Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
187
Əlavə 20: İMM-də Qlobal Fondun Vərəm layihələri
üzrə verilən dərman maddələrin, qida
məhsulların, gigiyenik vasitələrinin və laborator materialların istifadəsi qaydaları
İMM-nin əczaxana və anbarı daim Qlobal Fondun LİQ-in satınalma üzrə mütəxəssisin
nəzarəti altındadır. Hər ayın sonunda əczaxananın provizoru və baş əczaçısı LİQ-in
satınalma üzrə mütəxəssisinə aylıq hesabatlar təqdim edir. Bu hesabatlarda Qlobal Fondun
Vərəm əleyhinə Layihələri çərçivəsində VƏD-lərin, DD Vərəm əleyhinə müalicənin əlavə
təsirlərinin alınması üçün istifadə olunan dərmanların, qida məhsulların və gigiyenik
vasitələrinin xəstə hesabı aylıq mədaxil, məxaric, qalığın göstərilməsi öz əksini tapır.
Verilən hesabatların əsasında növbəti ay üçün tələbat hesablanıb sifariş olunur. Qida
məhsulların saxlanma müddəti qısa olduğundan aylıq əsasında, gigiyenik vasitələrin 3 aylıq
(rüblük) əsasında, əlavə təsir dərmanları və VƏD-lər isə illik olaraq İMM-nin
tibb xidmətinə
təhvil verilir. Laborator reaktiv, reagent və işlənmə materialları icraçi şirkət tərəfindən
İMM-nin laboratoriyasına hər ilin əvvəlində və gələcəkdə tələbata uyğun olaraq
çatdırılır.VƏD-lərin istifadəsi haqqında qaydalar
1) Qlobal Fondun LİQ-i və TBİ tərəfindən göndərilmiş dərmanlar müəssisəyə daxil
olarkən əvvəlcə qaimənin surəti nəzarət buraxılış məntəqəsinin əməkdaşlarına təqdim edilir,
yoxlanılır, gətirilmiş dərmanların müəssisəyə girişinə icazə verilir.
2) Dərmanlar müəssisəyə daxil olduqdan sonra təhvil alan şəxs (aptek rəisi və ya əczaçı)
tərəfindən yararlılıq müddətinə və sayına baxılaraq qəbul edilir aptek anbarında stellajlara
və soyuduculara yığılır.
3) Saxlanma müddəti və sayı dəqiqləşdirildikdən sonra qaiməyə təhvil alması barədə
qəbul edən şəxs tərəfindən imza atılıb, qaimənin əslinin biri həmin idarə və təşkilata geri
verilir, biri isə İMM-nin aptekinin qaimələr olan qovluğuna tikilir.
4) Həmin qaiməyə əsasən “VƏD-in mədaxil və məxaric jurnalı”na dərmanlar mədaxil
edilir.
5) Şöbədə növbəti gün ücün nəzərdə tutulmuş xəstə sayına və hər xəstənin müalicə
sxeminə uyğun gündəlik (DOTS proqramı üzrə həftənin 7 günü, DOTS plyus proqramı üzrə
həftənin 6 günü) tərtib edilən dərman sifarişinə əsasən dərmanlar günün sonunda əczaçı
tərəfindən sayılaraq hər bir şöbə ücün ayrılmış xüsusi dərman qablarına yığılır.
6) Hər gün səhər şöbələrin tibb bacısı və ya tibb qardaşı sifariş tələbnaməsinə əsasən
yığılmış dərmanları sayıb təhvil aldıqdan sonra imzalayır.
7) Şöbələr tərəfindən verilmiş sifariş tələbnamələri toplanaraq cəmlənib “VƏD-in
mədaxil və məxaric jurnalı”-nda gündəlik məxaric hissəsinə qeyd edilir.
8) Şöbələrdə xəstələrə dərman paylandıqdan sonra günün ikinci yarısında şöbənin tibb
bacısı tərəfindən hansı səbəbdən (imtina, həkimin icazəsilə, azad olma ilə, məhkəmədə
iştirakının vacibliyi ilə əlaqədar və s.) istifadə olunmamış VƏD-ləri aptekə qaytarılaraq
əczaçıya təhvil verilir və növbəti günün sifarişi tələbnaməyə yazılır.
9) Həftə sonunda aptekə qaytarılan dərmanlar cəmlənərək “VƏD-in mədaxil və məxaric
jurnalı”na mədaxil kimi qeyd edilir.
10) Hər ayın sonunda ayın əvvəlinə qalıq, ay ərzində məxaric, ay ərzində mədaxil və
şöbələrdən qaytarılmış dərmanların sayı, ayın sonuna qalıq sayı toplanaraq aylıq hesabat
yazılır və baş həkim tərəfindən təsdiq edilmiş hesabatın surəti TBİ-yə və Qlobal Fondun
LİQ-inə göndərilir.
11) Həmin hesabatlar əsasında dərmanlar sayılaraq sənədin faktiki sayla uyğunluğu
yoxlanılır.
12) TBİ-yə və LİQ-ə verilən hesabatlar və xəstə sayı hesabı əsasında növbəti yarımillik
üçün VƏD-ə tələbat hesablanır və alınması hazırlanır.
13) Hər rübdə bir dəfədən gec olmayaraq dərmanların hər partiya və seriya nömrələrinə
uyğun olaraq ekspertizaya göndərilir.
14) Aptekin anbarlarında gündəlik olaraq termometriya və hiqrometriya aparılaraq
müvafiq qeydiyyat jurnallarında qeyd edilir.