Belə situasiyada sistemin qarşılıqlı əlaqədə olan elementlərin sabit strukturu ilə fiksasiya
olunmuş bir tam kimi anlanması adekvatdır. Amma, əgər biz sistemin dinamikasını
müşahidə etməyə başlasaq – yəni, konkret, onda asanlıqla əmin olarıq ki, əsas sistem
anlayışlarının dəqiqliyi və aydınlığı əriyib gedir.
Sosial və bioloji sistemlərin spesifikası bənzərlik problemini birinci plana çəkir
(texniki sistemlər üçün isə trivallığı) – zaman daxilində dəyişmiş sistem əvvəlki kimidir və
ya bu tamam başqa bir sistemdir?
Növbəti misalı nəzərdən keçirək. Fərz edək ki, siz bir müşahidəçi kimi
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti kimi sosial sistemin onun fəaliyyətini
yaxınlaşdırmaq məqsədi ilə öyrənirsiniz. Siz zəruri olaraq rektorun və dekanların
mövqeyini, tədrisin səviyyəsini, tələbələrin motivasiyasını, binaların və bufetlərin
vəziyyətini, laboratoriya və kompyuter siniflərinin təchizatı, maliyyələşdirilmənin
durumunu və s. öyrənməlisiniz.
Indi nəzərdə tutaq ki, müşahidəçinin qarşısına başqa bir məsələ qoyulmuşdur –
MDU sisteminin son 25 il ərzində fəaliyyətinin analiz edilməsi. Bu müşahidə dövrü ərzində
bir neçə rektor dəyişilib, yeni fakültələr açılıb, dövlət dəyişilib, ideologiya dəyişilib. MDU-i
haqqında bir sosial sistem kimi nə demək olar, görəsən o qədər dəyişibmi ki, tamam başqa
sosial sistemlər haqqında danışmaq lazım gələcək və ya o, öz eyniyyətini qoruyub
saxlamışdır?
Üzvi sistemlərin eyniyyət problemləri üzərində düşünərək alimlər belə bir nəticəyə
gəldilər ki, canlı sistem nəzəriyyəsinin əsas anlayışı təşkilatdır (29, s.66). Təşkilat sistemi
bir tam kimi müəyyən edir və onun mahiyyətini aşkara çıxarır. Bir tipdən olan sistemlər bir
təşkilata malikdirlər. ―Məhz sistemin təşkilatlanmasında (hissələrin) uzlaşmış şəkildə
qarşılıqlı fəaliyyətində onun öz eyniyyətini qorumaq qabiliyyəti vardır‖ (29, s.103).
A.Rapoportun elmi işində ―üzvi sistem tanınan və eyniyyətə malik bir şey kimi
müəyyən olunur, yəni o, vəziyyətin dəyişməsinə baxmayaraq öz-özlüyündə qalır.
Eyniyyətin məhz belə qorunub qalması tanınma aktında öz əksini tapır‖ (29, s.102).
Çili bioloqları U.Maturana və F.Varelin (45) elmi əsərləri bioloji və sosial sistem
nəzəriyyələrinin müasir vəziyyətinə çox təsir göstərmişdir. Canlı sistemləri cansızlardan
ayırmağa çalışan Maturana ―autopoyezis‖ (özünüyaratma, özünütörəmə) anlayışını elmi
dilə daxil etdi.
Autopoyetik proseslərin köməyi ilə sistem onun təşkilatında olan komponentlərinin
özünütörəmə
proseslərini həyata keçirir, bu şəkildə öz eyniyyətini qoruyub saxlayır.
M.Zeleni özünütörəməyə növbəti misalı sadə canlı sistemdən – bioloji hüceyrədən
gətirir: hüceyrə - bu orta hesabla 105 makromolekuldan ibarət olan mürəkkəb sistemdir.
Tam həyatı boyu həmin hüceyrənin bütün makromolekulları təqribən 104 dəfə təzələnir. Bu
zaman bütün proses boyu hüceyrə öz fərqli xüsusiyyətlərini, bağlılığını və nisbi
müstəilliyini qoruyub saxlayır. O, külli miqdarda komponent törəyir, amma eyni zamanda
özündən başqa heç bir şey törəmir. Komponentlərin özləri aramsız olaraq
və ya dövri olaraq
dağılır və yenidən yaranır, yaranır və ölürlər, törəyirlər və istifadə olunurlar, eyni zamanda
tam isə öz birliyini və bütövlüyünü qoruyub saxlayır – bu özünütörəmə (və ya autopoyezis)
adlandırılır (15, s.398).
Maturananın rəyinə görə autopoyezis prosesləri bütün sosial sistemlərə deyil, ancaq
―təbii‖lərə aiddir (məsələn: ailələlərə, klublara, siyasi partiyalara). 1970-ci ildə yazdığı elmi
əsərində Maturana qeyd edirdi ki, təşkilat sistemi bir tam kimi müəyyən edən əsas
münasibətləri təyin etdiyi halda, sistemin strukturu, yəni elementlərin qarşılıqlı təsiri,
əlaqəsi, dəyişə bilər. Sistemlərdən bəzisi bir neçə struktura malik ola bilər və ətraf mühitlə
yaxşı qarşılıqlı əlaqədə olmaq məqsədilə onları dəyişə bilər. Bu barədə demək olar ki,
sistem digər sistemlər və xarici mühit ilə strukturlu bağlılıqlar qurur. Mühüm olan bir şeyi
də qeyd edək ki, ətraf mühitdə baş verən dəyişikliklərə reaksiya vermək və hansı şəkildə
vermək seçimini sistem özü edir. ―Canlı sistem öz təşkilatı vasitəsilə öz identikliyini
itirmədən görə biləcəyi bütün qarşılıqlı əlaqələr sahəsini müəyyən edir‖ (21, s.99), buna
görə də canlı sistemin dəyişən ətraf mühitdə səmərəli olaraq mövcud olması onu göstərir ki,
bu sistem ―biliklərə‖ malikdir, o, mühiti həm tanıya, həm də öyrənə bilir.
Maturana koqnitiv
(idraki) sistemə aşağıdakı tərifi verir: ―bu elə bir sistemdir ki, onun təşkilatı qarşılıqlı əlaqə
sahəsini müəyyən edə bilir, harada ki, o, özü-özünü dəstəkləmək üçün fəaliyyət göstərə
bilər, dərk etmə prosesi isə bu sahədə aktual (induktiv) fəaliyyətdir və ya davranışdır. Canlı
sistemlər – koqnitiv sistemlərdir, həyat isə bir proses kimi dərketmə prosesindən ibarətdir.
Bu fikir bütün orqanizmlər üçün etibardır – həm əsəb sisteminə malik, həm də malik
olmayan― (21, s. 103).
Maturana qeyd edir ki, canlı sistemlər haqqında bütün müddəalar müşahidəçi
tərəfindən söylənir. Müşahidəçi – insandır, yəni canlı sistemdir, buna görə də o, sistem ilə
mühit arasında fərq qoya bilər və bu fərqi dil vasitələri ilə təsvir edə bilər. Amma, canlı
sistemlərə aid olan hər şey, həm də ədalətli olaraq müşahidəçinin özünə də aiddir.
Müşahidəçi tərəfindən həyata keçirilən dərketmə prosesi üzərindəki refleksiya Maturana
nəzəriyyəsinin ən vacib nöqtələrindən biridir və onun ideyalarını məhz canlı sistemlərin
hüdudlarından uzaqlara yayılmasına yardım göstərir.
Sistem dəyişmələrinin analizi fərqlərin tanınması kimi fundamental problemi ön
plana çıxarır. ―Fərqlər dünyanı iki yerə bölür: ―buna‖ və ―ona‖, ―mühitə‖ və ―sistemə‖,
―bizə‖ və ―onlara‖ və s. İnsan fəaliyyətində fərqləndirmə ən vacib yerlərdən birini tutur və
əlbəttə ki, sistemlər haqqında elmdə ən vacib işlərdən biridir, belə ki, sistemin hər hansı bir
tərifi məhz sistem və onun mühiti arasındakı fərqdən ibarətdir‖ (15, s. 317). Son
mülahizələr Braunun formaların hesablanması məntiqinə əsaslanır, hansı ki, obyektlər
üzərində deyil, fərqləndirmələr üzərində iş aparmağı tələb edir.
N.Luman sosial sistem nəzəriyyəsinin öz variantını hazırlayan zaman məhz
fərqləndirmə məntiqindən istifadə etmişdir. O, hesab edirdi ki, ―sistem dedikdə müəyyən
növ obyektləri deyil, müəyyən fərqləri, məhz sistem ilə ətraf mühitin fərqlərini nəzərdə
tutmalıyıq. Sistem fərqləndirmə formasıdır, yəni iki tərəfə malikdir: sistem (formanın daxili
tərəfi kimi) və ətraf mühit (formanın xarici tərəfi kimi). Ancaq hər iki tərəf fərq yaradır,
forma yaradır, anlayış yaradır‖ (18, s. 28).
Növbəti mərhələdə fərqləndirmə əməliyyatı sistemin özünə qarşı tətbiq olunur,
hansında ki, tam və hissələr ayrılır, yəni sistem differensiallaşır.
Luman bir sıra işlərində autopoyezis konsepsiyasını sosial sistemlər nəzəriyyəsinə
tətbiq etməklə inkişaf etdirir (44). Luman hesab edir ki, sosial sistemlərin mövcudluğunun
üsulu autopoyezisdir – sistemin işə salan (törədən) və onun sonrakı
fəaliyyətini elementlərin
dəyişdirilməsi strukturun yenidən qurulması və onun xarici şərtlərə qarşı adaptasiya
olunması yolu ilə təmin edən şey. Autoporyezis – bu təkcə ölüb gedənin sadəcə
dəyişdirilməsi deyil, həm də onların özünəməxsus bir şəkildə fəaliyyətə məcbur
edilməsidir.
80-ci illərin ortalarında Luman belə bir nəticəyə gəlir ki, sosial sistem
kommunikasiyaların təkrar istehsalıdır. ―Sosial sistem həmişə o zaman qurulur ki, onda
kommunikasiyaların autopoyetik münasibətləri həyata keçir, hansılar ki, xarici mühitdən
uyğun kommunikasiyaların məhdudlaşdırılması vasitəsilə ayrılırlar. Beləliklə, sosial sistem
insanlardan
və ya fəaliyyətdən deyil, kommunikasiyalardan ibarətdir (17, s. 127).
Luman bu yanaşmasının məhsuldarlığını hüquq sisteminin analizinin nümunəsində
nümayiş etdirir. Hüquq sistemi – bu qanuni kommunikativ aktların təkrar istehsalıdır. Hər
bir qanuni akt sistemi inkişaf və modifikasiya edir.
Hüquq sistemi normativ olaraq qapalıdır. Nəyin qanuni, nəyin isə qeyri-qanuni
olduğunu ancaq o, müəyyən edir. Bütün dəyişikliklər sistemin özü ilə müəyyən olunur. Bu
zaman məhkəmələr və həbsxanalar, hüquqşünaslar və cinayətkarlar hüquq sisteminə daxil
edilmirlər, onlar xarici mühitə aiddirlər.