Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə108/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   102   103   104   105   106   107   108   109   110

XIV  FƏSİL
Çoxumuzun tanımadığı 
qeyri-ənənəvi “dinlər”
ÇOXUMUZUN TANIMADIĞI 
ÇOXUMUZUN TANIMADIĞI 
“DİNLƏR”
“DİNLƏR”
D
D
in tarixini araşdırarkən məlum olur ki, dinlərin tarixi
dəyişikliklərlə yetərincədir. Zaman dəyişdikcə onun
tələblərinə cavab olaraq din də dəyişir, təkmilləşir, par-
çalanır, firqələrə ayrılır və bir çoxu zamanın fonunda öz ömrünü başa
vurmuş olur. Təbii ki, bəzi dinlər itib getsə də – özünə yer tapa
bilməsə də, bəziləri yeni forma və məzmun kəsb etmiş olur. Beləliklə,
mənəvi axtarışlar insanları qeyri-ənənəvi dinlərə gətirib çıxarır.
Bunlardan biri də Bəhailikdir.
Bəhailik. Bəhailiyin ilkin kökləri İranla əlaqəlidir. Tarixə görə,
1844-cü ildə 12-ci imamın qeybə çəkilməsindən min il sonra (yəni
1844-cü ildə) Şiraz şəhərində Seyid Əli adında bir gənc özünü Bab
(ərəbcə – Qapı deməkdir) elan edir. Seyid Əliyə görə, bu Qapıdan
tezliklə Allahın bütün insanlara elçisi olan – Mehdi gələcəkdir. Seyid
Əlinin ətrafına xeyli insanlar toplaşmışdı. Bab da öz  moizələrində
azadlıq, bərabərlik və s. ideyalarına da geniş yer vermişdi. Təbii ki,
bu fikirlər insanların yaranışından mövcuddur. Babın çağırışları
hakim dairələrdə narahatlıq və narazılıqlar yaratdığından onu həbs
edir və 1850-ci ildə edam edirlər. Babla yanaşı onun ardıcıllarından
338
Əxlaqa aparan yol


20 min nəfər edam edilir, xeylisi isə İraqa və Fələstinə üz tutmalı
olurlar. Babın qaçan tərəfdarlarından Mirzə Hüseyn Əli (1817-1892)
adlı birisi 1863-cü ildə özünü gözlənilən Mehdi elan edir və özünə
“Bəhaulla” – “Allahın hüsnü” ləqəbi verir. Bəhailik adı da buradan
formalaşır. O, bütün ölkələrin birinci şəxsinə məktub göndərib bildirir
ki, bəşəriyyət birləşməyə başlayır, vahid dünya birgəyaşayış qaydası
yaranır. Əlbəttə Bəhaulla Qərb mütəfəkkirlərinin ideyalarından çox
bəhrələnmişdi. O, bəhailiyin insanları birliyə, sülhə, dözümlülüyə,
qarşılıqlı məhəbbətə çağıran bir din olduğunu söyləyirdi. Əlbəttə bu
deyilənlər yenilik deyildi – İslamda daha mükəmməl şərh olunmuşdu.
Bəhaullanın fikrincə, dində xurafata yer olmamalı, qadınlar kişilərlə
eyni hüquqlara malik olmalı, var-dövlət və sərvət ədalətlə
bölünməlidir, hamının təhsilə haqqı vardır, hər bir insan həqiqət ax-
tarışları üçün fərdi məsuliyyət daşıyır. Daha sonra o,  göstərir ki,
bütün dünya xalqları birləşməlidir. Çünki, bütün  insanları bir olan
Allah yaratmışdır. 
Bəhailərin din xadimi, peyğəmbəri yoxdur. Lakin, kitabları var-
dır. O da Bəhaullanın vəhylər “Kitabi-əqdəs” – yəni “Ən müqəddəs
kitab” adı altında cəmləşdirilmişdir.
Bəhaulla deyirdi ki, Allah dərkedilməzdir. Adi insanlar, sadə in-
sanlar öz məhdud ağılları ilə Allahın intəhasız təbiətini anlaya
bilməzlər. Allah özünü elçiləri vasitəsi ilə tanıtdırır. Bu elçilər dünya
dinlərinin baniləridir. Onların vəzifəsi Allahın iradəsini insanlara dərk
etməyə kömək göstərməkdir. Allah öz elçilərini hər dəfə insanların
yetkinlik səviyyəsinə müvafiq olaraq göndərir və Bəhaullanın elçiliyi
zamanı ən uyğun elçilikdir. Əlbəttə bəhailik geniş yayıla bilməmişdir.
Dünyanın 230 ölkəsində təqribən beş milyona yaxın bəhai mövcud-
dur. Bəhailərin ibadət etdikləri evləri bütün insanların üzünə açıqdır.
Belə ibadət evlərinin  doqquz qapısı və bir günbəzi olur ki, bu da
bəşəriyyətin müxtəlifliyinin və eyni zamanda vəhdətinin rəmzidir.
Bəhailərin dualarında bütün dini kitabların təsirləri vardır.
Dünya bəhailərinin başında Ümumdünya Ədalət Evi  durur.
Onun qərargahı isə İsrailin Hayfa şəhərində yerləşir. Azərbaycan
339
Ziyadxan NƏBİBƏYLİ


ərazilərinə bəhailik əsasən XIX əsrin sonlarında gəlmişdir. Sovetlər
Birliyində Azərbaycanda bütün dinlərdə olduğu kimi bəhai icması da
tamamilə məhv edilmişdir.
XX əsrin sonlarında Azərbaycan Respublikası müstəqilliyini
bərpa etdikdən sonra bəhai icması da yenidən fəaliyyətə başladı.
Yehova şahidləri. Bu icmanın əsası 1896-cı ildə Çarlz Teyz Ras-
sel tərəfindən qoyulmuşdur. Lakin, icma yalnız 1931-ci ildə “Yehova
Şahidləri” adını ala bilmişdir. Çarlza görə, 1914-cü ildə dünyanın
sonu yetişəcək, bəşəriyyətin Bibliyaya əməl etməyən böyük bir
hissəsi məhv olacaqdır. Çünki, Allah heç kəsə, o cümlədən, “yalançı
xristianlar”a da Yer üzündə fəsad törətməyə imkan verməz. Yalnız
həqiqi dinin ardıcılları nicat tapacaq, Yer cənnətində öz ölmüş yaxın-
larına qovuşacaqlar. Yer cənnətində aclıq, xəstəlik, ölüm, ağrı-acı ol-
mayacaqdır. Vaxt ötdü, 1914-cü il yetişdi və baş vermiş hadisələrdən
(I Dünya müharibəsi) sonra Çarlzın peyğəmbərliyi xeyli dərəcədə
dəyişikliyə uğradı. Məlum oldu ki, 1914-cü il İsa Məsihin göy
səltənətinə çıxması ilidir. Amma, onun səltənəti hələ Yerdə hiss edil-
mir. Bunun üçün Bibliyanı  düzgün öyrənmək, “yalançı dinlər”dən
uzaqlaşmaq, min illik səltənətin başlanacağına iman bəsləmək
gərəkdir.
Yehova Şahidləri inanırlar ki, ənənəvi xristian kilsələri Allahın
üç sifətdə – Allah-ata, Allah-oğul və Müqəddəs Ruh sifətlərində
təcəlli etməsi, ölümdən sonra ruhun dirilməsi, cəhənnəm əzabı barədə
ehkamları ortaya atmaqla İsa Məsihin təlimini təhrif etmişlər. Odur
ki, xristianlığın yeganə düzgün izahını Yehova Şahidləri verirlər. Yal-
nız bu icmanın ətrafında birləşənlər Allahın dərgahına qovuşacaqlar.
1993-cü ilin məlumatlarına görə Yehova Şahidləri icmasının dünya-
nın 229 ölkəsində 4,5 milyon ardıcılı vardır. Bu icma 110 dildə dini
ədəbiyyat yayır.
Azərbaycanda Yehova Şahidləri icması 1994-cü ildə fəaliyyətə
başlamış, 2000-ci ildə 500 nəfərədək üzvü olmuşdur və üzvlərin
əksəriyyətini qadınlar  təşkil edirlər. 
Vəhdət kilsəsi. Vəhdət kilsəsi XX əsrdə Koreyada yaranmışdır.
340
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə