Bu qədər radikal yanaşmaya elmi ictimaiyyətin müəyyən qədər müqavimətini
Luman qabaqcadan əmələ gələn humanistik mənfi rəy ilə izah edir – alimlərin bir qismi
adət üzrə hesab etməyə üstünlük verirlər ki, cəmiyyətin insanlardan və ya onların arasındakı
münasibətlərdən ibarətdir (18, s. 27).
Doğurdan da, ―insanı unutmaq‖ tələbi çoxları tərəfindən qeyri-təbii kimi qəbul
edilir, baxmayaraq ki, N.Lumanın özü hesab edirdi ki, ―sosial sistemlərin sosioloji
ərazisini‖, hansı ki, bütün sosioloji bilikləri inteqrasiya edən superərazi roluna iddia edə
bilər – başqa cür qalma olmaz.
Bir sıra alimlər hesab edirlər ki, sosial sistemlərin bu cür konsepsiyaları onların
fəaliyyət göstərməsində və onun bütövlükdə dəyişdirilməsində sistemin elementlərinin
(insanın, insan qruplarının) aktiv rolunu lazımi qədər qiymətləndirmirlər. U.Bakli,
A.Etsioni, M.Arçer, P.Ştompkanın və başqa alimlərin əsərlərində sosial sistem
nəzəriyyəsinə fəal yanaşma inkişaf tapmış (bax icmal (39, s. 242-254)
2
.
Bu elmi istiqamətə E.Giddensin strukturlaşdırma nəzəriyyəsi də aid oluna bilər. O,
aşağıdakı bir-biriləri ilə əlaqədə olan tərifləri verir:
sosial sistem – bu aktyorlar və ya kollektivlər arasında müntəzəm sosial təcrübə
kimi təşkil olunmuş münasibətlərin yenidən təkrarlanmasıdır;
strukturlar – transformasiya münasibətlərinin qaydaları, rusursları
və ya komplekti;
strukturasiya – strukturların varisliyi və ya dəyişdirilməsini, nəticədə isə sistemlərin
təkrar istehsalını idarə edən şərtlər.
Giddens hesab edir ki, sosial sistemlərin strukturasiyasının analizi aktyorların şüurlu
fəaliyyətinə əsaslanan özünütörəmə proseslərinin öyrənilməsi deməkdir. Strukturasiya
proseslərinin tədqiqi aktyorların sosial sistemlərinin eyni zamanda həm yaradıcıları, həm də
yaratdıqları olduğunu anlamağa imkan verir. Giddensin fikrinə görə strukturun sosial
elmlərdə qəbul olunmuş statik tərifinə hansı ki, sosial sistemin ən çox sabit aspektlərini
xarakterizə edirdi – cəm şəkildə olan struktur anlayışı əlavə etmək lazımdır, bu sistemin
dinamikasını daha yaxşı təsvir etmək imkanı verir, belə ki, struktur – vəziyyət deyil,
prosesdir. ―Strukturlar ikili təbiətə malikdirlər – onlar müntəzəm olaraq təşkil etdikləri
praktikanın həm vasitəsi, həm də nəticəsidirlər... Strukturları məcburiyyətə bərabər tutmaq
lazım deyil,
onlar təkcə məcbur etmirlər, onlar həm də inkanlar verirlər‖. Strukturları maneə
ilə eyniləşdirmək olmaz, belə ki, onlar həmişə həm məhdudlaşdırıcı, həm də stimullaşdırıcı
xüsusiyyətlərə malikdirlər.
Giddensə görə struktur sosial fəaliyyətlərin mümkün variantlarını tənzimləyən
qaydalar sisteminə analojidir (10). Struktur anlayışının bu cür genişləndirici traktovkası çox
güman ki, göründüyü universal nəzəriyyələrin qurulmasını asanlaşdırır, amma, buna bənzər
konsepsiyaların praktiki istifadəsini çətinləşdirilib. Son illər ictimai elmlərdə öyrənilən
sosial qarşılıqlı əlaqələrin tabe olduğu qaydaların məcmusunun analizi getdikcə daha geniş
tətbiq olunur.
Sosiologiya sahəsində qaydalar sistemi nəzəriyyəsini (social rule systems) Isveç
alimləri T.Berns və E.Flem inkişaf etdirirlər. Onlar hesab edirlər ki, fərdin fəaliyyəti əsasən
sosial olaraq müəyyən olunan qaydalar, eləcə də qayda sistemləri tərəfindən həm təşkil
olunur, həm də idarə olunur.
Isveç alimlərinin nəzəriyyəsi iki fundamental proses üzərində fokuslanır:
sosial qaydalar sisteminin formalaşması və islahat yolu
ilə dəyişdirilməsi;
sosial qaydaların tətbiqi, qaydaların yayılması üçün resursların səfərbər edilməsi.
Sosial qaydalar dedikdə norma və qanunlar, əxlaq prinsipləri, oyun qaydaları,
inzibati tənzimləmə prosedurları, adət və ənənələr, iqtisadi və siyasi institutların tələbləri və
müvafiq sanksiyalar başa düşülür. Qaydalar fərdin hərəkətlərini tənzimləyir, amma tam
2
Bax: История теоретической социологии: В 4 т. / Под ред. Ю.Н.Давыдова. СПб., 2000. Т. 4;
Теория общества / Под ред. А.Ф.Филиппова. М., 1999; Добреньков В.И., Кравченко
А.И. Социология: В 3 т. М., 2000
determinasiya etmir, onun əlində müəyyən qədər seçim azadlığı qalır. Hər hansı bir sosial
təşkilat – bu tam və ya qismən bölüşdürülmüş qaydalar sistemdir (41).
Strukturun çoxluğu ideyası U.Maturananın nəzəriyyəsində istifadə olunur. Onu da
qeyd edək ki, strukturasiya konsepsiyası autopoyezis konspesiyasını inkişaf etdirir.
K.Xübnerin tətbiq etdiyi tarixi qaydalar sistemi anlayışı da bu istiqamətdir. Xübnerin
fikrinə görə tarixi proseslərin analizi onların qaydalara tabe olduğunu göstərir... İnsan
həyatının nə qədər müxtəllif forma və tərəfləri vardırsa, belə qaydaların bur o qədər də
tipləri vardır. Bunlar gündəlik ünsiyyət və cürbəcür qarşılıqlı əlaqələrin tənzmlədiyi: biznes,
iqtisadiyyat və dövlət həyatının qaydalarıdır; incəsənətin, musiqinin, dinin və əlbəttə ki,
dilin yaşadığı qaydalardır. Bu qaydalar bir tərəfdən tarixən yarandıqlarına və tarixi
dəyişikliklərə məruz qaldıqlarına görə, digər tərəfdən isə, onlar bizim həyatımızın bütün
sahələrinə sistematik quruluş verdiklərinə görə, mən onları tarixi qayda sistemləri və ya
sadəcə olaraq sistemlər adlandırıram (38, s. 160). Xübner sistemli yanaşmadan elmin bilik
sistemi kimi inkişafının analizi üçün istifadə etmiş və diqqətini sistemin eksplikasıyası –
daxili inkişafı proseslərinə vermişdir, bu zaman həm sistemin mutasiya proseslərində, eləcə
də yeni sistemin yaranmasına aparan qaydaların dəyişməsi prosesində əsas qaydalar
dəyişilməz qalır.
Qaydalar sisteminin analizi müasir iqtisadi nəzəriyyənin təkamül iqtisadiyyatı,
neoinstitusionizm kimi istiqamələrində geniş istifadə olunur. Iqtisadiyyat üzrə Nobel
mükafatı laureatı D.Nort öz əsərlərində əsas diqqəti sosial institut və təşkilatların qaşrılıqlı
təsirinə verir. O, hesab edir ki, institutlar – cəmiyyətin ―oyun qaydalarıdır‖. Institutlar
özlərində bütün formal qanunları və qeyri-formal qaydaları, insanlar arasındakı
münasibətlərə müəyyən bir struktur vermək üçün insanlar tərəfindən yaradılmış bütün
məhdudiyyət formalarını toplayır
3
.
Bu cür yanaşma D.Norta və onun həmkarlarına nəinki iqtisadi, həm də konstitutsiya
və parlament kimi siyasi institutların fəaliyyətini müvəffəqiyyətlə analiz etməyə imkan
verdi.
Sistemli analiz - sürətlə inkişaf edən elmi istiqamətlərdən biridir və təbiət, texnika
haqqında elmlərə, humanitar sahələrə getdikcə daha geniş daxil olur. Tədqiq edilən
hadisələrin sistemli şəkildə dərk edilməsi elmi ifadələr sırasına tamlıq, struktur, emercentlik
sistemaltı sistem kimi mühüm anlayışları daxil edir və sözsüz ki, sosial reallığın dərindən
dərk edilməsində faydalıdır.
Hər bir cavan elmdə olduğu kimi, sistemlər nəzəriyyəsində də əsas müddəa və
posstulatların analizi üzrə intensiv tənqidi iş aparılır. Hətta sistem anlayışına onu çoxluqlar
anlayışından dəqiq ayırmaq üçün belə bir tərif vermək də çox çətindir. Anlayışlar ətrafında
mübahisələr mühüm olsa da bir qədər sxolastik çalarlıdır.
Sosial sistemlərin təbiəti haqqında nəzəri diskusiyalar oxucularda haqlı olaraq belə
bir sualın yaranmasına səbəb ola bilər:
Sistem kimi birmənalı olmayan və qeyri-müəyyən anlayışının
tətbiqinin heç olmazsa
hər hansı bir praktiki faydası varmı?
Hamısından maraqlı olanı odur ki, sistem yanaşmasının tətbiqi problemlərin həllində
həqiqətən də güclü vasitədir. Sistem analizindən istifadə haqqında konkret tövsiyyələrlə
növbəti fəsildə tanış ola bilərsiniz.
Məsələlər və tapşırıqlar
1.
Sistem ilə xarici mühit arasında sərhədi necə identifikasiya etmək olar? Sərhəd
sistemin bir hissəsidirmi?
2.
Siz hansı sosial sistemlərin bir parçasısınız? Bu sistemlər bir-biriləri ilə və ətraf
mühit ilə necə qarşılıqlı təsirdədirlər?
3
Норт Д. Институты, институциональные изменения и функционирование экономики. М.,
1997. С. 18.