Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə32/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   28   29   30   31   32   33   34   35   ...   110

onlarla birlikdə cənnətdən qovulmuşdur. O, and içmişdir ki, insanları
hər vasitə ilə yoldan çıxarmağa çalışacaqdır. Allah buna izn vermiş,
ancaq bildirmişdir ki, Allahın yolu ilə gedənlərə şeytanın gücü çat-
maz.
Əslində insan şeytanı olduğu kimi görmür. Görə bilmədiyi üçün
də ona qarşı yalnız onu yaxşı tanıyan Allahın əmr və qadağanlarına
əməl etməklə mübarizə apara bilər.
5. HZ.ADƏM  ƏLEYHİSSALAM 
5. HZ.ADƏM  ƏLEYHİSSALAM 
HAQQINDA
HAQQINDA
Din tarixinə aid yazılı və şifahi məlumatlara görə, Allah Təalanın
istəyi ilə birinci insan – Adəm cümə günü, yəni yerlər və göylər xəlq
olunandan sonra, mələklərin iştirakı ilə yaradılmışdır.
Adəmə mövcud olan hər şeyin adı öyrədilmişdi. Həzrəti Adəmin
kamala yetərək ilk dəfə vəz etməsi, Həvva ilə evlənməsi də cümə
gününə təsadüf etmişdir.
Dini-tarixi mənbələrdə bildirilir ki, Allah Təala bu xilqət üçün
düz qırx gün Yer üzünə yağış ələdi. Bu məxəzlərdə göstərilir ki,
bunun otuz doqquz günü qəm yağışı idi. Mənası, bəşər xilqətinin pal-
çığında qəm yaşı (nəmi) daha çox olmuşdur – deməkdir. İnsanlığın
əqidəsinə görə, Həvva Adəmin qabırğasından xəlq olunub. Amma,
bəzi mənbələr Qurani-Kərimdə zikr olunan “Arvadı da o şeydən (yəni
– palçıqdan) yaradıldı” – ifadəsinə də istinad edirlər.
Birinci peyğəmbərimiz olan Adəm peyğəmbər haqqında Qurani-
Kərimin “Bəqərə”, “Əraf”, “İsra”, “Kəhf” və s. ümumən 9 surəsində,
25 ayədə 25 dəfə xəbər verilir.
Təkcə müsəlmanların deyil, bütün dünya insanlarının
peyğəmbəri olan Hz. Məhəmməd (ə) hədislərinin birində belə deyir:
“Günlərin ağası (əzizi) cümə günüdür. Cümə günü Adəm xəlq olu-
nub, cümə günü cənnətə daxil edilib və cümə günü də oradan çıxarı-
lıb. Qiyamət günü də cümə gününə düşəcək”.
101
Ziyadxan NƏBİBƏYLİ


Onun cənnətə daxil edildikdən sonra Allah Təala Adəm (ə) və
Həvva qarşısında ilk imtahan şərti qoydu. Onlar buradakı gözəl
rayihəli ağaca toxunmamalı və onun meyvəsindən yeməməli idilər.
Fəqət, İblis intiqam üçün məqam tapmışdı və onların nəfsi ilə oyna-
yırdı. Allah Təalanın sevimli xəlifəsi olan Adəm öz sadəlövhlüyü ilə
Həvvanın şıltaqlığına uyub, onlara verilən dərəcəni, pilləni unutdu.
Bu barədə tarixçilərin, din xadimlərinin (hansı dinə mənsub olmasın-
dan asılı olmayaraq) arasında bəzən belə bir sual doğmuşdur ki, axı
Allah dərgahından qovulan İblis cənnətə necə girə bilərdi və Adəmlə
Həvvanı necə aldada bilərdi?
Təfsirçi alimlərin bir qismi belə qənaətə gəlmişlər ki, İblis mələk
deyil, cinlərdəndir. Bu isə o deməkdir ki, İblis cənnətə daxil olmadan
da uzaqdan-uzağa oradakıların qəlbinə vəsvəsə (vicvicə) sala bilərdi.
Daha doğrusunu Xaliq Özü bilir.
Elə buradan da başlanan xeyirlə şərin çarpışması bir həqiqət ola-
raq ta əbədiyyətə qədər qalacağı fikrindəyik. Bu tarixlə bağlı bir
məqamı da xatırlamaq yerinə düşər.
Əbu Cəfər Məhəmməd bin Cərir Ət-Təbəri özünün
“Peyğəmbərlərin və padşahların tarixi” əsərində yazır, İbn Abbas
xəbər verir: “Adəm Hindistana nazil olduqdan sonra Ciddəyə nazil
olmuş Həvvanın sorağı ilə oraya gəldi. Onların görüşdükləri yer
Ərafat adlanır”. İslam aləmində belə bir fikir təsdiqlənir ki, Adəm
Hindistana endirilmişdi. Hz.Əli əleyhissalamdan belə bir hədis
söylənilir: “Yer üzündə ən gözəl ətirli torpaq Hindistandadır, çünki
Adəm oraya nazil edilmişdir. Oranın ağacları da cənnət qoxuludur.
Hz.Adəm ilk insan, ilk peyğəmbər, ilk varis, ilk ata və nəhayət, şey-
tanın felinə gedən ilk qurban idi. Hz.Adəm ən ali dərəcəyə qədər ucal-
dılan, hətta mələklərdən belə əziz tutulan, lakin etdiyi əmələ görə ən
böyük cəza alan mömin olmuşdur. Onun dövründə ilk dəfə qan tö-
külüb, qardaş-qardaşı öldürüb, ana acısı və ata nifrini səslənib.
Qeyd etməliyik ki, ilk günah işlədən və ilk dəfə tövbə edən də
Adəm atamız olmuşdur.
Mənbələrə görə, Peyğəmbərlik silsiləsinin qırılmaması üçün
102
Əxlaqa aparan yol


Allah Təala ona Şis adlı oğul bəxş etmişdir ki, bu ad siryani dilində
“Allahın bəndəsi” mənasını verir.
Hz.Adəmin doğumu kimi vəfatı da cümə günü olmuşdur.
Hz.Adəmin cənazə namazını oğlu Şis qılmışdır. Hz.Adəmin
vəfatından qırx gün sonra Həvva vəfat etmişdir və Ciddədə (ərəbcə
“nənə” deməkdir, Məkkə yaxınlığında şəhərdir) dəfn olunmuş-
dur.
Bəzi mənbələrdə isə bildirilir ki, Adəm Məkkədə Əbu Qübeys
dağında, mağarada dəfn edilib. Nənəmiz Həvvanın da burada dəfn
olunduğu söylənilir.
Digər bir məlumatda isə bildirilir ki, Huh (ə) tufandan sonra öz
gəmisindən yerə enmiş və Adəm (ə) Beytül-müqəddəsdə dəfn etmiş-
dir.
Hz.Adəmin (ə) keçdiyi yolu, çəkdiyi əzab və əziyyəti,
tövbəsini, verdiyi vədə xilaf çıxmasını hər bir insan dərk etməli,
özünü dərk etməli, Allah Təalanı unutmamalı, Ona sığınmalı,
dünyanın əzəlini və sonunu dərk etməklə günahlardan uzaq dur-
malıdır.
6. HZ.NUH ƏLEYHİSSALAM 
6. HZ.NUH ƏLEYHİSSALAM 
HAQQINDA
HAQQINDA
Tarix, din tarixi kitablarında və digər mənbələrdə Hz.Adəmdən
min beş yüz il sonra dünyaya gəlmiş və ulul-əzm peyğəmbərlərin bi-
rincisi Nuh peyğəmbər olduğu haqqında yetərli məlumatlar mövcud-
dur.
Qurani-Kərimdə 28 surədə, 43 ayədə bu böyük peyğəmbərin haq-
qında məlumatlar verilmişdir.
O, əsl-nəcabətinə görə Adəm oğlu Şisin nəslindən sayılır. Hədd-
kamala yetişdiyi vaxt nəccarlıqla məşğul olmuş, sonra muzdla ço-
banlıq etmişdir. Ağlı və ədəbi ilə ətrafındakılardan seçilən Nuh özünə
qədər yaşamış peyğəmbərlərin hökmünün bitdiyi bir dövrdə doğul-
103
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə