3.
Sosial sistem bir adamdan ibarət ola bilərmi və ya ən azı iki adam tələb olunur?
4.
Akoffun sistemə verdiyi anlayışdan istifadə edərək öz təhsil müəssisənizin tərkibini
analiz edin. Sistemin hansı hissələrinin ən çox əhəmiyyətli olduğu məlum olacaq?
Əhəmiyyətsiz hissələrlə nə etmək lazımdır? Aşağıdakılar avtomobillin ən əhəmiyyətli
hissələri ola bilərmi: a) onun rəngi; b)
motorun rəngi; c) sürücünün paltarının rəngi?
5.
Bəzən sosial sistemləri məqsədyönlü sistemlər sinfinə aid edirlər (1). Sosial sistem
bir yox, bir neçə məqsədə doğru gedə bilərmi?
6.
Sosial sistem düşünə bilərmi?
7.
Canlı sistemlərdə autopoyezis prosesləri üçün yaddaş lazımdırmı?
8.
Əgər sosial sistemə Lumanın verdiyi tərifi əsas götürsək, onda emercentlik
anlayışını istifadə etmək zəruridirmi?
9.
Kifayət qədər dəqiq tərif verməyə çalışın:
a)
Sosial
sistemin sabitliyinə
b)
Sosial sistemin inertliliyinə
10.
Hesab edək ki, iki müşahidəçi bir sosial sistemi tədqiq edir. Onların sistem
haqqında təsəvvürləri həmişə üst-üstə düşəcəkmi?
11.
Əlilin sosial sistemdə iştirakını könüllülük – icbarilik şkalası üzrə qiymətləndirmək
olarmı? Sistem intizamı anlayışına tərif verin.
12.
R.Akoff hesab edir ki, XX əsr sistem əsridir. Digər alimlər isə, əksinə, hesab edirlər
ki, XX əsrin sonunda sistemin nüfuzu azalır, sistem emansipasiyası prosesləri üstünlük
təşkil etməyə başlayır. Siz hansı mövqeyi müdafiə edirsiniz?
13.
P.A.Sorokinin fikrinə görə hər hansı bir təşkil olunmuş sosial qrup sosial sistemdir
və onun mütləq insanlardan ibarət olması heç də vacib deyildir. Sorokinə görə quş sürüsü,
arı dəstəsi də sosial sistemdir. Bu halda kompyuterlər şəbəkəsi sosial sistem sayıla bilərmi?
14.
Sorokin mədəni sistem adı altında norma, dəyər, ideya, maddi predmetlərin –
mədəni fenomenlərin hansılar ki, ideoloji davranış, maddi və ya qarışıq formaya malik ola
bilər – qarşılıqlı şəkildə bağlı olan birliyini nəzərdə tuturdu. Amma bundan heç də belə bir
nəticə çıxmır ki, mədəni sistem sadəcə olaraq sosial sistemin sistemaltı sistemdir. Bir sosial
sistemin üzvləri müxtəlif sistemlərə istiqamətlənə bilir. Elm, katolisizm, ingilis dili kimi
mədəni sistemlər çoxlu adalar – sosial sistemlər – ilə əhatə olunmuş okean kimi nəzərdən
keçirilə bilər (50, s. 33). Mədəni sistemi canlı sistemlər sinfinə aid etmək olarmı?
15.
Sistemin müxtəlif təriflərinin qarşılıqlı əlaqəsini daha yaxşı hiss etmək üçün
Mencers (46) 1980-ci ildə P.Şuber tərəfindən icad edilmiş maraqlı ―Nomic‖ oyununu
oynamağı təklif edir. Bu oyun – qanunları ancaq qanunlar yarada bilər – prinsipinin
fəaliyyətini nümayiş etdirmək üçün xüsusi olaraq yaradılmışdı. Nəzərdə tutulur ki, dəyişən
və dəyişməyən olmaqla iki tip qaydalar mövcuddur. Oyunçular əvvəlcədən müəyyən
edilmiş qaydalara uyğun olaraq gedişlər edirlər. Hər bir gediş cümlələrdən, müzakirələrdən,
daha sonra isə qaydaların dəyişdirilməsi səbəbi ilə səsvermədən ibarətdir.
16.
Üç tipdə dəyişiklik mümkündür:
1)
Qaydaların üstündən xətt çəkmək, yenilərini yaratmaq və ya dəyişdirilən qaydalarda
düzəlişlər etmək;
2)
Dəyişmələrin
üstündən xətt çəkmək, yenisini yaratmaq
və ya dəyişikliklər etmək;
3)
Dəyişməz qaydaları dəyişənlərin sırasına keçirmək və ya əksinə.
Əgər oyunçuların əksəriyyəti dəyişikliyin lehinə səs verirsə, o, qəbul olunur. Oyunun
gedişində ən qəribə metamorfozların baş verməsi mümkündür.
Oynayın, sonra isə bu oyunun sosial sistemlərin hansı aspektlərin modelləşdirdiyini
analiz etməyə cəhd edin.
Ədəbiyyat.
1.
Акофф Р. Планирование будущего корпорации. М.: 1985.
2.
Алексеев П.В., Панин А.В. Философия. М.: Проспект, 1996.