Teoloji davranış (məqsədyönlü fəaliyyət) mənfi əks-əlaqəni tələb edir, yəni
müəyyən məqsədə çatmaq üçün ―ondan çıxan sinqalların olması zəruridir ki, davranış
istiqamətlənsin‖ (8, s. 300).
Idealist fəlsəfi nəzəriyyə olan teologiyada hesab olunur ki, gələcəyə aid olan ―son
səbəblər‖ (məqsədlər) konsepsiyasından istifadə etməklə kainatın qanunlarını təsvir və izah
etmək olar. Hələ antik filosoflar tərəfindən inkişaf etdirilmiş Kainata teoloji baxış Qaliley
və Nyutonun zamanında rədd edilmişdi, bu zaman fizikada olan mexaniki konsepsiyalar
―son səbəblər‖dən istifadə etmədən qabaqda olan metafiziki səbəblər əsasında hərəkət
qanunlarını izah etməyə imkan verdilər.
Amma kainata metafiziki baxışlar uzun müddət hökmranlıq etsələr də, canlı təbiətdə
baş verən bir çox hadisələri izah etmək iqtidarında deyildilər.
Kibernetika məqsədli (teoloji) izahat anlayışını yenidən elmi ifadə kimi işlətməyə
başladı. Əks əlaqə prinsipinin vacibliyi texniki sistemlərin işlənib hazırlanması zamanı dərk
edildi. Viner qeyd edirdi ki, yunanca ―sükançı‖ sözündən əmələ gələn ―kibernetika‖
terminini seçərkən ―biz bununla etiraf edirdik - əks əlaqəli mexanizmlər üzrə ilk ən
əhəmiyyətli iş Klark Maksvel tərəfindən 1868-ci ildə nəşr edilmiş nizamlayıcı mexanizmlər
haqqında məqalədir... Biz həm də onu qeyd etmək istərdik ki, gəmilərin sükan
mexanizmləri həqiqətən də yaxşı hazırlanmış ilk əks əlaqəli qurğulardan biri olmuşdur‖ (8,
s. 28). O, hesab edirdi ki, canlı varlıqlarda mənfi əks əlaqələrin olması canlı təbiəti cansız
təbiətdən fərqləndirən əsas xüsusiyyətdir. Texniki sistemlər konstruktorun istəyinə görə əks
əlaqəyə malikdirlər. Qeyd etmək lazımdır ki, Vinerdən 15 il əvvəl A.P.Anoxin də təsdiq
etmişdir ki, mənfi əks əlaqələrin olması orqanizmlərin sabitliyini təmin edir və canlı
varlıqlarda homeostazisin qorunub saxlanmasına məqsədli şəkildə meyl yaradır. Daha
əvvəllər A.A.Boqdanov yazırdı ki, hər hansı bir xaccənin təşkilinin inkişafı üçün mənfi və
müsbət əks əlaqələrin olması zəruridir.
Indiki dövrdə sistem dedikdə çox vaxt ―adaptiv tam‖ kimi başa düşülür, bununla da
sistemin dəyişkən xarici mühit şəraitində öz identikliyini saxlamaq xüsusiyyətini qeyd
edirlər.
Sistem yanaşmasının praqmatik imkanların kifayət qədər az olsa da onun ideya və
metodları elmi təfəkkürün, mürəkkəb problemlərin həllində mərhələli yanaşmanın
yaranmasında və inkişafında şübhəsiz ki, pedaqoji dəyərə malikdir.
Sistem analizi problemin təkcə həlli deyil. Daha çox problemin qoyuluşu
metodologiyası kimi nəzərdən keçirərək 11 mərhələ seçək, onları keçməklə konkret
problemi ardıcıl və sistemli şəkildə analiz etmək olar:
1.
Tədqiqatın əsas məqsəd və məsələlərinin formalaşdırılması;
2.
Sistemin mərhələlərinin
müəyyən edilməsi, onun xarici mühitdən ayrılması;
3.
Sistemin elementlər siyahısının (sistemaltı sistemlərin, faktorların, dəyişkənlərin
və s.) tərtibi;
4.
Sistemin tamlığının
mahiyyətinin müəyyən edilməsi;
5.
Sistem elementlərinin qarşılıqlı əlaqəsinin analizi;
6.
Sistemin strukturunun qurulması;
7.
Sistemin və sistemaltı sistemlərin funksiyalarının müəyyən
edilməsi
8.
Sistemin və sistemaltı sistemlərin məqsədlərinin uzlaşması;
9.
Sistemin və hər bir sistemaltı sistemin sərhədlərinin
dəqiqləşdirilməsi;
10.
Emercentlik
təzahürlərinin analizi;
11.
Sistem modelinin quraşdırılması.
Maraqlıdır, cəmiyyətin idarə olunması haqqında elmi ilk dəfə kibernetika adlandıran
fransız fiziki Amper (1834) olmuşdur, polşalı hehelçi-filosof B.Trentovski isə artıq 1843-cü
ildə ―Xalqı idarə etmək sənəti kimi kibernetikaya fəlsəfənin münasibəti‖ kitabını nəşr
etmişdir.