Q ə r a r Azərbaycan Respublikası adından



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix08.07.2018
ölçüsü0,52 Mb.
#54235
1   2   3   4   5   6   7   8   9

 

 

 



17 

Həmin  Məcəllənin  2.1-ci  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin 

vəzifələri  sülhü  və  bəşəriyyətin  təhlükəsizliyini  təmin  etməkdən,  insan  və  vətəndaş  hüquq  və 

azadlıqlarını,  mülkiyyəti,  iqtisadi  fəaliyyəti,  ictimai  qaydanı  və  ictimai  təhlükəsizliyi,  ətraf  mühiti, 

Azərbaycan  Respublikasının  konstitusiya  quruluşunu  cinayətkar  qəsdlərdən  qorumaqdan,  habelə 

cinayətlərin qarşısını almaqdan ibarətdir. 

Həmin  Məcəllənin  8.1-ci  maddəsinin  tələblərinə  görə  cinayəti  törətmiş  şəxs  haqqında  tətbiq 

edilən  cəza  və  ya  cinayət-hüquqi  xarakterli  tədbirlər  ədalətli  olmalıdır,  yəni  cinayətin  xarakterinə  və 

ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin 

şəxsiyyətinə uyğun olmalıdır. 

Həmin  Məcəllənin  41.2-ci  maddəsinin  məzmununa  görə,  cəza  sosial  ədalətin  bərpası, 

məhkumun  islah  edilməsi  və  həm  məhkumlar,  həm  də  başqa  şəxslər  tərəfindən  yeni  cinayətlərin 

törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 

Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə 

görə bu Məcəllənin Xüsusi hissəsinin  müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün 

son  həddinin  yarısından,  təhlükəli  residivə  görə  üçdə  ikisindən,  xüsusilə  təhlükəli  residivə  görə  isə 

dörddə üçündən az ola bilməz. 

Həmin  Məcəllənin  70.1-ci  maddəsinə  görə,  islah  işləri,  hərbi  xidmət  üzrə  məhdudlaşdırma, 

intizam  xarakterli  hərbi  hissədə  saxlama  və  ya  müəyyən  müddətə  azadlıqdan  məhrum  etmə  növündə 

cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın 

şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 

Həmin  Məcəllənin  70.2-ci  maddəsinə  əsasən,  məhkəmə  şərti  məhkum  etmə  təyin  edərkən 

törədilmiş  cinayətin  xarakterini,  ictimai  təhlükəlilik  dərəcəsini,  məhkumun  şəxsiyyətini,  habelə  cəzanı 

yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.  

 «Məhkəmələr  tərəfindən  cinayət  cəzalarının  təyin  edilməsi  təcrübəsi  haqqında»  Azərbaycan 

Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı  Qərarının 1-ci maddəsinə 

görə  məhkəmələrə  izah  edilmişdir  ki,  hər  bir  konkret  halda  təqsirləndirilən  şəxslərə  cəzaların  təyin 

edilməsinə fərdi yanaşılmalı,cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 

və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun 

ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən 

cəza  cinayətin  xarakterinə  və  ictimai  təhlükəlilik  dərəcəsinə,  onun  törədilməsi  şəraitinə,  təqsirkarın 

şəxsiyyətinə uyğun olmalıdır. 

 Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın 

növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin 

islah olunmasına xidmət etməlidir. 

 «Məhkəmə  hökmü  haqqında»  Azərbaycan Respublikası  Ali  Məhkəməsi Plenumunun 27 dekabr 

1996-cı  il  tarixli  4  №-li  Qərarının  13-cü  bəndində  qeyd  olunur  ki,  məhkəmələr  cəza  təyini  zamanı 

təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına 

yol  verməməlidirlər...Məhkəmə  cəza  təyin  edərkən  törədilmiş  cinayətin  xarakterini  və  ictimai 

təhlükəlilik  dərəcəsini,  təqsirkarın  şəxsiyyətini,  məsuliyyətini  yüngülləşdirən  və  ağırlaşdıran  halları 

nəzərə  almalıdır.  Məhkəmə  tərəfindən  cəza  tədbiri  seçilərkən  hökmdə  cinayətin  xarakteri  və  ictimai 

təhlükəlilik    dərəcəsini,  habelə  təqsirkarın  şəxsiyyətini  göstərən  hansı  konkret  halların  nəzərə  alındığı 

göstərilməlidir. 

Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 

17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; De 

Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: 

«Ədalət  mühakiməsinin  həyata  keçirilməsi  ilə  bərabər,  ədalətin  bərqərar  edildiyi  də  aydın 

görünməlidir».  

Bundan başqa «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər 

edilməsi  barədə» 11  iyun 2004-cü  il tarixli 688-İİQD saylı  Azərbaycan Respublikası Qanununun 3-cü 

hissəsinin  9-cu  bəndinin  və  4-cü  hissəsinin  7-ci  bəndinin  Azərbaycan  Respublikası  Konstitusiyasının 

130-cu  maddəsinin  9-cu  hissəsinə  uyğunluğunun  yoxlanılmasına  dair»  Azərbaycan  Respublikası 

Konstitusiya  Məhkəməsi Plenumunun 25  yanvar  2005-ci  il tarixli Qərarının  izahına əsasən,  «istənilən 



 

 

 



18

məhkəmə  aktının  qanuni  və  əsaslı  hesab  edilməsi  üçün  mütləq  şərtlərdən  biri  onun  ədalətli  olmasıdır, 

çünki  ədalət  mühakiməsinin  həyata  keçirilməsi  ilə  bərabər,  ədalətin  bərqərar  edildiyi  də  aydın 

görünməlidir». 

Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin sanksiyalarında altı ildən on bir ilədək 

müddətə,  Azərbaycan  Respublikası  CM-nin  221.3-cü  maddəsinin  sanksiyasında  isə  üç  ildən  yeddi 

ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin 

hökmündən  görünür  ki,  Məmmədov  Ceyhun  Məhəmməd  oğlu  Azərbaycan  Respublikası  CM-nin 

126.2.4 və 221.3-cü maddələri  ilə  nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli  bilinərək, CM-

nin 126.2.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 221.3-cü 

maddəsi  ilə  5  (beş)  il  6  (altı)  ay  müddətə  azadlıqdan  məhrum  etmə  cəzasına    məhkum  edilmiş, 

Azərbaycan  Respublikası  CM-nin  66.3-cü  maddəsinin  tələbinə  əsasən  təyin  edilmiş    cəzaları  qismən  

toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 

təyin  edilmiş,  Azərbaycan  Respublikası  CM-nin  67.1-ci  maddəsinə  əsasən  Ceyhun  Məmmədova 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin əvvəlki hökmü üzrə təyin edilmiş 4 il 6 ay müddətə azadlıqdan 

məhrum etmə cəzasının çəkilməmiş qalan 3 ay 24 gün  hissəsi  hazırki  hökm üzrə təyin  edilmiş cəzaya 

qismən birləşdirilməklə ona qəti olaraq 9 (doqquz) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası 

təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 19 

sentyabr 2015-ci  il tarixdən  hesablanmış, Məmmədov Aqil Məhəmməd oğlu  Azərbaycan Respublikası 

CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il 6 

(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə 

müəsisəsində  çəkməklə  cəza  çəkmə  müddətinin  əvvəli  10  fevral  2015-ci  il  tarixdən  hesablanmış, 

Həmidov  Əfqan  Əli  oğlu  Azərbaycan  Respublikası  CM-nin  221.3-cü  maddəsi  ilə  nəzərdə  tutulan 

cinayət  əməlini  törətməkdə  təqsirli  bilinərək  3  (üç)  il  6  (altı)  ay  müddətə  azadlıqdan  məhrum  etmə 

cəzasına  məhkum  edilmiş,  barəsində  Azərbaycan  Respublikası CM-nin 70-ci  maddəsi tətbiq edilməklə 

ona təyin olunmuş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən 

edilməklə  şərti  olaraq  tətbiq  edilmişdir.  Yəni  C.M.Məmmədova    birinci  instansiya  məhkəməsi 

tərəfindən  təqsirli  bilindiyi  Azərbaycan  Respublikası  CM-nin  126.2.4  və  221.3-cü  maddələrinin, 

A.M.Məmmədova və Ə.Ə.Həmidova isə CM-nin 221.3-cü maddəsinin sanksiyası həddində Azərbaycan 

Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin edilmişdir. 

Odur  ki,  məhkəmə  kollegiyası  məhkum  edilmiş  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlu,  onun 

müdafiəçisi  Musazadə  Elşən  Möhrab  oğlu,  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd 

oğlunun  müdafiəçisi  Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən  ayrı-ayrılıqda  verilmiş  apellyasiya 

şikayətlərinin dəlillərini qeyri-məqbul hesab edir. 

Məhkəmə  kollegiyası  eyni  zamanda  qeyd  etməyi  zəruri  hesab  edir  ki,  birinci  instansiya 

məhkəməsi  təqsirləndirilən  şəxs  Həmidov  Əfqan  Əli  oğlu  Azərbaycan  Respublikası  CM-nin  221.3-cü 

maddəsi  ilə  təyin  edilmiş  3  (üç)  il  6  (altı)  ay  müddətə  azadlıqdan  məhrum  etmə  cəzasını  Azərbaycan 

Respublikası  CM-nin  70-ci  maddəsinə  əsasən  şərti  olaraq  tətbiq  etməkdə  haqlı  olmuşdur.  Belə  ki, 

yuxarıda göstərilən yüngülləşdirici halların məcmusu, habelə baş vermiş hadisə nəticəsində ən çox ona 

zərər dəyməsi (üz  sinirinin  və tüpürcək vəzisinin  zədələnməsi  ilə  müşayiət olunan sifətin  sol  yarısının 

kəsilmiş  yarası,  habelə  sifətdə  kəskin  nəzərə  çarpan  asimmetiriya  və  mimika  pozğunluğu  ilə  müşayiət 

edilən izi silinməz xəsarətlər alması) məhz Əfqan Həmidovun barəsində  Azərbaycan Respublikası CM-

nin  70-ci  maddəsinin  tətbiq  edilməsi  üçün  əsas  olmuşdur.  Odur  ki,  məhkəmə  kollegiyası  dövlət 

ittihamçısı  Məmmədov  Anar  Ələsgər  oğlunun  apellyasiya  protestinin  “Ə.Həmidovun  barəsində 

Azərbaycan  Respublikası  CM-nin  70-ci  maddəsinin  tətbiq  edilməsinə  dair  müddəalar  hökmdən  xaric 

edilməlidir”  hissəsini  məqbul  hesab  etmir  və  apellyasiya  protestinin  həmin  hissəsinin  təmin  edilməsi 

üçün hər hansı bir əsas görmür.  

Beləliklə,  məhkəmə  kollegiyası  hesab  edir  ki,  hazırkı  iş  üzrə  birinci  instansiya  məhkəməsi 

Azərbaycan Respublikası CM-nin və Azərbaycan Respublikası CPM-nin normalarının tələblərini nəzərə 

almaqla işin faktiki  halları ilə bağlı düzgün hüquqi nəticəyə gəlmiş, Azərbaycan Respublikası CM-nin, 

Azərbaycan Respublikası CPM-nin, Azərbaycan  Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə 

hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 №-li, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin 

edilməsi  təcrübəsi  haqqında»  25  iyun  2003-cü  il  tarixli  4  №-li,  «Xuliqanlıq  işləri  üzrə  məhkəmə 



 

 

 



19 

təcrübəsi  haqqında»  23  mart  2004-cü  il  tarixli  01  №-li,  Azərbaycan  Respublikası  Konstitusiya 

Məhkəməsi  Plenumunun  «Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına  əlavələr  və 

dəyişikliklər  edilməsi  barədə»  11  iyun  2004-cü  il  tarixli  688-İİQD  saylı  Azərbaycan  Respublikası 

Qanununun  3-cü  hissəsinin  9-cu  bəndinin  və  4-cü  hissəsinin  7-ci  bəndinin  Azərbaycan  Respublikası 

Konstitusiyasının  130-cu  maddəsinin  9-cu  hissəsinə  uyğunluğunun  yoxlanılmasına  dair»  25  yanvar 

2005-ci il tarixli və “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət 

işləri  və  inzibati  hüquqpozmalara  dair  işlər  üzrə  məhkəmə  kollegiyasının  2005-ci  il  07  mart  tarixli 

Qərarının  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  qanunlarına  uyğunluğunun  yoxlanılmasına 

dair”  17  fevral  2006-cı  il  tarixli  qərarlarının  yuxarıda  sadalanan  normalarının  tələblərini,  eləcə  də 

Avropa  İnsan  Hüquqları  Məhkəməsinin  yuxarıda  göstərilən  presedentlərini  nəzərə  almaqla  məhkum 

edilmiş şəxsə ədalətli  cəza təyin etmişdir.  

Lakin birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məmmədov Ceyhun Məhəmməd 

oğluna  hökmlərin  məcmusu  üzrə  cəza  təyin  edərkən  məhkəmə  səhvə  yol  vermişdir.  Belə  ki, 

məhkəmənin  hökmündən  görünür  ki,  Ceyhun  Məmmədova  Azərbaycan  Respublikası  CM-nin  67.1-ci 

maddəsinə əsasən  Lənkəran  Ağır Cinayətlər Məhkəməsinin  19.09.2011-ci  il tarixli  hökmü  ilə CM-nin 

29,149.1-ci  maddəsi  ilə  təyin  edilmiş  4  il  6  ay  müddətinə  azadlıqdan  məhrum  etmə  cəzasının 

çəkilməmiş  qalan  3  ay  24  gün  hissəsi  həmin  hökm  üzrə  təyin  edilmiş  cəzaya  qismən  birləşdirilməklə 

ona  hökmlərin  məcmusu  üzrə  qəti  olaraq  9  (doqquz)  il  2  (iki)  ay  müddətə  azadlıqdan  məhrum  etmə 

cəzası  təyin  edilmişdir.  Lakin  iş  materiallarından  görünür  ki,  Ceyhun  Məmmədov  Lənkəran  Ağır 

Cinayətlər  Məhkəməsinin  19.09.2011-ci  il  tarixli  hökmünə  əsasən  CM-nin  29,149.1-ci  maddəsi  ilə 

təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin 

əvvəli  13  iyul  2011-ci  il  tarixdən  hesablanmışdır.  Ceyhun  Məmmədov  məntəqə  tipli  cəzaçəkmə 

müəssisəsində  olarkən  hazırki  cinayət  əməlini  törətmiş,  19  avqust  2015-ci  il  tarixdə  həbsə  alınmışdır. 

Göründüyü  kimi  həmin  cəzanın  4  ay  24  gün  hissəsi  çəkilməmiş  qalmışdır.  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin 19.09.2011-ci il tarixli hökmü ilə Ceyhun Məmmədova təyin edilmiş 4 il 6 ay müddətə 

azadlıqdan  məhrum  etmə  cəzasının  çəkilməmiş  qalan  4  ay  24  gün  hissəsi  hazırkı  10  fevral  2016-cı  il 

tarixli hökmlə təyin olunmuş cəzaya birləşdirilməli olduğu halda məhkəmə qanunsuz və əsassız olaraq 3 

ay  24  gün  hissəsini  qismən  birləşdirmişdir.  Bundan  əlavə  məhkəmə  Ceyhun  Məmmədovun 

cəzaçəkməsinin  əvvəlini  onun  həbsə  alındığı  tarixdən,  yəni  19.08.2015-ci  il  tarixdən  hesablamalı 

olduğu  halda,  həmin  hissədə  də  səhvə  yol  verərək  C.Məmmədovun  cəzaçəkməsinin  əvvəlini 

19.09.2015-ci il tarixdən hesablamışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsində göstərilir 

ki,  hökmlərin  məcmusu  üzrə  cəza  təyin  edilərkən,  məhkəmə  yeni  hökm  üzrə  təyin  edilmiş  cəzaya 

əvvəlki  hökm üzrə təyin  edilmiş cəzanın çəkilməmiş  hissəsini tamamilə  və  ya qismən  birləşdirir.  Ona 

görə  də  məhkəmə  kollegiyası  həmin  hissədə  apellyasiya  protestinin  dəlillərini  məqbul  hesab  edir  və 

həmin  əsasla  apellyasiya  protestini  qismən  təmin  etməklə  birinci  instansiya  məhkəməsinin  hökmünün 

dəyişdirilməsi qənaətinə gəlir. 

 

Bununla da məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə 



iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, 

həmçinin  apellyasiya  şikayətləri  və  apellyasiya  protesti  üzrə  apellyasiya  instansiyasında  aparılmış 

qismən  məhkəmə  istintaqının  nəticələrinə  əsaslanıb,  eyni  zamanda  onlara  obyektiv  hüquqi  qiymət 

verərək Məmmədov Ceyhun Məhəmməd oğlunun Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3-cü 

maddələri,  Məmmədov  Aqil  Məhəmməd  oğlunun  və  Həmidov  Əfqan  Əli  oğlunun  Azərbaycan 

Respublikası  CM-nin  221.3-cü  maddəsi  ilə  məhkum  edilmələri  barədə  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin 10  fevral 2016-cı  il tarixli, 1(089)-40/2016 nömrəli  hökmünü  ləğv edərək  iş üzrə  yeni 

hökm çıxarmağı, yaxud həmin  hökmü ləğv edərək cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar 

qəbul etməyi, yaxud Məmmədov Ceyhun Məhəmməd oğlunun törətdiyi cinayət əməllərini Azərbaycan 

Respublikası CM-nin 126.2.4, 221.3-cü maddələrindən,  Məmmədov Aqil Məhəmməd oğlunun əməlini 

isə 

Azərbaycan 



Respublikası 

CM-nin 


221.3-cü 

maddəsindən 

həmin 

Məcəllənin 



digər 

maddəsinə(maddələrinə) tövsif etməyi, yaxud da C.M.Məmmədova və A.M.Məmmədova təyin edilmiş 

cəzaları  yüngülləşdirməklə  və  (və  ya)  Ə.Ə.Həmidova  təyin  edilmiş  cəzanı  ağırlaşdırmaqla  həmin 

hökmü dəyişdirməyi məqsədəmüvafiq hesab etmir. Odur ki, məhkəmə kollegiyası Məmmədov Ceyhun 

Məhəmməd oğlunun  Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3-cü maddələri, Məmmədov Aqil 



 

 

 



20

Məhəmməd oğlunun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum edilmələri barədə 

Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli 

hökmündən  məhkum  edilmiş  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlu,  onun  müdafiəçisi  Musazadə 

Elşən  Möhrab  oğlu,  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  müdafiəçisi 

Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən  ayrı-ayrılıqda  verilmiş  apellyasiya  şikayətlərinin  təmin 

edilməməsini,  lakin  dövlət  ittihamçısının  apellyasiya  protestinin  qismən  təmin  edilməsini  və  hökmün 

həmin  apellyasiya  protestinə  və  Azərbaycan  Respublikası  CPM-nin  397-ci  maddəsinə  əsasən  əvvəlki 

hökm  üzrə  təyin  edilmiş  və  çəkilməmiş  qalan    cəzanın  yeni  hökm  üzrə  təyin  edilmiş  cəzaya  qismən 

birləşdirilməklə qəti cəza təyin edilməsi və cəza çəkilməsinin əvvəlinin müəyyənləşdirilməsi hissəsində 

dəyişdirilməsini məqsədəuyğun sayır.  

Azərbaycan  Respublikası  CPM-nin  398.1.4-cü  maddəsinə  əsasən,  apellyasiya  şikayətinin  və  ya 

apellyasiya  protestinin  baxışı  nəticəsində  apellyasiya  instansiyası  məhkəməsi  birinci  instansiya 

məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. 

         Həmin  Məcəllənin  399.3-cü  maddəsinə  görə,  işin  bütün  hallarının  araşdırılması  nəticəsində 

çıxarılmış  və  mahiyyətcə  düzgün  olan  birinci  instansiya  məhkəməsinin  hökm  və  ya  qərarı  yalnız  bu 

Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. 

 

Şərh  olunanlara  əsasən  və  Azərbaycan  Respublikası  CPM-nin  397-399,  403,    407-410  və  412-ci 



maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 

 

Q Ə R A R A    A L D I : 



 

   Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  126.2.4,  221.3-cü 

maddələri,  Məmmədov  Aqil  Məhəmməd  oğlunun  və  Həmidov  Əfqan  Əli  oğlunun  Azərbaycan 

Respublikası  CM-nin  221.3-cü  maddəsi  ilə  məhkum  edilmələri  barədə  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin 10   fevral 2016-cı  il tarixli, 1(089)-40/2016 nömrəli  hökmündən  məhkum edilmiş  şəxs 

Məmmədov  Aqil  Məhəmməd  oğlu,  onun  müdafiəçisi  Musazadə  Elşən  Möhrab  oğlu,  məhkum  edilmiş 

şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  müdafiəçisi  Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən 

ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin.  

     Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,    1(089)-40/2016  nömrəli 

hökmündən  dövlət  ittihamçısı  Məmmədov  Anar  Ələsgər  oğlu  tərəfindən  verilmiş  apellyasiya  protesti 

qismən təmin edilsin. 

  Lənkəran  Ağır  Cinayətlər Məhkəməsinin 10   fevral 2016-cı  il tarixli,  1(089)-40/2016  nömrəli 

hökmü dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlunun apellyasiya protestinə əsasən dəyişdirilsin.  

  Azərbaycan  Respublikası  CM-nin  67.1-ci  maddəsinə  əsasən,  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin 19.09.2011-ci il tarixli hökmü ilə Məmmədov Ceyhun Məhəmməd oğluna təyin edilmiş  

04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 24 

(iyirmi  dörd)  gün  hissəsi  hazırkı  hökmlə  təyin  edilmiş  cəzaya  qismən  birləşdirilməklə  ona  hökmlərin 

məcmusu  üzrə  qəti  olaraq  09  (doqquz)  il  02  (iki)  ay  müddətə  azadlıqdan  məhrum  etmə  cəzası  təyin 

edilsin. 

  Məmmədov Ceyhun Məhəmməd oğlunun cəza çəkməsinin  əvvəli 19 avqust 2015-ci il tarixdən 

hesablansın.  

  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,    1(089)-40/2016  nömrəli 

hökmü dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlunun apellyasiya protestinə əsasən qalan hissədə 

dəyişdirilməsin. 

 Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. 

 Qərardan  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsinin  410-cu  maddəsində 

nəzərdə  tutulmuş  müddətlərdə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Cinayət  Kollegiyasına 

kassasiya şikayəti və kassasiya protesti verilə bilər. 

 

           Sədrlik edən: İmza var. 

          Hakimlər:      İmzalar var. 

          Əsli ilə düzdür: Sədrlik edən:                  

 

   Amil Dosiyev 



 

 

 



21 

 

 



 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                Sədrlik edən:                                                           Amil Dosiyev    

 

 

                Hakimlər:   

 

                                     Zəki Babayev  

                                                                                                  Ələsgər Novruzov 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



22

 

           



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 



23 

 

 

 

 

 

 

 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə