Plan yüksəkmolekullu birləşmələr haqqında ümumi məlumat,alınma üsulları



Yüklə 2,61 Mb.
səhifə6/8
tarix21.06.2022
ölçüsü2,61 Mb.
#89835
1   2   3   4   5   6   7   8
15-3

L ateksin emal sxemi.

1-şəlalə tipli qurğu; 2 – lentvari daşıyıcı; 3 – toru hərəkətə gətirən vallar; 4 – vakuum qutusu; 5 – sıxıcı vallar; 6 – quruducu; 7 – məhlul üçün sahə

Rezin qarışıqlarından məmulatların hazırlanması.

Rezin məmulatların hazırlanması prosesi üç əsas mərhələdən ibarətdir.


1. Rezin qarışıq üçün xammal hazırlanması
2. Qarışığın formalaşdırılması
3.qarışığın vulkanlaşdırılması
Rezin qarışığın tərkibində kauçukla yanaşı digər üzvi və qeyri-üzvi maddələr olur ki, onlar inqredientlər adlanır.
Adətən rezin qarışığı xammalının tərkibinə aşağıdakı maddələr daxildir.
Kauçuk, vulkanlaşdırıcı (kükürd və s.) vulkanlaşdırmanı sürətləndirənlər (difenilquanidin və s), plastifikatorlar və ya yumşaldıcılar (yağ turşuları, vazelin, parafin və s.), qocalmaya qarşı (fenol, fenil-β-naftilamin və s), doldurucular (SiO2, texniki kömür (his), ZnO, kaloin və s.), boyalar (üzvi boyalar).
Rezin qarışığından məmulatlar hazırlamaq üçün müxtəlif formalaşma üsullardan istifadə olunur.
Vərəqvari rezinlər vallar-kalondrlarda formalaşdırma nəticəsində alınır.
A lınan vərəqlərdən müxtəlif hissələr (detallar) və s. hazırlanır.

Rezin qarışıqlarının formalaşdırılmasında vintil preslərdən istifadə olunur. Rezin qarışığı vintil presin başlığından sıxılaraq çıxardılır. Bu üsulla rezin borular şin kameraları, rezin qolluqları və s. hazırlanır. Başlığın formasında və en kəsiyindən asılı olaraq alınan məmulat ona uyğun olur.



1 – vint; 2 – silindr; 3 – dəyişilən başlıq; 4 – soyuducu və qızdırıcı köynək
Sənayedə rezinləşmiş parçalar istehsal olunur. Bunun üçün parça vallar-kalandlar arasından keçirilir, hər iki üzünə rezin məhlulu hopdurulur.
Rezin məhlulu (yapışqanı) hazırlamaq üçün rezin qarışığı üzvi həlledicilərdə, əksər hallarda benzində, həmçinin benzolda və s. həll edilir və ya latekslərdən yapışqan yığıcı maşınları vasitəsilə çıxarılır.
Vulkanlaşmadan sonra rezinləşmiş parçalardan su keçirməyən parçalar, müdafiəedici geyimlər, qayıqlar, çadırlar və s. hazırlanır.
Kimyəvi liflər istehsalı.
Sintetik və ya təbii yüksəkmolekullu birləşmələrin kimyəvi emalından alınan liflərə kimyəvi liflər deyilir. Kimyəvi liflər 2 qrupa bölünür.

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə