Plan yüksəkmolekullu birləşmələr haqqında ümumi məlumat,alınma üsulları



Yüklə 2,61 Mb.
səhifə5/8
tarix21.06.2022
ölçüsü2,61 Mb.
#89835
1   2   3   4   5   6   7   8
15-3

1) Təbii kauçuklar
2) Sintetik kauçuklar
Təbii kauçuklar-bitkilərdən əmələ gələn təbii yüksəkmolekullu birləşmələrdir. Hal-hazırda təbii kauçuklar Cənub-Şərqi Asiyada yerləşən plantasiyalardan əldə edilir.
Hal-hazırda sənayedə müxtəlif növ sintetik kauçuklar istehsal olunur. Bunların əksəriyyətinin alınmasında dien karbohidrogenlərindən istifadə olunur.

Divinil –stirol kauçukunun istehsalı.
Divinil –stirol kauçuku emulsiyada sopolimerləşmə üsulu ilə alınır. Proses borularla ardıcıl birləşdirilmiş on iki polimerləşdiricidən ibarət olan bateryada aparılır. Polimerləşdiricinin avtoklavının həcmi 12-20 m3-dir. Qurğu bimetal nazik laylardan hazırlanır. Xarici lay karbonlu , daxili lay isə paslanmayan, korroziyaya davamlı poladdan hazırlanır. Qurğu qızdırmaq və soyutmaq üçün su köynəyi ilə, qarışdırmaq üçün isə elektrik motoru ilə hərəkətə gətirilən qarışdırıcı ilə təhciz olunmuşdur.
Monomer qarışığı və emulqator yumşalmış su ilə birlikdə fasiləsiz olaraq qarışdırıcıya daxil olur, qarışdırılma nəticəsində emulsiya əmələ gəlir. Qarışıq birinci polimerləşdiricinin aşağı hissəsindən daxil olur. Sonra onun yuxarı hissəsindən ikinci polimerləşdiriciyə və s. daxil olur.
Birinci polimerləşdiriciyə inisiatorun sulu məhlulu, requlyatorun stirolda məhlulu əlavə edilir. Reaksiya qarışığının 50C temperaturda, 1-2 atm. təzyiq şəratində batareyadan keçmə müddəti 12-15saat, monomerin sopolimerə çevrilmə dərəcəsi isə 60-70% olur.
Batareyadan çıxan lateksə–antioksidləşdirici əlavə olunur.Sonra lateks reduksiya vintilindən keçir (burada təzyiq aşağı düşür), qazayrıcıya daxil olur. Burada çevrilməmiş butadienin əsas hissəsi qarışıqdan ayrılıb, distillə kalonunda stirol buxarlarından və butadien qalığından ayrılır. Lateksin tərkibində 20%-ə qədər kauçuk olur ki, o xarici görünüşünə görə bitkilərin südəbənzər şirəsinə oxşayır

Lateksdən kauçuk koaqulyasiya üsulu ilə ayrılır. Bunun üçün qarışdırıcısı olan, borular vasitəsilə birləşdirilmiş şəlalə tipli qurğudan (1) istifadə olunur. Bu qurğulara 400C temperaturlu elektrolit əlavə edilir. Birinci qurğuya natrium –xlorid məhlulu, ikinci və üçüncüyə isə 2%-li sulfat turşusu məhlulu əlavə edilir. pH=7,5 olduqda sabunun parçalanması və məhlulun neytrallaşması baş verir. Qurğudan çıxan kauçuk daşıyıcısı lent üzərinə daxil olur, kiçik deçikləri olan sonsuz hərəkətli metallik tor (3) vasitəsilə filtirləşdirilir. Su ilə yuyulur, vakuum qutularda (4) susuzlaşdırılaraq sıxıcı vallar (5) vasitəsilə tam sıxılıb kipləşdirilir. Kauçuk lent quruducusunda qurudulur, yapışmamaq üçün talk səpilir, rulon formasına salınır.


Lent daşıyıcı lentin məhsuldarlığı saatda 2 tondur.

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə