Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə34/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   30   31   32   33   34   35   36   37   ...   89
27
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Təqdim etdiyimiz aşağıdakı arqumentlər AR Konstitusiya Məhkəməsinin qərarlarının müvafiq
qanunvericilik aktında normativ xarakterli akt kimi yox, məhz normativ‐hüquqi akt kimi xarakterizə
edilməsini tələb edir:
1.
AR Konstitusiyasının 130‐cu maddəsinin X hissəsinə əsasən qanunlar və digə
r aktlar, yaxud
onların ayrı‐ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri AR
Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan
Respub
likasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir.
(7, səh.50)
Ümumi hüquq
n
əzəriyyəsindən məlumdur ki, müəyyən bir ictimai münasibəti tənzim edən hüquq normasının
q
əbul olunması həmin ictimai münasibətlərin tənzim olunması sahəsində yeni bir qayda yaratdığı
kimi, bu normanın qüvvədən salınması barədə qərar da, öz növbəsində, həmin ictimai münasibətlərin
tənzim olunması sahəsində yeni bir davranış qaydası, yeni bir norma yaratmış olur. Eyni zamanda,
«
Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununun 1.0.13‐cü maddəsində də göstərilir ki,
normayaratma fəaliyyəti
– normativ‐hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması,
onlar
da dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə
fəaliyyətdir.
(1)
Bu maddəyə məntiqi‐qrammatik təfsir versək aydın olar ki, qanunverici, normativ‐
hüquqi aktların ləğv edilməsi üzrə fəaliyyəti «və ya
»
bağlayıcısı ilə ayıraraq normayaratma fəaliyyə
tinin
xüsusi növü kimi vurğulamışdır. Başqa sözlə, digər normayaratma orqanı tərəfindən özündə hüquq
norması əks etdirən normativ‐hüquqi aktın qəbul edilməsi normayaratma prosesidirsə, AR Konstitusiya
Məhkəməsinin müvafiq qərarı əsasında həmin normativ‐hüquqi aktın qüvvəsinin dayandırılması və ya
ləğv edilməsi də «Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununun 1.0.13‐cü maddəsinin
kontekstində, özlüyündə normayaratma fəaliyyətidir. Başqa sözlə, müəyyən bir ictimai münasibəti
tənzim edən qanun və digər akt, yaxud onların ayrı‐ayrı müddəaları qanunverici orqan tərəfindən qəbul
edildikdən sonra həmin ictimai münasibətlər sahəsində yeni davranış qaydaları müəyyən etdiyi kimi,
bu qanun və digər aktlar yaxud onların ayrı‐ayrı müddəaları AR Konstitusiya Məhkəməsinin qərarında
müəyyən edilmiş müddətdə qüvvədən düşdükdən sonra da həmin ictimai münasibətlərin tə
nzim
olunması sahəsində mövcud davranış qaydalarının ləğv edilməsi və ya əvvəlki davranış qaydalarının
restavrasiyası formatında yeni davranış qaydaları meydana gəlmiş olur.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə