Project3 Layout 1


Mötəzililərin əqidələr sistemi beş əsas prinsipdən ibarət ol-



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə49/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   45   46   47   48   49   50   51   52   ...   110

Mötəzililərin əqidələr sistemi beş əsas prinsipdən ibarət ol-
muşdur:
Tövhid – Allah birdir, şəriki yoxdur, gözəgörünməzdir. Onu
hisslərlə dərk etmək olmaz. Çünki, O, zaman-məkan hüdudlarına sığ-
mır. Onun əvvəli və axırı yoxdur.
Ədl – Allah ədalətlidir, fəsadı sevmir, insanların əməllərini Allah
yaratmır ki, onları yaxşı əməllərə görə mükafatlandıranda, yaxud pis
əməllərə görə cəzalandıranda ədalətsizliyə yol vermiş olmasın. İn-
sanlar Allahın onlara bəxş etdiyi qüdrət sayəsində bu və ya digər
əməli edir və etdikləri əməllər üçün məsuliyyət daşıyırlar. Allah yal-
nız nəyin pis və nəyin yaxşı olduğunu onlara əmr və qadağanları
vasitəsi  ilə bildirir.
Əl-Vəd Vəl-Vəid – vəd və təhdid prinsipinə görə, Allah yaxşı
əməl sahiblərinə cənnət vədinə və pis əməl sahiblərinə cəhənnəm
təhdidinə hökmən əməl edəcəkdir.
Əl-Mənzilə beynəl-mənziləteyn – iki məqam arasında orta
məqam prinsipi böyük günah işlətmiş fasiqin nə mömin, nə də kafir
olduğunu, imanla küfr arasında orta bir məqamda olduğunu nəzərdə
tutur.
Əl-Əmr bil-məruf vən-nəhy ənil-münkər – yaxşılıq əmr etmək
və pislikdən çəkindirmək o deməkdir ki, müsəlman gərək dini
öyrənməklə yaxşının və pisin nə olduğunu bilsin, ətrafındakıları yax-
şılığa çağırsın və pislikdən çəkindirsin.
1 4 .   İ S L A M D A   S U F İ Z M
1 4 .   İ S L A M D A   S U F İ Z M
İslamda sufilər haqqında ziddiyyətli fikirlər söylənilsə də, əsl
həqiqətdə onlar İslamda mistik cərəyanın nümayəndələri, müsəlman
zahidləri hesab edilməlidirlər və elə də var.
İslam hər bir müsəlmanı dünya malına tamah salmamağa, baş-
qasının malına həsəd aparmamağa, halal azla kifayətlənməyə, haram
154
Əxlaqa aparan yol


çoxdan azad olmağa, Allahı sevməyə, Allah xatirinə yaxşılıq etməyə
çağırır. Söylənilən qaydalara ciddi əməl edən ilk müsəlmanlar – Sal-
man əl-Farisi, Əbu Zərr əl-Qiffari, Əbuddərda və başqaları zahid
həyatı sürürdülər. Bu şəxslər çox vaxt kədərli gəzir, aqibətlərinin necə
olacağı barədə düşünür, gecələri yuxusuz və ibadətdə keçirir, Allah-
dan məğfirət diləyirdilər. Bu yolu tutmuş – yəni zahidlik yolunu tut-
muş belə insanlar sevinci və razılığı yalnız Allaha intəhasız
məhəbbətdə tapırdılar. Həsən əl-Bəsri daim hüzn içində gəzməsini
keçmiş günahlarına görə əzabının necə olacağını, əcəli yetişənə qədər
hansı təhlükələrə düçar olacağını bilməməsi ilə əsaslandırırdı.
Sufilər həmin o zahidlərin içindən çıxmış müsəlman
mistikləridir. Belə insanlar kobud yun (suf) parçadan tikilmiş paltar
geydikləri üçün sufi adlanırdılar (belə parçalar son dövrlərə qədər
Azərbaycanın dağ bölgələrində, xüsusən Qərbi Azərbaycanda,
Zəngəzurun Qubadlı, Laçın, Kəlbəcər, Basarkeçər və s. bölgələrində
qalmaqda idi). Vaxt keçdikcə tədricən günahlara görə əzab qorxusu
və peşimançılıq, hər cür müsibətlərə dözmək, səbr etmək əzmi, Allah
sevgisi və Allaha yaxınlıq istəyi sufilərin davranışı üçün səciyyəvi
olur. Sufi mütəfəkkirlər Quranda və hədislərdə bu motivlərə cavab
verən fikirlər tapır və sufi fəlsəfəsini işləyib hazırlayırdılar.
Bilməliyik ki, sufilik Allaha yaxınlaşmağa, Allaha qovuşmağa doğru
aparan yoldur. Bu yolu tutan insan – sulik tənhalığa çəkilməklə, Al-
lahın birliyi və qüdrəti barədə düşüncələrə dalmaqla, şövqə
gəlməklə, Allaha olan sevgisindən məst olmaqla, şüurunu
itirməklə, bir müddət şəxsiyyətini unudaraq vəcdə gəlməklə
nəfsini, niyyətlərini və əməllərini saflaşdırır, ardıcıl şəkildə
məqamlardan və hallardan keçərək elə bir mərhələyə yetişir ki, onun
içində, düşüncələrində, qəlbində Allahdan başqa bir şey olmur, qəlbi
nurlanır, bu nur onu saf insanla saleh əməllərə, ibadətə və şəriət
hökmlərinə ciddi riayət etməyə ruhlandırır. Sufinin yaşadığı hallar
arasında səbr, Allah qorxusu, razılıq, yoxsulluq, ümid, şövq, məstlik,
ayıqlıq kimi hallar mühüm yer tutur.
Sufi yolunu təkbaşına keçmək olmaz. Daha dəqiq insan ağlı buna
155
Ziyadxan NƏBİBƏYLİ


tab gətirməz. Səfərə çıxan, yola çıxan sufinin, müridin təcrübəli
müəllimi – mürşidi, şeyxi olmalıdır. Bu yolu keçmək təcrübəsi təriqət
adlanır. Təriqəti mənimsəmək üçün gərək şəriəti bələsən. Deyilənlərə
nail olduqdan sonra həqiqətə yetişirsən. Beləliklə – təriqət, şəriət və
həqiqət sufi yolunun üç əsas mərhələləridir.
İslam tarixində əl-Mühasibi (857-ci ildə vəfat edib), əl-Bistami
(874-cü ildə vəfat edib), azərbaycanlı Şihabəddin Sührəvərdi (1191-
ci ildə dünyasını dəyişib), İbn-Ərəbi (1240-cı ildə dünyasını dəyişib)
və s. kimi böyük mütəfəkkirlər sufiliyin görkəmli şəxsiyyətləridirlər.
Sufilik vaxtı ilə Azərbaycanda da, xüsusən Şirvan bölgəsində geniş
yayılmışdı.
15. İSLAMIN AZƏRBAYCANDA 
15. İSLAMIN AZƏRBAYCANDA 
YAYILMASI
YAYILMASI
Başlanğıcda İslam əsasən Məkkə və Mədinə şəhərlərində
təşəkkül tapmış, böyük sürətlə dünyanın xeyli hissəsinə yayıla bil-
mişdir. İslamın yayılmasının böyük vüsət  alması təkcə ərəblərin
deyil, iranlıların, türklərin, əfqanların, Pakistanın, indoneziyalıların,
Orta Asiya, Qafqaz, Volqaboyu və Balkan xalqlarının da  tarixində
və mədəniyyətində böyük təsirə malik olub.
Yaşadığımız eranın 630-cu ilində İraq və İranın fəth edilməsi ilə
İslam ordusunun Azərbaycan torpaqlarına girməsi üçün şərait ya-
randı. Ərdəbil və Təbriz İslam orduları  tərəfindən zəbt edildi. Onun
ardınca 640-cı ildə Beyləqan, sonra Bərdə, Şirvan, 644-cü ildə
Muğan, 645-ci ildə Arran fəth edildi. Ərəb İslam ordusu Dərbəndə
qədər irəliləyə bildilər. Dərbəndin istehkamları ərəbləri heyran qoydu.
Onlar Dərbəndi “Bab əl-Əbvab” adlandırdılar. Tarixçi alim Balazu-
rinin yazdığına görə, artıq xəlifə Əli ibn Əbu Talibin hakimiyyəti
dövründə – yəni 656-661-ci illərdə Azərbaycan əhalisinin əksəriyyəti
İslamı qəbul etmişdilər. İslamlaşma Azərbaycanda xeyli sürətlə və
həm də xeyli çətinliklərlə də olsa özünü möhkəmləndirmişdir. Bu
prosesdə digər dinlərə xidmət edən xeyli Azərbaycan insanları öz ata-
baba yurdlarını tərk etməli olmuşlar.
156
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə