Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
156
Tematik Modulun standartı
Tematik Modula aşağıdakı materiallar daxildir:
Giriş (tematik modulun məzmunundan ibarətdir)
Bu tip Tədris Proqramı (bu mövzunun məzmunu təşkil edən bölmələr daxil olmaqla)
Bu mövzu üzrə qısa mühazirə konspekti, təqdimatlar, materiallar və görülən işlər;
Elmi-metodiki materiallar (qruplarda işin təsviri, müzakirələrin sualları, məsələlər
kitabçası, bu mövzuda olan dərsliklərin siyahısı və s.);
Təlimin iştirakçılara təqdim ediləcək materiallar;
Məlumat materialları (buklet, vərəqlər, broşürlər, lövhələr və s.);
Təlim keçənlərin bilik səviyyəsinin nəzarət üçün test sualları və tövsiyələr;
Tövsiyə edilən ədəbiyyatın siyahısı (dərsliklər, metodiki tövsiyələr və rəhbərlik,
dərsliklər, o cümlədən elektron) və Əmrlərə həmçinin internet mənbələrinə istinad
edən normativ-hüquqi baza.
Tədris iştirakçısının qovluğu
Bu tədris tədbirinin təşkilatı və təsviri bazasını iştirakçılara təqdim edir. “Qovluq”
iştirakçılara və müəllimlərə tədris zamanı öz işlərini əlaqələndirməyə, ünsiyyəti
asanlaşdırmağa, tədris iştirakçılarına müstəqil şəkildə materiallarla işləməyə və onları
təcrübədə istifadə etməyə imkan yaradır.
İştirakçının qovluğu (qovluğun üzərində Təlim mərkəzinin loqosunun olması
arzuediləndir) aşağıdakılardan ibarətdir:
Tədris tədbiri proqramı (adı, tarixi, vaxtı, keçirilmə yeri, müəllimlərin adları və
onların əlaqə məlumatları, məqsədləri, tədrisin vəzifələri və gözlənilən nəticələri,
məşğələlərin cədvəli olmaqla);
Tədrisin iştirakçılarının siyahısı (əlaqə məlumatları olmaqla);
Paylamaq üçün nəzərdə tutulan materiallar: təqdimat slaydların, tematik
materialların, instruksiyaların, metodiki tövsiyələrin, əmrlərin, sərəncamların və s.
surəti (bu tematik modullardan Tədris Proqramında təqdim edilmiş mövzulara
müvafiq);
Tədris mövzusu üzrə məlumat materialları, rəhbərlik (dərc edilmiş);
Bloknot, qələm;
Təlim mərkəzinin Press-relizi və promo- (bu Təlim mərkəzinin loqosu, üzərində əks
etdirilmiş döş nişanları, bloknotlar, qələmlər, gündəlik məlumat və ya qeyd
kitabçaları, iştirakçıların foto-şəkilləri (kursun tarixi və adı göstərilməklə),
qalstuklar, idman köynəkləri və s.)
II. İş qaydaları
1.
Tədris tədbirlərinin maliyyələşməsinin təmin edilməsi üçün Təlim mərkəzi yeni maliyyə
ilinin başlanmasına ən azı üç ay qalmış Tədris planını hazırlayır, razılaşdırır və dərc
edir.
2.
Tədris planından kənar tədrisin aparılması barədə təkliflər tədris kursunun başlanmasına
ən azı iki ay qalmış təqdim edilməlidir (kimə, nə vaxt və nəyi oyrədirik).
3.
Müəllimlər müəyyən edilir, məsul müəllim təyin edilir. Tədris komandasının siyahısı ən
azı bir ay qalmış razılaşdırılır. Müəllimlər Azərbaycandan ən azı bir ay qalmış, xaricdən
isə iki ay əvvəl dəvət edilir.
4.
Müəllimlər tərəfindən məqsədi, vəzifələri, metodologiyası, təlim edilənlərin hədəf
qrupu, müddəti, tematika və tədbirin (kurs, seminar, treninq, mühazirə və s.) keçirilmə
vaxtı göstərilməklə hazırlanmalı və ən azı bir ay qalmış Təlim mərkəzinin rəhbərinə
kursun proqram layihəsi təqdim edilməlidir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
157
5.
Proqramın layihəsi müəllimlər, zərurət olduqda mütəxəssislər cəlb edilməklə Təlim
mərkəzinin işçiləri tərəfindən müzakirə edilir.
6.
İştirakçıların siyahısı (ASA, vəzifələri, rütbələri, iş yerləri, əlaqə məlumatları, konfrans
keçirildikdə isə elmi dərəcələri göstərilməklə) tərtib edilir və kursun təşkilatçıları
(müəllimlər, Təlim mərkəzinin, AR ƏN TBİ-nin işçiləri və ya kursu sifariş edənlərlə) ilə
razılaşdırılır. İştirakçıların siyahısı iştirakçıların dəvət edilməsi üçün tədrisin başlama
vaxtından ən azı iki həftə əvvəl təqdim edilməlidir və onun bitməsindən əvvəl
iştirakçıların siyahısı dəqiqləşdirilir.
7.
Təlim mərkəzinin işçiləri tərəfindən keçirilməsi nəzərdə tutulan tədbir barədə məlumat
xarakterli məktublar göndərilir. İştirakçılar iki həftə əvvəlcədən dəvət edilirlər və
tədrisin başlanmasına bir həftə qalmış kursun proqramı əlavə edilmiş təkrar dəvət
məktubu alırlar.
8.
Sertifikat Təlim mərkəzi tərəfindən qəbul edilmiş standartlar əsasında hazırlanır və
tədris kurslarını müvəffəqiyyətlə bitirən şəxslərə təqdim edilir. İştirakçıları tədris
kursunun nəzərdə tutulan vaxtının 80%-dən az müddətdə iştirak etdikləri təqdirdə
sertifikat alma hüquqlarını itirmələri barədə əvvəlcədən məlumatlandırılırlar.
9.
Tədris kursunun üçün materiallar müzakirəyə onun başlanmasına ən azı iki həftə qalmış
təqdim edilməlidir.
10.
Təlim mərkəzinin işçiləri müvafiq büdcə və tədbirin məqsədlərinə uyğun, tədbirin
proqramı hazırlandıqdan dərhal sonra, başlanmasına iki həftə qalmış dəftərxana siyahısı
hazırlayırlar və tədbir başlanmamışdan üç gün əvvəl tərtib edilmiş siyahıya müvafiq
olaraq tələb edilən dəftərxana ləvazimatları ilə təminatı həyata keçirirlər.
11.
Testlər, seminarın iştirakçılarının seminarı qiymətləndirmə sualları ilə, həmçinin
müəllimlərin qiymətləri müəllimlər tərəfindən Təlim mərkəzinə kursun bitməsinə ən azı
bir həftə qalmış təqdim edilir. Sonradan iştirakçıların bilik testləri və qiymətləndirmə
kağızları standart tematik modullara daxil edilərək müəllimlər tərəfindən istifadə edilir.
12.
Təlim mərkəzinin rəhbəri tədris tədbirindən əvvəl və sonara, onların sonradan tematik
modullara daxil edilməsi, standartlaşdırılmış qiymətləndirmə kağızları və testlərin
hazırlanması üçün monitorinq və qiymətləndirmə üzrə mütəxəssisləri, müəllim və
ekspertləri cəlb edir.
13.
Tədrisin ilk günü bütün iştirakçıların paylanma materialları ilə təmin edilməli olduqları
üçün, kursun başlanmasına üç gün qalmış materiallar, slaydlar, çıxışlar, testlər,
iştirakçıların, müəllimlər və proqramların siyahısı öz əksini tapmış qovluq
formalaşdırılır.
14.
Zərurət olduğu halda tədbirin başlanmasına kimi iştirakşıların/kursantların adları
üzərində əks edilən beydjlər (müəssisənin və təmsil etdiyi ölkənin adı göstərilməklə) və
dəirmi masa, konfrans, forum (rəhbərlik və ya bütün iştirakçılar üçün) kimi tədbirlər
üçün elan hazırlanmalıdır.
15.
Tədris kursuna cavabdeh Təlim mərkəzinin rəhbəri tərəfindən kurs bitdikdən sonra onun
məqsədləri, vəzifələri, metodları və tədrisinin nəticələri barədə təqdim edilən formaya
(aşağıdakı formaya bax.) uyğun olaraq hesabat hazırlayır. Hesabatda nəticə və tövsiyələr
öz əksini tapır və Təlim mərkəzinin rəhbərinə bir həftə tamam olmamış təqdim
edilməlidir.
Müəllimin keçirilmiş tədris tədbiri barədə hesabat forması:
1.
Tədris tədbirinin adı;
2.
Tədris təşkilatçısı, vaxtı və keçirilmə yeri;
3.
Hesabatı hazırlayan şəxs, hesabatın Təlim mərkəzinin rəhbərinə təqdim edildiyi
tarixi;
4.
Tədrisi aparan müəllim (cavabdeh müəllim);
5.
İştirakçılar kimlərdi, haradandılar, hansı ixtisas/peşə sahibləridirlər;
Dostları ilə paylaş: |