Yuxarıdan əmr almışıq ki, var. Əmr almışıq ki, olmalıdır!» - deyirdilər. Onlar, nə
isə yaşıl rəngli, balaoxşar, müalicəvi məhlul hazırlayıb bu zəhrimardan,
bir ucdan,
sarayın bütün sakinlərinin – üzlərinə belə baxmadan, hamının – ən arıqların və ən
adlı-sanlıların bədənlərinə yaxırdılar; prezidentin qəbuluna gələnlər, hamılıqla
müəyyən məsafəyə riayət etməliydilər; o, salonun elə bir küncündə otururdu ki,
qəbula gələnlərin bura nəfəsi yox, ancaq səsləri çatırdı; o, burda, yüksək rütbəli
çılpaq adamlarla işgüzar məsələləri ucadan qışqıra-qışqıra müzakirə edirdi;
kandarda dayanan adamlarsa bir əllərini ona uzadıb: «Zat aliləri» - deyir, o biri
əlləriylə iyrənc maz yaxılmış sallaq üzvlərini örtməyə çalışırdılar; bütün bunlar –
yuxusuzluqdan əziyyət çəkdiyindən uydurduğu yoluxucu xəstəlik fəlakətinin
gedişini, bütün xırdalıqlarına qədər işləyib quran, camaatın canına vəlvələ salan
şayiələr buraxdıra-buraxdıra, «camaat az anladıqca, çox qorxacaq» əqidəsinə
əsaslanaraq, onları, öz axır-zaman peyğəmbərliyinə inanmağa məcbur edən bu
adamı xəstəlikdən qorumaqçun idi. Odu ki,
qorxudan rəngi, meyit rəngi alan
yavərlərindən biri ona: «Mənim generalım, əhali arasında taundan ölənlərin sayı
yaman çoxdu.» - deyə məlumat verəndə, onun qaşının ucu belə tərpənmədi.
Prezident karetinin tutqun şüşələrindən, bomboş, adamsız küçələri, onun əmriylə
dayanıb-dondurulmuş zaman deyilən mənzərəni, ölü kimi sallanan bayraqları
gördü; qırmızı dairəylə nişanlanmış evlərin qapıları möhkəm mıxlanmışdı; evlərin
pəncərələrinə qonmuş tox quzğunları, bir də həlak olanları, həlak olanları və yenə
həlak olanları gördü... Dörd bir tərəf, adam cəsədləri ilə dolu idi, o qədər cəsəd
vardı ki, saymaqla qurtarmazdı; meyitlər, üfunətli bataqlıqlarda
da gözə dəyirdi,
günəşin şüası düşən səkilərdə bir-birinin üstünə qalanmış meyitlər, bazarın tən
ortasında, tərəvəzin arasındaca çürüyürdü; meyitlərin sayı heç kimə məlum deyildi,
hər halda, onun, güman olunan düşmənlərinin sayından çox idi, onun görmək
istədiyindən xeyli çox idi; bir çoxunu, gəbərmiş köpək kimi zibil yeşiklərinə
tullamışdılar; o, qoturluq qoxusunu – əsl taun qoxusunu, çürüyən meyitlərin
üfunətindən, küçələrin həmişəki, başgicəlləndirən üfunəti içindən yaxşı duyurdusa
da, yenə özünü, hadisələrin mütləq sahibi,
sahibi-mütləq hiss edənəcən, bu dəhşətli
fəlakəti dayandırmağı, bütün bunlara son qoymağı tələb edən yalvarışları eşitmirdi,
geriyə çəkilmirdi və yalnız bu qanlı qırğını dayandırmağa, nə bəndənin, nə də
Allahın qüdrəti çatmadığı bilinəndə, küçələrdə naməlum karet göründü: bunun, buz
kimi qorxunc hakimiyyət kareti olmasına əvvəlcə heç kəs fikir vermədi; içərisi,
qara, matəm məxmərli karetin pəncərəsindən donuq gözlər, nazik, əsəbi dodaqlar,
bir də evlərin qapılarına bir çimdik duz atan ağ əlcəkli əl görünürdü; biz, qardeniya
cəngəlliklərinin arasıyla, bəbirləri hzürküdə-hürküdə şütüyən, sanki dırnağı üstə
ucqar dağ kəndlərinə dırmanan, milli bayraq rəngli qatarı gördük; vaqonun pərdəsi
arxasından görünən tutqun gözləri, yaslı çöhrəni, artıq heç bir həyat əlaməti
olmayan əli gördük; qramafonun şux mazurkalar yağdıra-yağdıra qumsal
dayazlıqların, meşəni böyrü üstə yıxan bahar selinin qırıb tökdüyü ağac yığnaqları
arasıyla
güc-bəlayla irəliləyən, Nuh əyyamından qalma, təkərli paraxodu gördük;
prezident kayutunun pəncərəsindən biz, qürub günəşi kimi sönmüş gözləri, solğun
dodaqları, susuzluqdan inildəyən kəndlərə bir çimdik şəfa duzu səpən bu əlin,
ancaq bir barmağanı gördük; bu düzü dadanlar, yaxud, duzlu yeri yalayanlar,
153
dərhal sağalır, min bir xəstəlikdən, gözdəymədən, bir sözlə, bütün dərd-bəladan
uzaq olurdular.
İndi - axır günlərinin yaxınlaşdığı bir
vaxtda o, yenə, həmin işlənmiş, köhnə, saxta
bəhanələrlə ölkənin yenidən işğalına razılıq vermək təkliflərinə təəccüblənmədi,
amma: «Qoyun, dəniz piyadaları qayıtsın, general, qoy onlar, insan ömrünü yüz
iləcən uzadan, ağ binalı xəstəxanaların önündəki yaşıl çəmənliklərə pestisid səpən
fəvvarəli maşınlarla gəlsinlər. Qoyun, gəlib, nə istəyirlər götürsünlər!» - deyən
sarsaq nazirlərin gətirdiyi dəlil-sübutları rədd etdi; səfir Mak-Kuin onun düz
gözünün içinə: «Bundan sonrakı mübahisələrin xeyri yoxdu, zat aliləri, sizin rejim
- vədlər, nifrət, hətta terror üzərində də yox, köhnəlmiş ətalət üzərində dayanıb və
gündən-günə, qarşısıalınmaz bir şəkildə dağılır,
zat-aliləri, yaxşısı budu, küçələrə
çıxıb, həqiqətin gözünə baxasız, bu, sizin sonuncu döngədəsiniz – ya dəniz
piyadaları gəlməlidi, ya da biz, dənizi götürəcəyik, başqa çıxış yolu yoxdu.» –
deyənəcən, o, yumruğunu masaya çırpır, heç cür buna razı olmurdu. – «Ayrı yol
yoxuydu, ana, onlar Qəraib dənizini özlərinə götürdülər!»
Səfir Euinqin mühəndisləri dənizi hissə-hissə böldülər, sonra hissələri, bizim
fırtınalardan uzaqlarda - Arizona səması altında yığmaq üçün nömrələdilər və
dənizi, mənim generalım, bütün nemətləriylə bir, şəhərlərimizin əksi düşən
sularıyla, dəlisov sellərimiz və suda boğulanlarımızqarışıq apardılar. O, bu
soyğunçuluğa qarşı milli etiraz partlayışı yaratmaq üçün, öz zəngin biclik
kolleksiyasının hansı incə klavişinə toxundusa da, küçələrə, bağışlayın, mənim
generalım, heç kəs çıxmadı, nə hədə-qorxunun, nə zor işlətməyin xeyri olmadı; -
bunun, yenə hakim dairənin
arzusuyla həyata keçirildiyi, növbəti, sıravi manevr
olduğu ağlımıza belə gəlməzdi; qoy nə olur-olsun, lap dənizi aparsınlar,
cəhənnəmə ki, qoy əjdaha gerbli milli bayrağı olan bu ölkəni zəbt eləsinlər! - biz
fikirləşirdik, mülki geyimlərdə evlərimizə gəlib, bu soyğunçuluğun qabağını almaq
üçün bizdən, vətən naminə küçələrə çıxmağı, «Rədd olsun, qrinqolar!» - deyə
ucadan qışqırmağı yalvaran hərbiçilərə, onların öyüd-nəsihətlərinə, yaltaq sözlərinə
qarşı kar olmuşduq; həmin bu adamlar da bizi, yadellilərin dükanlarını, villalarını
qarət etməyə, yandırmağa çağırır, pul verirdilər ki,
orduyla əlbir olub, onun
mühafizəsi altında hərbi təcavüzə qarşı nümayişə çıxaq; küçələrə isə bir adam da
çıxmadı, mənim generalım, çünki camaat, hərbçilərin, bir vaxtlar kişi kimi söz
verib sonra, guya xalq arasına soxulmuş təxribatçıların hərbi bölmələrə atəş açması
bəhanəsiylə adamları güllələməsini unutmamışdı: «Bəli, mənim generalım, bu dəfə
xalq sizinlə deyil».
«Və mən, bu ağır qərarı qəbul etmək yükünü öz üzərimə götürməli oldum: ölkəyə
desant yeridilməsindənsə, anam mənim, Bendisyon Alvarado, dənizsiz qalmağın
daha məqsədəuyğun olduğunu hamıdan gözəl anlayan adam kimi, bu aktı
imzaladım. Axı, özlərindən gündə bir əmr toqquşduran, həmin bu dəniz
piyadalarıydı, ölkəyə bibliyanı və sifilisi
gətirən də onlar idi, artistləri pederasda
çevirən də, həyatın asan olduğunu, anacan, hər şeyin satılıb-alındığını, zəncirlərin
iy verdiyini də camaatın beyninə yeridən onlar idi. Əsgərlərimi, harada çox pul
varsa, oranın vətən olmasına, hökümətin, qoşunların pulsuz döyüşməsi üçün,
«Hərbi şərəf» adlı boş bir mükafat uydurduğunu başa salan da onlar idi. Və bütün
bunlar təkrar olunmasın deyə, onlara, ərazi sularımızdan, bəşəriyyətin maraqları və
154