NӘTİCӘLӘRIN TӘHLİLİ VӘ MÜZAKİRӘSİ
“PİSA 2006”‐nın nəticələri göstərmişdir ki, Azər‐
baycan, eyni iqtisadi inkişaf göstəricilərinə malik olan
digər ölkələrlə müqayisədə riyaziyyat testləri üzrə ki‐
fayət qədər yaxşı nəticə əldə etmişdir (57 ölkə arasında
35‐ci yer). Buna baxmayaraq, Azərbaycan oxu və
təbiət elmləri üzrə göstərdiyi nəticələrə görə, digər
ölkələrdən açıq‐aydın şəkildə geri qalmışdır. Faktiki
olaraq, Azərbaycan yeganə ölkədir ki, riyaziyyat və
oxu xalları arasında bu qədər yüksək fərq mövcuddur
(123 xal). Azərbaycanı qeydə alınan ən yüksək fərqlər
sırasında Çin və Rusiya (sadəcə 20 xal) izləməkdədir.
Diaqram 1: Azərbaycanda PİSA xalları üzrə
Riyaziyyata qarşı Oxu fərqi “PİSA 2006”da ən yük‐
sək fərq kimi qeydə alınıb.
Mənbə: Dünya Bankı, PİSA 2006 məlumatlarından
istifadə edən müəlliflər
Bu qədər fərqin ortaya çıxmasının bir çox səbəbi
ola bilər. Birinicisi, testlərin çətinlik səviyyəsində açıq‐
aydın fərqlərin olması ilə bağlıdır. Universitetə qəbul
imtahanları şagirdlərdən daha çox yaddaş və faktların
xatırlanmasını tələb etdiyi halda, PİSA‐nın oxuya aid
sualları yüksək təfəkkür qabiliyyəti və daha çətin
mətnlər üzərində işləməyi tələb edir. İkincisi, testlərin
məqsədi kifayət qədər fərqlidir. Həm universitetlərə
qəbul imtahanları, həm də milli qiymətləndimə şa‐
girdlərin məktəbdəki təlim proqramını nə dərəcədə
mükəmməl qavradığını yoxlayır. Ancaq PİSA şa‐
girdlərin ümumi bacarığını yoxlamaq üçün tərtib olu ‐
nub və ədəbiyyata yenilikçi yanaşmaya kömək
etməklə yanaşı, ölkənin coğrafi məkanından daha
geniş ərazini əhatə edir. Hazırda, Dünya Bankı Azər‐
baycandakı bu nadir halın əsas səbəbləri üzrə key‐
fiyyət əsasında araşdırmanı həyata keçirir
(Riyaziyyatda yüksək nəticə göstərildiyi halda, oxuda
pis nəticənin qeydə alınması).
“PİSA 2006”‐NIN NӘTİCӘLӘRİ AZӘRBAYCANIN
TӘHSİL SİYASӘTİ HAQQINDA NӘ DEYİR?
Azərbaycan, 2006‐cı ildə oxu və təbiət elmləri üzrə
şagirdlərinin böyük bir hissəsinin aşağı nəticə
göstərdiyi iştirakçı ölkələr arasında olmuşdur. Bu cür
aşağı nəticələr, təlim standartlarının inkişaf et‐
dirilməsini, məsələn, tədris planının (kurrikulumun)
əhəmiyyətli səviyyədə təkmilləşdirilməsini tələb edir.
Hazırda, Azərbaycandakı tədris planı daha çox faktiki
biliyin xatırlanması və mexaniki əzbərləməni ifadə
edən yaddaş qabiliyyətinin inkişaf etdirilməsini hədəf
seçmişdir. Bu ciddi problemi həll etmək üçün
hökumət, Milli Kurrikulum adı ilə də tanınan Ümumi
Təhsil Konsepsiyasını 2006‐cı ildə təsdiqləyib ki, bu
Konspesiya müəllim və şagirdlər üçün yeni rolları
nəzərdə tutur.
Bundan əlavə, Təhsil Nazirliyi 2008‐ci ildə ibtidai
səviyyə üçün kurrikulum və 1‐ci sinif üzrə bütün
ölkədə həyata keçiriləcək yeni kurrikulumu hazır‐
lamışdır. Kurrikulum Mərkəzi, yuxarı siniflər üçün
kurrikulumların layihəsini yekunlaşdırıb. Yeni kur‐
rikulum mühüm həyati bacarıqları və öyrədilmiş bilik‐
lərin tətbiqini və araşdırma proseslərinə cəlb
olunmalarını dəstəkləyir. Eləcə də, şagirdləri müstəqil
və ciddi şəkildə özlərini nümayiş etdirməyə sövq edir.
Nazirlik yuxarı siniflər üçün yeni kurrikulumun tət‐
biqini sürətləndirməli və növbəti 5‐6 il üçün ümumi
təhsili tamamilə əhatə etməlidir.
Həmçinin, “PİSA 2006”‐nın sorğularının nəticələri
göstərdi ki, Azərbaycan təhsil resurslarının çatış‐
madığı ölkələr arasındadır və bu, təlim prosesinə
böyük maneə yaradır. Ölkənin çox az sayda uzaq
kənd məktəblərində bəzi fənlər üzrə müəllimlər is‐
tisna olmaqla, ümumilikdə müəllim çatışmazlığı ilə
bağlı heç bir ciddi problemi yoxdur. Faktiki olaraq,
Azərbaycandakı sistem dünyada ən aşağı şagird‐
müəllim nisbətinə malik sistemlərdəndir. Buna bax‐
mayaraq, məktəblərdə keyfiyyətli təhsil resurslarının
çatışmazlığı, şagirdlərin nəticələrinə mənfi təsir
göstərir.
Bundan əlavə, Azərbaycandakı məktəb kitab ‐
xanaları son on ildə cox cüzi inkişaf edib, onların ək‐
səriyyəti çox kiçikdir və kitab oxumaq üçün kifayət
qədər yerləri yoxdur. Həmçinin, kitabxanadakı
kitabların əksəriyyəti roman, povestdən ibarətdir, bu‐
rada geniş səpkidə kitab ehtiyatı yoxdur. Yeni kurriku‐
lumun tətbiqi üçün, həmçinin, vacib resursların
ayrılması tələb olunur. Bura böyük, sərbəst girişli
məktəb kitabxanalarının yaradılması daxildir. Bu tip
kitabxana, şagirdlərin 5‐10 faizi üçün çalışma ərazisi
və geniş resurs mərkəzi kimi xidmət göstərə bilər.
Yeni kurrikulum müstəqil, axtarışa meylli, şagird
mərkəzli öyrənməni dəstəkləyir, konseptual baxımdan
tamamilə fərqli olan yeni təlim‐tədris materiallarının
hazırlanmasını tələb edir və müxtəlif bacarıq səviyyəsi
üzrə yeni tədris planının tələblərini ödəyir. Ancaq
qeyd etmək lazımdır ki, bundan əlavə, böyük çeşiddə
müxtəlif istinadlara, metodiki dəstəyə və geniş materi‐
allara da ehtiyac olacaq. Dünya Bankının və Təhsil
Nazirliyinin birgə layihəsinin 2‐ci fazası məktəb
kitabxanalarının inkişaf etdirilməsi üzrə fəaliyyətləri,
eləcə də yeni tədris və təlim metodlarının hazırlan‐
masını dəstəkləyəcəkdir.
İstinadlar:
(PİSA 2006) ‐ Sabahın Dünyası üçün Elmi bacarıqlar
ISBN: 9789264040007
Dərc olunma tarixi: 04/12/07
Qeyd: Bu məqalədə ifadə edilən fikirlər müəllifin şəxsi fikirləridir və
heç bir halda Dünya Bankının fikirlərini və siyasətini təmsil edə
bilməz.
Rüblük Jurnal
15