nəzarəti altında olma ehtimalı daha çoxdur. Әri
nəzarətin üç və ya daha çox spesifik davranışını
23
nü‐
mayiş etdirən əsas təhsil alan qadınların faizi 42‐dir ki,
bu da tam orta təhsil alan qadınların faizindən 28 faiz
vahidi daha çoxdur. Bu göstərici baxımından, kənd və
şəhər əraziləri arasındakı fərq böyük deyil.
Fiziki zorakılıq
– kənd‐şəhər ərazisi, zəngin‐yoxsul
fərqi elə də böyük olmamaqla qadınların 13%‐i 15
yaşından fiziki zorakılığa məruz qalıb. Tam orta təhsil
alan qadınlarda bu göstərici ölkənin orta göstəricisinə
yaxınkən, ibtidai təhsil alanlar arasında bu rəqəm 18%
təşkil edir.
NӘTİCӘ
Göründüyü kimi, qadınların təhsili iqtisadi və
sosial inkişafda, ö cümlədən qadınların və
uşaqlarının sağlamlığı və qidalanması, onların infek‐
siyalardan qorunması, ailə daxilində qadının statusu‐
nun artırılması, qadınların məişət zorakılığından
qorunması, qadınların məşğulluqda iştirak etməsi və
sosial akitvliyi baxımından mühüm rol oynayır. Hər
bir göstərici üzrə əlavə təhsil almağın təsirlərini
dəyərləndirmək üçün dərin təhlilin aparılması tələb
olunur. Buna baxmayaraq, bu məqaləyə daxil edilən
fərdi və sosial rifahın bir çox göstəricilərindən də
müşahidə edirik ki, göstəricilər arasında hər hansı
qarşılıqlı təsirdən asılı olmayaraq tam orta təhsil alan
qadınlar 10‐cu sinifdən əvvəl və ya daha erkən təh‐
silini dayandıran qadınlara nisbətən ümumiyyətlə
daha müsbət göstəricilərə malikdirlər.
Beləliklə, qadınların mümkün qədər daha çox
məktəbdə təhsil almaq əvəzinə, əsas təhsildən sonra
təhsillərini dayandırmasına icazə verməklə biz,
ölkənin iqtisadi və sosial inkişaf hədəflərini riskə ata
bilərik. Bundan əlavə, yeni qanun 2015‐ci ilə qədər
bütün məktəb yaşlı uşaqları tam ümumi orta təhsillə
(1‐ci sinifdən 11‐ci sinfə qədər) təmin etmək istiqamə ‐
tində Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf
Dövlət proqramında qəbul edilmiş hədəf ilə uyğun
deyildir. 7 il ərzində (2015‐ci ilə qədər) hamı üçün
tam orta təhsilə nail olmaq və daha sonra bunu əldən
vermək məntiqi görünmür.
Bu həqiqətdir ki, Qazaxıstan və Ukrayna
24
istisna
olmaqla bizim yerləşdiyimiz regionda, Mərkəzi və
Şərqi Avropada və Orta Asiyada regionundakı bir çox
ölkələrdə, icbari təhsil 9 ildən artıq deyil. Region üçün
orta rəqəm 9.1 ildir. Buna baxmayaraq, Şimali
Amerika və Qərb ölkələrində bu ortalama rəqəm 10.6
ildir ki, bu da Birləşmiş Krallıq, Birləşmiş Ştatlar,
Fransa, Almaniya və digərlərinin uşaqlarını məktəbdə
daha çox saxlamağa yaxşı əsaslarının olduğunu
göstərir (Bax, Cədvəl 3).
Buna baxmayaraq, cədvəldə göstərilən bir çox
ölkələrdəki qeyri‐bərabərliklər Azərbaycandakı qədər
nəzərə çarpacaq deyildir. Bu səbədən, hətta icbari təh‐
sil ilinin dəyişdirilməsi təklif olunduğu kimi 10 ildən
sonra baş versə belə, buna qədər bir çox şərtlərin
həya ta keçirilməsi zəruridir. İcbari təhsil müddətini
indi dəyişdirməkdənsə, əsas təhsildən sonra qızların
təhsillərini davam etdirməyə cəsarətləndirəcək mexa ‐
nizmlər mövcud olanadək, yaşayış yeri, social status
və gender baxımından hazırki qeyri‐bərabərliklər
əhəmiyyətli dərəcədə azaldılanadək və YADİDP‐də
nəzərdə tutulmuş “hər kəs üçün bərabər təhsil imkan‐
ları” təmin olunanadək hər kəsin, xüsusilə təhsildən
yayınmaya meylli təbəqələrin, keyfiyyətə də diqqət
yetirməklə təhsil sistemində mümkün qədər çox qal‐
malarının təmin edilməsi daha məqsədəuyğun olardı.
Rüblük Jurnal
9
1
Acemoglu, Daron and Joshua Angrist, “Təhsildə sosial gəlirləri nə gədər böyükdür?
Məcburi Təhsil Qanunlarından Dəllilər,” İqtisadi Araşdırmalar üzrə Milli Büro, Səhifə
#7444, Dekabr 1999.
2
Lochner, Lance və Enrico Moretti, “Təhsilin cinayət hallarına təsiri: Dustaq həyatı
yaşayanlardan, həbs olunanlardan və cinayətkarlardan əldə edilmiş dəlillər,” İqtisadi
Araşdırmalar üzrə Milli Büro , Səhifə 8605, 2001.
3
Lleras‐Muney, “ABŞ‐da təhsil və yeniyetmə ölümləri arasında əlaqə,” İqtisadi Araşdır‐
malar üzrə Milli Büro , Səhifə 8986, İyun 2002; Schultz T. P. 2002. “Dövlətin qızları oxutmaq
üçün daha çox sərmayə yatırmasının səbəbləri.” Dünya inkişafı 30 (2): 207‐25.
4
Oreopoulos, Philip, “Do Dropouts Drop Out Too Soon? Evidence Using Changes in
School Leaving Laws”, Mimeo,
University of Toronto, 2003.
5
Oreopoulos, Philip, Marianne Page və Ann Huff Stevens, “İnsan Kapitalı Valideyndən
Uşağa çevrilir? Məcburi təhsilin nəsillərarası təsiri”, Noyabr 2003
6
Azərbaycan Respublikasının Konstitusiyası, Maddə 42.2
7
Dövlət Statistika Komitəsi, Azərbaycan Statistik İllik Kitabı, 2008.
8
Tələbə qəbulu üzrə dövlət komissiyası, Abituriyent, No. 12, 2005, gender səh.140
9
Dövlət Statistika Komitəsi, Azərbaycanda Təhsil, Elm və Mədəniyyət 2007.
10 UNICEF, Bəziləri üçün digərlərindən daha çox tədris: Mərkəzi və Şərqi Avropada,
MDB‐də təhsil üzrə regional araşdırmalar,UNİCEF‐in Mərkəzi və Şərqi Avropdakı və MDB
ölkələrindəki regional ofisləri, 2007.
11
Dövlət Statistika Komitəsi (DSK) və Macro International Inc., Azerbaycan Demografik və
Sağlamlıq Araşdırmaları 2006 (AzDSA), 2008.
12
Maureen Lewis and Marlaine Lockheed, Sosial Kənarlaşdırmalar və Təhsildə Gender
boşluqları”, Policy Research Working Paper, No. 4562. Müəllif “ikiqat əlverişsizlik” ter‐
minini marginal qruplardakı qızların təkcə əsas axındakı uşaqları deyil, həm də marginal
oğlan qruplarını izlədiyini göstərmək üçün istifadə etmişdir.
13
UNDP, Azərbaycanda İnsanların İnkişafı üzrə Hesabat 2007 – Azərbaycanda Gender mü‐
nasibətləri:
Meyllər və Çətinliklər, 2007.
14
AzDSA: 18 yaşına qədər evlənən 20‐24 yaşlı qadınların % ‐i
15
Bhashkar Mazumder, “Təhsil Sağlamlığı inkişaf etdirirmi? Məcburi təhsil qanunlarından
əldə edilmiş dəllilərin yenidən araşdırılması” İqtisadi Perspektivlər, 2008/Q2
16
BMT‐in Minillik Layihəsi, İnkişafa Sərmayənin yatırılması: Minilliyin inkişaf hədəflərinə
nail olmaq üçün prakatiki plan. New York, 2005, səh. 286‐287.
17
Grantham‐ McGregor et al, İnkişaf edən ölkələrdə ilk 5 ildə inkişaf potensialı, The Lancet,
VOl 369, 2007; Grantham‐McGregor et al., 1991; Waber et al., 1981; Pelto, Dixon and Engle
(WHO), 2000.
18
Әtraflı bilik dedikdə cinsi əlaqə zamanı prezervativlərdən daimi istifadə və infeksiyaya
məruz qalmamış bir etibarlı partnyora malik olmaqla QİÇŞ virusuna
tutulma riskini azalda
bilmək, sağlam görünən insanın QİÇŞ virusuna sahib ola biləcəyini bilmək və QİÇŞ
haqqında iki əsas yerli yanlış nəzəriyyələri (ağcaqanaq dişləməsi və ya QİÇŞ‐ə malik şəxsi
öpmək vasitəsilə bu xəstəliyə yoluxma) rədd etmək başa düşülür.
19
BMT‐in Minillik Layihəsi, İnkişafa Sərmayənin yatırılması: Minilliyin inkişaf hədəflərinə
nail olmaq üçün prakatiki plan. New York, 2005, səh.. 285.
20
Qadınlar üzrə araşdırma mərkəzi, A Second Role at the Role Education Plays in Women’s
Empowerment, 2005.
21
Anju Manhotra, et al., “Beynəlxalq İnkişafda dəyişən qadın səlahiyyətlərinin ölçülməsi”,
2002; Augusto Lopes‐Claros və Saadia Zahidi, Qadınların səlahiyyətləri: Global gender
fərqliliklərinin ölçülməsi, Dünya İqtisadi Formu, 2005.
22
“Hal‐hazırda işləmə” son yeddi gün ərzində işləmə kimi tərif edilir. Son yeddi gündə
işləməyən, lakin müntəzəim olaraq işləyən
və son yeddi gündə məzuniyyətə, xəstəliyə, isti‐
rahətə və digər belə səbəblərə görə işdə olmayan şəxslər də bura daxildir.
23
Bunlar: digər kişi ilə danışdıqda acıqlanmaq və ya qısqanması, ona xəyanət etməsi ilə
ələqadar tez tez günahlandırması, öz qadın rəfiqələri ilə görüşməsinə icazə verməməsi, öz
ailəsi ilə əlaqə saxlamasını məhdudlaşdırmağa cəhd etməsi, ona heç bir pul məbləği etibar
etməməsi.
24
Bu iki ölkə müvafiq olaraq 11 və 12 illik icbari təhsili qüvvədə saxlayıb.
İSTİNAD VӘ HAŞİYӘLӘR