33
Problemi daha yaxşı başa düşmək üçün
kommersiya əlaqələrini bir iqtisadi kateqoriya kimi və
onun növü kimi nəzərdən keçirək.
İqtisadi nəzəriyyə və təcrübə ona əsaslanır ki,
istehsalat-texniki təyinatlı məhsullarla satış üzrə iqtisadi
əlaqələr, malgöndərənlərlə istehlakçılar arasında ,
həmçinin tədavül prosesində onlarla vasitəçi-ticarət
strukturları yaranan bütün qarşılıqlı iqtisadi, hüquqi və
təşkilati münasibətlərin toplusunu nəzərdə tutur.
Kommersiya
əlaqələrinin
formalaşmasına
cəmiyyətin
iqtisadi inkişaf mexanizminə, ictimai
istehsalın miqyasları, onun sahə strukturunun mürəkkəb
olması, sənayedə ixtisaslaşma və kooperasiyanın
dərinləşməsi prosesi, cəmiyyətdə istehsal, istehlak olunan
məhsulun miqdarı və keyfiyyəti təsir göstərir.
Kommersiya əlaqələrinin formalaşmasında, onların
strukturunda və təşkilindən tədavül dairəsinin həcmləri
və iqtisadi göstəriciləri (məsələn, topdansatış, satışın
həcmi, tədavül xərcləri, vasitəçi-ticarət təşkilatlarının
gəlirləri) çox asılıdır.
Bütün bunlar müasir iqtisadi şəraitdə kommersiya
əlaqələrinin formalaşmasının xüsusiyyətlərini, onların
təşkilinin
xarakterini və onların idarəedilməsinin
metodologiyasını müəyyən edir.
Kommersiya əlaqələrini aşağıdakı əlamətlərinə
görə qruplaşdırmaq olar:
-
Dolğunluğuna görə;
-
Sahəvi
strukturuna görə;
-
Bazar strukturuna görə;