Q ə r a r Azərbaycan Respublikası adından



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix08.07.2018
ölçüsü0,52 Mb.
#54235
1   2   3   4   5   6   7   8   9

 

 

 



13 

zəminində  hamar  səthli  küt  əşya  dəymə  və  sürtünmə  nəticəsində  əmələ  gəlməyə  xarakterikdir, 

müddətləri  02.05.2015-ci  il  tarixinə  uyğundur,  ayrı-ayrılıqda  və  məcmu  halında  sağlamlığa 

zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.  

İş  materiallarında  olan,  məhkəmə-tibbi  ekspertizasının  rəyində  göstərilmişdir  ki,  Qurbanov 

Vüsal  Hikmət  oğlunun  məhkəmə  tibbi  müayinəsi  zamanı  bədənində  aşağıdakı  xəsarət  aşkar 

edilmişdir. Sol baldır nahiyəsində çapıq toxuması. Həmin xəsarət kəsici-deşici alətin təsirindən əmələ 

gəlmişdir,  müddəti  02.06.2015-ci  il  tarixə  uyğun  gəlir  və  sağlamlığa  zərər  vurmayan  xəsarət  olduğu 

üçün dərəcəsi təyin edilmir.  

İş 


materiallarında  olan, 

məhkəmə-tibbi  eskpertizasının  rəyində 

göstərilmişdir  ki, 

Ə.Ə.Həmidovda  sifətdə  kəskin  nəzərə  çarpan  asimmetiriya  və  mimika  pozğunluğu  törədən,  üz 

sinirinin  və  tüpürcək  vəzisinin  zədələnməsi  ilə  müşayiət  olunan  sifətin  sol  yarısının  kəsilmiş 

yarasından  sonrakı  kobud  çapıq  aşkar  olundu.  Həmin  xəsarət  kəsici  kənarı  olan  alətin  (əşyanın) 

təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 02.06.2015-ci  il tarixinə 

uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır 

zərər  vurmaya  aiddir. Ə.Ə.Həmidovda  aşkar edilmiş üz  sinirin  və tüpürcək  vəzisinin  zədələnməsi  ilə 

müşayiət  olunan  sifətin  sol  yarısının  kəsilmiş  yarası,  sifətdə  kəskin  nəzərə  çarpan  asimmetiriya  və 

mimika pozğunluğu törətdiyindən izi silinməz xəsarətlərə aid edilir.  

İş  materiallarında  olan,  məhkəmə-bioloji  ekspertizasının  rəyində  göstərilmişdir  ki,  Həmidov 

Əfqan  Əldi oğlunun  ABO  sistemi  üzrə qan  qrupu 0  alfa,  beta/1/-dir  (təqdim olunan sənədin  surətinə 

əsasən).  Ekspertizaya  təqdim  edilmiş  Həmidov  Əfqan  Əli  oğluna  məxsus  şalvar  üzərində  insan  qanı 

ləkələri  aşkar  edildi.  Bu  ləkələrdə  qanın  qrup  göstəricisi  ABO  sistemi  üzrə  təsdiq  olunduqda  yalnız 

«H»  antigeni  alındı.  «H»  antigeni  0  alfa,  beta/I/  qrupunun  əsasını  təşkil  edir.  Bu  qan  ləkələri  0  alfa, 

beta /I/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Həmidov Əfqan Əli oğluna məxsus ola bilər.  

İş  materiallarında  olan,  məhkəmə-trassoloji  ekspertizasının  rəyindən  görünür  ki,  tədqiqata 

təqdim edilmiş paltarlardan köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi 

yeri  və ölçüsü  verilib. Həmin  zədə kəsici, ucu deşici  xassəyə  malik olan  predmetin təsiri  nəticəsində 

yaranmağa xarakterikdir. Belə predmetə kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri də aiddir. 

Təqdim edilmiş şalvarın üzərində hər hansı bir zədə yoxdur. A.M.Məmmədovun bədəni üzərində olan 

xəsarətlə ona  məxsus  köynəyin  üzərində olan zədə uyğunluq təşkil  edir  və üst-üstə düşürlər. Təqdim 

edilmiş  köynəyin  üzərində  olan  zədə  qərarın  təsviri  hissəsində  qeyd  olunan  şəraitdə  (dolu  şüşə  ilə) 

yaranması istisna olunur.  

İş  materiallarında  olan,  kompleks  məhkəmə-psixiatrik  və  psixoloji  ekspertizasının  rəyindən 

görünür  ki,  Məmmədov  Ceyhun  Məhəmməd  oğlu  ona  şamil  edilən  hazırkı  cinayət  hadisəsini 

törədərkən  patoloji  və  yaxud  fizioloji  affekt  vəziyyətində  olmamışdır  (keçirməmişdir).  Ceyhun 

Məmmədov  ona  şamil  edilən  hazırkı  cinayət  hadisəsini  törədərkən  onda  hərəkətlərinə  mühüm  təsir 

göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər (həyəcan və s.) olmamışdır.  

İş  materiallarında  olan,  məhkəmə-psixiatrik  ekspertizasının  rəyindən  görünür  ki,  Məmmədov 

Ceyhun Məhəmməd oğlu ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki 

xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni 

anlaqlı  olmuşdur.  Ceyhun  Məmmədovun  əməli  CM-nin    21.1  və  22-ci  maddələrinin  təsiri  altına 

düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur.  

İş  materiallarında  olan,  məhkəmə  narkoloji  ekspertizasının  rəyindən  görünür  ki,  Məmmədov 

Ceyhun  Məhəmməd  oğlu  narkotik  vasitələrdən  istifadə  etmir,  narkomaniya  ilə    xəstə  deyil, 

narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.  

İş  materiallarında  olan,  ibtidai  istintaq  orqanının  qərarından  görünür  ki,  Həmidov  Əfqan  Əli 

oğlu mülki iddiaçı kimi tanınmışdır.  

«Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi 

Plenumunun  23  mart  2004-cü  il  tarixli  01  №-li  Qərarının  2-ci  bəndində  göstərilir  ki,  izah  edilsin  ki, 

Cinayət Məcəlləsinin  xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci  maddəsinin  mətnində nəzərdə 

tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, 

əxlaq  normaları  ilə,  habelə  qüvvədə  olan  qanunvericiliklə  müəyyən  edilən  qarşılıqlı  davranış  və 

birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, 




 

 

 



14

ictimai  və  ya  şəxsi  mənafelərə  əhəmiyyətli  zərər  vuran  və  ya  cəmiyyətdə  insanlar  arasında  bərqərar 

olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa 

düşülür.  Cəmiyyətə  açıqca  hörmətsizlik  etmə  dedikdə  isə  təqsirkarın  ətrafdakı  şəxslər  üçün  aşkar 

surətdə  ictimai  qaydaya  əhəmiyyətli  dərəcədə  laqeydlik,  etinasızlıq  göstərməsi,  cəmiyyətdə  hamı 

tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir 

çox  insanın  və  ya  cəmiyyətin  hər  hansı  bir  üzvünün  mənafelərinə  toxunan  hərəkətlər  etməsi  başa 

düşülür. 

Həmin  Qərarın  8-ci  bəndində  qeyd  olunur  ki,  xuliqanlıq  hərəkətlərinin  odlu  silah,  soyuq  silah, 

habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi ilə müşayiət 

edilməsi,  təqsirkar  şəxsin  əməlinin  Cinayət  Məcəlləsinin  221.3-cü  maddəsilə  tövsif  edilməsi  üçün 

əsasdır. 

Həmin  Qərarın  9-cu  bəndində  göstərilir  ki,  izah  edilsin  ki,  xüsusilə  qərəzli  xuliqanlığa  görə 

məsuliyyət  nəzərdə  tutan  Cinayət  Məcəlləsinin  221.3-cü  maddəsinin  mənasına  görə,  silah  dedikdə, 

hücum  və  ya  müdafiə  üçün  uyğunlaşdırılmış  texniki  cəhətdən  yararlı  olan  vasitələrin  məcmusu  başa 

düşülür.  Buraya  cinayət  qanunu  ilə  qadağan  edilib-edilməməsindən  asılı  olmayaraq,  zavodda  və  ya 

kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə 

silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic 

və s.) başa düşülür. 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Cinayət  işləri  və  inzibati  hüquqpozmalara  dair  işlər  üzrə 

məhkəmə  kollegiyasının  2005-ci  il  07  mart  tarixli  Qərarının  Azərbaycan  Respublikasının 

Konstitusiyasına  və  qanunlarına  uyğunluğunun  yoxlanılmasına  dair”  17  fevral  2006-cı  il  tarixli 

Qərarında  qeyd  olunur  ki,  ...ictimai  qaydanı  kobud  surətdə  pozan  hərəkətlər  təqsirkarın  nəqliyyatın, 

müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin 

pozulmasına,  yaxud  vətəndaşların  hüquqlarının  və  qanuni  mənafelərinin  toxunulmazlığına  təhlükə  və 

həyəcanın  yaranmasına  səbəb  olan,  habelə  qanunvericiliklə  tənzimlənən  birgəyaşayış  qaydalarının 

qərəzli  surətdə  pozulmasında  ifadə  olunan  hərəkətləridir.  Cəmiyyətə  açıqca  hörmətsizlik  ifadə  edən 

hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə 

laqeydlik,  etinasızlıq,  cəmiyyətdə  hamı  tərəfindən  qəbul  olunmuş  davranış  qaydalarına,  əxlaq  və 

mənəviyyat  normalarına  qarşı  saymamazlıq  göstərən,  bir  qrup  şəxsin  və  ya  cəmiyyətin  hər  hansı  bir 

üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir.  

 

    Azərbaycan  Respublikası  Konstitusiyasının  125-ci  maddəsinin  VII  hissəsinə  görə,  məhkəmə 



icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 

 Konstitusiyanın  129-cu  maddəsinin  III  hissəsinə  görə,  məhkəmə  qərarı  qanuna  və  sübutlara 

əsaslanmalıdır. 

 Azərbaycan  Respublikasının  CPM-nin  28.5-ci  maddəsinə  əsasən,  şəxsin  cinayət  törətməkdə 

təqsirli  olmasına  dair  məhkəmə  qərarı  mülahizələrə  əsaslana  bilməz  və  işə  aid  biri  digərinə  kifayət 

qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 

 Həmin  Məcəllənin  144-cü  maddəsinə  əsasən,  cinayət  təqibi  üzrə  toplanmış  sübutlar  tam, 

hərtərəfli  və  obyektiv  yoxlanılmalıdır.  Yoxlama  zamanı  cinayət  təqibi  üzrə  toplanmış  sübutlar  təhlil 

olunur  və  bir-biri  ilə  müqayisə  edilir,  yeni  sübutlar  toplanır,  əldə  olunmuş  sübutların  mənbəyinin 

mötəbərliliyi müəyyənləşdirilir. 

 Həmin  Məcəllənin  145.1-ci  maddəsinə  əsasən,  hər  bir  sübut  mənsubiyyəti,  mümkünlüyü, 

mötəbərliyi  üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış  bütün sübutların  məcmusuna  isə 

ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 

 Həmin  Məcəllənin  145.2-ci  maddəsinə  əsasən,  hakim  qanunu  və  vicdanını  rəhbər  tutaraq 

sübutların  məcmusunu  hərtərəfli,  tam  və  obyektiv  baxılmasına  əsaslanmaqla  öz  daxili  inamına  görə 

sübutları qiymətləndirir. 

          Həmin  Məcəllənin  146.1-ci  maddəsinə  əsasən,  cinayət  təqibi  üzrə  toplanmış  sübutların  kifayət 

etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar 

sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə