Q63-001-15 Bakı şəhəri 04 dekabr 2015-ci IL



Yüklə 52,2 Kb.
səhifə2/3
tarix17.09.2018
ölçüsü52,2 Kb.
#69031
növüQaydalar
1   2   3

5. Müsahibənin keçirilməsi

 

5.1. Orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı müsahibənin keçirilməsi:



5.1.1. Namizədlərin daxili işlər orqanlarında xidmət keçmək üçün zəruri keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədi ilə test imtahanından keçid balı toplamış şəxslərlə Komissiya tərəfindən müsahibə keçirilir. Müsahibənin keçirilməsinə Nazirliyinin aparatının struktur qurumlarının rəisləri və mütəxəssislər cəlb edilə bilərlər.

5.1.2. Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə əvvəlcədən məlumat verilir. Müsahibəyə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər.

5.1.3. Müsahibə başlanarkən namizədlərin siyahısını elan olunur. Müsahibə aparan şəxs namizədlə yaxın qohumluq və ya şəxsi münasibətdə olduqda, o, həmin namizədlə müsahibədə iştirak etmir. Kifayətedici əsaslar olduqda, namizəd, müsahibə başlamazdan əvvəl müsahibə aparanlardan hər hansı birinə etiraz edə bilər. Etirazın qəbul və ya rədd edilməsini  Komissiyanın sədri həll edir.

5.1.4. Namizədlərlə müsahibə fərdi qaydada aparılır və 30 dəqiqəyədək davam edir.

5.1.5. Müsahibə zamanı hər namizədə 5 sual verilir və namizədin aşağıdakı xüsusiyyətləri qiymətləndirilir:

5.1.5.1. səliqəliliyi, etik normalara riayət etməsi, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliliyi, fikir və rəyini ifadə etmək  qabiliyyəti;

5.1.5.2. xidməti vəzifələrin yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktları tətbiq etmək üçün biliyi və bacarığı, o cümlədən təhsil səviyyəsi, peşə nailiyyətləri, xarici dilləri bilməsi, kompüterdə işləmək bacarığı və səviyyəsi;

5.1.5.3. təşəbbüskarlığı, analitik düşünmək qabiliyyəti, hadisələri obyektiv qiymətləndirmək, problemlərin həlli ilə bağlı qərar çıxarmaq bacarığı.

5.1.6.  Müsahibə zamanı namizədin verdiyi hər bir cavab Komissiyanın üzvü tərəfindən ayrı-ayrılıqda 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir və sonra komissiya üzvlərinin verdiyi ballar toplanaraq müsahibədə iştirak edən komissiya üzvlərinin sayına bölünür.

5.1.7. Müsahibənin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür.

5.1.8. Müsahibənin nəticələri üzrə namizəd mümkün balın 60 faizini topladıqda müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.

5.1.9. Komissiya üzvləri arasında müsahibə ilə bağlı fikir mübadiləsi keçirilə bilər. Suallar və cavablar komissiyanın üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilərək komissiyanın sədrinə təqdim edilir.

5.1.10. Hər namizədə onun xahişi ilə topladığı ballara dair arayış verilir.

5.1.11. Müsahibənin gedişi protokolla rəsmiləşdirilir. Protokolda namizədə verilmiş bütün suallar və onların cavabları qeyd edilir.

5.1.12. Müsahibənin nəticəsi üzrə qərar bu Qaydaların 2.9-cu bəndinin tələblərinə əməl edilməklə qəbul edilir.

5.1.13. Müsahibədə namizədin yaxınları və digər şəxslər müşahidəçi kimi  iştirak edə bilərlər.  

5.2. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı test imtahanlarında keçid balı toplamış namizədlərlə müsahibə Yerli Komissiya tərəfindən bu Qaydaların 5.1-ci bəndinə əsasən keçirilir.

 

6. Müsabiqənin yekunlaşdırılması, nəticələrinə dair



qərarın qəbul edilməsi

 

6.1. Müsabiqənin nəticələri namizədin test imtahanında və müsahibədə topladığı balların cəmlənməsi yolu ilə müəyyən edilir. Müsabiqə başa çatdıqdan sonra, müsbət nəticə əldə etmiş namizədlərin topladığı balların çoxdan aza doğru göstərilən siyahısı tərtib edilir. 



6.2. Müsabiqədə eyni keçid balı toplamış şəxslərdən - daxili işlər orqanları əməkdaşlarına, təhsil üzrə magistr ali elmi ixtisas dərəcəsinə malik olanlara, dövlət mükafatları ilə təltif edilənlərə, xarici dilləri mükəmməl bilənlərə, kompüterdə işləməyi bacaranlara, idmançılara üstünlük verilir və bu xüsusat tərtib olunmuş siyahıda qeyd olunur.

6.3. Müsabiqənin qalibləri - siyahı üzrə birinci namizəddən başlayaraq sıra ardıcıllığı ilə, müsabiqəyə elan olunmuş vakant vəzifələrin sayına uyğun namizəd ayrılmaqla müəyyən edilir. Siyahı üzrə sonuncu yerdə olan namizədlə eyni miqdarda bal toplamış, lakin bu Qaydaların 6.2-ci bəndində göstərilmiş xüsusatlar baxımından müsabiqənin qalibləri sırasına daxil edilməmiş namizədlər Nazirliyin kadr ehtiyatına götürülür və müsabiqə tam başa çatdıqdan sonra gələcəkdə vakant vəzifələr yarandıqda onların xidmətə qəbulu məsələsinə baxılır. Müsabiqənin qalibləri sırasına daxil edilməmiş digər namizədlər xidmətə qəbul edilmirlər. 

6.4. Müsabiqənin nəticələrinə görə xidmətə qəbul olunması tövsiyə edilmiş namizədlər Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən vakant vəzifələrə təyin edilir.

6.5. Xidmətə qəbul edilmiş namizədlərə xüsusi rütbə verilir və onlar ilkin hazırlıq kursuna göndərilirlər.

6.6. Müsabiqədə eyni keçid balı toplayan namizədlərin sayı daxili işlər orqanlarında vakant ştatların sayından artıq olduqda bu Qaydaların 6.2-ci bəndinə əsasən xidmətə qəbul edilməsi barədə qərar qəbul edilməyən namizəd ehtiyat kadr siyahısına daxil edilir və müvafiq ştat üzrə il ərzində vakant yer yarandıqda həmin vəzifəyə təyin edilir.

6.7. Səbəbindən asılı olmayaraq müsabiqənin hər hansı mərhələsində iştirak etməyən namizədin müsabiqədə sonrakı iştirakı dayandırılır və o, bu barədə yazılı məlumatlandırılır. 

6.8. Müsabiqəyə elan olunmuş vakant vəzifələrdən birini tutmaqdan imtina edən namizədin xidmətə qəbulu rədd edilir və müsabiqənin qaliblərinin siyahısı müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin hesabına sıra ardıcıllığı ilə genişləndirilməklə vəzifələr komplektləşdirilir.

6.9. Müsabiqənin nəticələri üzrə xidmətə qəbulu rədd edilmiş namizədlərə bu barədə məlumat verilir. Həmin namizədlər Nazirlik tərəfindən elan olunan sonrakı müsabiqələrdə ümumi əsaslarla iştirak edə bilərlər.

6.10. Orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqə başa çatdıqdan sonra 5 gündən gec olmayaraq müsabiqənin nəticələri elan olunur və Nazirliyin mətbu orqanlarında dərc edilir, həmçinin internet saytında yerləşdirilir.

6.11. Hüquq sahəsi üzrə elmi dərəcəsi olanların xidmətə qəbulu, habelə sıravi və kiçik, orta və böyük rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların qeyri-hüquq ixtisası üzrə mütəxəssis tələb olunan vəzifələrə irəli çəkilməsi müsahibə yolu ilə aparılır. Müsahibədə iştirak etmək istəyən şəxsin təqdim etdiyi sənədlər mövcud tələblərə uyğun gəldikdə onlara müəyyən olunmuş nümunə üzrə ərizə yazmaq təklif olunur (7 nömrəli əlavə). Mütəxəssis vəzifələrində xidmət edən əməkdaş işlədiyi sahə üzrə ali təhsilin müxtəlif pillələrində ixtisas dərəcəsinin artırılmasına göndərilə bilər.

Bu Qaydalar Nazirliyin konfidensial əsaslarla (tam məxfi) fəaliyyət göstərən qurumlarında xidmətə qəbula şamil edilmir və müvafiq məsələ daxili işlər nazirinin müstəsna səlahiyyətinə aid edilir.

6.12. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı müsahibə başa çatdıqdan sonra Yerli Komissiya tərəfindən namizədlərin öyrənilməsinə və yoxlanılmasına dair materiallar, onların test imtahanlarında topladıqları ballar, eləcə də müsahibənin nəticələri müzakirə edilərək qiymətləndirilir və səs çoxluğu ilə müsabiqənin qalibi (qalibləri) elan edilir.

Səslər bərabər olduqda yekun qərar Yerli Komissiyanın sədri tərəfindən qəbul edilir və protokollaşdırılır. Xidmətə qəbulla bağlı, o cümlədən müsabiqənin keçirilməsi prosesində toplanmış sənədlər şəxsi iş şəklində formalaşdırılır (tikilir).

6.13. Müsabiqənin keçirilməsi ilə bağlı bütün xərclər dövlət büdcəsi hesabına ödənilir.

 

DİN-in Baş Kadrlar İdarəsi


DİN-in «04» dekabr 2015-ci il tarixli Q63-001-15 №-li qərarı ilə təsdiq olunmuş Qaydalara

1 nömrəli əlavə



 

Daxili işlər orqanlarında xidmətə qəbul üzrə müsabiqədə iştiraka dair 

 

QEYDİYYATI JURNALI

 


Sıra

-si



Namizədin soyadı, adı, atasının adı

Anadan olduğu, gün, ay, il, yer və boy həddi

Qeydiyyatda olduğu /faktiki yaşadığı / ünvan, əlaqə telefonları

Nə vaxt, hansı təhsil müəssisəsini bitirib, ixtisası

Qeyd

1

2

3

4

5

6

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


DİN-in «04» dekabr 2015-ci il tarixli Q63-001-15 №-li qərarı ilə təsdiq olunmuş Qaydalara

2 nömrəli əlavə

 


 

(daxili işlər orqanı rəhbərinin vəzifəsi,

 

xüsusi rütbəsi, soyadı, adı, atasının adı

 

(namizədin ünvanı, soyadı, adı, atasının adı)

 

Ə  R  İ  Z  Ə

 

Daxili işlər orqanlarında (sıravi və kiçik) rəis heyəti vəzifəsinə xidmətə qəbul olunmağımı xahiş edirəm.



Daxili işlər orqanlarında xidmətə qəbulun və xidmət keçmənin şərtləri ilə tanışam, xidmətə qəbul olunmağımla əlaqədar, müəyyən olunmuş qaydada mənim və yaxın qohumlarım barədə məlumatların toplanılmasına, yoxlanılmasına və saxlanılmasına razıyam.

 

________________________



(imza, soyadı)

 

«____» _________20___ - сi il.



 

 

 



 

 


DİN-in «04» dekabr 2015-ci il tarixli Q63-001-15 №-li qərarı ilə təsdiq olunmuş Qaydalara

3 nömrəli əlavə



 

TƏRСÜMEYİ-HAL

 


 

 

 

Məlumatlar aşağıdakı ardıcıllıqla göstərilməklə, sərbəst formada, düzəlişsiz və şəxsin öz xətti ilə yazılır:

- şəxsin soyadı, adı, atasının adı, (dəyişdirilmiş əvvəlki soyadı, adı, atasının adı), anadan olduğu gün, ay, il və yer, vətəndaşlığı (vətəndaşlıq dəyişibsə səbəbi göstərilir), milliyyəti, ana dili, dövlət dilini hansı səviyyədə bilir;

- təhsili, harada, nə vaxt və hansı tədris müəssisəsini bitirib, ixtisası;

- hərbi xidmətə münasibəti, nə vaxt və hansı hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağırılmışdır, xidmət etdiyi hərbi hissənin yeri, nömrəsi, xidmət müddəti, tutduğu vəzifə, nə vaxt və hansı səbəbdən ehtiyata buraxılmışdır, ehtiyatdakı hərbi rütbəsi;

- müstəqil əmək fəaliyyəti, işlədiyi müəssisənin adı, yeri, tutduğu vəzifə, işdən çıxma səbəbi, işləmədiyi müddətdə məşğuliyyəti, kimin himayəsində olması, son iş yeri və vəzifəsi (tarixləri göstərməklə - ay, il);

- siyasi partiyaların üzvü olması və ya siyasi hərəkatlarda iştirakı;

- dini təşkilatların üzvü olması;

- idmanın hansı növü ilə məşğul olmuşdur, idman dərəcəsi;

- ailə vəziyyəti, nikahın bağlandığı vaxt (ər (arvad), uşaqlarının soyadı, adı, atasının adı, doğulduğu yer və tarix);

- şəxsin özünün və yaxın qohumlarının cinayət məsuliyyətinə cəlb olunub-olunmaması və məhkumluğu haqqında məlumat (nə vaxt, hansı orqan tərəfindən, cinayət məcəlləsinin maddəsi və cəza tədbiri);

- şəxsin yaxın qohumlarının, soyadı, adı, atasının adı, doğulduğu gün, ay, il, yer, iş yeri, vəzifəsi, qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan;

- şəxsin daimi qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan, telefon nömrəsi.

 

İmza və tarix.

 

 


DİN-in «04» dekabr 2015-ci il tarixli Q63-001-15 №-li qərarı ilə təsdiq olunmuş Qaydalara

4 nömrəli əlavə



 

A N K E T 

1. Soyadı, adı, atasının adı

 

 

(həmçinin dəyişdirilmiş soyadı, adı, atasının adı və  dəyişdirilmə səbəbləri)

 

 

2. Vətəndaşlığı

 

 

 

3. Təvəllüdü

 

 

(gün, ay, il )













 

4. Doğulduğu yer

 

 

(kənd, qəsəbə,  rayon, şəhər, vilayət, ölkə)

 

5. Milliyyəti

 

 

6. İctimai siyasi partiya və hərəkatlara, dini təşkilatlara mənsubluğu

 

 

(hansılarda, nə vaxtdan)

 

 

 

 

 

7. Təhsili

 

 

(tədris müəssisəsinin  tam  adı, bitirdiyi vaxt, ixtisası,

 

 

 

təhsil haqqında   sənədin  adı, seriyası nömrəsi)

 

8. Elmi dərəcəsi

 

 

(nə vaxt kim tərəfindən verilib)

 

 

 

9. Ana dili, dövlət dilini, hansı xarici dili və nə dərəcədə bilir

 

(sərbəst bilir, başa düşür və fikrini  izah edə bilir)

 

 

 

 

 

10. Özünün və yaxın qohumlarının cinayət məsuliyyətinə cəlb olunması və məhkumluğu

 

(tarixi, səbəbi, cəza tədbiri)

 

 

 

 

 


11. Hərbi xidmətə münasibəti

 

 

(çağırışçı, hərbi qulluqçu, hərbi vəzifəli)

 

 

(hərbi biletin seriyası, nömrəsi )

 

 

 

 


 

 


1

2

3

4

5

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 52,2 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə