Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə106/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   102   103   104   105   106   107   108   109   110

2 .   İ S L A M D A  İ N S A N I   S Ə R X O Ş   E D Ə N
2 .   İ S L A M D A  İ N S A N I   S Ə R X O Ş   E D Ə N
M A D D Ə L Ə R Ə   M Ü N A S İ B Ə T
M A D D Ə L Ə R Ə   M Ü N A S İ B Ə T
Ümumilikdə götürdükdə dinindən, dilindən, millətindən,
dövlətindən asılı olmayaraq, insanın sərxoşedici maddə və mayeləri
qəbul etməsi yaxşı qəbul edilmir. Azəri türklərində İslamdan əvvəlki
dövrlərdə də sərxoşedici maddələrə münasibət çox pis olmuş, bəzi
yerlərdə hətta bu maddələri tanımamışlar, onların törətdiyi
fəsadlardan xəbərsiz olmuşlar. Azərbaycan insanları İslamı qəbul
etdikdən sonra isə sərxoşedici maddələrə münasibət daha da
pisləşmişdi. Bütövlükdə xalqımız öz milli adət-ənənələri ilə yanaşı,
həm də İslami dəyərləri yüksək qiymətləndirmiş və belə maye və
maddələrdən uzaq olmuşlar.
Azərbaycanda insanların sərxoşedici maye və maddələrdən
istifadəsi, rusların İslami və türk mənəvi dəyərlərini məhvedib, xris-
tianlığa üstünlük verdiyi dövrlərə təsadüf edilir. Bu səbəbdən də
dövlətçiliyimizin bərpasından 20 il keçsə də, hələ də bu zərərli
vərdişdən tam əl çəkə bilməmişik. Odur ki, bu sahədə insanların
maarifləndirilməsinə də hazırda yetərli ehtiyac duyulmaqdadır.
Başqa yanaşmada isə hər  dini məsuliyyətlilik və əxlaqi
mükəlləfin təməli insandakı ağıl yetkinliyi ilə də əlaqələndirilir. Bu
mənada İbn Hişama (İbn Hişam, ayə 163) görə, “İnsanın dini ağıldır,
ağlı olmayanın dini də olmaz” deyimidir. Yəni, insan üçün vəzifə və
məsuliyyətdən bəhs etmənin ilk şərti insanın ağıl sahibi olmasıdır.
Vəzifələrini yerinə yetirərkən olduğu kimi, onlardan çəkinərkən də
insanı yönləndirən ağıldır. Buna görə də insan əxlaqi borcunu yerinə
yetirə bilmək üçün ağlının doğru qərar verməsinə mane ola biləcək
hər şeydən uzaqlaşmalıdır.
Ağılın doğru qərar verməsinə mane olan şeylərin başında spirtli
içkilər və insanın beynini nəşələndirən narkotik maddələr gəlir. İnsanı
sərxoş edən spirtli içkilərlə nəşələndirici maddələrin zərərləri sadəcə
ağıla verdikləri zərərlə kifayətlənmir. Bunlar insanın ağlına verdikıəri
332
Əxlaqa aparan yol


zərərlə yanaşı bədən sağlığına da təhlükəli olduqlarına görə Qurani-
Kərimdə qadağan edilmiş və belə buyurulmuşdur: “”Ey iman
edənlər! Şərab, qumar, bütlər və fal oxları şeytan işindən olan murdar
şeylərdir. Bunlardan uzaq durun ki, qurtuluşa qovuşa biləsiniz. Şey-
tan, şərab və qumarla aranıza düşmənçilik və kin salmaq, sizi Allahı
anmaqdan və namazdan ayırmaq istər. Artıq son verirsiniz, deyilmi?”
(Maidə surəsi, 90, 91).
Maddi və mənəvi pisliklərlə yanaşı, əsl insan olmanın lazımi bir
şərti də sərxoş edən və uyuşdurucu maddələrdən uzaq durmaqdır. Bu,
dini-mənəvi, əxlaqi-mənəvi bir vəzifə olmalıdır – hər insan üçün. Bu
vərdişlərin zərəri fərd olaraq insana olduğu qədər, onun ətrafına da
pis təsir edər. Sərxoşedici və uyuşdurucu maddələrin zərəri ancaq
içən və istifadə edən insanla əhatə olunmaz, eyni zamanda onun
ailəsinə, yaxınlarına, cəmiyyət və ətrafına da təsir edər.
Bu maddələrin istifadəsi səbəbindən fərdlər can sağlıqlarını itirir,
mənliksiz və zavallı varlıqlar halına  gəlirlər, ailələr dağılır, insan
hörmətini itirir. Belə zərərli adətlərdən ailələrin dağılması isə
cəmiyyətdəki ictimai həyatın təməllərini sarsıdır. Beləcə bu cür
zərərli maddələr ucbatından millətlər həm sağlamlıq və sağlam
nəsillərdən yoxsul olur, həm də son dərəcə yüksək iqtisadi itkilərə
məruz qalır. Deyilən səbəblərdən də İslam dini spirtli içki və narkotik
maddələrin qəbulunu qəti olaraq qadağan etmişdir.
Buradakı dini və əxlaqi qadağanın nə qədər qəti olduğunu vur-
ğulayan Hz.Peyğəmbərimiz (s) yetişmiş bir imanla içkinin bir arada
olmayacağına belə işarət edir: “İçki içən bir insan yetişmiş bir mömin
olaraq içki içməməlidir.” (“Tecrid”. C. XII, s. 40, H. N -1889). 
İslama görə, insanın etmiş olduğu hərəkətlər onun mənəvi
aləmindən xəbər verir.
İbadətlərin qaydalı olaraq yerinə yetirilməsi iradə tərbiyəsində
son dərəcə əhəmiyyətlidir. Spirtli içki və uyuşdurucu maddələrdən
xilasın başlıca meyarı iradədir. İslami ibadətlərin deyilən iradəyə
təsir etməsi üçün bu ibadətlərin həm davamlı olması, həm də bəlli bir
şüur qaydası altında yerinə yetirilmsəi lazımdır. İradəsi güclü olan
333
Ziyadxan NƏBİBƏYLİ


insan yeni bir həyat əldə edir və sağlam bir xasiyyət qazanır.
Xasiyyəti sağlam olan insanlar isə heç bir vərdişlərə bağlı qalmazlar.
Beləliklə, insan həm özü üçün pis olan, həm də insani pisliyə sövq
edən içkini tərgitmə imkanı əldə edər.
Ziyanlı vərdişlərini asanlıqla tərgidə bilməyən insanlara nümunə
olaraq Hz.Peyğəmbərimizin (s) yaxın yoldaşlarını göstərə bilərik.
Enes nəql edir: “Şərab haram qılındığı zaman mədinəlilərin xoşuna
gələn, xurmadan düzəldilmiş içkidən daha gözəli yox imiş. Əbu
Təhhanın evində Rəsulullahın əsahabələrinə içki xidməti göstərirdim.
Bu əsnada bir adam gəlib içkinin haram qılındığını xəbər verdi.
Bunun nə zaman haram qılındığı və ya doğrudanmı haram qılınıb-
qılınmadığını axtarmağa ehtiyac görməyən əshabələr “Şərab tök,
Enes!” – dedilər. Sonra Ümmü Süleyman evində günorta yuxusuna
getdilər. Ayıldıqdan sonra kimi sərinləndi, kimi yuyundu. Daha sonra
gözəl ətir sürtüb Hz.Peyğəmbərin yanına getdilər və şərabın doğrudan
da haram qılındığını öyrəndilər. Bundan sonra o əshabələr şərabın
dadına belə baxmadılar. (Buhari, “Edebul-Mufred”. C,  s. 641, H. N
-1241).
Deməli, narkotik maddələr də daxil olmaqla sərxoşluq verən hər
şey haramdır. Bunlardan uzaq durmaq həm dini, həm də əxlaqi bir
vəzifədir, borcdur.
Hz.Peyğəmbərimiz  (s) daha sonra buyurmuşdur: “Uca Allah üç
kişiyə cənnəti haram buyurmuşdur: davamlı içki içən, ata-anasına
qarşı asi olan və arvadının və ya ərinin pis yolda olduğunu söyləyən
dəyyus.” (“Müsnedi” Ahmed İbn Hanbel, c. II, s. 134).
Qulluq etdiyimiz İslam dininin qoymuş olduğu əxlaqi tələblərin
hamısı ideal bir insan və gözəl bir cəmiyyət qurmağı hədəf almışdır.
Bu səbəbdən insanın sağlamlığını pozan və hər bir sahədə insana
zərər verən içkilər qadağan edilmişdir. Cəmiyyətdə başqa insanlarla
və ətrafı ilə qurduğu əlaqələrdə üzərinə düşəni edə bilməsi üçün in-
sanın içki və narkotik maddələrdən uzaq durması lazımdır, bu, həm
də insanın özünə qarşı yerinə yetirməsi lazım olan əxlaqi borcdur.
Əxlaqi borcları yerinə yetirmək isə insanın kamillik
334
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə