Potensial təSİRİ “Pİsa 2006” -nin vacib məqamlari



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix01.07.2018
ölçüsü1,64 Mb.
#52592
1   2   3   4   5   6   7   8   9   ...   21

sayı artmaqdadır: 2007‐ci ildə 3 713 yeni vərəm hadisəsi

qeydə alınıb. Bu səbəbdən, vərəm haqqında

məlumatlılığın yüksək səviyyədə olması mühüm

əhəmiyyət kəsb edir. Tam orta təhsil alan 15‐49 yaşlı

qadınlar bu baxımdan daha yaxşı nəticə göstərirlər.

Onlar arasında öskürək vasitəsilə vərəmin yayılmasını

bilənlərin nisbəti əsas təhsil alanlardan 10 faiz vahidi

daha çoxdur. 



Erkən hamiləlik

– yaxşı məlumdur ki, erkən yaşda

hamiləlik və analığın mənfi sosial‐iqtisadi və səhiyyə

nəticələri vardır. Gənc yaşdakı anaların doğum zamanı

çətinləşmələrlə üzləşmə ehtimalı daha çoxdur ki, bu da

həm özləri, həm də uşaqları üçün daha yüksək

xəstələnmə və ölüm riski deməkdir. 2006‐cı ildə 15‐19

yaşlı qadınların 6%‐i artıq uşaq dünyaya gətirmişdi ki,

bunun da əsas səbəbi erkən yaşda evliliklərdir. Bu

rəqəm tam orta təhsil almış qadınlar arasında 3% təşkil

edir. 

QADIN SӘLAHİYYӘTLӘRİ VӘ AİLӘDӘ ZORAKILIQ

Gender bərabərliyi baxımından qızların təhsil al‐

ması çox mühüm əhəmiyyət kəsb edir , çünki təhsil iş

imkanlarını artırır, qərar qəbul etmə potensialını tək‐

milləşdirir və qadınlara daha geniş səlahiyyətlər verir.

Yüksək təhsil səviyyələrinə malik olmaqla qadınların

öz talelərini idarə etmə, cəmiyyətlərindəki dəyişiklik‐

lərə təsir etmə və daha az zorakılığa məruz qalma ehti‐

malı artır

20

. Faktiki olaraq, bəziləri təhsildən ya qadın



səlahiyyətlənməsini ölçmək üçün əvəzedici göstəricisi

kimi, ya da səlahiyyətlənmənin ölçülməsinin mühüm

komponenti kimi istifadə edir.   

“Cədvəl 2”də AzDSS‐in məlumatlarından istifadə

etməklə təhsilin qadınlara səlahiyyətlərin verilməsi və

ailədə zorakılığa təsirinin müxtəlif aspektləri

göstərilmişdir

21



Məşğulluq

–DSS‐ə əsasən 2006‐cı ildə bütün qadın‐

ların təxminən 20%‐i ‘hal‐hazırda’

22  


işləyirdi. Әsas təh‐

sil alanların 10%‐i, tam orta təhsil alanların isə 14%‐i

məşğulluğa cəlb edilmişdir. İş sahibi olan əsas təhsil

alanların 11%‐i professional, texniki və adminstrativ

vəzifələrdə çalışarkən, tam orta təhsil alanlar qrupunda

bu rəqəm 17% təşkil edir. 9‐cu sinifdən məzun olanların

40%‐i kənd təsərrüfatı işlərində çalışıb ki, bu da bir

daha kənd ərazilərində təhsildən yayınmanın daha çox

olduğunu göstərir.   

Kütləvi informasiya vasitələrindən istifadə

– həftədə heç

olmasa bir dəfə qəzet oxumayan, televizora baxmayan,

radioya qulaq asmayan əsas təhsil alan qadınların nis‐

bəti ümumi orta təhsil alanlardan iki dəfə çoxdur: 15%

‐ə qarşı 7%.



Qərar qəbul etməkdə iştirak

– Әksəriyyətini kənd

ərazilərində yaşayan qadınlar təşkil etməklə ölkədəki

qadınların 20%‐i öz sağlamlıqları, ev üçün böyük

əşyalar alma, günlük ehtiyaclar üçün alış‐veriş, ailəsini

və qohumlarını ziyarət etməklə bağlı olan dörd qərarın

heç birində iştirak etmir. Әsas təhsil alan qadınlar üçün

qərar vermə prosesində iştirak etmə ehtimalı ən mini ‐

maldır: bu kateqoriyadan olan qadınların 30%‐nin

qərar vermə prosesində deyəcək heç bir sözü yoxdur. 



Həyat yoldaşının döyülməsinə olan münasibət

– Ümu‐


miyyətlə, hər iki qadından biri həyat yoldaşının ən azı

bir spesifik səbəbdən öz arvadını döyməsinə haqq

qazandırır. Bu spesifik səbəb xörəyin yandırılması, ər

ilə mübahisə etmək, ərə məlumat vemədən evi tərk

etmək uşaqlara baxmamaq, onunla cinsi əlaqəyə gir‐

məmək ola bilər. Belə düşünənlərin faizi əsas təhsil

alanlar arasında daha yüksəkdir: 58 %. Tam orta təhsil

alanların daha az hissəsi bu düşüncə tərzinə malikdir,

baxmayaraq ki, onlar arasında fərq cəmi 4.5 faiz vahidi

təşkil edir.



Әrin nəzarəti

– əsas təhsil alan qadınların öz ərlərinin

www.aaa.org.az

İCBARİ TӘHSİL MÜDDӘTİNDӘ EDİLMİŞ DӘYİŞİKLİYİN QADINLARIN VӘZİYYӘTİNӘ POTENSİAL TӘSİRİ

8

CӘDVӘL 3. İCBARİ TӘHSİL (yaş qrupu)  



Mərkəzi/Şərqi Avropa  və 

Mərkəzi Asiya

Şimali Amerika və 

Qərbi Avropa

Albaniya

6‐13


Andora

6‐16


Belarusiya

6‐15


Avstriya

6‐14


Bolqarıstan

7‐14


Belçika

6‐18


Xorvatiya

7‐14


Kanada

6‐16


Çexiya

6‐15


Kipr

6‐14


Estoniya

7‐15


Danimarka

7‐16


Macarıstan

7‐16


Finlandiya

7‐16


Latviya

7‐15


Fransa

6‐16


Litva

7‐15


Almaniya

6‐18


Polşa

7‐15


Yunanıstan

6‐14


Moldaviya

7‐15


İslandiya

6‐16


Rumaniya

7‐14


İrlandiya

6‐15


Rusiya Federasiyası

6‐15


İsrail 

5‐15


Serbiya

7‐14


İtaliya

6‐14


Slovakiya

6‐15


Luksemburq

6‐15


Sloveniya

6‐14


Malta

5‐15


Makedoniya

7‐14


Monako

6‐15


Turkiyə

6‐14


Niderland

5‐17


Ukrayna

6‐17


Norveç

6‐16


Ermənistan

7‐14


Portuqaliya

6‐14


Azərbaycan

6‐16


San Marino

6‐16


Gürcüstan

6‐14


İspaniya

6‐16


Qazaxıstan

7‐17


İsveç

7‐16


Qırğızıstan

7‐15


İsveçrə

7‐15


Monqolustan

7‐15


Birləşmiş Krallıq

5‐16


Tacikistan

7‐15


Birləşmiş Ştatlar

6‐17


Türkmənistan

7‐15


Özbəkistan

7‐15


Mənbə: UNESCO, EFA Global Monitoring Hesbatı, 2009, pp. 292‐296


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə