Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə46/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   42   43   44   45   46   47   48   49   ...   110

onun hamı tərəfindən məmnuniyyətlə qəbul ediləcəyinə əminik.
Təəssüf doğuran odur ki, məscidlərin tikintisinə imkan
verməyən, əksinə, onu söküb dağıdan yeganə millət varsa, o da
ermənilərdir. Baxmayaraq ki, vətənsiz olan bu xalq müsəlman, İslam
ölkəsində çox böyük qan-qada hesabına özünə sığınacaq tapmışdır,
Qriqori xristianlığını da türkdən oğurlamışdır. Amma, qaraçı xislətini
hələ də saxlamaqdadır.
İslama qarşı, məscid tikintisinə qarşı mübarizə aparan və həm də
şüurlu surətdə aparan ikinci millət yəhudilərdir. Baxmayaraq ki, İslam
həm yəhudiliyi və həm də xristianlığı tanımışdır. Hər iki dinə sitayiş
edən insanların İslama qarşı apardığı uzunmüddətli və əsassız
mübarizələri, insan cəmiyyətinə çox böyük bəlalar gətirmiş və
gətirməkdədir. Uca Allah islamçılara səbr, ona qarşı olanlara ağıl ver-
sin – inşaallah!
Məscid səcdə edilən yer mənasındadır. İbadət yeri, Uca Allahın
evi sayılır. Müsəlmanlar məsciddə namaz qılırlar. Məscid həm də
qərib üçün sığınacaq, elm öyrənmək istəyənlər üçün mədrəsədir.
Müsəlmanlar məscidə bütün sinfi və sosial fərqlərdən azad olmuş
halda daxil olurlar. Məscid Allah evi olmaqla həm də insanlar üçün
hər hansı təhlükə qarşısında bir sığınacaqdır. Bu məsələdə də
ermənilər allahsızlıq etmiş, məscidə sığınan külli miqdarda
Azərbaycan insanlarını məscid qarışıq od vurub yandırmışlar. Bu
faciəni ermənilər həm Şimali Azərbaycanda və həm də Cənubi
Azərbaycanda həyata keçirmişlər. İrəvan quberniyasında,
Zəngəzurda, Yuxarı Qarabağda isə bir dənə də olsun məscid qoyma-
mış, hamısını yerlə-yeksan etmişlər. Uca Allahın evini viran qoyan
Allahsız  ermənilərin cəzasını qoy Uca Allah Özü versin – inşaallah!
8. MERAC HİCRƏTİN MÜJDƏÇİSİ KİMİ
8. MERAC HİCRƏTİN MÜJDƏÇİSİ KİMİ
Hz.Peyğəmbərimizin (s) İslam yolundakı yaşayış dövrü, xüsusən
də meraca qədər çox ağır keçmişdir.
Lakin o, Uca Allahın yolundan dönməyi heç vaxt yaxına burax-
145
Ziyadxan NƏBİBƏYLİ


mayıb. Bu mənada o, bütün  insanlığa nümunədir. Bu mənada Uca
Allah yüksək ilahi mükafatlarla şərəfləndirəcəyi qullarını müxtəlif
imtahanlardan keçirmişdir. Bütün peyğəmbərlər bu taleyi paylaşırlar.
Hz.Peyğəmbərimiz (s) Allahın adını ucaltmaq üçün heç bir
mənfəət güdmədən mübarizəsində yetərli əqidə sahibi olmuşdur. İstər
məkkəlilər, istərsə də taiflilər tərəfindən çəkdiyi əziyyətlərə baxma-
yaraq, Hz.Peyğəmbərimiz (s) onların islah olmaları yolunda həmişə
dua etmişdir. Onun hörmət və izzəti artdıqca, düşmənlərin ona qarşı
daha böyük əziyyəti də artmış və belə bir şəraitdə merac hadisəsi baş
vermişdir.
Merac hadisəsi Mədinəyə hicrətdən əvvəlki bir il yarım
içərisində (621), rəcəb ayının 26-nı 27-nə bağlayan gecə Cənab
Haqq xüsusi bir surətdə Hz.Peyğəmbərimizi (s) hüzuruna
yüksəldərək bilavasitə vəhyi qəbul etməyə hazır qılmışdır.
Nəql edildiyinə görə, Hz.Peyğəmbərimiz (s) əvvəl Burak adlı
bir miniklə Məscidül-Həramdan Məscidül-Əqsaya aparılmış,
oradan mənəvi bir Uruc  (ilahi  vasitə) ilə Cəbrayıl əleyhissəlamla
birlikdə göy qatlarını aşmış, Sidrətül-Müntehaya çatdırılmışdır.
Cəbrayıl mələk oradan o yana getməmiş, o nöqtədən etibarən
Rəfrət adlı xüsusi vəzifəli Hz.Peyğəmbərimizi zamandan,
məkandan və cihətdən azad  (Münəzzəh) olaraq Rəbiül-Aləmin
hüzuruna çıxarmışdır. Beləliklə, Rəsuli Əkrəm Cənab Haqqa bir
yayın iki ucu, hətta daha az bir məsafəyə yaxınlaşdırma iltifatına
qovuşmuşdur (Nəcm surəsi, 7-19). Orada salamlama tərzində da-
nışma olmuş və Hz.Məhəmməd (s) neçə vəhyə, neçə sirr və
hikmətlərə, neçə nurani taleyə çatdırılmış, beş dəfə namaz fərz
qılınmışdır. Dönüşdə isə cənnətlik və cəhənnəmliklərin vəsfləri
(xüsusiyyətləri) göstərilib tanıdılmışdır. Qısa zaman kəsiyində
olan bu hadisələri Nəbiyyi-Möhtərəm məkkəlilərə anlatdığı
zaman müşriklər ona inanmamış, inkar etmişlər.
Hz.Peyğəmbər (s) Qüdsə dair sorulan suallara doğru cavab ver-
diyi və dönməkdə olan bir karvanın yerini bildirdiyi halda, müşriklər
yenə də inkarlarını etməkdə davam etmişlər. Hz.Əbu Bəkr isə
146
Əxlaqa aparan yol


Hz.Peyğəmbərimizin (s) dediklərini tərəddüdsüz qəbul edərək “Sid-
diq” ləqəbini qazanmışdır. 
Peyğəmbərlərin hamısına ayrı-ayrı dərəcələrdə merac nəsib ol-
muşdursa da, bir yayın iki ucu qədər, hətta daha az bir məsafə Haqqa
yaxınlaşdırılmaq ancaq Hz.Peyğəmbərimizə (s) nəsib olmuşdur.
O gecə Rəsuli-Əkrəmə on iki əmr endirilmişdir:
Allahdan başqasına qulluq etməyin.
Ata-analarla yaxşı davranın.
Əqrəbaya haqqını verin, miskinə də, yolda qlamışa da.
Xəsis və israfçı olmayın.
Yoxsulluq qorxusu ilə uşaqlarınızı öldürməyin.
Zinaya yaxınlaşmayın.
Cana qıymayın.
Yetimin malına yaxınlaşmayın.
Əhdinizə vəfalı olun.
Ölçü və tərəzidə doğruluğa diqqət edin.
Bilmədiyiniz bir şeyin ardınca getməyin.
Yer üzündə təkəbbürlü yeriməyin (İsra surəsi, 22-37).
Meracda Məhəmməd ümməti üçün üç ədəd bəxşiş də ifadə
olunmuşdur.
Məhəmməd ümmətindən Allaha ortaq qoşmayanların gü-
nahlarını ödədikdən sonra cənnətə girəcəkləri vəd olundu.
Beş dəfə namaz qılmaq fərz qılındı. Hz.Peyğəmbər (s) də
bunun ümməti üçün merac olduğunu bildirdi.
Bəqərə surəsinin son iki ayəsi bu gecə müjdələr yükü olaraq nazil
oldu. Bir kərə ilk ayədə iman əsasları bütünü ilə sıralandı. Bu ayədə
daha əvvəlki peyğəmbərlərə və onlara endirilən kitablara iman da
əmr edilir ki, bu hal böyük bir xoşgörü və səbri əhatə edirdi. Bu səbr
Yer üzündə mövcud din və irq fərqliliklərinə baxmayaraq, insanlar
arasında bir sülh və əmin-amanlıq meydana gətirmə ehtiyatına sahib
idi. Tarix boyunca İslam dövləti bu ayəyə əsaslanaraq qeyri-
müslümlərə sülh və ədalət göstərmişdir. Sonuncu ayədə də hər kəsin
147
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə