Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
129
prioritetlərini və icra mexanizmini təqdim etmək və layihənin icrası zamanı istinad
ediləcək mənbə kimi istifadə olunmasından ibarətdir.
Azadlığa buraxılan xəstələr və onların statistikası
-
Keçmiş məhkum vərəmli xəstələrin səciyyəvi xüsusiyyətləri
Vərəm xəstəliyinə tutulan insanların bu xəstəliyə və müalicəyə qarşı münasibəti çox
zaman eyni olmur. Bu da insanları fərqli bilik və təfəkkür səviyyələrinə malik olmalarından,
şəxsi vərdiş və davranışlarından və onları səciyyələndirən digər xüsusiyyətlərdən asılı olur.
Dünya statistikasına əsasən, məhkum/vərəmli xəstələrin böyük əksəriyyəti orta yaxud
natamam orta təhsilli, inyeksiyon narkotik istifadəçiləri (bunun nəticəsində hepatit C/B və
QİÇS-ə yoluxmuş), spirtli içki düşkünü, aqressiv təbiətli, insanlara inamını itirmiş, istəyinə
nail olmaq üçün yalan danışmağa meylli şəxslər təşkil edir. Bundan başqa, bir sıra hallarda
məhkumlar azadlığa buraxıldıqdan sonra onların nə yaşamağa evi, nə onlara komək etmək
istəyində olan yaxın adamı, nə də özünün və ailəsinin maddi ehtiyaclarını təmin
etməyə pulu
olur.
Bu səbəblərin bilavasitə təsirindən həmin şəxslər çox vaxt müalicəni davam
etdirməkdən yayınır və nəticədə əhali arsında xəstəliyin daha çox yayılmasına səbəb olur.
Azadlığa buraxılan keçmiş məhkumların 8-10%-i təkrar cinayət əməli törədərək cəzaçəkmə
yerlərinə qayıdır. Bu qrupdan olan vərəmli xəstələrə daha çox diqqət ayrılmalı və vərəm
xəstəliyindən sağalmaları üçün onlara köməklik göstərilməlidir.
-
İMM-dən azadlığa buraxılan vərəmli xəstələrin statistikası (2007-2010)
İl
İMM-də
müalicəyə cəlb
olunub
Azadlığa buraxılan
xəstələr
“Yeni”
xəstəlik halı
“Təkrari
müalicə”
xəstəlik halı
Cəmi
2007
778
63
56
119
2008
746
75
63
138
2009
793
61
48
109
2010
521
64
17
81
Cəmi
2838
263
184
453
Statistika göstərir ki, hər il müalicəyə cəlb olunan vərəmli xəstələrin təxminən 15-
20%-i İxtisaslaşdırılmış müalicə müəssisəsindən müalicə başa çatmadan azadlığa buraxılır
və çox vaxt onların müalicəni davam etdirməsi barədə sonradan heç bir məlumat əldə
olunmur. Müalicəsi başa çatmadan ABVX müalicələrinin izlənilməməsi sağlam insanların
bu xəstəliyə yoluxmasına gətirib çıxarır.
-
ABVX-nin müalicədən yayınmalarına səbəb olan amillər
1.
Xəstəlik və müalicə barədə məlumatın az və ya yanlış məlumatın olması
2.
Müalicə məntəqəsənin xəstənin yaşadığı yerdən uzaq məsafədə olması
3.
Sosial dəstəyin olmaması
4.
Müalicənin uzun müddətli olmasına xəstənin səbirsizliyi
5.
Vərəm əleyhi dərmanların əlavə təsirlərinin mövcud olması
6.
Bir müddət müalicə qəbul etdikdən sonra xəstənin özünü sağlam hiss etməsi, yaxud
ümidsizliyə qapılması
7.
Narkotik aludəçiliyi və içki düşkünü olması
8.
Tibb işçisinin onun müalicəsinə adekvat yanaşmaması və tibb işçisinə inamsızlıq
9.
Tibb işçisi tərəfindən xəstənin pulsuz müalicə alma hüququnun pozulması
10.
Bürokratik maneələr və s.
11.
İşsizlik və maddi imkansızlıq
SX İB tərəfdən layihənin icrası zamanı müalicəyə sadiqliyi təmin etmək məqsədilə bu
amillər nəzərə alınmışdır.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
130
Azərbaycanda vərəmə nəzarət proqramının təşkilatı strukturu
Mülki sektorda vərəmə nəzarət proqramı və onun təşkili
MVNP ÜST-nin tövsiyə etdiyi Birbaşa Müşahidə Olunan Terapiya (və ya DOT)
strategiyasına müvafiq olaraq aparılır. Vərəmli xəstələrin müalicəsi DOT müalicə
qaydalarına uyğun olaraq bütün şəhər, rayon, qəsəbə və kəndlərdə tibb müəssisələrində
təşkil olunaraq aparılır. Xəstədə vərəm xəstəliyi aşkar olunarsa o, mütləq qaydada daimi
yaşadığı ünvan üzrə vərəm əleyhinə tibb müəssisəsində qeydiyyata götürülür və müalicəsi
onun yaşadığı ünvana yaxın DOT məntəqəsində təşkil olunur. Xəstə yaşayış ünvanını
dəyişirsə o, “TB 09” göndəriş/köçürülmə sənədinin vasitəsilə bir vərəm əleyhi tibb
müəssisindən digərinə köçürülür.
Penitensiar vərəmə nəzarət proqramı və onun təşkili.
PVNP mülki sektorda olduğu kimi DOT müalicə strategiyasına müvafiq olaraq
aparılır. İstintaq təcridxanalarda və Cəzaçəkmə müəssisələrində aktiv və passiv yolla
vərəmli xəstələr aşkar olunaraq İxtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilir və
mərkəzləşdirilmiş qaydada müalicə ilə təmin olunurlar. Müalicəyə cəlb
olunan vərəmli xəstə
müalicəsi başa çatmadan azadlığa buraxılırsa, o zaman xəstə “Sağlamlığa Xidmət” İctimai
birliyinin dəstəyi ilə VƏTM-nə köçürülür və müalicəsinin qalan hissəsi orada (DOT
məntəqəsində) davam etdirilir.
LAYİHƏ
Layihənin məqsədi və onun tərkib hissələri
Layihənin məqsədi DH-vərəm və DD-vərəm xəstəliyi ilə mübarizəni genişləndirmək
və DD-vərəm və o cümlədən GDD-vərəm hallarının artmasının qarşısının almaqla
Azərbaycanda vərəm xəstəliyinin səviyyəsini aşağı salmaqdır. Layihə, əhalinin DH-vərəm
və DD-vərəmin müayinə və müalicəsindən istifadə etməsinə yardım edəcəkdir. Layihənin
məqsədi beynəlxalq tövsiyyələrə əsaslanaraq (ÜST-nin yenilənmiş Stop TB strategiyası və
vərəmin qarşısının alınması üzrə Qlobal
Plan 2006-2015) və Vərəmlə Mübarəzə üzrə Milli
Proqramın ayrılmaz hissəsi kimi və QF-un 9-cu Raund “Penitensiar sistemdə vərəmə
nəzarətin
gücləndirilməsi” çərçivəsində azadlığa buraxılan vərəm xəstələrinin
müalicələrinin sonadək davam etdirmələrinə nəzarət etmək və onlara sosial dəstək
göstərməkdən ibarətdir.
Layihənin hədəfi hər il müalicəsi tamamlanmadan azadlığa buraxılan 140 vərəmli
xəstənin (120 DH-vərəmli xəstə və 20 DD-vərəmli xəstə) VƏTM-də onların müayinə və
müalicə ilə təmin olunmalarına şərait yaratmaq.
Layihənin həyata keçirilməsininə dair hüquqi sənədlər:
o
Azərbaycan Respublikası ƏN TBİ və SX İB arasında Qlobal Fondun 9-cu Raund
“Azərbaycan penitensiar sistemində vərəmə nəzarətin gücləndirilməsi layihəsi çərçivəsində
'Adi' vərəm/ Dərmana Davamlı vərəm əleyhinə müalicəni başa çatdırmadan azadlığa
buraxılan keçmiş məhbusların mülki sektorda müalicələrini davam etdirmələrinin təşkili,
nəzarəti və dəstəyi” layihəsi üzrə 26 fevral 2011-ci il tarixli Əməkdaşlıq
Müqaviləsi
o
Azərbaycan Respublikası SN ETACXİ və Qlobal Fondun 9-cu Raund Vərəm
Layihəsinin sub-resipiyenti SX İB arasında müalicəsi başa çatmadan Ədliyyə Nazirliyinin
İxtisaslaşdırılmış müalicə müəssisəsindən azadlığa buraxılmış vərəmli xəstələrin SN-nin
tabe vərəm əleyhi tibb müəssisələrində müalicələrinin sonadək izlənilməsi üzrə 10 May
2012-ci il tarixli Əməkdaşlıq Müqaviləsi.
o
Müalicəsi başa çatmadan Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə
müəssisəsindən azadlığa buraxılmış vərəmli xəstələrin SN-nin tabeçiliyində olan vərəm