Potensial təSİRİ “Pİsa 2006” -nin vacib məqamlari



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix01.07.2018
ölçüsü1,64 Mb.
#52592
1   2   3   4   5   6   7   8   9   ...   21

nəzarəti altında olma ehtimalı daha çoxdur. Әri

nəzarətin üç və ya daha çox spesifik davranışını

23 

nü‐


mayiş etdirən əsas təhsil alan qadınların faizi 42‐dir ki,

bu da tam orta təhsil alan qadınların faizindən 28 faiz

vahidi daha çoxdur. Bu göstərici baxımından, kənd və

şəhər əraziləri arasındakı fərq böyük deyil.  



Fiziki zorakılıq

– kənd‐şəhər ərazisi, zəngin‐yoxsul

fərqi elə də böyük olmamaqla qadınların 13%‐i 15

yaşından fiziki zorakılığa məruz qalıb. Tam orta təhsil

alan qadınlarda bu göstərici ölkənin orta göstəricisinə

yaxınkən, ibtidai təhsil alanlar arasında bu rəqəm 18%

təşkil edir.

NӘTİCӘ

Göründüyü kimi, qadınların təhsili  iqtisadi və

sosial inkişafda, ö cümlədən  qadınların və

uşaqlarının sağlamlığı və qidalanması, onların infek‐

siyalardan qorunması, ailə daxilində qadının statusu‐

nun artırılması, qadınların məişət zorakılığından

qorunması, qadınların məşğulluqda iştirak etməsi və

sosial akitvliyi baxımından mühüm rol oynayır. Hər

bir göstərici üzrə əlavə təhsil almağın təsirlərini

dəyərləndirmək üçün dərin təhlilin aparılması tələb

olunur. Buna baxmayaraq, bu məqaləyə daxil edilən

fərdi və sosial rifahın bir çox göstəricilərindən də

müşahidə edirik ki, göstəricilər arasında hər hansı

qarşılıqlı təsirdən  asılı olmayaraq tam orta təhsil alan

qadınlar 10‐cu sinifdən əvvəl və ya daha erkən təh‐

silini dayandıran qadınlara nisbətən ümumiyyətlə

daha müsbət göstəricilərə malikdirlər. 

Beləliklə, qadınların mümkün qədər daha çox

məktəbdə təhsil almaq əvəzinə, əsas təhsildən sonra

təhsillərini dayandırmasına icazə verməklə biz,

ölkənin iqtisadi və sosial inkişaf hədəflərini riskə ata

bilərik. Bundan əlavə, yeni qanun 2015‐ci ilə qədər

bütün məktəb yaşlı uşaqları tam ümumi orta təhsillə

(1‐ci sinifdən 11‐ci sinfə qədər) təmin etmək istiqamə ‐

tində Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf

Dövlət proqramında qəbul edilmiş hədəf ilə uyğun

deyildir. 7 il ərzində (2015‐ci ilə qədər) hamı üçün

tam orta təhsilə nail olmaq və daha sonra bunu əldən

vermək məntiqi görünmür.  

Bu həqiqətdir ki, Qazaxıstan və Ukrayna

24 

istisna


olmaqla bizim yerləşdiyimiz regionda,  Mərkəzi və

Şərqi Avropada və Orta Asiyada regionundakı bir çox

ölkələrdə, icbari təhsil 9 ildən artıq deyil. Region üçün

orta rəqəm 9.1 ildir. Buna baxmayaraq, Şimali

Amerika və Qərb ölkələrində bu ortalama rəqəm 10.6

ildir ki, bu da Birləşmiş Krallıq, Birləşmiş Ştatlar,

Fransa, Almaniya və digərlərinin uşaqlarını məktəbdə

daha çox saxlamağa yaxşı əsaslarının olduğunu

göstərir (Bax, Cədvəl 3). 

Buna baxmayaraq, cədvəldə göstərilən bir çox

ölkələrdəki qeyri‐bərabərliklər Azərbaycandakı qədər

nəzərə çarpacaq deyildir. Bu səbədən, hətta icbari təh‐

sil ilinin dəyişdirilməsi təklif olunduğu kimi 10 ildən

sonra baş versə belə, buna qədər bir çox şərtlərin

həya ta keçirilməsi zəruridir. İcbari təhsil müddətini

indi dəyişdirməkdənsə, əsas təhsildən sonra qızların

təhsillərini davam etdirməyə cəsarətləndirəcək mexa ‐

nizmlər mövcud olanadək, yaşayış yeri, social status

və gender baxımından hazırki qeyri‐bərabərliklər

əhəmiyyətli dərəcədə azaldılanadək və YADİDP‐də

nəzərdə tutulmuş “hər kəs üçün bərabər təhsil imkan‐

ları” təmin olunanadək  hər kəsin, xüsusilə təhsildən

yayınmaya meylli təbəqələrin, keyfiyyətə də diqqət

yetirməklə təhsil sistemində mümkün qədər çox qal‐

malarının təmin edilməsi daha məqsədəuyğun olardı.

Rüblük Jurnal

9

1

Acemoglu, Daron and Joshua Angrist, “Təhsildə sosial gəlirləri nə gədər böyükdür?



Məcburi Təhsil Qanunlarından Dəllilər,” İqtisadi Araşdırmalar üzrə Milli Büro, Səhifə

#7444, Dekabr 1999.

2

Lochner, Lance və Enrico Moretti, “Təhsilin cinayət hallarına təsiri: Dustaq həyatı



yaşayanlardan, həbs olunanlardan və  cinayətkarlardan əldə edilmiş dəlillər,” İqtisadi

Araşdırmalar üzrə Milli Büro , Səhifə 8605, 2001.

3

Lleras‐Muney, “ABŞ‐da təhsil və yeniyetmə ölümləri arasında əlaqə,” İqtisadi Araşdır‐



malar üzrə Milli Büro , Səhifə 8986, İyun 2002; Schultz T. P. 2002. “Dövlətin qızları oxutmaq

üçün daha çox sərmayə yatırmasının səbəbləri.” Dünya inkişafı 30 (2): 207‐25.

Oreopoulos, Philip, “Do Dropouts Drop Out Too Soon? Evidence Using Changes in



School Leaving Laws”, Mimeo, University of Toronto, 2003.

Oreopoulos, Philip, Marianne Page və Ann Huff Stevens, “İnsan Kapitalı Valideyndən



Uşağa çevrilir? Məcburi təhsilin nəsillərarası təsiri”, Noyabr 2003

Azərbaycan Respublikasının Konstitusiyası, Maddə 42.2



Dövlət Statistika Komitəsi, Azərbaycan Statistik İllik Kitabı, 2008.

Tələbə qəbulu üzrə dövlət komissiyası, Abituriyent, No. 12, 2005, gender səh.140



Dövlət Statistika Komitəsi, Azərbaycanda Təhsil, Elm və Mədəniyyət 2007.

10 UNICEF, Bəziləri üçün digərlərindən daha çox tədris: Mərkəzi və Şərqi Avropada,

MDB‐də təhsil üzrə regional araşdırmalar,UNİCEF‐in Mərkəzi və Şərqi Avropdakı və MDB

ölkələrindəki regional ofisləri, 2007.

11 


Dövlət Statistika Komitəsi (DSK) və Macro International Inc., Azerbaycan Demografik və

Sağlamlıq Araşdırmaları 2006 (AzDSA), 2008.

12 

Maureen Lewis and Marlaine Lockheed, Sosial Kənarlaşdırmalar və Təhsildə Gender



boşluqları”, Policy Research Working Paper, No. 4562.  Müəllif “ikiqat əlverişsizlik” ter‐

minini marginal qruplardakı qızların təkcə əsas axındakı uşaqları deyil, həm də marginal

oğlan qruplarını izlədiyini göstərmək üçün istifadə etmişdir.

13

UNDP, Azərbaycanda İnsanların İnkişafı üzrə Hesabat 2007 – Azərbaycanda Gender mü‐



nasibətləri: Meyllər və Çətinliklər, 2007.

14

AzDSA: 18 yaşına qədər evlənən 20‐24 yaşlı qadınların  % ‐i



15

Bhashkar Mazumder, “Təhsil Sağlamlığı inkişaf etdirirmi? Məcburi təhsil qanunlarından

əldə edilmiş dəllilərin yenidən araşdırılması” İqtisadi Perspektivlər, 2008/Q2

16

BMT‐in Minillik Layihəsi, İnkişafa Sərmayənin yatırılması: Minilliyin inkişaf hədəflərinə



nail olmaq üçün prakatiki plan. New York, 2005, səh. 286‐287.

17

Grantham‐ McGregor et al, İnkişaf edən ölkələrdə ilk 5 ildə inkişaf potensialı, The Lancet,



VOl 369,  2007;  Grantham‐McGregor et al., 1991; Waber et al., 1981; Pelto, Dixon and Engle

(WHO), 2000.  

18

Әtraflı bilik dedikdə cinsi əlaqə zamanı prezervativlərdən daimi istifadə və infeksiyaya



məruz qalmamış bir etibarlı partnyora malik olmaqla QİÇŞ virusuna tutulma riskini azalda

bilmək, sağlam görünən insanın QİÇŞ virusuna sahib ola biləcəyini bilmək və QİÇŞ

haqqında iki əsas yerli yanlış nəzəriyyələri (ağcaqanaq dişləməsi və ya QİÇŞ‐ə malik şəxsi

öpmək vasitəsilə bu xəstəliyə yoluxma) rədd etmək başa düşülür.  

19

BMT‐in Minillik Layihəsi, İnkişafa Sərmayənin yatırılması: Minilliyin inkişaf hədəflərinə



nail olmaq üçün prakatiki plan. New York, 2005, səh.. 285.

20

Qadınlar üzrə araşdırma mərkəzi, A Second Role at the Role Education Plays in Women’s



Empowerment, 2005.

21

Anju Manhotra, et al., “Beynəlxalq İnkişafda dəyişən qadın səlahiyyətlərinin ölçülməsi”,



2002; Augusto Lopes‐Claros və Saadia Zahidi, Qadınların səlahiyyətləri: Global gender

fərqliliklərinin ölçülməsi, Dünya İqtisadi Formu, 2005.

22

“Hal‐hazırda işləmə” son yeddi gün ərzində işləmə kimi tərif edilir. Son yeddi gündə



işləməyən, lakin müntəzəim olaraq işləyən və son yeddi gündə məzuniyyətə, xəstəliyə, isti‐

rahətə və digər belə səbəblərə görə işdə olmayan şəxslər də bura daxildir. 

23

Bunlar: digər kişi ilə danışdıqda acıqlanmaq və ya qısqanması, ona xəyanət etməsi ilə



ələqadar tez tez günahlandırması, öz qadın rəfiqələri ilə görüşməsinə icazə verməməsi, öz

ailəsi ilə əlaqə saxlamasını məhdudlaşdırmağa cəhd etməsi, ona heç bir pul məbləği etibar

etməməsi.

24

Bu iki ölkə müvafiq olaraq 11 və 12 illik icbari təhsili qüvvədə saxlayıb.



İSTİNAD VӘ HAŞİYӘLӘR


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə