225
Amerika prezidentləri
Buş Hyüstona köçərək Buşlar ailəsinin kapitalı hesabına
maliyyələşən «Sapata offşor» şirkətinin yaradılmasında iş-
tirak edir.
Corc Buşun aktiv siyasi fəaliyyətə başlaması, atasının
siyasətdən getmək ərəfəsinə təsadüf edir. Lakin, o hələ 50-
ci illərin sonlarında dostlarına senator seçilmək niyyətində
olduğunu bildirirdi. 1964-cü ildə Texas ştatından senata
seçilmək istəsə də uğursuzluğa düçar olur. Məğlubiyyət onu
ruhdan salmır və Buş iki il sonra yenidən seçki marafonuna
qoşulur. İndi onun hədəfi Nümayəndələr Palatası idi. Asan-
lıqla qələbə qazanaraq Vaşinqtona gəlir. Konqresdəki dörd
illik fəaliyyəti onun üçün əlamətdar olmasa da, paytaxtın
siyasi elitasında, işgüzar dairələrdə, gələcək karyerasında
əhəmiyyətli dərəcədə böyük rol oynamış dostluq əlaqələri
qurur.
1970-ci ildə Buş, yenidən senator seçilmək istəyir.
Bu dəfə də demokrat Lloyd Bentsenə məğlub olur. La-
kin çox keçmir ki, prezident Nikson onu ABŞ-ın BMT-
dəki nümayəndəsi təyin edir. Uotergeyt qalmaqalından və
Niksonun istefasından sonra, partiyadaxili çaxnaşmalara
son qoymaq məqsədilə onu respublikaçılar partiyası Milli
Konventinə sədr seçirlər. 1974-cü ildə isə xüsusi missiya ilə
Pekinə göndərilir. Bir il burada qaldıqdan sonra prezident
Ford onu MKİ-yə sədr təyin edir. 1976-cı il seçkilərində
demokrat Karter qələbə çaldıqda bu postla vidalaşmalı olur.
Bir müddət siyasi arenadan çəkilərək avtobioqrafi yasını
yazmaqla məşğul olmuşdur. Bəziləri onun hətta siyasətdən
getdiyini iddia edirdilər. Lakin tezliklə Buş daha böyük id-
diada olduğunu bildirir və 1980-ci il prezident seçkilərinə
qoşulur. Əvvəlcə bəzi ştatlarda keçirilən ilkin seçkilərdə
qələbələr əldə etsə də, tezliklə R.Reyqan onu üstələyir.
Məğlub olacağını başa düşərək namizədliyini geri götürür.
Bu isə onun Reyqan tərəfi ndən «ikinci respublikaçı» elan
edilməsi, yəni seçkilərə vitse-prezidentliyə namizəd kimi
226
Amerika prezidentləri
getməsi ilə nəticələnir. Və bu Reyqanın qələbəsindən sonra
reallığa çevrilir.
Vitse-prezident kimi onun fəaliyyəti nəzərə çarpacaq
olmayıb. Buş bütünlüklə və sözsüz prezidenti dəstəkləmiş,
praktiki olaraq heç vaxt onunla hər hansı problemin həllində
mübahisəyə getməmişdir. O səbrlə öz vaxtının çatacağını
gözləyirdi.
Nəhayət 1988-ci il seçkiləri çatdı. Buş seçkilərdən
çox-çox əvvəl «fi llər partiyası»nın favoriti hesab edilirdi.
Lakin bəzi ambisiyalı partiya funksionerləri də Reyqanın
yerini tutmağa cəhd edirdilər. İlkin mərhələdə Robert Doul,
Cek Kemp, Pyer Düpon namizəd olmaq istəsələr də, onun
Ağ Evə gedən yolunu kəsə bilmədilər və Buş partiyanın
namizədi oldu. Noyabrda keçirilən seçkilərdə 53,4 % səs
alaraq demokratların namizədi Maykl Dukasisə qalib gəldi.
Daxili siyasətdə Buşun yeritdiyi mülayim kurs ciddi
uğur qazana bilməyib. Bunun ciddi səbəbləri var. Reyqa-
nın prezidentliyinin son illərində ölkədə baş verən iqtisadi-
maliyyə böhranı, dövlət büdcəsinin defi siti, dövlət borcları-
nın yaranması və əmanət banklarının ifl ası hər bir preziden-
tin geniş fəaliyyət sferasını kiçildəcək problemlər idi. Digər
tərəfdən «soyuq müharibə»nin qurtarması ilə əlaqədar
olaraq hərbi xərclərin ixtisar edilməsi işsizliyin artmasına
səbəb oldu. 90-cı illərin əvvəllərində iqtisadiyyatdakı dur-
ğunluq və bunun törətdiyi çətinliklər, Buşun sosial-iqtisadi
problemlərə lazımınca diqqət verməməsi üstündə tənqid
olunmasını gücləndirmişdir. Onun fəaliyyəti yalnız bəzi qa-
nun layihələrinin qəbul edilməsi ilə məhdudlaşdı. Buş eyni
zamanda udduğu Körfəz müharibəsindən sonra sürətlə ar-
tan populyarlığından lazımınca istifadə edə bilmədi. Yaxın
ətrafının etirazına baxmayaraq özündə yalnız cinayətkarlığa
qarşı mübarizəni və yol-nəqliyyat problemlərini ehtiva
edən minimalist konsepsiyasını irəli sürdü. Dəfələrlə verdi-
227
Amerika prezidentləri
yi vədinin əksinə olaraq büdcə defi sitini aradan qaldırmaq
üçün vergiləri artırması Buşun ən uğursuz addımı idi.
Lakin xarici siyasətdə Buş bəzi uğurlar əldə etdi.
1989-cu ildə diktator Noryeqanı həbs etmək üçün Pana-
maya müdaxilə, AFR-in NATO üzrə digər tərəfdaşlarından
fərqli olaraq almanların birləşmə prosesinə daha tez re-
aksiya verməsi, dövlət katibi Ceyms Beykerin rəhbərliyi
ilə Latın Amerikası ölkələri ilə yaranmış borc böhranının
tənzimlənməsi, İsrail və onun ərəb qonşuları ilə sülh da-
nışıqlarının bərpa edilməsindəki vasitəçiliyi belə uğur-
lardandır. Əsas nailiyyəti isə Fars Körfəzində baş verən
münaqişəyə hərbi müdaxilə nəticəsində qazanılıb. BMT-nin
qərarı ilə 1990-91-ci illərdə Küveyti İraq işğalından azad
etmək üçün körfəzə 540 min əsgər göndərilməsi amerika-
lılarda «İkinci Vyetnam» qorxusu yaratdı. Lakin 42 günlük
hərbi əməliyyatlar qələbə ilə nəticələndi.
Lakin çox keçmədi ki, Buşun xarici siyasətdə də kamil
konsepsiyaya malik olmadığı aşkar oldu. Ümumiyyətlə
ətrafına Ceyms Beyker, Kollin Pauell, Dik Çeyni, Brent
Skaukroft (bu isimlərin bəziləri sonralar Buşun (oğul) pre-
zidentliyi dövründə onun administrasiyasının aparıcı si-
malarından olmuşlar) kimi güclü siyasətçilər toplamasına
baxmayaraq onun prezidentliyi uğursuz olub. 1992-ci il
seçkilərindən əvvəl aparılan sorğularda rəyi soruşulanların
80 %-i dövlətin yeritdiyi daxili-xarici siyasətlə razı olmadı-
ğını bildirib. Seçkilərdə respublikaçıların namizədi olsa da
demokrat Klintona məğlub oldu.
Beləliklə Corc Buş XX əsrdə ikinci müddətə seçilməmiş
Taft, Huver və Karterlə bir sırada dayanır. Onun prezident-
liyi milli və beynəlxalq dəyişikliklər dövrünə təsadüf edib
və özündən sonra ciddi iz qoymayıb. Bu baxımdan Buşu
keçid prezident də adlandırmaq olar.
Dostları ilə paylaş: |