Plan yüksəkmolekullu birləşmələr haqqında ümumi məlumat,alınma üsulları



Yüklə 2,61 Mb.
səhifə4/8
tarix21.06.2022
ölçüsü2,61 Mb.
#89835
1   2   3   4   5   6   7   8
15-3

1) Termoplastik qətranlar
2) termoreaktiv qətranlar
Termoplastik qətranlar xətti quruluşludur, şüşə formasında (və ya kristallik) olur. Temperatur təsirindən (adətən 80-1000C, 150-2000S) onlar əvvəlcə yüksək elastikliyə keçir, sonra isə özülü-axan hala keçir və plastiklik göstərir. Soyuduqdan sonra isə yenidən bərk hala keçir. Termoplastik qətranlar bir haldan başqa hala keçsələr də heç bir kimyəvi çevrilmə baş vermir.
Termoplastik qətran məhsullarının böyük əksəriyyəti pıastifikator, doldurucu və digər tərkib hissələr əzırlanırlavə etmədən ha.
Termoreaktiv qətranların qızdırılması zamanı isə kimyəvi reaksiya baş verir, nəticədə ərintiyən, heç bir həlledicidə həlll olmayan (onun parçalanması başlamayana qədər) halda olur. Möhkəmliyi və mexaniki davamlığı qızdırılma zamanı dəyişmir.
Mürəkkəb plastik kütlələrə müxtəlif əlavələr edilir.
1) Doldurucular-ədətən plastik olmurlar, qarışığın tərkibində onun xassələrini yaxşılaşdırır. Möhkəmliyi, istiyə, oda, suya, üzvi həlledicilərə, turşulara və s. qarşı davamlılığı artır.
Doldurucular toz halında olur. (ağac, qrafit, gips, kaolin və s.) Eyni zamanda liflərdən (asbest, pambıq tullantısı, şüşə lifləri, parça kəsikləri) istifadə olunur.
2. Plastifikator-qarışığın plastikliyini artırır, ondan hazırlanan məhsulların formalaşdırılması asanlaşdırılır.Plastifikatorlar yüksək temperaturda qaynayan mayelərdir (2500C-dən yüksək). Çoxt vaxt ikiəsaslı turşuların mürəkkəb efirlərindən istifadə olunur.

ROOC(CH2)4COOR

,
3. Boyalar –üzvi və ya qeyri-üzvi piqmentlər ola bilər. Rəng vermək üçün istifadə olunur.


4. Həlledicilər-aseton, spirt, benzol, benzin- özlülüyü aşağı salır, formalaşdırma zamanı isə buxarlanırlar.
5. Stabilləşdiricilər- polimerin ilkin xassələrinin vaxtdan asılı olmayaraq dəyişməməsi üçün istifadə olunur.

Plastik kütlələrdən məmulatların hazırlanması.
Plastik kütlələrdən məmulatlar müxtəlif üsullarla hazırlanır.
1) Birbaşa presləmə əsasən termoreaktiv qətranların emalında istifadə olunur. Bu üsulla polimer (toz və ya həb şəklində) presformanın aşağı hissəsinin fomalaşdırıcı boşluğuna (matrisaya) daxil edilir , su və ya elektrik enerjisi ilə qızdırılır. Bu zaman polimer əriyir və üst hissənin(puanson) təzyiqlə təsiri nəticəsində işçi hissəni doldurur. Soyudulduqdan sonra forma açılır və hazır məmulat çıxarılır.

a – açıq forma
b – bağlı forma
1 – puanson(üst hissə)
2 – istiqamətləndirici
3 – formalaşdırıcı boşluq (matrisa)
4 – polimer
5 – hazır məhsul
2) Təzyiq altında tökmə termoplastik materialların-polietilen, polistirol və s. emalında istifadə olunur. Toz halında və ya dənəvərləşdirilmiş xammal (5) yükləyici qıf (4) vasitəsilə qızdırıcı kameraya (3) daxil edilir. Nəticədə o plastikliyində qalır və təzyiq altında axma xassəsinə malik olur. O, qızdırıcı kamerada itələyici (plunjer)(6) motor vasitəsilə hərəkət etdirilir. İtələyicinin irəliyə hərəkəti nəticəsində yumşaldılmış materialı ucluqdan (8) (soplo) çıxarıb soyuq formaya daxil edir. Burada yumşaq material bərkiyir. Materialı hərəkət etdirdikdən sonra itəliyici (plunjer) geri qayıdır, proses yenidən davam etdirilir və s. Bu üsul bütün əməliyyatların tez başa gəlməsinə imkan verir və formanın soyudulmasına imkan qalmır.

a – açıq forma


b – bağlı forma
1 – hərəkətli plitə 4 – qıf
2 – hərəkətsiz plitə 5 – xammal
3 – qızdırıcı kamera 6 – itələyici (plunjer)
7 – məhsul
8 – soplo(ucluq)

3) Sıxma üsulu (və ya ekstruziya)-Bu üsul polimer materiallarından vərəqlərin, lentlərin, boruların və s hazırlanmasına imkan verir. Bu materialları fasiləsiz formalaşdırılma prosesi nəticəsində xüsusi sıxma maşnı-ekstruder vasitəsilə almaq olar. Ekstruder –yükləyici qıfdan (1), silindirik kameradan (5, fırladıcı qurğudan (şnek) 4 və formalaşdırıcıdan (müştük) (4) ibarətdir.



1 – formalaşdırıcı
2 – qıf
3 – xammal
4 – kamera
5 – fırladıcı qurğu ( şnek )
Fırladıcı qurğunun (şnek) fırlanması nəticəsində xammal (3) əvvəlcə kameranın qızdırıcı zonasına daxil olur, burada plastik hala düşür, sonra isə formalaşdırıcı başlıq vasitəsilə sıxılır. Formalaşdırıcı başlığa uyğun forma alır. Formalaşdırıcı başlıqdan çıxan material tez soyuyur, bu üsul plastik kütləni naqilin və başqa məmulatların üzərinə çəkməyə imkan verir.
4) Vərəqdən formalaşdırma –üsulundan termoplastik materialların mürəkkəb formalı, böyük səthi və hazır divarları olan məmulatların alınmasında istifadə olunur.
Vərəqvari formada hazırlanan material(1) yüksək elastiki vəziyyətə qədər qızdırılır, qurğunun ( 3) aşağı (matrisa) və (2) yuxarı (puanson) hissələri arasında soyuyub öz formasını alana qədər saxlanılır.

5) plastik kütlələrin qaynağı – üsulundan termoplastik materiallardan alınan hissələrin birləşməsində istifadə olunur.
6) Mexaniki emal üsuluna – bütün növ plastik kütlələr uğradılır. Bu üsul ağac emalında, metalkəsmədə xüsusi dəzgahlarda və əl ilə aparılır
Kauçuklar və rezin məmulatları.
Kauçuk –xarici qüvvənin təsiri ilə formasını dəyişən, qüvvə təsiri dayandıqda öz əvvəlki vəziyyətinə qayıdan elastiki yüksək molekullu birləşmələrdir. Kauçuk 2 qrupa bölünür.

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə