Plan yüksəkmolekullu birləşmələr haqqında ümumi məlumat,alınma üsulları



Yüklə 2,61 Mb.
səhifə7/8
tarix21.06.2022
ölçüsü2,61 Mb.
#89835
1   2   3   4   5   6   7   8
15-3

1) Süni liflər
2) Sintetik liflər
Süni liflər təbii yüksəkmolekullu birləşmələrdən-süllüloza və s. sintetik liflər isə monomerlərdən alınan yüksəkmolekullu birləşmələrdən hazırlanır.
Son on illiklərdə ən çox istifadə olunan monomerlərdən biri akrilnitrildir.
Yeni effektli üsulların axtarışı nəticəsində alim Sinkler tərəfindən propilendən alınmışdır. Bu prosesdə akrilnitrillə bərabər doymuş nitrillər qarışığı da alınır.

CH3CH =CH2 + NH3 + 1,5 O2 CH2 = CH-CN + 3H2O
Akrilnitrilin ən effektli alınma üsulu propilenin oksidləşdirici ammoniliz üsuludur.

Proses buxar fazada 400-4700C- temperaturda, qısamüddətli qarışıq katalizator (kontakt maddəsi),( məsələn Bi2O3, MoO3) iştirakında aparılır. Götürülən qaz qarışığı 5-8% propilen, 5-9% NH3-dən və artıq havadan ibarətdir. Əsas məhsulla yanaşı HCN(sianit turşusu) turşusu və asetonitril kimi qiymətli əlavə məhsullar da alınır. Eyni zamanda ammonyakın (reaksiyaya daxil olmayan) sulfat turşusu ilə əmələ gətirdiyi ammonium-sulfat (NH4)2SO4) mineral gübrələr kimi istifadə olunur.


Reaktorun katalizator layına istifadə olunan xammallar və su buxarı daxil edilir. Sonra reaksiya qazları bərpaedici qurğuda (kotel-utilizator) (2) 80-900C temperatura qədər soyudulur və absorberə (3) daxil edilir. Absorberdə ammonyak sulfat turşusu vasitəsilə tutulur. ((NH4)2SO4 şəklində) Qalan reaksiya qarışığı digər absorberə (4) göndərilir.Absorber su ilə suvarılır, burada akrilnitril, asetonitril və HCN-nin (sianid turşusunun) su ilə udulması baş verir. Alınmış məhluldan buxarlandırıcı kalonda (7) akrilnitril qovulur, Akrilnitrildən sianid turşusu rektifikasiya ilə, asetanitril isə su ilə ekstraktiv distillə vasitəsilə ayrılır.
Sulu akrilnitril azeotrop distillə vasitəsilə susuzlaşdırılır, rektifikasiya ilə texniki təmiz akrilnitril (99%) alınır.

1-reaktor 5 – soyuducu


2 – bərpaedici (utilizator ) 6 – istilikdəyişdirici
3 ,4 – absorber 7 – buxarlandırıcı kalon
8 – kondensator – defleqmator






Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə