qovduğu inəklər, baş qərargah otağına girib oranı darmadağın
etdilər və bir vaxtlar,
falçının dediyi, onun öləcyi gizli kabinetində bütün çini marşalları yerə salıb
sındırdılar; denşiklər həyəcanla onun nə əmr verəcəyini gözlədilər və yalnız o,
fənəri kandardan asdıqdan sonra, havası dənizsiz heç cür dəyişilməyən yataq
otağının qapısından üç qıfılın və üç zəncirin çıqqıltısı və cingiltisi eşidiləndən
sonra, onun sübhə qədər ölü kimi yatacağı ümidi ilə, birinci mərtəbədəki otaqlarına
getdilər, o isə tez-tez səksənib yuxudan ayılır, yuxusuzluğunun keşiyini çəkir, ağır
ayaqlarını sürüyə-sürüyə zülmət qaranlıq saray boyu yeriyə-yepiyə, yan-
yörəsindəki inəklərin aramlı gövşəməyinə, vitse-kral asılqanlarında yatan
toyuqların qaqqıltısına məhəl qoymadan, kabus kimi gəzirdi; zamanın axarı ona,
keçmiş dənizin yerində bitən ay işıqlı çöllüyün küləyini xatırladırdı; o, görkəmli
latinist, general Lautaro Munyosun (Allah bu axmağa rəhmət eləsin), özlərini
məhv etdikləri sonuncu barrikadaları hələ küçlərdə müqavimət
göstərən vaxt,
Korneli Nepotun birinci nəşrinin yanmış vərəqlərini, unudulmuş ritoriklərin - Livio
Andronikonun və Sesiliya Estatonun kitablarının vərəqlərini, öz yaşıl budaqlı
süpürgəsiylə süpürən anasını - Bendisyon Alvaradonu gördü. Onun üçün
boşaldılan iqamətgaha daxil olarkən, anası Bendisyon Alvaradoyla birgə, şəxsi
mühafizəsinin meyitləri üzərindən keçib pationu ötdülər, zülmət qaranlıqda,
prezidentin cins ilxı atlarının cəsədlərinə ilişə-ilişə, vestübüldən yuxarı aparan
pilləkənlə qalxdılar və iclas salonuna çatdılar; qatı, acı barıt iyindən və at qanı
qoxusundan nəfəs almaq olmurdu: - «Biz orda, yalın ayaqların qanlı izlərini
gördük, görünür, burdan, at qanından yığılan gölməçələri tapdayıb gələnlər
keçmişdilər; dəhlizlərin divarlarında da biz, eynilə bu cür qanlı əl
izləri gördük,
iclas salonunda isə, sinəsinə döyüş qılıncı sancılmış, yaraşıqlı bir florensiyalının
qana bulanmış bədənini gördük – bu, prezidentin arvadının şəkliydi; sonra alınına
güllə çaxılmış, açarla burulub işə salınan, balerinayaoxşar oyuncaq qızı gördük –
bu da prezidentin doqquz yaşlı qızıydı. Və nəhayət biz, on bir il ərzində hakimiyyət
uğrunda qanlı mübarizələrdə bir-birinə qalıb gələn on dörd federalist generallardan
ən zirəyi və ağıllısını - haribaldi sezarı, prezident Latuaro Munyosun meyitini
gördük… bu, ingilis konsuluna öz ana dilində «yox» deməyə ürək eləməyən
yeganə adam idi, elə buna görə də indi cəzasını çəkirdi; Britaniya eskadriliyasının
cəlladlarına qismət olmasın deyə, əvvəl arvadını qılıncla vurub qızını güllələmiş,
sonra qırx iki ədəd əndəlus atını məhv etdkdən sonra özü öz ağzına açdığı
güllədən, başında dəlik, yalın ayaqlarıyla yerdə uzanmışdı; o vaxt onların
komandanı Kitçener meyiti göstərərək, generalımıza: «Görürsən də, general,
atasına əl qaldıranların aqibəti nədi?! Nə vaxtsa vəzifə başında olsan, bütün bunlar
yadından çıxmasın!» - demişdi. «O, «nə vaxtsa» - dedi,
amma mən, uzun-uzadı,
yuxusuz, intizarlı gecələrdən sonra artıq ölkədə əmin-amanlığı bərpa etmək və
iqtisadi sabitlik yaratmaq üçün lazım olan müddətə bütün qoşun növlərinin ali baş
komandanı və respublikanın prezidenti elan olunmuşdum». Bu qərarı, senatın və
deputatlar palatasının razılığıyla, sonuncu federal şura, yekdilliklə qəbul etmişdi
deyə, qərar, ingilis eskadrası tərəfindən də təsdiq olundu və gecələrin birində,
konsul Mak-Doneyllə oynadığı domino daşları arasında çapa imzalandı.
«Əvvəl-əvvəl nə mən, nə də başqaları bu işin alınmağına inanmırdıq». Kim
inanardı axı?! Həmin o dəhşətli gecənin hərc-mərcliyində qəbul olunan bu qəribə
157
qərara, Bendisyon Alvaradonun özü də inanmırdı; o, lap axır günlərə qədər - ölüm
yatağında da, dövlət idarəçiliyinə nədən başlayacağını qətiyyən bilməyən oğluna
inanmırdı; onlar, mebelsiz-əşyasız,
bomboş otaqlarda, keçmiş ispan hökmranlığı
dövründən qalmış vitse-kral və arxiyepiskopların, milçəklər bulamış
portretlərindən savayı qiymətli bir şey olmayan bu evdə, titrəmədən yaxa
qurtarmaq üçün dəmləməyə ot axtarsalar da, tapa bilmədilər; evin qalan əşyaları,
əvvəlki prezidentlər tərəfindən daşınıb aparılmışdı, məşhur tarixi hadisələr təsvir
olunan divar xalçalarının yeri, artıq çoxdandan, asıldığı divarın rənginə
uyğunlaşmışdı, yataq otaqları, çirkli əsgər kazarmaları kimi zibil içindəydi,
divarlarda, prezidentlərin qanlı barmaqlarıyla müxtəlif tarixlər yazılmışdı; bürünüb
qızınmağa bircə həsir belə yox idi: «Odu ki, anam Bendisyon
Alvarado pəncərənin
tozlu pərdəsini qoparıb mənə səridi və məni baş pilləkənin küncündə uzatdı, özü
isə yaşıl budaqlı süpürgəsiylə, ingilis desantının soyub talamağa artıq bir şey
qalmadığı otaqları süpürməyə başladı.»; qapıların arxasında, canını, onu zorlamaq
istəyən quldurlardan süpürgəsiylə qurtara-qurtara, döşəmələri təmizlədi, səhərə az
qalmış, əsas pilləkənin yuxarı pilləsində tər-su içində, məxmər pərdəyə bürünmüş
oğlunun yanında oturdu, onun alovlu qızdırmasını ürək-dirək verməklə soyutmağa
çalışaraq, dedi ki, bu qarmaqarışlığa fikir verməyə dəyməz,
bir-iki ucuz dəri kətil
alıb onları gül-çiçək və cürbəcür heyvan şəkilləriylə rəngləmək lazımdı: - «Bunu
özüm eləyərəm. Bir-iki dənə də tor yelləncək alarıq, ən əsas tor yelləncəkdi, çünki
bu evə yəqin ki, çoxlu qonaq gələcək. Sonra nahar stolu, dəmir qaşıq-çəngəl,
alüminium nimçələr alarıq. Əsgər həyatı üçün başqası yaramaz. İçməli su üçün
qəşəng bardaq və kömür sobası alarıq. Hamısını da dövlət hesabına.» - deyə-deyə,
oğlunu beləcə sakitləşdirirdi. O isə anasını eşitmirdi… səhərin gözü açılar-açılmaz,
ilk əməköməcilər çiçəklənmişdi, qırmızı, ağ əməköməcilər, qan kimi al qırmızı, bu
gecə qanı axan bədən kimi ağappaq… - bu nəhəng işıq seli altında elə bil həqiqətin
əsl gizli mahiyyəti üzə çıxdı,
və belə məlum oldu ki, o, pilləkəndə qızıdırmadan
titrəyə-titrəyə, fikrə dalan miskin qocadan savayı ayrı bir şey deyil. «Elə bu?
Ütülmüş at ətinin iyi, mənəvi puçluq, qəzaya uğramış gəmiyə oxşayan bu ev, bütün
on iki avqust sübhlərinin eyni olan bu sübh çağı – hakimiyyət elə budu?.. Bu nə
zibil idi düşdük, ana!» Dənizin sahilində sübhün açılmasından xoşhallanan
xoruzların banlamağına, ingilislərin, saray boyu sərilmiş meyitləri yığa-yığa, şən
mahnılar oxumasına baxmayaraq, onu qəfil zülmət qarşısında çuğlayan heyvani bir
qorxu bürüdü; Bendisyon Alvarado isə öz hesablamalarından təsəlli dolu nəticə
çıxarıb dedi ki, əsas narahatçılıq – bir dəstə döşəkağı məsələsidi, vəssalam, ayrı
heç bir narahatçılıq yoxdu, onları da yaxşıca yuyub təmizləmək lazımdı;
məyusluğun ən sonuncu nöqtəsində birdən-birə elə bil ayaqlarının altının
möhkəmliyini duydu və anasını sakitləşdirməyə başlayaraq: «Eybi yox, rahat yat,
ana, onsuz da prezidentlər bu sarayda çox oturmurlar.
Allah eləsin, burada heç
olmasa, yarım ay yaşayım». – dedi. Bu sözlərinə o, təkcə onda yox, indi də, uzun-
uzadı, qəddar dərviş ömrünün bütün anlarında olduğu kimi, yenə sidq-ürəkdən
inanırdı; hökmdarların bir gününün o birinə oxşamadığına nə qədər çox əmin
olurdusa, özünə bir o qədər çox inanırdı, tez-tez yadına baş nazirin, hansısa gizli
məqsəd güdən, yalan dolu,
üfürülmüş məruzələri düşdükcə, yüngülcə gülümsəyib:
«Mənə həqiqəti deməyin, litsensiat*, risq edirsiz – sizə inana bilərəm!» - deməyini
158