Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə33/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   29   30   31   32   33   34   35   36   ...   110

muşdur.
Bir çox zamanlarda olduğu kimi, xalq ədalətdən zülmə, ülfətdən
fitnəyə, imandan küfrə və mürtədliyə qayıdırdı (zamanımızda olduğu
kimi). İnsanları bu zəlalətdən xilas etmək üçün Allah Təala Nuhu
özünün peyğəmbəri seçdi. Onun ilk çağırışları, müraciət və nohələri
(Nuh sözü də buradandır) hələ nəticəsiz qalır, bütlərə sitayiş isə ən
asan ibadət yolu olaraq kök salır, şərab içən, açıq-açığına zinakarlıq
edənlər çoxalır və hədləri aşırdılar. Yaşadığı cəmiyyətin belə düşkün
və sapıntılara məruz qalmış bir məqamında Nuh (ə) Allahın əmri ilə
insanları doğru yola dəvət elədi. Lakin, küfr aləmi bütünlüklə bürü-
müşdü və Nuhun çağırışlarına məhəl qoyulmurdu. Ona ilk iman
gətirən öz arvadı oldu. Amma, hər dəfə insanlar qarşısında vəhydən
danışdıqda onu ələ salır, daşla, ağacla vururdular. Bu münasibət xeyli
davam etsə də, Nuh Allahına, Onun əmrlərinə və göstərişlərinə sadiq
olmaqla, hər bir əzab və əziyyətlərə dözüm göstərirdi, iradə
göstərirdi. Növbəti dəfə Nuh rədd olunduqdan sonra bu əzabkeş
peyğəmbər üzünü Uca Allahın dərgahına tutaraq dedi: “Ya Rəbb,
mənim camaatımı əfv eylə, o, hələ avamdır” (dövrümüzdə də savad
sənədi olan çox, savadı isə yox olan avam insanlarımız yetərincədir).
Bəzi mənbələrdə göstərilir ki, hətta insanlar yollara və damlara
daş yığırmışlar ki, Nuh (ə) keçəndə onu daşa bassınlar. Nuhun zama-
nında bir neçə hökmdar dəyişilmişdir ki, hamısı bir-birindən zalım
və kafir idilər (hazırda bir çox ölkələrdə olduğu kimi). 
Vaxt gəldi, Nuh dözməyib nifrin söylədi. Öz peyğəmbərinə
kömək məqsədi ilə Allah Təaladan nida gəldi ki, Nuh bir gəmi
düzəltməlidir. Bunun üçün Kufə ətrafında ağaclar əkildi, nəhəng
qamətli və Qafqaz müsəlmanları arasında təhriflə “ucubunux” kimi
məşhur olan Övc ibn Əniqin yardımı ilə gəmi düzəltməyə başladılar.
Adamlar yenə Nuhu ələ salır, gecələr gəlib gəmiyə od vururdular.
İşlər qurtardıqdan sonra gəmiyə dəvət olunanlar ondan imtina etdilər.
Allah Təalanın əmri ilə heyvanların hər növündən bir cütü gəmiyə
gətirildi və nəhayət Nuhun övladları və ona iman gətirənlərdən səksən
nəfər gəmidə cəm oldular.
104
Əxlaqa aparan yol


Bu barədə xeyli fikirlər tarix səhifələrinə düşmüşdür. Təbəri
“Tarix” kitabında bu haqda çoxlu rəylərin olduğunu yazır: “Gəmidə
olanların sayı on nəfər idi – Nuh (ə), üç oğlu öz arvadları ilə və üç
mömin”. Digər bir mənbədə: “Gəmidə Nuh (ə) özü, arvadı, üç oğlu
və üç gəlini – ümumən səkkiz nəfər olmuşdur” – deyilir.
Həmin dövrdə Misirdə kahinlər dünyanın başı üstünü alan
fəlakəti xəbər verirdilər. Tufanın əlamətləri görünməkdə idi. Dənizlər,
çaylar kükrəyir, hətta səhralardan sular qaynayıb-qalxırdı. Göy üzü
zülmətə qərq olur, üfüq yox olurdu, dünya suya qərq olurdu.
Nuhun gəmisində nicat tapanlar tək-tənha su üzərində altı ay qal-
mışlar. Kufədən su üzərinə qalxmış gəmi Naxçıvan yaxınlığındakı
dağın ətəyində qərar tutmalı olmuşdur. Allah Təalanın hökmü ilə
tufan dayanmış, dünyanı basmış su geri çəkilmiş, bataqlıqlar qurumuş
və torpağa yeni nəfəs gəlmişdir.
Dini tarixi mənbələrə görə, tufan altı aydan bir az çox, bəzi
rəylərə görə isə qırx gün, qırx gecə davam etmişdir.
Nuh (ə) tufandan sonra gəmiyə topladığı heyvanların və quşların
cütlərini Yer üzünə buraxmış, onunla qalan adamlar isə bir düşərgə
salmışlar. Bu düşərgə Azərbaycan Respublikasının Naxçıvan di-
yarı idi. Burada tez bir zamanda Nuhun övladları çoxalmış və
insanlar artmışdır ki, müasir Azərbaycan türklərinin babası ola-
raq dünya tarixinə düşmüşlər. Elə bu səbəbdəndir ki, Nuha tarixdə
“ikinci Adəm” təxəllüsü verilmişdir.
Qalır bizim bu tarixi bilib, öz-özümüzə hörmətlə yanaşıb, fəxarət
hissləri keçirmək.
Dünya təlatümü Allah Təalanı tanımayanları suya qərq etdikdən
sonra, torpaqlar Nuhun oğlanları arasında belə bölündü: Məğrib tərəfi
– Məkkə, Yəmən, İraq və Şam böyük oğul Sama verildi. Odur ki,
ərəb, rum, fars, Qafqaz xalqları onun övladları sayılırlar.
Cənub vilayətlər – həbəş və zənci torpaqları ortancıl oğul Hama
verildi. Çin, Yapon və s. sarı rəngli xalqların sakin olduğu torpaqlar
kiçik oğul Yafəsə həvalə edildi.
Nuhun oğlanları haqqında Hz.Məhəmməd əleyhissalamın
105
Ziyadxan NƏBİBƏYLİ


hədislərində deyilir: “Sam ərəblərin, Yafəs rumluların, Ham isə
həbəşlərin atasıdır”.
Nuhun dördüncü oğlu Yam atasını eşitmədi, gəmiyə minməkdən
imtina etdi. Elə bu səbəbdən də o, digər insanlarla təbii fəlakətin qur-
banı oldu. Bunun özü də insan aləmi üçün bir dərsdir. Deməli, vali-
deyni, yaşlıları, ağıllı insanları eşitmək heç kəsə zərər gətirməz.
Ümumilikdə isə Nuh (ə) öz camaatı ilə üz-üzə gələn, onlarla toq-
quşmağa məruz qalan ilk peyğəmbərdir. Nuhun gəmisi vasitəsi ilə
nicat tapanların az olmasını “Onunla birlikdə az adam aman tapdı” –
deyən ayə də təsdiqləmiş oldu. Peyğəmbərlərin tarixində ən mühüm
hadisələrdən biri də elə bu tufan olmuşdur. Tarixçi alimlər tufanla
bağlı xeyli mübahisələr aparmış, fərziyyələr irəli sürmüş, tufanın
bütün Yer kürəsinə və yaxud müəyyən bir əraziyə aid olduğunu aş-
karlamaq üçün ixtilaflı fikirlər söyləmişlər. Hətta, Nuh (ə) gəmisinin
həcmi, tufandan sonra harada dayanması barədə də müxtəliflik möv-
cud olmuşdur. Bəzi təfsirçilərin fikrincə, tufan Yer üzünü qismən,
yəni Nuh (ə) camaatı yaşayan torpaqları suya qərq etmişdir. Lakin,
bizcə tufan bu və ya digər səviyyədə Yer kürəsinə aid olmuşdur və
Allah Təalanın iradəsi ilə küfrün müvəqqəti olsa da kökünü
kəsmişdir. Bu isə Hz.Nuhun Vəhdaniyyət (Təkallahlıq) yolunda
ən böyük cihadı idi. Elə bunun sayəsində də ilk saflaşma prosesi
başlanmışdır. Qeyd edək ki, günümüzdə də hansısa bir saflaşmaya
ehtiyac duyulmaqdadır.
Saflaşma işinin getməsi onun üçün (Nuh (ə)) peyğəmbərlik bor-
cunun sona yetməsi gəlirdi.
Nuh artıq dünya işlərindən xatircəm olub, ölümünü düşünürdü.
Onun öz vəsiyyətinə görə, vəfatı vaxtı oğlu Sam ona qüsl vermişdir.
Bir çox məlumatlarda onun Kufə ətrafında dəfn olunduğu qeyd edilir.
Bəzilərində isə Ağrı dağı (Türkiyə) ətrafında dəfn olunduğu söylənir.
Lakin, son araşdırmalar Nuh peyğəmbərin qəbrinin Azərbaycan
Respublikasının Naxçıvan bölgəsində olduğu elmi əsaslarla sü-
buta yetirilmişdir.
Allah Təala tərəfindən göndərilən hər bir peyğəmbərin öz missi-
106
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə