Lay-lay dedim, can dedim,
Yuxudan oyan dedim.
Sən yuxudan durunca
Canımı qurban dedim
4.Qurbanlıqlar Azərbaycan xalqının qədim adətlərindən biri də qurban kəsməkdir. Hər işində tanrının halallığını almağa çalışan ulu babalarımız tutduğu niyyətlər gerçəkləşər-gerçəkləşməz qoç, qoyun, quzu kəsib yeddi evə paylayardı. Layların içərisində bir silsilə var ki, ancaq ananın sonsuz qurbanlarına həsr olunur:
Balama quzu qurban,
Qoç qurban, quzu qurban
Hər gün boyun görməsəm,
Kəsərəm quzu qurban1
5. ARZULAMALAR
İndiyədək toplanan laylaların içərisində ən çox arzulamalara təsadüf edilir. Ana övladının dil açmasını, -
...Balam dil açan günə,
Quzu qurban demişəm
Ayaq tutub yeriməsini, gəzməsini:
Qurban olum o günə
Ayaq tutub gəzəsən
Ana qocalıb əldən düşsə də küçələrdə carçı durmasına razıdır, təki toy gününədək nəfəsi balasının üstündən əskik olmasın.Evində, eşiyində şənlik qurulandan, qapısından gəlin girəndənsonra o, dünyadan rahat köçə bilər.
Dostları ilə paylaş: |