Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə41/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   37   38   39   40   41   42   43   44   ...   110

millətimizə bildirmək istədik. Məqsədimiz Azərbaycanda
dərinləşməyə doğru gedən İslam, onun sayəsində müstəqil fikir
mübadiləsinə qoşulmaq, bir sıra bilgilərimizi insanlarımızla
bölüşməkdir.
Artıq məlumdur ki, bəşəriyyət üçün Allah Təalanın varlığının sü-
butunu, onun ehkamlarının haqq olduğunu biz insanlara çatdıranlar
peyğəmbərlər olmuşlar.
Bəşəriyyətin özü ilə eyni vaxtda doğulmuş din, peyğəmbərsiz
təşəkkül tapa bilməzdi. Nə əvvəli, nə də sonu görünməyən bir
gərdişin bizim idrakımızdan kənarda mövcud olduğunu, bütün kai-
natın fövqəlbəşər bir nizama tabe olduğunu biz insanlara anladan
peyğəmbərlər, öz zəmanəsinin alimləri, ən yüksək zəkaya, qeyri-adi
qabiliyyətə malik insanları olmuşlar. Allah Təalanı duymaq, onu dərk
edərək  inanmaq, əslində hər bir insanın canında-cövhərində mövcud
olan bir reallıqdır.
Deyilən həqiqətin bəşər tərəfindən anlamı və əxzi yolunda
qarşıya çıxan çətinlikləri insanlara məhz peyğəmbərlər bəyan
etmişlər.
Göndərilən peyğəmbərlərin 5-i – Nuh, İbrahim, Musa, İsa və
Mühəmməd ululəzm, yəni şəriət, kitab sahibləri sayılırlar.
Peyğəmbərlərdən: Adəm, Şis, İdris, Nuh, İbrahim siryani dilində,
digər beşi: İshaq, Yaqub, Musa, Davud, İsa əbrani dilində, beş
nəfəri – Hud, Saleh, Şüeyb, İsmayıl və Mühəmməd ərəb dilində
danışmışlar.
Peyğəmbərlərdən – İbrahim, İshaq, Yaqub, Lut və İsmayıl –
yəni beş nəfəri eyni dövrdə göndəriliblər. Onlardan İbrahimlə
İshaq Qüdsə və Şam diyarına, Yaqub Kənana – sonra Misirə, İs-
mayıl Hicaza və Yəmən tərəfə, Lut Şam ətrafına göndərilmişlər.
Üç peyğəmbər – Yusif, Davud və Süleyman həm də padşahlıq
etmişlər. İki peyğəmbərə isə tam dünya padşahlığı nəsib olmuş-
dur. Onlar Yəmən şahı Zülqərneyn və İsrail övladlarından Sü-
leyman Davud oğludur.
Peyğəmbərlərdən bir qisminə – Adəmə 10, Şisə 50, İdrisə 30,
129
Ziyadxan NƏBİBƏYLİ


İbrahimə 10 səhifə, yəni müqəddəs yazılar nazil olmuşdur. Dörd
peyğəmbər kitab sahibi sayılır. Onlardan Musaya Tövrat, Davuda
Zabur, İsaya İncil, Mühəmməd əleyhissalama isə Qurani-Kərim 23
il müddətində nazil olmuşdur. Qurandan başqa o biri müqəddəs ki-
tablar birdəfəyə nazil olmuşdur.
Bilməliyik ki, etiqad məsələsində ən mühüm şərtlərdən biri
peyğəmbərlərə inamdır. Yəni, onların haqq olduğuna inanmaq,
dediklərini və əməllərini təsdiq etmək imanın kamilliyini müəyyən
edir.
Allah Təalanın fərmayişlərini, iradə və hökmlərini, şəraitini onun
bəndələrinə yetirmək üçün seçilmiş ağıllı və qabil insanlar Rəsul
(elçi) adlanmışlar.
Vəhy yolu ilə Allah tərəfindən nazil olan şəriəti ancaq Allahın
sözləri ilə onun kəlamı kimi xalqa çatdıran şəxslərə Nəbi
(peyğəmbər) deyilmişdir. Deyilən seçim Allahın səlahiyyətində olub,
yalnız ilahi bir zərurətlə, onun qüdrətinə bağlı məkan və zaman hü-
dudunda baş tutur. Peyğəmbərlərin zühura gəlməsində məqsəd hər
şeydən əvvəl insana öz xilqətinin dəyərini, onun Tanrı qarşısında
ibadətinin yollarını, dünya və axirət işlərini anlatmaq, hər bir fərdin
çoxluq önündə vəzifəsini, məsuliyyətini müəyyən etmək, onun fikrini
və əxlaqını saflaşdırmaq, səadətə və rahatlığa qovuşmaq yolunu asan-
laşdırmaq olmuşdur. Allaha iman onun bütün peyğəmbərlərinə iman
deməkdir.
Qeyd etməliyik ki, Qurani-Kərimdə həmin peyğəmbərlərdən
ancaq 25-nin adı zikr edilir. Onlar – Adəm, İdris, Nuh, Hud,
Saleh, Lut, İbrahim, İsmayıl, İshaq, Yaqub, Yusif, Şüeyb, Harun,
Musa, Davud, Süleyman, Əyyub, Zül-Kifl, Yunis, İlyas, Əl-Yasa,
Zəkəriyyə, Yəhya, İsa və Mühəmməd (əleyhissalam)dır.
Əksər hallarda ilahiləşdirilən peyğəmbərlər, əslində bəşər olaraq
digər insanlar kimi yaşamış, lakin Allah Təalaya daha yaxın məqam
tutduqları üçün məsum, qüsursuz əmin olmuşlar.
Onlar təkcə ayrı-ayrılıqda öz qövmlərinə (xalqlarına) deyil, bütün
zamanlar üçün bəşəriyyətə nümunə olmuşlar.
130
Əxlaqa aparan yol


İlk peyğəmbərlərdən son peyğəmbərə kimi bunların hamısını
birləşdirən bir çox cəhətlər də insanlar üçün diqqət çəkəndir. Bunlar-
dan, Allahın Birliyinə, onun mələklərinə, kitablarına, qiyamət gününə
iman, ibadət və əxlaq xüsusi qeyd edilməlidir. Əlbəttə burada əsasən
İslam mövqeyini əks etdirən və bizim üçün daha önəmli olan
məsələlərə yer veriləcəkdir.
Təbii ki, mənbə olaraq Qurani-Kərimə, təfsirçilərin və tarixçilərin
yazılı məlumatlarına istinad edilmişdir.
Son dərəcə böyük bir dövrü əhatə edən bu tarix dünya dinlərinin
hamısında təxminən eyni şəkildə yaradılsa da, müəyyən həqiqətlərin
şərhində, izahında, şübhəsiz ki, ixtilaflı fikirlər, qeyri-dəqiqliklər də
olmuşdur. Bunu təbii qəbul etmək gərəkdir. Bununla yanaşı ehtiyac
olduqca Allah Təala dövrə uyğun, ehtiyac duyulan əlavələrini də
bizlərə özünün seçdiyi peyğəmbərlər vasitəsi ilə göndərməklə öz fik-
rini tamamlamışdır. Qalır insanların Onu dinləməsi, Onun qanunla-
rına tabe olması, Ona yaxın olmağa çalışması, Onun yolundan
çıxmaması və dünyanın görünən və görünməyən həqiqətlərini dərk
etməsi.
131
Ziyadxan NƏBİBƏYLİ


VII FƏSİL
İslam tarixindən səhifələr
1. İSLAMIN MÜQƏDDƏS  KİTABI 
1. İSLAMIN MÜQƏDDƏS  KİTABI 
QURANİ-KƏRİMDƏKİLƏR
QURANİ-KƏRİMDƏKİLƏR
U
U
ca Allah Ucadır, üstündür, insanın hər cür maddi
dərkinin üstündədir. Allah insanlar haqqındakı iradəsini,
buyruğunu bəşəriyyət arasından seçdiyi elçisinə bir
mələk vasitəsi ilə çatdırır, vəhy edir. İslama görə “Quran” Allah
kəlamıdır. Ona görə gecə-gündüz demədən, fürsət olduqca möminin
onu oxumasını Quranın özü istər.
Hz.Peyğəmbərimiz (s) Quranı həftədə bir dəfə xətm etməyi – ta-
mamını oxumağı, hər gün bir mənzil – yəni Quranın yeddidə birini
oxumağı böyük səylə məsləhət görmüşdür. Quran 114 surədən
ibarətdir və bunlardan hər biri bəlli sayda ayə deyilən cümlələri əhatə
edir.
Müqəddəs Kitabımız Qurani-Kərim irq, din, hətta dövrlərə fərq
qoymadan bütün insanlığa aiddir. Qurani-Kərim insana bütün
həyatının maddi, mənəvi, sosial sahələrində rəhbərlik etməyə çalışır
və ona qadirdir.
Quranın bir dövlət rəhbərinə olduğu kimi, sadə bir vətəndaşa da,
varlılara olduğu qədər yoxsullara da, sülh üçün olduğu qədər
müharibə üçün də, mənəvi təhsilə olduğu qədər, maddi xoşbəxtlik
üçün də göstəriş və tövsiyyələri vardır. Quran hər şeydən öncə insanı
bir şəxsiyyət kimi inkişaf etdirməyə əhəmiyyət verir. Zamanı yetəndə
hər bir insan yaradıcısı qarşısında şəxsən cavabdeh olacaqdır. Bu qayə
132
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə