Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə105/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   102   103   104   105   106   107   108   109   110

öz qazandıqlarından nəsibləri vardır. Siz Allahdan Onun fəzlini (lüt-
fünü) istəyin. Allah hər şeyi biləndir.” (Nisa surəsi, 32).
İslam dini qoymuş olduğu əxlaqi dəyərlərlə insanlar arasında
sevgi və hörmətə bağlanan bir qardaşlıq şəraiti əmələ gətirməyi hədəf
alır. Həsəd və ya qısqanclığın pisliyi insanlar arasında qurulması
barəsində danışdığımız bu qardaşlıq bayrağını zədələməsidir.
Hz.Peyğəmbərimiz bir hədisi belə vurğulayır: “Bir-birinizə
hiddətlənməyin, bir-birinizə həsəd çəkib qısqanmayın, bir-birinizə
arxa çevirməyin .Ey Allahın qulları, qardaş olun. Bir müsəlmana üç
gündən çox qardaşı ilə küsülü qalması halal olmaz.” (Buhari, Ede-
dul-Mufred, c.1, s.491, H. №-398).
Qurani-Kərim həsəd aparıb qısqanclıq edənlərin pisliyindən Uca
Allaha sığınılmasını istəyir. “De ki: “Sübhün rəbbinə siğiniram. Onun
yaratdıqlarının şərindən, çökdüyü zaman zülmətin şərindən,
düyünlərə üfürənlərin şərindən və həsəd apararkən paxılın şərindən.”
(Fələq surəsi, 1-5).
Deyilən qeyri insanı keyfiyyətlərdən azad olmaq istəyirsənsə İs-
lamı dəyərləri özünə əbədi və əməli yol seç!
328
Əxlaqa aparan yol


XIII FƏSİL
İslamda haram buyurulanlar
1. İSLAMDA SAĞLAMLIĞIN 
1. İSLAMDA SAĞLAMLIĞIN 
QORUNMASINA MÜNASİBƏT
QORUNMASINA MÜNASİBƏT
İ
İ
nsanın sağlamlığının qorunması bəşəri vəzifələrdən biridir.
İlk növbədə insan dini biliklərə, xüsusən də İslam
dəyərlərinə və insanın elm nəticəsində əldə etdikləri
məlumatlara söykənərək şəxsi sağlamlığını qoruması vacibdir. Öz
sağlamlığının keşiyində dura bilən insan öz övladlarının, öz
ətrafının sağlamlığına da gərəkli şəxsdir. Sağlamlığın keşiyində dur-
maq digər bir tərəfdən mədəniyyətdir, şəxsin dünyagörüşüdür, tibbi
savaddır və ən nəhayət digər canlılardan fərqli yaşayış tərzidir.
İslamda sağlamlığın ən bariz nümunəsi oruc və namazdır. Sidq
ürəkdən islamçı olan insan, onun qaydalarına əməl edən insan –
oruc, namaz və digər islami təlimlərə əməl etməklə öz sağlamlığını
müdafiə etmiş olur. Sağlamlıqla bağlı islami qaydalara riayət edən
insan, həm də ətrafına bir əyani nümunədir, digəri üçün canlı təcrübi
yoldur.
Söylənilənlərin hamısından çox islami tələblərlə və elmi
tələblərlə sağlamlığını qoruyan şəxs, çox vacib bir məqamdan, insan
yaranandan günümüzə qədər mövcud olmuş, zəmanəmizdə daha da
şiddətlənmiş tamah məfhumundan azad ola bilər. İstər elmi
cəhətdən, istərsə də islami cəhətdən tamah haram buyurulur. O
329
Ziyadxan NƏBİBƏYLİ


mənada ki, çox yedikdə, insan əziyyət çəkir, sağlamlığına zərər
etmiş olur. Mənəvi sağlamlıqda olduğu kimi, bədən sağlamlığı, can
sağlamlığı da İslam dininin son dərəcə əhəmiyyət verdiyi bir möv-
zudur.
Onu da qeyd etməliyik ki, həyatın ağır yükünü qaldıra bilmək
və sıxıntılarına səbr edə bilmək üçün insanın sağlam bir cana ehti-
yacı həmişə vardır. Sağlam və qüvvətli bir şəxs, zəif olandan daha
xeyirli olduğunu Hz.Peyğəmbərimiz (s) belə dəyərləndirir: “Xeyirli
olmaqla bərabər, qüvvətli bir mömin zəif olandan Allah hüzurunda
daha xeyirli və daha sevimlidir. (Müslim, 46. “Kitabul-Kader”. Bab.
8, H. N-2664). Bu fikirlə bildirilir ki, insan, sağlam ol, güclü ol –
Ulu Allah səni sevsin. Yəni, sən səliqəli olanda, sağlamlıq qayda-
larına düzgün əməl edəndə, həm də Allahın İslamla,
Hz.Peyğəmbərlə (s) siz insanlara göndərdiyi qaydalara əməl etmiş
olursunuz ki, bu da Allah yanında dəyərlidir, Onun diqqətini
çəkəndir.
Sağlam bir xasiyyətə sahib olan insanın Əxlaqi cəhətdən yaxşı
bir hərəkəti yerinə yetirə bilməsi üçün hər şeydən əvvəl sağlam ol-
ması şərtdir. Buna görə də sağlam olmaq eyni zamanda Əxlaqi bir
borcdur. Səbəbi isə sağlıqsız olan hər hansı insan başqaları ilə gir-
diyi əlaqədə üzərinə düşənləri yerinə yetirə bilmir və ətrafındakı in-
sanlar üçün, oğul-qız üçün bir yük olur. Odur ki, hər bir insanın öz
sağlığına diqqət etməsi son dərəcə əhəmiyyətlidir. İslamın sağlam-
lığa yanaşması elmi bir xüsusiyyətlə dəyərləndirilir. İslama görə,
hər hansı bir xəstəliklə qarşılaşdıqda lazım olan ilk iş müalicə yol-
larını aramaqdır. İslam boşboğazlardan şəfa ummağı qadağan edir.
Başqa mövzularda olduğu kimi, sağlamlıq mövzusunda da işin
mütəxəssisinə müraciət etməyi məsləhət bilir. İslam inancına görə,
şəfası olmayan bir xəstəlik, bir dərd yoxdur. Hz.Peyğəmbərimiz (s)
bu mövzuda belə deyir: “Uca Allah yaratdığı hər dərdin şəfasını da
yaratmışdır.” (“Tecrid”. C. XII, s. 75, H. N-1920). Tibb elmi də bu
fikirdədir. Lakin, bəzi xəstəliklər vardır ki, Hz.Peyğəmbərimizin (s)
demiş olduğu bu  kəlamı tam yerinə yetirə bilməmişdir. Onun da
330
Əxlaqa aparan yol


səbəbi və günahı özümüzdədir. Hz.Peyğəmbərimizin (s) söyləməsi,
digər bir tərəfdən ümidsizliyə düşən insanlara ümid verir, dayaq
olur, düşdüyü xəstəlikdən xilas olmaq ümidini çoxaldır. Onun
“Şəfasız xəstəlik yoxdur” kəlamı elm adamını cəsarətləndirir, elmi
axtarışlar aparmasına sövq verir və eyni zamanda alimə bu işin dini
bir vəzifə olduğunu bildirir.
Xəstənin müalicə olunub-olunmayacaq fikrini soruşan insanla-
raHz. Peyğəmbər (s) söyləmişdir: “Müalicə olunmaqmı? Bəli,
müalicə olunun. Çünki Allah şəfasını vermədiyi heç bir xəstəlik ya-
ratmamaışdır. Şəfası olmayan tək bir xəstəlik vardır – qocalıqdır”
– demişdir. (Buxari, “Edebul-Mufred”. C. 1, s. 289, H. N-291).
İslam dini insanların xəstə olmaması üçün əvvəlcədən lazım
olan hər cür tədbirin görülməsini vacib bilir. İnsanın ruhi və fiziki
qabiliyyətlərini fəaliyyətsiz hala gətirən hər cür narkotik və sərxoş
edən maddələri qadağan edir. Yoluxucu xəstəliklərdən uzaq durul-
masını istəyir və təmizliyə hər şeydən artıq əhəmiyyət verilməsini
məsləhət görür.
İslam dini sağlıqlarını pozacaq şeyləri sərbəst buraxıb sonradan
insanları müalicə etməyə çalışmaq yerinə, sağlığın qorunması üçün
əvvəlcədən lazım olan hər cür tədbirin görülməsinin tərəfdarıdır.
Hz.Peyğəmbərimiz (s) bu barədə belə söyləmişdir: “İnsanların
böyük əksəriyyəti iki nemətin dəyərini haqqıyla anlamaqda yanlış-
lıq çəkərlər. Bunlar sağlıq və boş zamandır.” (“Tecrid”. C. XII, s.
177, H. N-2019). Bir az da dəqiq, insanın sağlamlığını qoruması
özünə qarşı yerinə yetirməsi lazım olan Əxlaqi borclardan biridir.
Borcunu yerinə yetirə bilmək üçün insanın etməsi lazım olanları bu
başlıqlar altında  toplamaq olar. Təmizliyə əhəmiyyət vermək,
sərxoş edən, halbahal edən uyuşdurucu maddələrdən uzaq durmaq,
yoluxucu xəstəliklərdən uzaq qalmaq, İslamın haram buyurduğu hər
şeydən çəkinmək, uzaq durmaq.
Hər bir insanın sağlam olması həm də dövlət əhəmiyyəti kəsb
edir. Dövlət öz insanlarının qeydinə qalmağa borcludur. 
331
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə