228
Amerika prezidentləri
BİLL KLİNTON
(BILL CLINTON)
(1993-2001)
Bill Klinton (tam adı Uilyam Cefferson Blayt IV) 19 av-
qust 1946-cı ildə Arkanzas ştatının Houp şəhərində dünyaya
gəlib. O, hələ anadan olmamış bədbəxt hadisə nəticəsində
229
Amerika prezidentləri
atası həlak olur. Dörd yaşında ikən anası avtomobil ticarəti
ilə məşğul olan Rocer Klintona ərə gedir (Bill on beş ya-
şından atalığının familiyasını daşıyır). Şöhrətpərəst olan
balaca Bill dərslərini yaxşı oxuyar və məktəbin birinci
şagirdlərindən hesab edilərdi. Bununla yanaşı məktəbin caz
orkestrinə rəhbərlik edib. (Musiqiyə olan marağını bu gün
də saxlayan Bill tez-tez saksafonda sevdiyi caz havalarını
məharətlə ifa edir).
Orta məktəbdə təhsil aldığı illərdə, həyatında baş verən
ən yaddaqalan hadisə onun 1963-cü ilin iyulunda Mil-
li Gənclər təşkilatının üzvü kimi prezident Kennedi ilə
görüşməsi olub. Sonralar etiraf edib ki, məhz həmin görüş
onu gələcəkdə siyasətçi olmağa həvəsləndirib.
Klintonun Cənub babtist kilsəsinin üzvü olmasına bax-
mayaraq orta təhsilini bitirdikdən sonra Vaşinqtondakı nü-
fuzlu Corctaun Universitetinə daxil olur. Təqaüd alması
ona 1969-70-ci illərdə Oksfordda oxumasına şərait yaradır.
Gələcək həyat yoldaşı Hillari Rodhemlə (onunla nikahdan
Klintonun iki övladı var) tanış olduğu Yel hüquq institu-
tunu bitirdikdən sonra isə Arkanzasa qayıdır. Təhsil aldığı
müddətdə maddi problemlərini özü həll etmiş, eyni zaman-
da üç yerdə işləməyə məcbur olmuşdu.
Fayetvell Universitetinin hüquq fakültəsində qısamüd-
dətli pedaqoji fəaliyyət göstərdikdən sonra, 1974-cü ildən
siyasətlə ciddi surətdə məşğul olmağa başlayır. Demokrat
partiyasının üzvü kimi Konqresdə keçirilən seçkilərdə işti-
rak etsə də məğlubiyyətə uğrayır. Kiçik fərqlə məğlub olan
Klinton Arkanzas siyasi isteblişmentinin diqqətini özünə
cəlb etdi. Bu onun iki il sonra Arkanzas ştatının ədliyyə na-
ziri seçkilərində iştirak edərək qalib gəlməsinə səbəb oldu.
1978-ci ildə isə qubernator seçkilərinə qoşulur və ABŞ
tarixində ən gənc, 32 yaşında qubernator seçilir.
Qubernator olduğu müddətdə özünü bacarıqlı inzibat-
çı kimi tanıdır. ABŞ-ın kasıb ştatlarından olan Arkanzas
230
Amerika prezidentləri
Klintonun rəhbərliyi dövründə əhəmiyyətli dərəcədə inki-
şaf edir. Bunu bəzi statistik göstəricilərin müqayisəsi aydın
göstərir. Yeni iş yerlərinin açılması, təhsil sahəsində əldə
edilən uğurlar məhz Klintonun məqsədyönlü fəaliyyətinin
nəticəsidir.
1991-ci il prezident seçkilərində namizədliyini irəli
sürən Klinton ölkə səviyyəsində o qədər də tanınmırdı.
Buna baxmayaraq o, artıq demokrat partiyasının daxilində
nüfuz sahibi idi. Onun xüsusilə Reyqan siyasi kursunu
dəstəkləyən (onları «Reyqan demokratları» da adlandırır-
dılar) sıravi demokratları potensial seçicilər cərgəsinə qay-
tarılmasında böyük rolu vardı. Klintonun seçki kampani-
yasının strateji xətti bir növ yaddan çıxmış orta təbəqənin
mənafeyinin qorunması təşkil edirdi. Digər tərəfdən Rey-
qan hökumətindən miras qalmış və Buş tərəfi ndən həll
edilməmiş büdcə kəsirləri və işsizlik probleminin həlli
istiqamətində görəcəyi işləri seçicilərə bəyan etməsi onun
şansını artırırdı. Noyabrda keçirilən seçkilərdə 43 % səs
toplayan Klinton proqnozların əksinə olaraq qalib gəldi.
Fars körfəzi müharibəsinin uğurla başa çatması da Buşa
kömək etmədi. Klintonun qələbəsində partiyasız sahibkar
Ross Peronun da rolu oldu. Belə ki, R.Pero xüsusilə Buşun
elektoratına daxil olan seçiciləri öz tərəfi nə çəkərək səslərin
1/5-ni ala bilmişdi. Digər tərəfdən bu amerikalıların hər iki
partiyanın yeritdiyi siyasətdən narazılığının ifadəsi idi.
Qeyd edək ki, Klintonun seçkiönü kampaniyasına onun
bəzi şəxsi keyfi yyətləri kölgə salıb. Vyetnam müharibəsi
ərəfəsindəki davranışı, tələbə olarkən narkotik maddələr
qəbul etməsi, qubernatorluğu ərzində bəzi maliyyə maxina-
siyalarında iştirak etməsi kimi kompromatlar opponentlərinə
yaxşı mövzu idi. Lakin bu kompromatlar onun əxlaqi nüfu-
zuna zərbə vursa da, prezident seçilməsinə mane olmadı.
R.Reyqanın prezidentliyi dövründən qalan problemlər,
başlıcası artıma meylli 200 mlrd.-lıq büdcə kəsirinin aradan
231
Amerika prezidentləri
qaldırılması öz həllini gözləyirdi. Klinton 17 fevral 1993-cü
il hesabatında büdcə kəsirlərinin ləğv edilməsini prezident-
liyinin əsas məqsədi olduğunu bildirdi. Gərgin danışıqlar-
dan sonra kəsirləri aradan qaldırmaq üçün nəzərdə tutulan
beşillik büdcə planını senatdan keçirmək ona nəsib oldu.
Qarşıya qoyulan əsas hədəfl ərdən biri səhiyyədə ra-
dikal islahatların keçirilməsi idi. İslahatlara xüsusi diqqət
yetirən Klinton səhiyyə problemlərini həll edəcək işçi
qrupa rəhbərliyi xanımı Hillari Klintona tapşırdı. Bu ABŞ
tarixində «birinci ledi»nin dövlət əhəmiyyətli problemlərin
həllində ilk iştirakı idi. Klintonun vaxtilə «prezident
seçilsəm əsas məsləhətçilərimdən biri xanımım olacaq»
deməsi özünü doğrultdu.
Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə haqda qa-
nunlar paketinin hazırlanması Klintonun əsas uğurlarından
oldu. Bu qanunlar 30.2 mlrd. dollara başa gələn 100.000
nəfərin polis sıralarına qəbul edilməsini vətəndaşların sax-
lamaq hüquq olan 19 sayda silahın qadağan edilməsini,
üçüncü dəfə cinayət törətmiş şəxsin avtomatik ömürlük
həbsə məhkum olunmasını özündə əks etdirirdi.
Prezidentliyi ərzində əsas diqqəti daxili problemlərin
həllinə yönəltməsinə baxmayaraq Klintonun xarici siyasəti
də bəzi uğurlar qazandı. Dövlət katibi U.Kristoferin
vasitəçilik etdiyi Fələstin Azadlıq Təşkilatı ilə İsrail ara-
sında aparılan danışıqlar 1993-cü ilin sentyabrında Ağ
Evdə sülh müqaviləsinin imzalanması ilə nəticələndi. Ru-
siya ilə münasibətlər qısa müddətə normal məcraya salın-
dı. Rusiyaya iqtisadi kömək onun öz imperiya ambisiya-
larını məhdudlaşdırması hesabına başa gəldi. (məs. Baltik
ölkələrindən rus əsgərlərinin çıxarılması tələbi).
1994-cü il yanvarın 10-da NATO-nun Brüsseldə
keçirilən toplantısında «Sülh naminə tərəfdaşlıq» paktı im-
zalandı. Paktın Şərq ölkələrinə ekspansiyasına etiraz edilsə
də (xüsusilə Rusiya bundan çox narahat idi), nəticədə ABŞ
Dostları ilə paylaş: |