637
danıĢ". UĢağın cavabını olduğu kimi qeyd etmək lazım gəlir,
əgər süjet düzgün ardıcıllıqla tərtib olunarsa uĢağa həmin
hadisəyə ad verməsini təklif etmək lazımdır.
Bu cür iĢin köməyi ilə uĢağın Ģəraitin gizli mənasını nə
dərəcədə uyğün Ģəkildə anladığını aĢkara çıxarmaq mümkündür.
Əgər uĢaq süjeti düzgün tərtib etməyibsə, onu yerinə ye-
tirdiyi iĢə görə tərifləmək, sonra köməkçi suallar vasitəsilə
ardıcıllığı düzgün baĢa düĢməsinə nail olmaq lazımdır.
Bundan sonra baĢqa (üçüncü) tapĢırığın yerinə
yetirilməsinə baĢlamaq olar. Burada Vekslerin testlərinə daxil
olan "Koos kubikləri" testindən istifadə etmək mümkündür.
Nəhayət, «məktəbə hazırlığın diaqnostikasını» vermək üçün
"Dördüncü artıq əĢya hansıdır?" tapĢırığını yerinə yetirməkdən
istifadə etmək olar. Bu metodika psixologiya sahəsində
çalıĢan mütəxəssislərə yaxĢı məlumdur və onlar tərəfindən
geniĢ tətbiq olunur. Bu zaman verilmiĢ dörd əĢya (və ya
onların Ģəkli) arasında birinin artıq olduğu bildirilir və yoxla-
nandan tələb olunur ki, onu tapsın və götürsün. Məsələn, a)
karandaĢ, çanta, dəftər, Ģlyapa Ģəkilləri, b) stol, stul, kitab Ģkafı,
çaynik Ģəkilləri və s.
Beləliklə, bu tapĢırığın əsasında anlayıĢ əlamətinə görə
təsnif etmək dayanır. Məktəbə hazırlıqla əlaqədar həmin
metodikanı tətbiq edərkən burada bir qədər baĢqa məqsəd
güdülməlidir. Burada uĢağın nəyi artıq sayması deyil, tanıĢ və
ya az tanıĢ olduğu əĢyalar haqqında nə deməsi mühüm
əhəmiyyətə malikdir. Bununla yanaĢı olaraq uĢağın həmin
tapĢırığı, iĢ tərzini necə yerinə yetirməsi də nəzərdə tutulan
cəhətlərdəndir.
Bütün bu yollarla aparılan yoxlama iĢi uĢağın məktəbə
hazırlıq səviyyəsini aĢkara çıxarmağa, bu sahədə onun
valideyinə və gələcək müəlliminə müvafiq məsləhətlər
verməyə imkan yaradır. Bununla yanaĢı olaraq həmin qeydlər
uĢaq üçün tərtib olunacaq psixoloji xəritənin əsasını,
baĢlanğıcını təĢkil edir.
638
Məktəbə psixoloji xidmət sahəsində diqqəti cəlb edən
cəhətlərdən biri də çətin tərbiyə olunan ("çətin") uşaqlarla
aparılan işdir. Burada birinci növbədə əsas diqqət Ģəxsiyyəti so-
sial cəhətdən deformasiyaya uğrayan, asosial uĢaqların vaxtında
diaqnostikasını verməyə yönəldilməlidir. Bu zaman uĢaqda
"çətinliyin" yaranması səbəblərinin aĢkara çıxarılmasına da
xüsusi diqqət yetirilməlidir. Bütün bunların əsasında və uĢağın
fərdi xüsusiyyətlərini nəzərə almaqla onunla aparılacaq
tərbiyəvi iĢ sistemi müəyyənləĢdirilməlidir. Bu barədə kitabın
ikinci bölməsində danıĢıldığı üçün burada geniĢ bəhs olunmağı
lazım bilmədik.
Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iĢ. Yuxarıda
qeyd etdiyimiz kimi məktəbə psixoloji xidmətin əsas
istiqamətlərindən birini psixoloqun müəllimlərlə, valideynlərlə
və Ģagirdlərlə apardığı konsultativ iĢlər təĢkil edir. Məlum
olduğü kimi, təlim fəaliyyətinin müvəffəqiyyəti, Ģagird
Ģəxsiyyətinin formalaĢması və inkiĢafı onun böyüdüyü və
tərbiyə aldığı ailə mühitinin xüsusiyyətindən çox asılıdır.
Ailə və məktəb iki əsas sosial institut kimi uĢaqların
təlim-tərbiyə və sosiallaĢma prosesinə, Ģəxsiyyətinin inkiĢafına
əsaslı təsir göstərir. Ona görə də ailə tərbiyəsindən çox Ģey
asılıdır. Təcrübə göstərir ki, bəzi ailələrdə uĢağın tərbiyəsi üçün
zəruri olan psixoloji Ģərait yaradılmadığı, onun psixoloji
xüsusiyyətləri nəzərə alınmadığına görə bir sıra çətinliklər
meydana çıxır. Bu cür çətinlikləri aradan qaldırmaqda ailəyə
psixoloji xidmətin rolu böyükdür. Adətən, valideynlər uĢaqla
əlaqədar hər hansı bir problemə rast gəldikdə kömək üçün
məktəbə, məktəb psixoloquna müraciət edirlər. Bu zaman əksər
hallarda uĢağın ehtiyacı və tələbi nəzərə alınmır. Bütün bunları
nəzərə alaraq məktəb psixoloqu Ģagirdlərin davranıĢı, onların
Ģəxsiyyətdaxili vo Ģəxsiyyətlərarası münaqiĢə problemləri ilə
məĢğul olarkən uĢağın yaĢadığı və tərbiyə aldığı ailə, həmin
ailə üzvləri arasındakı qarĢılıqlı münasibət və s. ilə də
maraqlanmalıdır. Buradan çıxıĢ edərək psixoloq öz xidmətini
639
göstərməlidir. Lakin bütün ailələr psixoloqun onun övladı ilə
müvafiq iĢ aparmasına, yeri gəldikdə valideynlərə lazımi
məsləhət verməsinə eyni cur yanaĢmırlar.
Bəzi ailələr özləri psixoloqun övladlarının Ģəxsiyyətini
tənzim etməsi ilə maraqlanır və bu sahədə ona Ģərait yaradırlar,
baĢqa ailələr bu sahədə neytral mövqe tutur, bəziləri də bu iĢə
hər yolla mane olurlar. Ona görə də psixoloqun iĢi həmiĢə istə-
diyi kimi gedə bilmir. Xüsusilə uĢağın tərbiyəsi və onun
Ģəxsiyyətinin inkiĢafı üçün müvafiq Ģərait olmayan ailələrlə iĢ
zamanı bu çətinlik özünü qabarıq Ģəkildə göstərir. Belə
ailələrin müxtəlif tipləri mövcud ola bilər ki, onların hər
birində psixoloqun yerinə yetirəcəyi iĢ o birilərindən fərqlənir.
Bu cür ailələrin aĢağıdakı tiplərinə rast gəlmək mümkündür: 1)
boĢanma ərəfəsində olan ailələr, 2) boĢanmıĢ ailələr, 3)
Ģəxsiyyətlərarası
və
Ģəxsiyyətdaxili
munaqiĢələri
həll
olunmamıĢ ailələr, 4) əxlaq, ictimai münasibət normalarına
uyğun olmayan sərvət və normalar sistemi formalaĢmıĢ ailələr.
Psixoloqun həmin ailələrdən gələn uĢaqlarla müvafiq iĢ apara
bilməsi üçün həmin ailələr, orada uĢaqların tərbiyəsi üçün
yaradılan Ģəraitin xüsusiyyətləri ilə ətraflı tanıĢ olması
zəruridir.
Adətən, birinci tip ailələrdə uĢaqların tərbiyəsi və
sosiallaĢması üçün yaranmıĢ Ģəraitin xarakterik xüsusiyyəti
bundan ibarətdir ki, həmin ailələrdə uĢaqlar artıq kəskin, açıq
xarakter almıĢ ailə münasibətlərindəki münaqiĢələrə cəlb olu-
nurlar. Onlar münaqiĢədə olan valideynlərinə öz münasibətlərini
bildirməyə məcbur olurlar. Bütün bunlar həmin ailədəki
uĢaqların psixoloji və mənəvi zədə almasına, eləcə də
məktəbdəki fəaliyyətinə mənfi təsir göstərməsinə səbəb olur.
Məktəb psixoloqunun vəzifəsi bu cür Ģəraitə düĢən
Ģagirdləri müəyyənləĢdirmək və onlarla psixoloji məsləhət iĢi
aparmaqdan ibarətdir. Bu sahədə aparılan iĢ uĢağın özünü
qiymətləndirməsini təshih etməyə, günahkar olmaq fikrini,
hissini aradan qaldırmağa yönəldilməlidir. Psixoloq uĢağın öz
Dostları ilə paylaş: |