Son illər Azərbaycanın ali təhsil müəssisələrində bir sıra
islahat tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır.
Bəzi ali məktəblərimiz Avropanın, Amerikanın ayrı‐ayrı
universitetlərinin təcrübəsindən yararlanmağa çalışır.
Lakin bir sıra mütəxəssislər bu sahədə ən optimal və
əlveriş li yolu universitetlərimizin bilavasitə Boloniya
Bəyannaməsinin bütün şərtlərinə və tövsiyələrinə ciddi
əməl etməsində görürlər. Azərbaycan Respublikasının
əməkdar müəllimi Asif Cahangirovla müsahibəmiz də
məhz bu yanaşma ilə bağlıdır.
‐ Asif müəllim, Boloniya prosesinin gündəmə
gəlməsinin əsas səbəblərini nədə görürsünüz?
‐ Zahirən monolit görunən sosialist sistemi ötən əsrin
80‐90‐cı illərində dağıldıqdan sonra Avropa Şurası
genişləndi və bu da Avropa qitəsində bir sıra inteqrasiya
proseslərinin məntiqə uyğun şəkildə sürətlənməsini
şərtləndirdi: maliyyə, iqtisadi, siyasi, mədəni sahələrdə
vahid məkanlar yarandı, Şenqen sazişi qəbul edildi, Avro
valyutası milli valyutaları və dolları üstələdi. Bunlarla
yanaşı Avropada yeni əmək bazarının formalaşması, xü‐
susən də yüksək texnoloji istehsal sahəsində xeyli iş yer‐
lərinin açılması daha hazırlıqlı kadrlara tələbatı artırdı. Və
www.aaa.org.az
BOLONİYA BӘYANNAMӘSİ: GERİLӘMӘYӘ HAQQIMIZ YOXDUR!
16
BOLONİYA BӘYANNAMӘSİ
:
GERİLӘMӘYӘ HAQQIMIZ YOXDUR!
Asif Cahangirov: “Mümkün qədər tez bir za‐
manda Boloniya prosesinin bütün istiqamətləri
üzrə ciddi addımlar atılmasının vacibliyini anla‐
madan Azərbaycanın ali təhsilindəki problem‐
lərdən uzaqlaşa bilməyəcəyik, yenə də sovet
dövrünün ətalətlər məkanında qalacağıq”
bunun nəticəsində diplomlu
mütəxəssislərin bir ölkədən
digərinə gediş‐gəlişi, sərbəst hərəkəti problemi də aktual‐
laşdı. Avropa İttifaqında açıq sərhədlər şəraitinə və işçi
qüvvəsinə olan ehtiyaca baxmayaraq, xarici vətəndaşların
maneəsiz işə qəbul edilməsi çətin bir məsələyə çevrildi,
çünki ali təhsil diplomları hətta qonşu ölkələrdə də tanın‐
mırdı. Belə bir vəzyyətdə təhsil sahəsində avrointeqrasiya
meylləri gücləndi, bütün bunların qanunauyğun nəticəsi
isə Boloniya prosesi oldu.
Boloniya Bəyannaməsinin imzalanmasında 29 ölkənin
təhsil sahəsində səlahiyyətli rəhbər işçiləri iştirak etmişdi.
Hazırda isə həmin prosesə qoşulmuş ölkələrin sayı 46‐ya
çatmışdır. Bəyannaməyə əsasən, ali təhsil üzrə vahid
Avropa məkanının (zonasının) formalaşması 2010‐cu
ilədək başa çatdırılmalıdır.
Demək olar ki, Boloniya Bəyannaməsinin əksər müd‐
dəaları müxtəlif Avropa ölkələrində onilliklərlə toplanmış
təcrübəyə əsaslanır. Prosesin başlanğıcı isə 1988‐ci ildə
Avropada ən qədim ali təhsil ocaqlarından biri olan
Boloniya Universitetinin 900 illiyinin qeyd olunması
dövrünə təsadüf edir. Elə o zaman da Avropanın bir sıra
aparıcı ali təhsil ocaqlarının rektorları tərəfindən qəbul
olun muş “Magna Carta Universitatum” xartiyası qəbul
edilmiş, üçüncü minillikdə universitetlərin rolunun xeyli ar‐
tacağı proqnozlaşdırılmış və həmin ali təhsil müəs‐
sisələrində muxtariyyət trendi, universitetlərin müstəqil
fəaliyyəti fundamental amillər kimi tanınmışdır.
“Magna Carta”nın müddəalarına əsaslanaraq 1997‐ci
ildə “Avropa regionunda ali təhsilə aid ixtisasların tanın‐
ması haqqında” Lissabon Konvensiyası qəbul edilmişdir.
Hörmətli oxucuları əlavə məlumatla yükləməmək üçün
yalnız onu qeyd etmək istərdim ki, Konvensiyada “nostri‐
fikasiya” və “ekvivalentlik” kimi anlayışlardan imtina
edilmiş, onlar vahid “tanınma” termini ilə əvəz olunmuş‐
dur. Ali təhsil haqqında diplomların tanınmasının əsasını
artıq ali təhsil ocaqlarının kurikulumlarındakı oxşarlığın və
ya fərqlərin araşdırılması deyil, ilk növbədə hər hansı təhsil
müəssisəsi məzununun biliklər məcmusunun, onun yeni,
daha yuxarı pillədə təhsilini davam etdirmək üçün hazır‐
lığının müəyyənləşdirilməsi təşkil edir.
Әslində Boloniya prosesinin başlıca prinsipləri Parisin
Sorbonna Universitetinin yaranmasının ildönümü münasi‐
bətilə keçirilən tədbirlərdə iştirak edən Fransa, Almaniya,
İtaliya və Böyük Britaniyanın təhsil nazirləri tərəfindən
1998‐ci ildə işlənib hazırlanmışdır. Və həmin mühüm
müddəalar “Ali təhsilin Avropa sistemi memarlığının har‐
monizasiyası haqqında” Sorbonna Deklarasiyasında əks
olun muşdur. İstərdim ki, oxucularımızın diqqətini yuxarı‐
dakı “memarlığın harmonizasiyası” ifadəsinə yönəldim.
Zənniimcə, bu ifadə Boloniya prosesi fəlsəfəsinin konsep‐
tual əsasını təşkil edir. Deklarasiyada ilk dəfə olaraq “Bilik‐
lər Avropası” anlayışı strateji mahiyyət daşıyan mühüm bir
məfhum kimi səsləndirilmiş, eyni zamanda Avropa
qitəsinin inkişafında məhz universitetlərin əsas rol oynaya‐
Asif Cahangirov
Azərbaycan Respublikasının fəxri müəllimi
Asif Cahangirov 1948‐ci ildə
Xankəndi şəhərində anadan ol‐
muşdur. 1971‐ci ildə Azərbaycan
Dövlət Universitetini kimya müəl‐
limliyi ixtisaı üzrə bitirmişdir.
1972‐75‐ci illərdə Sumqayıtda
müəllim işləmişdir. 1985‐ci ildən
2001‐ci ilə qədər Bakı Baş Təhsil
İdarəsinin müdiri vəzifəsində
çalışmışdır. 2001‐ci ildə o Azər‐
baycanın Fəxri Müəllimi adına
layiq görülmüşdür. Asif Ca‐
hangirov təhsil sahəsində islahat‐
lardan bəhs edən çoxlu məqalə
müəllifidir.
Rüblük Jurnal
17