Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə45/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   41   42   43   44   45   46   47   48   ...   110

diyi sözlərdən, etdiyi əməllərdən və üstündən sükutla keçərək ya-
saqlamadığı, təqdir etdiyi vasitələrdən ibarətdir. Bütün bu deyilənlər
müsəlmanlara örnək və təqlid nümunəsi sayılır.
5. İSLAM VƏ İSLAM DİNİNİN 
5. İSLAM VƏ İSLAM DİNİNİN 
YARANMASI
YARANMASI
İslam səmavi dinlərin sonuncusudur. İslam yaşadığımız eranın
VII əsrinin əvvəllərində təşəkkül tapmaq yolunda böyük sürət götür-
müşdür. Həmin dövrlərdə xristian Bizans və atəşpərəst Fars dövlətləri
arasında uzunmüddətli müharibələr hər iki dövləti zəif salmış, xalq-
ları olmazın məhrumiyyətlərə düçar etmişdi. Din müharibə və işğal-
çılıq məqsədlərinə bəraət qazandırmaq üçün (hazırkı erməni
müharibələri kimi) istifadə edildiyindən bir tərəfdən mühafizəkarlığı
gücləndirmiş, digər tərəfdən onu islah etmək, yeniləşdirmək, milyon-
larla insanın tələbatına uyğunlaşdırmaq meylləri oyatmışdı. Belə bir
vaxtda Məhəmməd peyğəmbər Ərəbistan yarımadasının mərkəzində
– Məkkə və Mədinə şəhərlərində İslamı təbliğ etməyə rəvac vermiş-
dir. Məhəmməd peyğəmbər gətirdiyi dini hənifiliklə bağlamış və de-
mişdir: – “Mən saf hənifiliklə rəsul göndərilmişəm”. Əgər belədirsə,
hənifiliyi necə başa düşək? Qeyd edək ki, Hz.İbrahim xanımı Sara
onun kənizi Hacərdən doğulmuş oğlu İsmayılı anası ilə birlikdə evdən
qovmuşdur (ərəblərlə yəhudilər arasındakı münaqişə həmin vaxtdan
başlayıb və onların ümumilikdə  kökləri eynidir). İbrahim peyğəmbər
də ana və balanı (İsmayılı) aparıb Məkkədə – Kəbənin yanında qoyub
geri qayıtmışdı. Körpə İsmayıl su istəmiş və Allahın əmri ilə Zəmzəm
quyusundan su fəvvarə vurmuşdu. İsmayıl böyümüş və boya-başa
çatdıqdan sonra ərəb Cürhüm qəbiləsindən qız almış, ərəblər ondan
törəmişlər rəvayəti də vardır. Ona görə də bəni-İsmayıl-İsmayıl oğul-
ları kimi tanınmışlar. Bu mənada da İbrahim peyğəmbər ərəblərin
əcdadı hesab edilir. Onun dini isə hənifilik olmuşdur.
Quranda deyilir:  – “İbrahim nə yəhudi, nə də xaçpərəst idi.
İbrahim, ancaq hənif  müsəlman idi və Allaha şərik qoşanlardan
142
Əxlaqa aparan yol


deyildi (Ali-İmran, 67). Hənif batildən haqqa meyl edən, Allahın
birliyini, yeganəliyini qəbul edən və özünü Allahın iradəsinə
təslim edən insana deyilir. Məhəmməddən xeyli əvvəllər Məkkə
ərəbləri hənifiliyə etimad etmək və məhz hənifiliyi unutduqları üçün
cahiliyyətə uğramışlar. İslam özünü İbrahimin dini olan hənifiliklə
bağlamaqla yəhudilik və xristianlıqla bir kökdən olduğunu bildirir.
Çünki, yəhudiliyin peyğəmbəri Musa da, xristianlığın təbliğatçısı İsa
da İbrahimin Saradan doğulmuş oğlu İshaqın nəslindən olmuşlar.
Yəhudilik də, xristianlıq da özlərini İbrahimin təkallahlılıq ənənəsi
ilə bağlayır. Biz Qurandan öyrənirik ki, İbrahim İsmayılla birlikdə
Kəbəni təmir etmiş, divarlarını tikib ucaltmışdır. Uca Allah İbrahimə
buyurmuşdur ki, Kəbə Həcc Ziyarəti yeri olmalıdır. Məhəmmədə isə
Kəbəni müsəlmanlar üçün qiblə etmək əmri verilmişdir. İslam
Məhəmmddən qabaqkı peyğəmbərləri tanıyır və onların gətirdikləri
kitabları qəbul edir.
6. İSLAMDA HƏCC ZİYARƏTİ
6. İSLAMDA HƏCC ZİYARƏTİ
İslam dünyasında Həcc ziyarət növü olmaqla yanaşı, Həccə
gedilən məskən Kəbə baş ziyarətgahdır. Həcc müsəlmanın Kəbəni
ziyarət etməsi ilə bağlı ibadət növüdür. Bu ziyarətə əməl etmək
üçün fiziki, mənəvi və maddi imkanları olan hər bir müsəlmana
Həcc vacib hesab edilir. Daha dəqiq, özünün və ailəsinin bir illik
dolanacağı olan, fiziki cəhətdən sağlam və ağlı başında olan,
mənəvi tərəfdən həcc etməyə hazır olan, Məkkəyə gedib-gəlməklə
bağlı yol xərclərini çəkməyə qadir olan hər bir yetkin müsəlmanın
həccə əməl etməsi gərəkdir.
Kəbəyə ziyarətin iki növü vardır. Birinci həcc – böyük ziyarət
və ikinci ziyarət ümrə – kiçik ziyarətdir. Kiçik ziyarəti il boyu
etmək olar. Böyük ziyarəti – həcc ziyarətini isə ildə bir dəfə, ancaq
həcc aylarında – şəvval, zülqədə və zilhiccənin əvvəli yerinə
yetirmək olar.
Bu səfərdə hacı ehram bağlayır, Məkkəyə yetişir, Məscidül-
hərama gəlir, Kəbəni yeddi dəfə təvaf edir – ətrafında dövrə vurur,
143
Ziyadxan NƏBİBƏYLİ


məqami-İbrahimdə iki rükət təvaf namazı qılır, Zəmzəm quyusu-
nun suyundan içir, Səfa ilə Mərva təpələri arasında səy edir – yeddi
dəfə iti addımlarla o baş-bu başa gedib-gəlir, saçını və saqqalını qı-
saldır. Bununla ümrəni başa vurmuş olur və ehramdan çıxır.
Zülhiccə ayının səkkizində yenidən həcc ziyarəti üçün ehram bağ-
layır, gün batandan sonra Mina vaddisinə gedir, gecəni orada qalır,
zülhiccənin doqquzunda (Ərəfat günü) Ərəfat dağına yollanır,
orada vüquf edir. Yəni Allahın qarşısında durur, dua edir, namaz
qılır, gün batandan sonra Müzdəlifə vadisinə enir, gecəni
Məşərülhəramda keçirir, şeytana daş atmaq üçün qırx doqquz
ədəd xırda daş yığır. Zülhiccənin onunda Minaya (dağa) gedir,
cəmrətül – əqəbədə şeytana yeddi daş atır, qurbanlıq heyvan alıb
kəsir, başını qırxdırır. Sonra Məkkəyə qayıdıb Kəbəni həcc təvafi
edir, məqami-İbrahimdə iki rükət namaz qılır. Onun ardınca Səfa
və Mərva təpələri arasında səy edir, Minaya qayıdıb zülhiccənin
11 və 12-ci günlərini orada qalır, hər gün üç cəmrədən hərəsinə
yeddi daş atır və ehramdan çıxır. Məkkəyə qayıdıb vida təvafi edir
və öz vətəninə qayıdır.
Həcc ibadətlərini səmimiyyətlə yerinə yetirən müsəlman
təmizlənir, mənən paklaşır, Allahın rizasını qazanır. O, Allahın
vahid hökmü altında olduğunu, bütün insanların bir mənşədən
törədiyini, hamının bir-birinə qardaş olduğunu dərk edir. Bu isə
öz növbəsində insanları yaxınlaşdırır, birləşdirir, bir-birinə qayğı
ilə yanaşmağı təlqin edir.
7. MƏSCİD HAQQINDA QISACA
7. MƏSCİD HAQQINDA QISACA
Məlum olduğu kimi, XXI əsrin əvvəlidir və məscid tikintisi bütün
dünyada vüsət alıb. Bu proses Avropa və ABŞ-da müəyyən
müqavimətlərlə üzləşsə də, dayanmayıb. Artıq bütün dünya İslamın
üstünlüyünü dərk etməkdədir. İslama qarşı müqavimət, məscidə qarşı
müqavimət əsasən siyasətçilərdən şüurlu surətdə və İslamın əsl
mahiyyətini bilməyənlər tərəfindən gəlir. Lakin, Tanrının insanlığa
bəxş etdiyi bu dini- mənəvi dəyər bütün insanlığa aid olduğundan
144
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə