221
Amerika prezidentləri
yolu seçmişdi. 80-ci illərdə gəlir vergisinin və mənfəətə
görə verginin norması əhəmiyyətli dərəcədə azaldıldı, in-
vestisiya yatırımına vergi güzəştləri edildi. Dövlət bizne-
sin bir çox növlərini nizama salmaqdan imtina etdi, trestlər
əleyhinə qanunçuluğun tətbiq sahələri kəskin surətdə ixtisar
edildi, şəxsi təşəbbüs üçün əlverişli şərait yarandı. Bu isə
qısa müddətdə korporasiyaların gəlirlərinin görünməmiş
dərəcədə artması ilə nəticələndi.
«Reyqanomika» şəraitində Amerika sənayesi elmi –
texniki tərəqqinin ən müasir nailiyyətlərini səmərəli sürətdə
tətbiq edirdi. Onun beynəlxalq miqyasda rəqabətə davam-
lılığını artırdı.
Hökumət infl yasiya və işsizlik problemlərini də uğur-
la həll etmişdir. İnfl yasiya indeksi 1988-ci ildə 4,5 % oldu
(Uyğun göstərici 1980-ci ildə 12,5 % olub). İşsizlik kvotası
isə 7 %-dən 5,4 %-ə endirildi. Məşğulluğun artmasının əsas
mənbəyi xidmət sahələrinin genişlənməsi oldu. 80-ci illərin
ikinci yarısından başlayaraq ABŞ iqtisadiyyatına xarici ka-
pital axını güclənməyə başladı. Bu əsasən qiymətli dövlət
kağızlarının, bank əmanətlərinin qoyulmasından, şəxsi
kompaniyaların səhmlərinin əldə edilməsindən, müstəqil
kapital qoyuluşundan ibarət idi.
Reyqan administrasiyasının xarici siyasəti antikommu-
nist ruhda köklənmişdi. Bu özünü nəinki «Şər imperiyası»na
(Reyqan SSRİ-ni belə adlandırıb), eyni zamanda Mərkəzi
Amerika ölkələrinə olan münasibətdə də aşkar göstərir.
Sovet İttifaqı ilə dünyada nüfuz sahibliyi uğurunda aparı-
lan «müharibə» ABŞ-ın qələbəsi ilə bitdi. Burada Reyqa-
nın xidmətləri şübhəsiz ki, böyükdür. Lakin bəzən bunu
sırf onun xidməti kimi qeyd edilməsi heç də düzgün deyil.
Əsas amil 1985 –ci ildə siyasi hakimiyyətə gəlmiş Mixail
Qorbaçovun ekspansionist dünya siyasətinə son qoyması,
əslində İttifaqı möhkəmlətmək xatirinə apardığı islahatların
əks effekt verərək Sovet İttifaqı və Varşava blokunun süqut
222
Amerika prezidentləri
etməsi olub. Bu Reyqanın qələbəsindən çox Qorbaçovun
məğlubiyyəti idi.
Başladığı iqtisadi-siyasi kursun davam etdirilməsi
üçün siyasi varisinin ondan sonra prezident seçilməsinə
böyük kömək göstərmişdir. Onun siyasi varisi səkkiz il-
lik hakimiyyəti dövründə vitse-prezident olmuş Corc Buş
idi. Prezidentlik müddətinin son aylarını tamamilə Buşun
seçki kompaniyasının uğurlu olmasına həsr edir. C.Buşun
qələbəsindən sonra, artıq 78 yaşlı Reyqan praktiki olaraq
fəaliyyət göstərmir. Bütün bununla o, tam yorğunluğunu,
prezidentlik müddətinin başa çatacağı günü səbirsizliklə
gözlədiyini nümayiş etdirirdi.
Ağ Evdən getdikdən sonra köhnə dostlarının kömə yilə
təmir etdirdiyi, Los-Ancelosun nüfuzlu Bel-Eyr məhəl-
ləsində yerləşən malikanəsində yaşayır. İctimai diqqətdən
kənarda qalmağa çalışsa da, eks-prezident kimi böyük
hör mətlə qarşılanıb. Bu xüsusilə onun dünyada sülhün
bər qərar olunması, «Soyuq müharibəyə» son qoyulması
istiqamətində gördüyü işlərlə bağlıdır. Təcrübəli siyasi xa-
dim kimi Yaponiyaya dəvət edilmiş, burada mühazirələr
oxumuşdur. Onun aldığı 2 milyon dollar qonaraq 8-illik
prezidentliyi müddətində aldığı məvacibdən 400.000 dollar
çox idi.
Ömrünün son on ilini Reyqan alsheymer xəstəliyindən
əzab çəkmiş, bütövlüklə yaddaşını itirmişdir. 5 noyabr
1994-cü ildə xəstəliyi haqqında rəsmi məlumat vermiş,
ölkəyə xitabən vida məktubu ilə müraciət etmişdir. 2001-
ci ildə keçirilmiş sosioloji sorğuda amerikalılar onu böyük
prezident hesab etmişlər.
Ronald Reyqan 5 iyun 2004-cü ildə vəfat etmişdir.
223
Amerika prezidentləri
CORC BUŞ
(GEORGE H. W. BUSH)
(1989-1993)
Amerika tarixində prezident bu və ya digər səbəbdən
növbəti seçkilərdə iştirak etmədikdə, fəaliyyətdə olan vit-
se-prezidentin ölkənin ali vəzifəsinə iddialı olması bir neçə
dəfə təkrarlanıb. Lakin bu özünü yalnız iki dəfə doğrul-
dub. 1836-cı il seçkilərində vitse-prezident M.Van Burenin
224
Amerika prezidentləri
namizədliyi irəli sürülüb və o qalib gəlib. Bu praktika bir də
152 il sonra, Corc Buş prezident olduqda özünü doğruldub.
Seçkiöncəsi ona bu haqda verilən suala belə cavab ve-
rib: «Əvvəla keçmiş seçkilərlə 1988-ci il seçkiləri arasında
böyük fərqlər var. İkincisi Şirli Makleyn (sipiritizm bilicisi
hesab edilən məşhur Hollivud kinoaktrisası) deyir ki, keç-
miş həyatımda mən M.Van Buren olmuşam».
ABŞ-ın 41-ci prezidenti Corc Herbert Uoker Buş 12
iyun 1924-cü ildə Milton şəhərində (Massaçusets şt.) anadan
olub. Atası Preskott Buş Nyu-Yorkdakı aparıcı banklardan
birinin ortağı idi, 1952-63-cü illərdə isə Konnektikut ştatını
senatda təmsil etmişdi. Balaca Corc ilk təhsilini Andoverdə,
Filips Akademiyasının nəzdindəki internatda alır. Burada
təhsilini bitirdikdən altı ay sonra, yaponlar Pörl-Harbörə
hücum etdikdə könüllü cəbhəyə gedir və dəniz aviasiyasın-
da xidmətə başlayır. Elə xidmətinin ilk aylarında ona zabit
rütbəsi verilir. Üç il ərzində Sakit okeanda döyüşən Corc,
«San-Casinto» aviadaşıyıcısındakı torpedo-bombardman-
çı təyyarəsində 58 döyüş uçuşu edir. Göstərdiyi igidlik
və rəşadətlərə görə orden və üç medalla təltif edilir. 58-ci
uçuş onun üçün sonuncu olur. 1944-cü il sentyabrın 2-də
onun təyyarəsi yapon zenit artilleriyası tərəfi ndən vurulur.
Müharibə qurtardıqda ordudan tərxis olan Buş iki il yarım
Konnektikutdakı məşhur Yel Universitetində oxuyaraq iqti-
sadçı ixtisasına yiyələnir. Hələ müharibə ərəfəsində, 1945-
ci il yanvarın 6-da üç il əvvəl tanış olduğu Barbara Pirslə
ailə qurur və bu nikahdan onların beş övladı dünyaya gəlir.
Qeyd edək ki, Buşların ilk övladları Corc Buş (oğul) sonra-
lar ABŞ prezidenti olub.
Yel Universitetini bitirdikdən sonra ailəsilə birgə
Cənub-Qərbə –Texasın Odessa şəhərinə köçür və burada
neft avadanlıqları istehsal edən «Dresser indastriz» kom-
paniyasında işləyir. Atası bu kompaniyanın direktorlar
şurasının üzvü idi. Sahibkarlıq təcrübəsini zənginləşdirən
Dostları ilə paylaş: |