təsir göstərə bilər. 
Bir çox hallarda hamilə qadınların müalicəsində aminoqlikozidlər tətbiq edilmir. 
Əgər mümkündürsə müalicəni hamiləliyin ikinci və ya üçüncü trimestrində üç-dörd effektiv 
peroral  preparatla  başlamaq  lazımdır.  Bilavasitə  doğuşdan  sonra  inyeksion  və  digər 
preparatların əlavə edilməsi ilə müalicə rejiminin gücləndirilməsi mümkündür.  
 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
115 
 
Əlavə 12: Uşağı əmizdirən analarda vərəmin müalicəsi 
Uşağı  əmizdirən  dövrdə  vərəmlə  xəstə  qadınlar  tam  vərəməleyhi  müalicə  kursu  qəbul 
etməlidirlər.  Vərəmin  vaxtında  və  düzgün  müalicəsi  uşağa  mikobakteriyaların  ötürülməsinin 
qarşısını  alan  ən  yaxşı  üsuldur.  Anada  basil  ifrazı  olmadıqda,  uşaq  onunla  qala  bilər  və 
əmizdirməni dayandırmaq lazım deyil. VƏD-lər ana südü ilə az miqdarda ifraz edilir və onların 
uşağa təsirini qiymətləndirmək çətindir. izoniazid qəbul edən bütün hamilə və uşaq əmizdirən 
qadınların  piridoksin  qəbul  etməsi  tövsiyə  olunur.  Anasında  ağciyərlərin  fəal  vərəmi  olan 
körpələrin  südəmər  dövrdə  vərəmə  yoluxması  riski  olduqca  yüksəkdir.  Bu  halda  uşaq 
izoniazidlə altı aylıq profilaktik müalicə kursu qəbul etməlidir və mənfi Mantu sınağı olduqda 
KGB vaksinasiyası edilməlidir. Bu dövrdə ana südü ilə əmizdirilmə davam etdirilə bilər.  
 
Əmizdirilmə və VƏD 
Preparat  
Əmizdirilmə ilə uyğunluq 
Südəmər uşaqlar üçün 
terapevtik  doza  ilə 
müqayisədə 
ana 
südündəki  qatılığı  %-
lə 
Н  
Bəli.  Südəmər  uşaqlarda  qıcolma  tutmaları 
barədə  məlumatlar  var,  hansı  ki,  piridoksinlə 
aradan  götürülə  bilir.  G6PD  defisiti  olan 
yenidoğulmuşlarda izoniazidə yüksək həssaslıq 
ola  bilər  (hemoliz).  Uşaqlarda  periferik 
neyropatiyaların  və  qıcolma  tutmalarının 
profilaktikası  üçün  piridokson  (vitamin  B6) 
istifadə etmək tövsiyə olunur. 
6, 4-25%  
R  
Bəli  
0, 57-7, 3%  
Е  
Bəli 
2, 8-6, 9%  
Z  
Məlum deyil 
0, 75-1, 5%  
Aminoqlikozidlər 
(S, АМК, КМ)  
Bəli.  MBT-dən  sorulma  zəifdir.  Körpənin 
bağırsaq  florasının  pozuntuları  səbəbindən 
qaçılması arzuediləndir. 
0, 95-22, 5% 
СМ  
Məlum  deyil.  Ana  südündə  qatılığı  məlum 
deyil. 
Göstəricilər yoxdur 
CS  
Bəli 
11-28%  
СРХ  
Dölyani  sularda  və  ana  südündə  qatılığı 
təxminən zərdabda olduğu səviyyədədir.  
Göstəricilər yoxdur 
PAST  
Məlum deyil  
0, 05-0, 95% 
Eth/ Pth  
Ana südündə qatılığı məlum deyil. 
 
 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
116 
 
Əlavə 13: İİV-ə yoluxmuş məhbuslara İPT-nin tətbiqi 
 
İİV-ə yoluxmuş xüsusi kontingent 
arasında vərəmin profilaktikası barədə 
Penitensiar müəssisələrdə xüsusi kontingent arasında aparılan müayinələrin təhlili həyata 
keçirilən  bir  sıra  tədbirlərə  baxmayaraq  İİV-ə  yoluxmuş  şəxslərin  sayının  artdığını  göstərir. 
Ümümdünya  Səhiyyə  Təşkilatının  (ÜST)  məlumatına  əsasən  İİV  infeksiyasının  yayılması 
İİV/Vərəm ko-infeksiya hallarının artması ilə də müşayiət edilir. 
İİV-ə yoluxmuş şəxslər arasında vərəmlə xəstələnmə səviyyəsinin azaldılması məqsədi ilə 
ÜST  tövsiyələri  nəzərə  alınaraq  penitensiar  müəssisələrdə  fəal  vərəm  hallarını  erkən 
aşkarlamaq üçün müəyyən tədbirlər həyata keçirilir. Bu məqsədlə  müxtəlif müəssisələrdə beş 
yeni  Xpert  TB  Rif  müayinə  üsulu  tətbiq  edilmiş,  ikisinin  isə  yaxın  zamanlarda  istismara 
verilməsi  gözlənilir.  Xpert  TB  Rif  üsulu  penitensiar  müəssisələrdə  vərəmin  aşkarlanması 
alqoritminə daxil edilmiş və uğurla tətbiq olunmaqdadır. Vərəmin erkən aşkarlanmasını təmin 
etmək  üçün  bir  sıra  digər  yeniliklər  tətbiq  edilmiş,  o  cümlədən  bəlğəmin  toplanması  və 
daşınması prosedurları təkmilləşdirilmişdir. 
ÜST-nın  məlumatlarına  görə  İzoniazidlə  Preventiv  Terapiyanın  (İPT)  tətbiqi  də  bu 
məqsədlərə qulluq edir. 
Qeyd  edilənləri  nəzərə  alaraq,  Azərbaycan  penitensiar  müəssisələrdə  İİV-ə  yoluxmuş 
şəxslər arasında vərəm hallarının qarşısını almaq məqsədi ilə, 
 
Ə M R   E D İ R Ə M :
 
1.
 
ÜST-nın «Məhdudlaşmış resurslar şəraitində İİV-lə yaşayan insanlar arasında vərəm 
hallarının  intensiv  aşkarlanması  və  izoniazidlə  profilaktik  müalicəsi»  təlimatının  öyrənilməsi 
məqsədi  ilə  penitensiar  müəssisələrdə  çalışan  tibb  xidməti  əməkdaşlarına  İxtisaslaşdırılmış 
müalicə  müəssisəsinin  Vərəm  üzrə  Təlim  mərkəzində  treninqlər  təşkil  olunsun  (İftixar 
Qurbanov, Füzuli Hüseynov, Nəhmət Rəhmanov, İradə Məmmədova, Elnur Məmmədov). 
2.
 
Cəzaçəkmə  müəssisələrində  saxlanılan  İİV-ə  yoluxmuş  şəxslər  arasında  fəal  vərəmi 
inkar etmək və vərəmin aktiv profılaktikasını təmin etmək məqsədi ilə dövri tibbi müayinələrin 
və İPT-nın həyata keçirilməsi üçün aşağıdakı tərkibdə səyyar həkim briqadaları yaradılsın. 
 
Birinci briqada: 
      Abbasəli Məmməd oğlu Sadıqov - t/x mayoru, MİTİ-nin inspektoru-həkim (AİDS və 
yoluxucu xəstəliklər üzrə), rəhbər  
      Hikmət Elşad oğlu Aydəmirov -t/x leytenantı, İxtisaslaşdırılmış müalicə müəssisəsinin 
                                                   tibb xidməti I vərəm şöbəsinin böyük həkim-ftiziatrı 
      Asif Arif oğlu Şirinov - t/x baş leytenantı, Müalicə müəssisəsinin tibb xidməti 
      İnfeksion xəstəliklər şöbəsinin rəisi (həkim-infeksionist) 
 
İkinci briqada: 
      Elnur Rövşən oğlu Məmmədov - t/x mayoru, İxtisaslaşdırılmış müalicə müəssisəsinin     
                 tibb xidməti Dispanser şöbəsinin həkim-infeksionisti (AİDS üzrə), rəhbər 
      Sakit Yasir oğlu Hümbətov - t/x leytenantı, İxtisaslaşdırılmış müalicə müəssisəsinin 
                   tibb xidməti Somatik xəstəliklər şöbəsinin həkim-ftiziatrı   
      Samir Vaqif oğlu Hüseynov - t/x leytenantı, Gigiyena və epidemiologiya mərkəzinin 
həkim-epidemioloqu 
 
3.
 
Həkim briqadalarına tapşırılsın: 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə