Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə59/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   55   56   57   58   59   60   61   62   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
135 
 
SX İB-nin həkim koordinatoru VƏTM məsul tibb işçisi, SX İB-nin məsul əməkdaşı və  
ABVX  arasında  üç  tərəfli  Razılaşma  sənədinə  müvafiq  olaraq  müalicənin  izlənilməsi 
fəaliyyətlərini həyata keçirir. 
 
 
Sosial dəstək fəaliyyətləri 
ABVX-in azadlığa buraxıldıqdan sonra müalicənin sonadək davam etdirilməsini təmin 
etmək  və  DOT  müalicə  qaydalarına  əməl  etməklə  müalicənin  davam  etdirilməsinə 
həvəsləndirmək  və  ruhlanmaq  məqsədilə,  xəstələr  və  onların  müalicələrini  davam  etdirən 
(DOT müalicəsi aparan) məsul tibb işçisi SX İB tərəfindən zəruri sosial dəstək vasitələrilə 
təmin edilirlər.  
 
Xəstələrə nəqliyyat xərci 
a.
 
DH-vərəm xəstələri 
Mülki  sektorun  vərəm  əleyhi  müəssisələrində  BSD  ilə  müalicəsini  davam  etdirən 
vərəmli  xəstənin  müalicəsi  tamamlana kimi  QF-un 9-cu raund vərəm  layihəsi  çərçivəsində 
SX  İB  tərəfindən  xəstənin  yaşadığı  ünvandan    DOT  məntəqəsinə  gəlməsi  üçün  gündəlik 
olaraq ona 1 (bir) manat nəqliyyat xərci verilir. Xəstənin DOT məntəqəsinə həftədə ən azı 3 
dəfə gəlməsini təmin etmək üçün ona həftədə 3 (üç) manat olmaqla ayda 12 manat verilir. 
Əgər  xəstə  DOT  məntəqəsinə  gəlməkdə  çətinlik  çəkirsə,  yaxud  stiqma  səbəbindən  oraya 
gəlmək  istəmirsə  tibb  işçisi  dərmanları  xəstənin  ünvanına  çatdırır  və  bu  zaman  nəqliyyat 
məsrəfi kimi verilən 1 manat tibb işçisinə ödənilir. 
b.
 
DD-vərəm xəstələri 
Mülki  sektorun  vərəm  əleyhi  müəssisələrində  İSD  ilə  müalicəsini  davam  etdirən 
vərəmli xəstənin müalicəsi tamamlana kimi QF-un 9-cu Raund vərəm layihəsi çərçivəsində 
SX  İB  tərəfindən  xəstənin  yaşadığı  ünvandan    DOT  məntəqəsinə  gəlməsi  üçün  gündəlik 
olaraq ona 1 (bir) manat nəqliyyat xərci verilir. Xəstənin DOT məntəqəsinə həftədə ən azı 6 
dəfə gəlməsini təmin etmək etmək üçün ona həftədə 6 (altı) manat olmaqla ayda 26 manat 
verilir. Əgər xəstə DOT məntəqəsinə gəlməkdə çətinlik çəkirsə, yaxud stiqma səbəbindən o 
gəlmək  istəmirsə  tibb  işçisi  dərmanları  xəstənin  ünvanına  çatdırır  və  bu  zaman  nəqliyyat 
məsrəfi  kimi  verilən  1  manat  tibb  işçisinə  ödənilir.  Ödəmələrin  qeydiyyatı  xüsusi  ödəmə 
sənədində alan şəxsin imzası ilə təsdiqlənir.  
Xəstələrin  gündəlik  olaraq  1  manat  verərək  onların  tibb  məntəqəsinə  gəlməsinə 
həvəsləndirilməsini,  (xəstə  gəlmədiyi  təqdirdə  bu  vəsaitin  tibb  içşisi  tərəfindən  istifadə 
edilərək xəstənin dərmanlarının çatdırılması), ABVX-in mülki sektorda müalicələrinin qısa 
(1-5  ay)  olmasını,  xəstələrin  keçmiş  məhkum  olması  ilə  əlaqədar  çox  vaxt  bank  hesabının 
açılması üçün müvafiq sənədlərin olmaması və bu sənədlərin hazırlanmasına müəyyən vaxt 
tələb olunmasını və bank əməliyyatlarından istifadədə çətinliyi nəzərə alaraq nəqliyyat xərci 
onlara nəğd olaraq verilir.  
Nəqliyyat  xərci  SX  İB-nin  əməkdaşı  tərəfindən  ayda  bir  dəfə  olmaqla  SX  İB 
tərəfindən tərtib olunmuş müvafiq maliyyə sənədi əsasında xəstənin müalicəsinə məsul tibb 
işçisinə  təhvil  verilir.  Sənəddə  xəstənin  müalicə  aldığı  tibb  məntəqəsinin  adı,  xəstənin  və 
ona  məsul  tibb  işçisinin  adı  verilən  məbləğ  göstərilməklə  tibb  işçisi  tərəfindən  imzalanır. 
Sənəd hər təqvim ayı üçün ayrı doldurulur 
 
Xəstələrə ərzağın verilməsi 
a.)
 
DH-vərəm xəstələri 
Mülki  sektorun  vərəm  əleyhi  müəssisələrində  BSD  ilə  müalicəsini  davam  etdirən 
vərəmli xəstənin müalicəsi tamamlanana kimi İMM-də verildiyi qaydada QF-un 9-cu raund 
vərəm  layihəsi  çərçivəsində  əldə  olunmuş  qida  məhsulları  (21  ədəd  şokolad  və  3  ədəd 
qatılaşdırılmış süd) İMM-dən müvafiq sənəd (iki nüsxədə tərtib olunmuş akt əsasında SX İB 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
136 
 
tərərəfindən  təhvil  götürülür.  Hər  xəstə  üçün  ayda  bir  dəfə  xəstənin  müalicəsi  davam 
etdirilən tibb məntəqəsinə müvafiq sənəd əsasında verilir.  
b.)
 
DD-vərəm xəstələri 
Mülki  sektorun  vərəm  əleyhi  müəssisələrində  BSD  ilə  müalicəsini  davam  etdirən 
vərəmli  xəstənin  müalicəsi  tamamlana  kimi  İMM-də  verildiyi  qaydada  QF-un  9-cu  raund 
vərəm  layihəsi  çərçivəsində  əldə  olunmuş  qida  məhsulları  (26  ədəd  meyvə  şirəsi,  26  ədəd 
yoqurt, 26 ədəd şokolad və 4 ədəd qatılaşdırılmış süd) İMM-dən müvafiq sənəd (iki nüsxədə 
tərtib olunmuş akt ilə əsasında SX İB tərərəfindən təhvil götürülür. Hər xəstə üçün ayda bir 
dəfə xəstənin müalicəsi davam etdirilən tibb məntəqəsinə müvafiq sənəd əsasında verilir.  
Ərzağın  verilməsi  SX  İB-nin  əməkdaşı  tərəfindən  ayda  bir  dəfə  olmaqla  SX  İB 
tərəfindən tərtib olunmuş müvafiq maaliyə sənədi əsasında xəstənin müalicəsinə məsul tibb 
işçisinə  təhvil  verilir.  Sənəddə  xəstənin  müalicə  aldığı  tibb  məntəqəsinin  adı,  xəstənin  və 
ona məsul tibb işçisinin adı, verilən ərzaq və onun miqdarı göstərilməklə təhvil-təslim edilir. 
 
Məsul tibb işçilərinə həvəsləndiricilər  
a.)
 
DH-vərəm xəstələrin müalicəsinə məsul tibb işçisinə həvəsləndiricilər 
Mülki  sektorun  vərəm  əleyhi  müəssisələrində  BSD  ilə  müalicəsini  davam  etdirən 
vərəmli xəstənin müalicəsi tamamlana kimi QF-un 9-cu Raund vərəm layihəsi çərçivəsində 
SX  İB  tərəfindən  xəstənin  müalicəsinə  məsul  (DOT  müalicəsi  aparan)  tibb  işçilərinə 
həvəsləndiricilər  verilir.  Hər  tibb  işçisinə  hər    DH-vərəm  xəstəsi  üçün  aylıq  15  manat 
olmaqla vəsait onun bank hesabına köçürülür. 
b.)
 
DD-vərəm xəstələrin müalicəsinə məsul tibb işçisinə həvəsləndiricilər 
Mülki  sektorun  vərəm  əleyhi  müəssisələrində  İSD  ilə  müalicəsini  davam  etdirən 
vərəmli  xəstənin  müalicəsi  tamamlana kimi  QF-un 9-cu raund vərəm  layihəsi  çərçivəsində 
SX  İB  tərəfindən  xəstənin  müalicəsinə  məsul  (DOT  müalicəsi  aparan)  tibb  işçilərinə 
həvəsləndiricilər  verilir.  Hər  tibb  işçisinə  hər    DD-vərəm  xəstəsi  üçün  aylıq  30  manat 
olmaqla vəsait onun bank hesabına köçürülür. 
Həvəsləndiricilər  SX  İB-nin  əməkdaşı  tərəfindən  ayda  bir  dəfə  olmaqla  SX  İB 
tərəfindən tərtib olunmuş müvafiq maliyyə sənədi əsasında xəstənin müalicəsinə məsul tibb 
işçisinin şəxsi bank hesabına köçürülməklə ödənilir. 
 
c.)
 
Tibb işçisinə mükafat (Bonus) 
Mülki  sektorun  vərəm  əleyhi  müəssisələrində  İSD  ilə  müalicəsini  davam  etdirən 
vərəmli  xəstənin  müalicəsi  tamamlanana  kimi  QF-un  9-cu  Raund  vərəm  layihəsi 
çərçivəsində  SX  İB  tərəfindən  xəstənin  müalicəsinə  məsul  (DOT  müalicəsi  aparan)  tibb 
işçisinə  hər  DD-vərəm  xəstəsinin  uğurlu  müalicəsinin  sonunda  20  manat  məbləğində 
birdəfəlik mükafat ödənilir və tibb işçisinin bank hesabına köçürülür. 
 
Xəstələrin  müalicəsinə  məsul  tibb  işçilərinə  hər  DD-vərəm  xəstəsinin  uğurlu 
müalicəsinin sonunda ödənilən mükafat HKK-nın qərarına müvafiq olaraq “uğurlu müalicə” 
nəticəsilə  müalicəsi  dayandırılan  hər  xəstəyə  görə  HKK-nın  qərarını  təsdiqləyən  sənəd 
əsasında tibb işçisinin şəxsi bank hesabına köçürülməklə ödənilir. 
 
Nəğdsiz ödəmələr 
Layihə  fəaliyyətlərinin  icrası  zamanı  maliyyə  hərəkətlərinin  bank  köçürmə  yolu  ilə 
həyata  keçirilməsinə  çalışılır.  Xəstələrə  ödənilən  nəqliyyat  xərci  istisna  olmaqla  bürün 
ödəmələr  Bank  vasitəsilə  həyata  keçirilir.  Xəstələrin  gündəlik  olaraq  1  manat  verərək 
onların  tibb  məntəqəsinə  gəlməsinə  həvəsləndirilməsini,  (xəstə  gəlmədiyi  təqdirdə  bu 
vəsaitin tibb içşisi tərəfindən istifadə edilərək xəstənin dərmanlarının çatdırılması), ABVX-
in mülki sektorda müalicələrinin qısa (əsasən 1-5 ay) olmasını, xəstələrin keçmiş məhkum 
olması ilə əlaqədar çox vaxt bank hesabının açılması üçün müvafiq sənədlərin olmaması və 
bu  sənədlərin  hazırlanmasına  müəyyən  vaxt  tələb  olunmasını  və  bank  əməliyyatlarından 
istifadədə çətinliyi nəzərə alaraq nəqliyyat xərci onlara nəğd olaraq verilir.  


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə