Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
154
Əlavə 17: Təlim mərkəzinin standart əməliyyatlar proseduru
Təlim mərkəzinə, onun işini təşkil və əlaqələndirən, maraqlarını təmsil edən və
fəaliyyətinə görə məsuliyyət daşıyan rəhbər başçılıq edir. Təlim mərkəzinin rəhbəri
vəzifəsinə işə götürmə və işdən azad etmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Tibb Baş İdarəsinin rəisi tərəfindən müvafiq qaydada həyata keçirilir.
I.Əsas anlayışlar və təriflər
Təlim mərkəzinin işçiləri
Təlim mərkəzinin işçiləri - Azərbaycan Respublikası ƏN TBİ-nin rəisinin əmri ilə
bölmələrin işçi ştat vahidi hesabına təyin edilən şəxslərdir. Təlim mərkəzi 5 nəfərdən ibarət
tərkibdə təşkil edilir: rəhbər, metodist, müəllim, assistent və sürücü. Təlim mərkəzinin
işçiləri onun rəhbərinə tabedirlər və öz öhdəliklərinin icrasını vəzifə təlimatlarına əsasən
həyata keçirirlər.
Müəllimlər
Təlim mərkəzi tərəfindən ilkin mərhələdə keçirilən təlimlərin müəllimləri, PS-də vərəmə
nəzarətdə iştirak edən təcrübəli işçilərdir. Növbəti mərhələdə müəllim qismində
xüsusiləşmiş dövlət təhsil müəssisələrində və ölkənin qeyri dövlət strukturlarında, həmçinin
beynəlxalq təşkilatlarda işləyən peşəkar mütəxəssislər cəlb edilə bilərlər.
Seçimlər və dəvətlər müqavilə əsasında müəllim və tərcüməçilərin cəlbini Təlim
mərkəzinin rəhbəri təşkil edir. Habelə müəllimlərin işinin təşkili, həmçinin tədris kursunun
hazırlanması və aparılması üzrə vəzifələrinin yerinə yetirmələrinə nəzarəti Təlim
mərkəzinin rəhbəri həyata keçiri.
Təlim mərkəzinin rəhbəri tədris kursu yekunlaşdıqda aparılan tədris kursu barədə
hesabatı hazırlayır və müəllimlərin fəaliyyətini qiymətləndirir. Müəllimlər iştirak etdikləri
təlim tədbirlərinin hazırlanması, aparılması, qiymətləndirilməsinə görə məsuliyyəti öz
üzərlərinə götürürlər. Müəllimlər tədris proqramını, apardıqları tədris üçün müəyyən edilmiş
məzmun və modul dizaynı standartına müvafiq tematik modulları işləyib hazırlayırlar.
Tədris tədbiri və tədris kursu
Struktur və davam etməsindən asılı olaraq bu tədbir Təlim mərkəzi tərəfindən
qabaqcadan planlaşdırılmış praktiki təlim üzrə bir günlük və ya bir-neçə günlük tədbirdir,
misal üçün: təlimin müxtəlif forma və mövzularından ibarət seminar, treninq, dəirmi masa,
mühazirə sessiyası, konfrans, forum və ya çox günlük kurslar və s. Təlim tədbirlərinin və ya
təlim kurslarının Tədris Proqramları kursantların və təlimin iştirakçılarının tələblərinə
əsasən müəllimlər tərəfindən vaxtında (təlim başlamamışdan əvvəl) hazırlanmalıdır.
Təlimin iştirakçıları və Kursantlar:
Təlim mərkəzi tərəfindən aparılan və təşkil edilən bütün növ tədris tədbirlərinin
(seminar, treninq, mühazirə sessiyası, kurslar, dəirmi masa, konfranslar, forumlar)
iştirakçılarıdır. Təlim mərkəzində vərəmə nəzarət məsələri üzrə nəzəri və praktiki təlimlərin
iştirakçıları aşağıdakı şəxslər ola bilər:
-
Tibb əməkdaşları (orta tibb personalı, laborantlar, həkimlər, tibb bölmələrinin
rəhbərləri);
-
Azərbaycan Respublikasının penitensiat sisteminin tibb əməkdaşı olmayan şəxslər;
-
Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri;
-
İctimai səhiyyə mütəxəssisləri, Tibb Universitetinin tələbələri, tibb kolleclərində,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Akademiyasında təhsil alan şəxslər.
Tərcüməçilər
Tərcüməçilərin müqavilə əsasında seçilməsi və dəvət edilməsini ƏN TBİ təşkil edir.
Tərcüməçilərin işinin təşkilini, materialların, sənədlərin, çıxışların tərcüməsi üzrə işin
icrasına nəzarəti Təlim mərkəzinin rəhbəri həyata keçirir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
155
Tədris planı
Tədris tədbirlərinin aparılmasını, onların aparılması və təşkilinə görə məsuliyyət
müəyyən edən bütün maraqlı şəxsləri və prosessin iştirakçılarını əks etdirən razılaşdırılmış
tədris tədbirlərinin qrafikidir. Sənəd məsul müəllimin mövzusu, konkret peşəkar fəaliyyətin
şərtləri və tədris prosessinin mərhələləri nəzərə alınmaqla əlavə və dəqiqləşdirmələrlə
hazırlanır. Zəruri tədris müddətinin həcmi göstərilməklə, bütün növ tədris kurslarını
tərkibinə daxil edir. Tədris planı Təlim mərkəzinin rəhbəri tərəfindən tədrisdə tələblərə və
əldə olan resurslara müvafiq olaraq hazırlanır və Azərbaycan Respublikası ƏN TBİ-nin rəisi
tərəfindən təsdiq edilir. Tədris planı müəllimlərin tədris işinin işgüzarlığının hesablanması
üçün əsasdır.
Tədris proqramı
Tədrisin konkret məzmununu müəyyən edən sənəddir. İş proqramı müəllim tərəfindən
aparılan tədris təlimi və ya kursu üzrə hazırlanır və strukturuna görə fərqlənə bilər, lakin
mütləq aşağıdakı məlumatları özündə əks etdirməlidir:
Tədris tədbirinin və ya tədris kursunun tam adı:
Kursun keçirilmə tarixi, saat sayı;
Tədrisin təşkilatçısı və aparılma yeri;
Məsul müəllim göstərilməklə müəllimlərin A.S.A və əlaqə məlumatı;
Tədrisin iştirakçıları – ixtisas, iş yeri (müəssisənin profili), iştirakçıların sayı;
Tədris tədbirinin/kursunun qısa təsviri, bura həmçinin daxildir: məqsəd, vəzifə,
məzmun və gözlənilən nəticələr;
Məşğələlərin cədvəli, tədrisin iştirakçılarına (tanışlıq, mühazirə, təqdimat, müzakirə,
qrup şəklində iş, təcrübi məşğələlər, klinik və təsadüfi məsələlərin həlli, qarşılıqlı
əlaqə, qiymətləndirmənin keçirilməsi, sertifikatların verilməsi.) təqdim edilən
materialı daha yaxşı mənimsəməyə şərait yaradan müxtəlif metodiki elementlərdən
ibarətdir. Məşğələlərin cədvəlini təşkil edən elementlər tədris tədbiri üçün ayrılan
müddətdə məntiqəuyğun şəkildə paylanır, müəllimlərin hər elementə görə
məsuliyyəti müəyyən edilir.
Modul
Modul (blok) tədrisin struktur vahididir, qəbul edilmiş tədris standartı və mütəxəssisin
təsnifat xarakteristikası əsasında hazırlanır. Tematik modul müəyyən edilmiş mövzu üzrə
zəruri məlumatlar və elmi-metodiki sənədlərin məcmusudur. Modulun məqsədi – oyrənilən
mövzunun modelinin yaradılmasıdır.
Tematik Modul aşağıdakı yüklülükdən ibarətdir:
Tədrisin iştirakçılarına mövzunun mənimsəmələrində metodiki və praktiki köməyin
göstərilməsi;
Müəllimlərə mövzu üzrə tədris prosessinin hazırlanması və keçirilməsində metodiki
köməyin göstərilməsi;
Tədris prosessinin təmin edilməsinin sonrakı təkmilləşdirilməsi üzrə işin
qiymətləndirmə və planlaşdırılmasının əsasıdır.
Qeyd etmək lazımdır ki, tematik modulun formalaşması bir dəfəlik tədbir deyil,
sübutedici baza və təcrübi sınaqların göstəricilərinə əsaslanan, ən yaxşı milli və dünya
təcrübəsi, tövsiyəsi barədə yığılan məlumatın uçotu barədə mütəmadi fəaliyyətdir. Müəllim
kollektivindən tematik modulların, onların komponentlərinin yaradılması, qaydaya
salınması, təkmilləşdirilməsi, daha dərindən anlaşılması və optimizasiya tələb edilir.
Dostları ilə paylaş: |