Q ə r a r Azərbaycan Respublikası adından



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix08.07.2018
ölçüsü0,52 Mb.
#54235
1   2   3   4   5   6   7   8   9

 

 

 



11 

İnsan  Hüquqlarının  və  Əsas  Azadlıqların  Müdafiəsi  Haqqında  Konvensiyanın  6-cı  maddəsinin 

(«Ədalətli məhkəmə araşdırması hüququ»)  1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və 

vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında 

yaradılmış  müstəqil  və  qərəzsiz  məhkəmə  vasitəsilə,  ağlabatan  müddətdə  işinin  ədalətli  və  açıq 

araşdırılması hüququna malikdir.  

Həmin  Konvensiyaya  dair  22  noyabr  1984-cü  il  tarixli  7  saylı  Protokolun  2-ci  maddəsinin  1-ci 

bəndində  isə  qeyd  olunur  ki,  cinayət  törətməyə  görə  məhkəmə  tərəfindən  məhkum  edilmiş  hər  kəsin, 

barəsində  çıxarılmış  hökmə  və  ya  təyin  olunmuş  cəzaya  yuxarı  məhkəmə  instansiyasında  yenidən 

baxılması  hüququ  vardır.  Bu  hüququn  həyata  keçirilməsi  və  onun  həyata  keçirilə  biləcəyi  əsaslar 

qanunla tənzimlənir. 

Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının 

cinayət-prosessual  qanunvericiliyi  qanunçuluğun,  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarına  hörmətin 

bərqərar olmasına imkan yaradır. 

Həmin  Məcəllənin  12.1-ci  maddəsində  isə  qeyd  göstərilir  ki,  cinayət  prosesini  həyata  keçirən 

orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş 

hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 

Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin 

faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq 

edilməsinin düzgünlüyünü yoxlayır. 

Həmin Məcəllənin 397.2-ci  maddəsinə əsasən,  birinci  instansiya  məhkəməsi tərəfindən  müəyyən 

edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya 

apellyasiya  protestinin  hüdudlarında  yoxlanılır.  Birinci  instansiya  məhkəməsi  tərəfindən  cinayət 

qanununun və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən 

apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.  

   


Şirvan  Apellyasiya  Məhkəməsinin  Cinayət  Kollegiyası  cinayət  işinin  materiallarını  araşdıraraq, 

qismən məhkəmə istintaqı apararaq, apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlilləri barədə 

proses  iştirakçılarının  mövqeyini  dinləyərək  hesab  edir  ki,  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun 

Azərbaycan Respublikası  CM-nin 126.2.4, 221.3-cü  maddələri, Məmmədov Aqil Məhəmməd oğlunun 

və  Həmidov  Əfqan  Əli  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  221.3-cü  maddəsi  ilə  məhkum 

edilmələri barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10  fevral 2016-cı il tarixli, 1(089)-40/2016 

nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlu,  onun  müdafiəçisi 

Musazadə  Elşən  Möhrab  oğlu,  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun 

müdafiəçisi  Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən  ayrı-ayrılıqda  verilmiş  apellyasiya  şikayətləri 

təmin  edilməməli,  dövlət  ittihamçısı  Məmmədov  Anar  Ələsgər  oğlu  tərəfindən  verilmiş  apellyasiya 

protesti isə qismən təmin edilməli və hökm həmin apellyasiya protestinə əsasən dəyişdirilməlidir.  

 Belə  ki,  birinci  instansiya  məhkəməsinin  hökmündən  görünür  ki,  məhkum  edilmiş  şəxslər  

Məmmədov  Ceyhun  Məhəmməd  oğlu,  Məmmədov  Aqil  Məhəmməd  oğlu  və  Həmidov  Əfqan  Əli 

oğlunun  törətdikləri, qərarın təsviri-əsaslandırıcı hissəsinin «İşin halları» bölməsində göstərilən cinayət 

əməlləri  özlərinin  ifadələri  ilə  yanaşı,  zərərçəkmiş  şəxs  Qurbanov  Vüsal  Hikmət  oğlu,    şahidlər 

Həmidov  Cavid  Əli  oğlu,  Həmidova  Ruhiyyə  Süleyman  qızı,  Həmidova  Mıxsə  Soltan  qızı,  Həmidli 

Tünzalə  Əfqan  qızı,  Məmmədova  Sədaqət  Soltan  qızı,  Məmmədov  Alim  Oruc  oğlu,  Məmmədova 

Samirə  Qismət  qızı,    Kərimova  Züleyxa  Asim  qızı,  Mövlayev  Kamran  Rəşid  oğlu  və  Məmmədov 

Müzadil Ağamməd oğlunun ifadələri, məhkəmədə tədqiq edilmiş şahid Əzimzadə Hacı İldırım oğlunun 

ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, ibtidai 

istintaq  orqanının  qərar  və  ptotokolları,  üzləşdirmədə  dindirmə  protokolları,  məhkəmə-tibbi 

ekspertizasının  rəyləri,  məhkəmə-bioloji  ekspertizasının  rəyi,  məhkəmə-trassoloji  ekspertizasının  rəyi,  

kompleks  məhkəmə-psixiatrik  və  psixoloji  ekspertizasının  rəyi,  məhkəmə-psixiatrik  ekspertizasının 

rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi, protokollar, fotoşəkillər və işdə olan digər sənədlərlə tam 

sübuta  yetirilmiş,  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  əməlləri  birinci  instansiya  məhkəməsi 

tərəfindən  Azərbaycan  Respublikası    CM-nin  126.2.4,  221.3-cü  maddələri,  Məmmədov  Aqil 

Məhəmməd oğlu və Həmidov Əfqan Əli oğlunun əməlləri isə  CM-nin 221.3-cü maddəsi ilə ilə tövsif 

edilmişdir.  




 

 

 



12

İş  materiallarında  olan,  şahid  Əzimzadə  Hacı  İldırım  oğlunun  ibtidai  istintaq  zamanı  vermiş 

olduğu  ifadəsindən  görünür ki, o  həmin  ifadəsində  göstərmişdir ki, 02.06.2015-ci  ildə təxminən  saat 

19  radələrində  taksi  fəaliyyəti  ilə  məşğul  olduğu  “VAZ-2106”  markalı  99-GZ-658  dövlət  nömrə 

nişanlı avtomaşınıyla Kürdəmir şəhərindən Yenikənd kəndinə sifariş üçün getmiş, sifariş verən şəxslə 

Yenikənd  kəndinə  dönən  yolda  körpünün  üstündə  rastlaşıb  avtomaşını  saxlayarkən,  bu  zaman  bir 

nəfər  şəxs  tələsik,  həyəcanlı  vəziyyətdə  avtomaşının  qabaq  sağ  tərəfindən  qapını  sol  əli  ilə  açıb 

əyləşmiş,  həmin  şəxsin  Şıxımlı  kənd  sakini  Ceyhun  olduğunu  bilmiş,  Ceyhunun  onu  tez  Şıxımlı 

kəndinə  aparmasını  xahiş  etsə  də,  Ceyhuna  müştərisi  olduğu  üçün  tələsdiyini  deyib  onu  aparmamış, 

həmin vaxt Ceyhunun əlində «rezak»a oxşar dəstəyi yaşıl rəngli kəsici alət görmüşdür.  

İş  materiallarında  olan,  hadisə  yerinə  baxış  keçirilməsi  haqqında  protokoldan  görünür  ki, 

hadisə yerinə baxış keçirilərkən  müəyyən edilmişdir ki, cinayət hadisəsinin baş verdiyi  yer Kürdəmir 

rayonunun  Xırdapay  kəndində  yerləşən  «Köhnə  Bazar»  şadlıq  evidir.  Şadlıq  evi  İmişli-Kürdəmir-

Ağsu  yolunun  Xırdapay  kəndindən  keçən  hissəsində  Ağsu  istiqamətində  sol  tərəfdə  yerləşir.  Şadlıq 

evi  birmərtəbəlidir,  içərisində  üç  cərgə  ilə  düzülmüş  masalar  və  ətrafında  stullar  vardır.  Baxışda 

iştirak  edən  şadlıq  evinin  sahibi  Aqil  Seyfullayev  bildirmişdir  ki,  02.06.2015-ci  ildə  baş  vermiş 

cinayət hadisəsi şadlıq evinin giriş qapısının sol tərəfində olan birinci masanın arxasında oturmuş Aqil 

və Ceyhun Məmmədov qardaşları ilə həmin masaya yaxınlaşan həmkəndlisi Əfqan Həmidov arasında 

yaranmış  mübahisə  ilə  əlaqədar  olmuş,  əvvəlcə  sözlə  mübahisə  edən  tərəflər  sonra  masanın  üstündə 

olan araq şüşələrini bir-birinə qarşı istifadə edərək dalaşmışlar.  Baxış zamanı iş üçün əhəmiyyət kəsb 

edən hər hansı predmet və ya əşya aşkar edilməmişdir.  

İş  materiallarında  olan,  ibtidai  istintaq  orqanının  qərar  və  ptotokolundan  görünür  ki,  istifadə 

edilmiş  və  sınmış  iki  ədəd,  üzərində  «Delovaya  rus»  sözləri  yazılmış  araq  şüşələri  sınıqları  və 

təqsirləndirilən  şəxslər Əfqan Həmidova  məxsus şalvar  və  Aqil  Məmmədova  məxsus köynək  iş  üzrə 

maddi  sübut  kimi  tanınmaqla  saxlanması  üçün  Kürdəmir  rayon  prokurorluğunun  maddi  sübutların 

saxlanc otağına təhvil verimişdir.  

İş  materiallarında  olan,  üzləşdirmədə  dindirmə  protokolundan  görünür  ki,  ibtidai  istintaq 

zamanı  Həmidov  Əfqan  Əli  oğlu,  Məmmədov  Aqil  Məhəmməd  oğlu  və  Məmmədov  Ceyhun 

Məhəmməd  oğlu  ilə  ifadələrində  olan  ziddiyətlərlə  bağlı  üzləşdirilmiş,  üzləşmə  zamanı  tərəflər 

ifadələrində  göstərilənləri  bir  daha  təsdiq  edərək  eyni  xüsusatları  bir-birlərinin  üzünə  qarşı 

bildirmişlər.  

İş  materiallarında  olan,  üzləşdirmədə  dindirmə  protokolundan  görünür  ki,  ibtidai  istintaq 

zamanı Ruhiyyə Həmidova və Mıxsə Həmidova  Aqil Məmmədov və Ceyhun Məmmədovla üzləşmə 

zamanı ifadələrində göstərdiklərini  bir daha onların üzünə qarşı deməklə  ifadələrini təsdiq etmişlər.  

İş  materiallarında  olan,  üzləşdirmədə  dindirmə  protokolundan  görünür  ki,  ibtidai  istintaq 

zamanı  Əzimzadə  Hacı  İldırım  oğlu  təqsirləndirilən  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlu  ilə 

üzləşmə  zamanı  ifadəsində  göstərdiklərini    bir  daha  onun  üzünə  qarşı  deməklə    ifadəsini  təsdiq 

etmişdir.  

İş materiallarında olan, üzləşdirmədə dindirmə protokolundan görünür ki,  Həmidov Cavid Əli 

oğlu  təqsirləndirilən  şəxslər  Məmmədov  Aqil  Məhəmməd  oğlu  və  Məmmədov  Ceyhun  Məhəmməd 

oğlu ilə üzləşmə zamanı  ifadəsində göstərdiklərini olduğu kimi həmin şəxslərin üzünə qarşı deməklə 

ifadəsini bir daha təsdiq etmişdir.  

İş  materiallarında  olan,  məhkəmə-tibbi  ekspertizasının  rəyində  göstərilmişdir  ki,  Aqil 

Məmmədovun  bədənində  döş  qəfəsinin  ön  səthində  döş  sümüyünün  üst  səviyyəsində,  döş  qəfəsinə 

nüfuz  etməyən  kiçik  ölçülü  cərrahi  tikişə  ehtiyacı  olmayan  yara  və  yaraya  uyğun  çapıq  toxuması, 

üzündə  almacıq  sümüyünün  üstü    səviyyəsində  sıyrıq,  sağ  dirsək  oynağında  sıyrıq  yeri  müəyyən 

edilmişdir.  Həmin  xəsarətlərdən--döş  qəfəsinin  ön  səthində  yara  və  yaraya  uyğun  çapıq  toxuması  iti 

uclu  və  kənarı  kəsici  əşyanın  təsirindən  əmələ  gəlmişdir,  zərərçəkmişin  dediyi  kimi  sınmış  şüşə 

parçası  ilə  yetirilməyə  xarakterikdir, 1  litrlik  dolu plastik  su  qabı  ilə  yetirilməsi  mümkün deyil.  Belə 

ki,  dolu  plastik  su  qabı  hamar  səthlidir,  müəyyən  edilmiş  yara  isə  uc  hissəsi  batıcı,  kənarları  kəsici 

xüsusiyyətə malik əşya ilə yetirməyə xarakterikdir. Yaranın ətrafında hər hansı bir qançır və ya sıyrıq 

müəyyən edilməmişdir. Almacıq sümüyünün üstü nahiyəsində sıyrıq hamar səthli küt əşya ilə vurma 

nəticəsində, sağ dirsək oynağında olan sıyrıq  yerləri  isə küt əşyanın təsirindən əmələ gəlmişdir, dava 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə