Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
139
Ərzaq anbarı
Azadlığa buraxılan vərəmli xəstələr üçün QF 9-cu Raund Vərəm Layihəsi
çərçivəsində əldə olunmuş əlavə qida məhsulları xəstə azadlığa buraxıldıqdan sonra, iki
nüsxədə hazırlanmış akt əsasında İMM-dən SX İB-nə təhvil verilir. SX İB-nin anbarına
daxil olan ərzaqlar, SX İB-nin anbara məsul əməkdaşı tərəfindən qəbul edilir, ərzaqların
sayı və son istifadə tarixi göstərilməklə “Anbar qeydiyyat jurnalına” daxil edilir.
Anbarın daim eyni temperaturda saxlanılması üçün kondisioner davamlı olaraq işləyir.
Anbarda havanın hərarətinə və rütubətliliyinə nəzarət etmək üçün xususi temperaturu və
rütubətliliyi ölçən cihaz quraşdırılıb və cihazın göstəriciləri xüsusi tərtib olunmuş
“temperatur və rütəbətliliyin qeydiyyat jurnalında” gündəlik olaraq qeyd edilir.
SX İB-nin anbara məsul əməkdaşı hər DH-vərəmli və DD-vərəmli xəstə üçün 1 aylıq
ərzaq məhsullarını yığaraq ayrı-ayrı paketlərdə qablaşdırır. Ərzaqlar qablaşdırıldıqdan
sonra, iki nüsxədə hazırlanmış akt əsasında mülki vərəm əleyhinə tibb müəsisəsində (DOT
məntəqədə) ABVX-nin müalicəsinin davam etdirilməsinə məsul tibb işçisinə təhvil verilir.
Akt SX İB-nin direktorunun imzası ilə bir tərəfdən təhvil verən SX İB-nin həkim
koordinatoru digər tərəfdən təhvil alan VƏTM-nin tibb işçisi tərəfindən imzalanır.
Anbara qəbul edilən ərzaqlar “Anbar qeydiyyat jurnalına” daxil edildəkdən sonra,
elektron məlumat bazasına daxil edilir. (baza Excel proqramlında hazırlandığı üçün
qoyulmuş formula vasitəsilə avtomatik olaraq aylıq, illik, mədaxil, məxaric və balans
göstərilir)
Azadlığa buraxılan DD-vərəmli xəstələr onlar üçün (Beynəlxalq mütəxəssislərin
rəyinə əsasən) nəzərdə tutulmuş əlavə ərzaq məhsulları (un, qarabaşaq, düyü, şəkər tozu,
yağ, makaron məhsulları, qatılaşdırılmış süd, kakao, mərcimək) ilə də təmin edilirlər.
Sub-resipientə aid nəqliyyat vasitəsinin istismarı
Təyinatı üzrə istifadə
QF 9-cu Raund Vərəm Layihəsinin Sub resipiyenti Sağlamlığa Xidmət ictimai birliyi
layihə çərçivəsində satın alınmış iki nəqliyyat vasitəsinə malikdir. (Niva Chevrolet və KİA
Sportage) Nəqliyyat vasitəsinin biri Azərbaycan rayonlarına monitorinq/superviziya
səfərləri, təminat-təchizat, müalicənin izlənilməsinə nəzarət və müayinələrin daşınması
üçün nəzərdə tutulub, digəri eyni məqsədlər və layihə rəhbərinin və əməkdaşlarının İMM-
yə və digər qurumlara daşınması üçün nəzərdə tutulmuşdur.
Yanacaq sərfiyyatının qeydiyyatı və hesabatı
Nəqliyyat vasitələrinin istifadəsinə nəzarət etmək məqsədilə “Marşrut qeydiyyat
kitabçasından” istifadə olunur. Kitabçada tarix, səfər zamanı qət edilən məsafə, gedilən
mənzil, istifadə olunan yanacaq və dövri yağ dəyişmə barədə gündəlik qeydlər aparılır.
Hər ayın əvvəlində ötən ayın yanacaq sərfiyyatı, sürülən məsafə (km), yağ dəyişmə,
nəqliyyat vasitəsinin təmiri barəsində xüsusi hesabat forması doldurularaq ƏR-təqdim edilir.
Təmir
SR-in sərəncamında olan nəqliyyat vasitələrinin təmiri SR-in büdcəsi hesabına
müvafiq müqavilə əsasında nəqliyyat vasitələrinin təmiri sexində həyata keçirilir.
Nəqliyyat vasitəsinin yağ dəyişmə xidməti təyin olunmuş km göstəricisinə müvafiq
olaraq yerinə yetirilir və eyni zamanda avtomobilə ümumi texniki baxış keçirilərək lazım
olan nasazlıqlar təmir olunmaqla/lazım gələn ehtiyyat hissələri dəyişdirilməklə aradan
qaldırılır.
Göstərilən xidmətlərə görə təyin olunmuş xidmət haqqı SX İB tərəfindən İcraçının
bank hesabına köçürülür.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
140
Inventarizasiya
SX İB-nin satın alınmaqla, bağışlanmaqla yaxud ianə yolu ilə əldə etdiyi bütün mal və
avadanlıqlar əldə olunma tarixinə uyğun ardıcıllıqla SX İB-nin “İnventar qeydiyyat
jurnalında” qeyd edilir.
Satın alınmaqla, bağışlanmaqla, yaxud ianə yolu ilə SX İB-nin əldə etdiyi bütün mal
və avadanlıqlar kodlaşdırılır və kod nömrələri onların üzərinə yapışdırılır.
Müəyyən olunmuş dövrü interval üzrə SR və ƏR tərəfindən onların inventarizasiyası
aparılır.
Elektron məlumat bazası, o cümlədən Coğrafi Məlumatlar Bazası (GİS)
SX İB, GFATM 9-cu raund vərəm layihəsi çərçivəsində SR layihəsinə aid bütün
məlumatların daxil edilməsi və onların idarə olunması üçün SX İB tərəfindən yaradılmış
GİS elektron məlumat bazasından istifadə olunur. Bu məlumat bazası ABVX-nə aid bütün
məlumatların; tibbi, qeyri-tibbi və SX İB tərəfindən təmin olunan sosial dəstək barədə
məlumatların daxil edilməsi və bu məlumatların qrafiki, coğrafi və cədvəl şəklində
görüntülərlə təqdim olunması üçün istifadə edilir. Həmçinin, bu məlumat bazası vasitəsilə
layihənin səmərəliliyinin öyrənilməsi və onun daha da təkmilləşdirilməsi məqsədilə lazımi
araşdırmalar apararılır və beynəlxalq konfranslarda təqdim olunması üçün SR layihəsinin
uğur və nailiyyətləri barəsində məqalələr hazırlanması zamanı istifadə olunur.
SX İB, ABVX-nin müayinə və müalicəsinə dair məlumatların əldə olunması üçün
digər elektron məlumat bazasından da istifadə edir. Belə ki, BQXK-nin dəstəyilə CDC-nin
müəllifi olduğu EPİ İNFO proqramında yaradılmış ƏN İMM-nə məxsus məlumat
bazasından istifadə etməklə ABVX-nin müayinə və müalicəsinə dair lazım gələn
məlumatları əldə edir, onlar barəsində oradakı məlumatları SX İB-də olan məlumatlarla
müqayisə edir və ABVX-nin məlumatlarını ümumi xəstələrlə birlikdə analiz edir və
təhlillər aparır.
SR tərəfindən bu məlumat bazasına heç bir məlumat daxil edilmir.
Satınalmalar, o cümlədən texniki yardımın satınalınması
ƏR ilə bağlanmış müqavilə çərçivəsində SR-in Layihəyə dəstəyin bir hissəsi kimi ƏR
tərəfindən verilən qrant vəsaiti hesabına aldığı avadanlıq və təchizatlar Layihəyə dəstəyin
həyata keçirilməsi üçün zəruri olan avadanlıq və materiallarla məhdudlaşır. SX İB bu kimi
satın alınmış materialların dəyərinin Müqaviləyə əsasən ayrılan vəsait hesabına ödəyir və
ƏR tərəfindən müəyyən edilmiş İllik İş Planına əsasən SX İB satınalma işlərini həyata
keçirir. Alınan avadanlıq və materialların göstəricilərini, kəmiyyətini və çatdırılma tarixləri
müqavilədə göstərilir. Belə satınalınmalar zamanı ƏR və SR arasında bağlanmış
müqavilənin əlavəsində nəzərdə tutulmuş proseduralar əsasında həyata keçirir. Məsləhətçi
SR-lə bağladığı müqavilənin icrası zamanı əldə etdiyi hər hansı bir məlumatı tam məxfi
saxlayır.
SR Məsləhətçi və ya onunla bağlı olan hər hansı bir qurumla əlaqədar olaraq maraqların
toqquşacağını güman edərsə Layihəyə dəstəklə sıx bağlı olan hər hansı
bir Program üçün
mal, cihaz və ya digər texniki dəstəkdən (SR - lə olan
müqavilədə nəzərdə tutulmuş
Layihəyə dəstəyi çıxmaq şərti ilə) Məsləhətçi və ya onunla bağlı olan hər hansı
bir qurumu
məhrum etmək hüququna malikdir.