16
edilirdi. Kommersiya isə sahibkarlığın hər hansı formada
olmasından asılı olmayaraq başqa vacib rıçaqları idarə
edir. Burada məsələ təkcə alqı-satqı aktının təşkili və
texnologiyası ilə təsərrüfat -maliyyə məsələləri, onun
hüququ əsasları, qiymət siyasəti, kommersiya - müqavilə
öhdəlikləri (lizinq, icarə, konsepsiya, faktorinq), daxili və
beynəlxalq sazişləri, iş, kommersiya riski, onun
qiymətləndirilməsi,
həyata
keçirilməsi
və
digər
məsələlərdir. Buradan belə nəticəyə gəlmək olar ki,
sahibkarlığa harada pul və digər hesablamalar lazım
gəlirsə, qanuni gəlir əldə etmək imkanı yaranırsa, orada
kommersiya ortaya çıxır. Əgər marketinq “tələbin
öyrənilməsi” kimi qəbul edilirsə, cəsarətlə kommersiyanı
gəlirin idarə edilməsi adlandırmaq olar. Bəzən
marketinqi
bazarla eyniləşdirirlər. Əlbəttə, marketinq bazar olmadığı
kimi, kommersiyanl da ticarət kimi qəbul etmək olmaz.
Müasir
iqtisadi
ədəbiyyatda
kommersiya,
kommersiya fəaliyyətinə dair çoxlu fikirlər mövcuddur.
Bunların əksəriyyətində kommersiyaya alqı-satqı prosesi
kimi baxırlar. Əlbəttə, bu fikirlə razılaşmaq olmaz.Prof.
L.V. Osipova öz dərsliyində kommersiya anlayışını
aşağıdakı kimi təsəvvür edir:
“Kommersiya fəaliyyəti iqtisadi anlayış kimi
ticarətə nisbətən daha genişdir, çünki ticarətin əsasını
kommersiya təşkil etsə belə, bütün kommersiya
fəaliyyətinə təkcə ticarət kimi baxıla bilməz.”
Kommersiya fəaliyyəti sferasında işləyən hüquqi
şəxslərin çoxu tədarük, istehsal, tikinti, investisiya və
digər sahibkarlıq fəaliyyətinin gəlir əldə etmək üçün alqı-
satqı prosesindən istifadə edirlər. Müasir kommersiya
fəaliyyəti
ixtisaslaşdırılmış kommersiya sistemləri
vasitəsilə
həyata
keçirilir.
Kommersiya
sistemi
17
inteqrasiya olunmuş vahid bütöv bir sistem olub, özündə
mal və xidmət üzrə istehsal- kommersiya anlayışını və
onun iqtisadi, hüquqi, mədəni və inzibati əsasını əhatə
edir. Kommersiyanın əsas obyekti kimi alqı-satqının
mövcud olduğunu nəzərə alsaq, burada plana
menecment, sahibkarlıq, dəqiq hesablamalar, pul
münasibətləri və onun hüquqi əsası çıxır bunlar
aşağıdakılardan
ibarətdir;
- maksimum gəlir əldə etməyə imkan
verən mallar
üzrə qiymətin
müəyyən edilməsi;
- müqavilə və sazişlərin bağlanması və həyata
keçirilməsi;
- mal göndərənlərlə iş;
- mal alışının təşkili;
- mal satışının təşkili;
- fəaliyyətin nəticəsinin
maliyyə- təsərrüfat təhlili;
- banklarla iş;
- birja, yarmarka və auksionlarla iş;
- kommersiya riskinə dair
hesablamalar;
- faktorinq
və lizinqin həyata keçirilməsi;
- gömrük əməliyyatlarının həyata keçirilməsi.
Bütün bunları nəzərə alaraq, prof. V.A.Abçuka
görə belə bir fikirə gəlmək olar ki, kommersiya alqı-satqı
fəaliyyətinin təmin edilməsi sahəsi olub, hüquqi normalar
əsasında
maksimum
gəlir
əldə
etmək
üçün
hesablaşmaların aparılması kimi dəyərləndirilir.