adamların hesabına - öz sehrli arfasında çala-çala yaşayırdı. Bu, o idi – adamların
arasıyla,
dilənçi kökündə, cırıq pançoda və nimdaş fetr şlayapasında, qaşqabaqlı
üzüylə addımlayırdı. Bu miskin görünüşü ilə belə o yenə qorxunc görünürdü.
Onu ələ keçirmək - elə belə asan başa gələn məsələ deyildi. Həmin o gecə
qonaqlıqdan qaçanda, onu tutmaq istəyən qarovulun ən cəsur və çevik əsgərlərinin
üçünü də bircə həmləyə başsız qoyan o olmuşdu. Odu ki, prezident qatarı,
qəbristanlığı xatırladan bu hüznlü çölün düzündə, övliyanın başına yığışmış
camaatın yanında saxlamağı əmr elədi. Milli bayraq rəngində rənglənmiş qatardan,
prezidentin əlisilahlı mühafizəçiləri sıçrayanda, camaat göz qırpımında hərə bir
yana dağıldı, öz əfsanəvi arfasının böyründə oturan Saturno Santosdan savayı
ortada bircə adam belə qalmadı. Saturnonun əli qılıncının dəstəyini sıxır, bərəlmiş
gözləri prezident vaqonunun girəcəyinə zilləmişdi. General Saturno Santos,
vaqonun qapısında peyda olan orden-medalsız, hərbi səhra forması geymiş silahlı
adamı – öz qan düşmənini görəndə, heyrətə gəldi. Bu adam o qədər qoca, o qədər
yad idi ki, «elə bil
biz yüz il idi görüşmürdük, mənim generalım!» Prezident
Santosun gözünə yorğun və tənha, qara ciyərinin şıltaqlığından saralmış dərisi və
sulu gözləriylə xəstəhal göründüsə də, həm də onun qoca vücudundan axan qəribə
hökmranlıq dalğasını da hiss elədi. Həmin bu dalğanın havasını prezident, bu sayaq
havaların digər sahiblərinin hesabına - onları bircə-bircə məhv eləyə-eləyə yığıb
toplamışdı. Odu ki, general Saturno Santos da artıq ölməyə hazır idi, hakimiyyət və
yenə hakimiyyət ehtirasıyla yanan bu qocanı, heç nəyin və heç kimin saxlaya
bilməyəcəyini anlayıb, müqavimət göstərmək fikrindən birdəfəlik vaz keçmişdi,
lakin prezident Santosa öz əlini - manterayya* balığının bədəni kimi yumru və
yastı ovuclu əlini uzadıb: «Allah köməyin olsun, vətənin şanlı oğlu!..» - dedi. O,
yaxşı bilirdi ki, qəddi əyilməyən qürurlu düşmənə qalib
gəlmək üçün yeganə silah,
ona dostyana uzatdığın əldir. Və general Saturno Santos onun qarşısında dizi üstə
düşüb ayağının altındakı torpağı öpərək: «İcazə verin, əlim silah tutanacan sizə
sidq-ürəklə və inamla xidmət edim, mənim generalım!» - dedi. Bundan sonra o,
Saturno Santosu öz yanına xidmətə götürdü, onu öz şəxsi mühafizəçisi təyin edib,
belə bir şərt qoydu ki, Santos heç vaxt arxcasında dayanmamalıdı. O, stolüstü
oyunlarını da Saturno ilə birgə, dördəlli oynaya-oynaya, dövlət xəzinəsiylə qaçıb
gələn diktatorları udmaqla məşğul olmağa başladı. O,
bədəni heyvan iyi verən
ayağıyalın Santosu öz karetində gəzdirir, özü ilə hər yerə - diplomatik qəbullara
belə aparırdı. Santosun, bəbir iyini andıran qorxunc qoxusundan itlər də hürküb
kənara çəkilir, səfirlərin xanımlarının halı xarab olurdu. O, yuxusunu qorumağı
belə Santosun ixtiyarına verib, onu öz yataq otağının qapısı ağzında yatırdırdı. Özü
isə tənhalıq dolu gecələrlə, kiminsə lap yaxınlıqda yatdığından rahatlanır, onu
hədsiz qorxudub gecələrlə əziyyət verən, yuxularına daxil olub onunla təkbətək,
üzbəüz dayanan adamlardan beləcə qorunurdu…
O, Saturno Santosu uzun-uzadı illər – o biri padaqradan əziyyət çəkdiyindən
yatağa düşənə qədər, əlindəki arfa susana qədər,
Saturno Santos özünü onun
ayaqlarına yıxıb: «Öldürün məni, general! Bircə sizin buna haqqınız var!..» -
deyənə qədər, bir az aralıda da olsa, öz yanında saxladı. Sonra da babat təqaüd
kəsdirib, sədaqətli xidmətinə görə döş nişanı ilə təltif edərək, onu son mənzilinə
qovuşmaqdan ötrü, anadan olduğu düzənliyə göndərdi. Və hətta Santos, olan-qalan
41
qürurunu tapdayıb, zəifliyini gizləməkdən utanmadan: «Görürsüz, mənim
generalım, ən qüvvətli kişilər belə, vaxt gəlir, arvad kimi heydən düşüllər, onların
atabaatasının...» - deyəndə, generalın gözü yaşardı. Bəli, oğlunun prezident
kreslosuna nəyin bahasına gəlib çıxdığı Bendisyon Alvaradonun yaxşı yadındaydı
və heç kim, generalın əyər-əskikliyini, dövlət xəzinəsini balaca uşaq şadyanalığıyla
bərbad hala salmasını, xəzinənin pullarını necə gəldi, uşaqlıq və gənclik çağı
xərcələmək imkanı olmadığı üçün, necə gəldi, sağa-sola biməsrəf səpələməsini
onun qədər yaxşı bilə bilməzdi. Odu ki, adamların generalı asanlıqla aldatmaları,
qiymətlərdən başı çıxmadığından, əllərinə gələni – cürbəcür xarici cıncıq-mıncığı
ona yüz qatına sırımaqları onu əsəbiləşdirməyə bilməzdi. Axı, bütün bunların əsil
qiymətini,
kim də bilməsə, Allaha şükür, o ki bilirdi... Hər halda, bütün bunlar ən
azı onun, akvarelləriylə boyanıb bazara çıxardığı quşlardan ucuz idi. Bu ütük
quşların bu sayaq rənglənib ayrı bir qiyafəyə düşməsi, əməlli-başlı əl qabiliyyəti və
ustalıq tələb edirdi, ona isə, bu boyda əziyyətinə görə heç kim dörd yüz pesodan
artıq pul vermirdi. «Sənin bu oyuncaqlarına mənim sözüm yoxdur, amma hər halda
gələcəyi də fikirləşmək lazımdı.
Mən səni, prezidentlikdən gedəndən sonra,
şlyapanı uzadıb dilənən görmək istəməzdim. Allah eləməsin, əlbəttə, amma bu, bu
gün də olmasa, bir gün baş verə bilər, onda neyləyəcəksən? Yenə babat müğənni,
ya arxiyepiskop, ya da heç olmasa, dənizçi olsaydın... Sən generalsan, bircə onu
bilirsən ki, əmr verəsən: Bir-iki! Bununla dolanmaq olar?..»
O, oğluna, dövlət işlərinə ayrılmış xərclərdən qalan pulu, gözdəniraq, arxayın bir
yeri qazdırıb orda gizlətməyi öyrətdi və başa saldı ki, bu gizli yer haqqında heç
kim heç nə bilməməlidir. Bu pullar isə mütləq – öz ölkələrində taxtdan salınmış
diktatorlara, unudulub yaddan çıxmış, nə vatsa, bir gün onları vətənlərinə
qaytarmaq üçün ardlarıyca gələcək doğma gəmilərinin fitinə tamarzı qalmış
prezidentlərə lazım
olan kimi, bir gün ona da, canını götürüb qaçacağı gün lazım
olacaq: «Qayanın üstündəki o evdə yaşayanları tez-tez yadına sal və unutma ki,
onlara baxdıqca, bil ki, öz əksini görürsən.» Lakin, general ya qadının sözlərini
qulaqardına vurur, ya da həmişə dediyini deyirdi: «Heç nə olmaz, ay arvad,
qorxma, xalq məni sevir!» Bendisyon Alvarado beləcə – kasıbçılıqdan şikayətlənə-
şikayətlənə, bazarda bədxərclik eləyən qulluqçuları söyə-söyə, arada bir, xərcləri
azaltmaq məqsədi ilə öz naharından kəsə-kəsə yaşayırdı, heç kim də onun, artıq
çoxdan dünyanın ən dövlətli qadınlarından biri olduğunu üzünə deməyə cəsarət
eləmirdi. Dövlət səviyyəsində gedən bütün fırıldaq əməliyyatlardan gələn gəlir
Bendisyon Alvaradonun adına köçürülürdü. O, ucsuz-bucaqsız əkin
sahələrinin,
saysız-hesabsız mal-qara sürülərinin, tramvay xətlərinin, poçtun və teleqrafın, milli
suların sahibi olduğundan xəbərsiz idi, bizim ərazinin sularına düşüb çaylarımızla
üzən hər gəmidən alınan gömrüyün belə, onun adına köçürülməsini bilmirdi.
Bendisyon, bütün bu işlərlə yanaşı, oğlunun da, artıq onun təsəvvür elədiyi kimi,
cürbəcür oyuncaqlardan heyrətə gələn böyük uşaq olmadığından xəbərsiz idi. O,
oğlunun hələ o lap çoxdannan, mal-qaranın kəsilməyinə belə vergi qoymasından və
bu vergilərin qəpiyinəcən, onun şəxsi büdcəsinə axmasından, vəzifələrəə rüşvətlə
adam təyin eləməyindən, kiminsə vəzifəsini artırmaq səbəbiylə aldığı külli
miqdarda puldan, əlaltılarının vaxtaşırı ona əlaltdan ötürdükləri bahalı
hədiyyələrdən, lotereya oyunlarını belə onun
mənafeyinə işləyən xüsusi
42